Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə13/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   9   10   11   12   13   14   15   16   ...   143

 

 

38 



Rusiyaya meylli idi. O, tənəzzül prosesi keçirən  Səfəvilər 

dövlətinin  təsirindən  qurtulmağa can atan siyasi qüvvələrin 

Qarabağ 

ərazisindəki 

çıxışlarına 

istiqamət 

vermiş din 

xadimlərindən  olmuşdur. Alban müəllifinin bu əsəri  də  erməni 

saxtakarlığının  təsirinə  məruz  qalmışdır.  Əsasən  dövrün dini, 

siyasi  səciyyəli  hadisələrinə fikir vermiş Yesayi Həsən-

Cəlalyanın  mülahizələrində  diqqəti  cəlb  edən  mühüm  cəhət 

tarixi  gerçəkliklərə xristian baxışıdır. «Alban  ölkəsinin  qısa 

tarixi» tariximizin XVIII əsrlə bağlı olan dövrünün öyrənilməsi 

üçün dəyərli mənbələrdən biridir. 

Əslən  Tiflisdən olan, uşaq  ikən xarici dilləri  öyrənmək 

məqsədilə Fransaya getmiş  (aparılmış),  müəyyən  müddətdən 

sonra  İrana  yollanmış, Fransa səfiri de Gardanın  tərcüməçisi 

olmuş, 8 il İranda yaşamış Jozef Tiflisinin «Vaqiati-Mir Veys və 

Şah  Hüseyn» əsəri  Azərbaycan tarixinin, Səfəvilər  dövlətinin 

tənəzzülü  və  süqutu  dövrünün  öyrənilməsi  üçün  mühüm 

mənbələrdəndir.

91

 Bu əsərin  «ən  yüksək  məziyyəti onun 



Səfəvilər dövlətinin süqutu ərəfəsində baş verən Əfqanıstan-İran 

siyasi  münasibətlərinin, bu iki ölkə  ilə  bağlı olan  ictimai-

iqtisadi  məsələlərin,  həmçinin  ayrı-ayrı  şəhərlər  və  müxtəlif 

xalqlar  barədə  qiymətli  məlumatlar  baxımından ilkin mənbə 

olmasındadır.  Müəllif  əsasən,  gördüyü  hadisələri  qələmə  almış, 

müşahidə etdiyi məsələləri əks etdirmişdir».

92

 

Polyak  səyyahı Yan Tadeuş Kruşinskinin (1675-1756) 



«Xristian səyyahın tarixi» əsəri XVIII əsrin I yarısında İranda və 

Azərbaycanda  baş  vermiş bir sıra tarixi hadisələri  əks etdirir.

93

 

Əsər  müəllifi 1708-1726-cı  illərdə  Səfəvilər  dövlətinin  paytaxtı 



İsfahanda  yaşamış,  fəaliyyət  göstərmişdir.  Güman olunur ki, 

«Tarixi-səyyahi  Məsihi» («Xristian  səyyahın tarixi») əsərin  əsl 

adı deyildir və şərti olaraq bu cür adlandırılmışdır.

94

 Bu əsər fars 



dilinə  «Bəsirətnamə» və  «İbrətnamə» adları  ilə  tərcümə 

olunmuşdur.

95

  «Bu tarixi əsərin az vaxt ərzində  dünyada  belə 



sürətlə  yayılmasının  səbəbini  mənbədəki  hadisələrin  bilavasitə 

onları  müşahidə  edən  şəxs  tərəfindən  təsvir  olunmasında, 

müəllifin tarixi həqiqətləri obyektiv şəkildə  əks  etdirməsində 

görmək  lazımdır».

96

  Müəllif  həmin  əsəri 1726-cı  ildən sonra 




 

 

39 



qələmə almışdır. «Tarixi səyyahi-Məsihi» əsəri həcmcə kiçikdir, 

lakin orada əks olunan tarixi hadisələrin  dəyəri olduqca 

böyükdür».

97

 Əsərdə Təbriz, Şəki, Şamaxı, Niyazabad, Gəncə və 



başqa Azərbaycan şəhərləri haqqında məlumatlar vardır. Müəllif 

müşahidələrinin  nəticəsi olan bu əsərdə  Səfəvilər  dövlətinin 

süqutu,  İsfahanın  əfqanlar  tərəfindən  işğal  olunması  və  bölgə 

ərazisində  müəyyən  müddət  ərzində  əfqan  intizamının  bərqərar 

olunması  müfəssəl  şəkildə  təsvir olunur. «Tarixi-səyyahi-

Məsihi» əsərinin misilsiz dəyəri vardır».

98

 

Təqribən XVIII əsrin II yarısından etibarən Azərbaycanın 



siyasi  pərakəndəlik  dövrünü  yaşaması  dövrün tarix elmində 

(salnaməçiliyində)  də  bölgəçilik prinsipinin qərarlaşmasını 

şərtləndirmişdi.  Həmin  dövrün  salnaməçiləri,  tarixçiləri  baş 

verən  müxtəlif  səciyyəli  hadisələrə,  mədəni  mühit  məsələlərinə 

məhdud  bölgə  nöqteyi-nəzərindən  yanaşırdılar. Bu dövrdə 

salnaməçilik,  tarixçilik  ənənələri  Qarabağ  və  Şəki  xanlıqları 

hüdudlarında daha çox  inkişaf  etmişdir.

99

  Mirzə  Adıgözəl  bəy 



Haqverdi  bəy  oğlu (1770-1848) dövrün  tanınmış  Azərbaycan 

tarixçisi olmuşdur. Onun «Qarabağnamə» əsərində (1845-ci ildə 

yazıya alınmışdır) Qarabağ xanlığının siyasi tarixi 1736-cı ildən 

1828-ci  ilədək  izlənilmişdir.  Əsərdə Bayat və  Şuşa  qalalarının, 

digər  memarlıq  obyektlərinin  inşa  olunması,  Pənahəli  xanın 

şəhərsalma  tədbirləri  haqqında  məlumatlar  əvəzsizdir.

100

  Mirzə 


Camal Cavanşir Qarabağinin (1773-1853) «Qarabağ tarixi» əsəri 

(1847-ci  ildə fars dilində  yazılmışdır)  də  nəzərdən  keçirilən 

dövrün  hadisələrini  də  özündə  əks etdirir və  həmin  mühitin 

mədəni  həyatından  müəyyən materiallara malikdir.

101

  Əsər 


müəllifi 1797-1822-ci illər  ərzində  Qarabağ  xanlığının  vəziri 

vəzifəsini icra etmişdir.  Əhməd  bəy  Cavanşirin  «Qarabağ 

xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair» əsərində 

də XVIII əsrin II yarısında  Qarabağın  mədəni  həyatının 

epizodları  öz  əksini  tapmışdır.

102


 Qeyd etmək  lazımdır ki, 

Qarabağın XVIII əsr tarixi, həmin  dövrün  mədəni  həyatı XIX-

XX  əsrlərin bir çox  müəlliflərini  də  məşğul  etmiş, onlar bu 

bölgənin tarixini, mədəni  mühitini  öz  əsərlərində  əks 

etdirmişlər.

103


  Kərim  bəy  Şəkixanov Fateh (1858-ci ildə  vəfat 


 

 

40 



etmişdir)  «Şəki  xanlarının  müxtəsər tarixi» əsərinin (1829-cu 

ildə  Azərbaycan  türkcəsində  yazılmışdır)  müəllifidir.  Şəki 

bölgəsinin tanınmış şairi, tarixçisi olmuş bu müəllif  XVIII əsrin 

II  yarısının tarixi hadisələrini  öz  əsərində  əks  etdirməklə bu 

dövrün  mədəniyyətinin  inkişaf  zəmini  haqqında  müəyyən 

təsəvvür yaratmışdır.

104

 

Azərbaycana zaman-zaman müxtəlif  ölkələrdən,  müxtəlif 



məqsədlərlə  «səyyahlar» gəlmiş,  özlərinin  qısamüddətli, 

uzunmüddətli,  könüllü  və ya könülsüz  «səyahətlərindən» 

doğmuş  təəssüratlarını  tərtib  etdikləri  gündəliklərdə, yol 

qeydlərində, əsərlərində əks etdirmişlər. Azərbaycan XVI-XVIII 

əsrlərdə müxtəlif dövlətlərin, bu dövlətlərin mənafelərini güdən 

«səyyahların» diqqət obyekti olmuşdur.  Azərbaycanın  SSRİ 

tərkibində  olduğu  dövrdə  müxtəlif  məqsədlərlə  ölkəyə  gəlmiş 

(göndərilmiş-red.)  şəxslər  (xüsusilə Rusiyadan), «səyyahlar», 

«biliklərə can atan elm fədailəri» kimi təqdim olunurdular. XVI 

–XVIII  əsrlərin Avropa dövlətlərinin, Moskva knyazlığının 

(sonralar  Rusiyanın)  Yaxın  və Orta Şərqə diplomatik, iqtisadi, 

siyasi  müdaxilə  etməsi  cəhdləri bu dövrün  əlamətdar 

hadisələrindən  olmuşdur.  «Səyyahlar» məhz bu müdaxilə 

cəhdlərinin  aparıcıları  olmuşlar. Lakin qeyd etmək  lazımdır ki, 

həmin  «səyyahların» əsərlərində  araşdırılan tarixi dövrün 

Azərbaycan mədəniyyəti faktları diqqəti cəlb edir və tariximizin 

tədqiqi üçün bu məlumatların əhəmiyyətinə şübhə etmək olmaz. 

Vinçentso Alessandri, Orucbəy Bayat (əslən  azərbaycanlıdır, 

sonralar  xristianlığın katolik məzhəbini  qəbul  etmişdir), Antoni 

Jenkinson, Ceffri Dekket, Ricard Conson, Tomas Olkok, 

Kristofer Berrou, Adam Oleari, Yan Streys, İbrahim  Əfəndi 

Peçevi,  Övliya  Çələbi, Artemiy Volınski Venesiya, İspaniya, 

İngiltərə, Hollandiya, Saksoniya, Prussiya, Osmanlı  Türkiyəsi, 

Rusiya kimi orta əsr  dövlətlərinin  nümayəndələri  sifətilə 

Azərbaycanda olmuş, yol qeydləri yazmışlar. 

XVII 


əsrin 

Azərbaycan 

mədəniyyət 

faktlarının 

öyrənilməsi  üçün Adam Olearinin, Övliya  Çələbinin  və Yan 

Streysin qeydləri daha əhəmiyyətlidir. Adam Oleari alman alimi 

və  səyahətçisi  olmuşdur. O, Holştayn-Qottorp hersoqu III 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə