Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə11/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   7   8   9   10   11   12   13   14   ...   143

 

 

32 



qəddarlıqları  müsbət  tədbirlər  kimi  qələmə  verməyə 

çalışmışlar».

62

 Qeyd etmək lazımdır ki, indiyədək dövrünün fakt 



və  hadisələrinə  tam,  obyektiv  qiymət  vermiş  saray  tarixçisi 

olmamışdır.  «Nifrətsiz  və  tərəfkeşlik  olmadan  yazmaq  tələbi 

antik tarixçilər, ümumiyyətlə bütün tarixçilər üçün əlçatmaz arzu 

idi».


63

 

Əsərlərindəki 



qeyri-obyektivlik 

təzahürlərinə 

baxmayaraq,  Həsənbəy  Rumlu,  İsgəndərbəy  Münşi  (Türkman), 

Şərəfxan  Bidlisi  kimi  XVI-XVII  əsr  müəlliflərinin  məlumatları 

Azərbaycan tarixinin araşdırıcıları üçün əvəzsizdir. 

1530-1531-ci  illərdə  anadan olduğu təxmin  olunan,  vəfatı 

tarixi  bəlli  olmayan  Həsənbəy  Rumlunun  «Əhsənüt-təvarix» 

(«Tarixlərin  ən  yaxşısı»)  adlı,  farsca  yazılmış  ümumtarix  əsəri 

«XVI  əsrin  ən  qiymətli  tarixi  mənbələrindəndir».

64

  Qum 



şəhərində anadan olmuş Həsənbəy Rumlu Azərbaycanın Rumlu 

tayfasından  idi.  Uşaq  ikən  atasını  itirmiş  bu  şəxs  I  Təhmasibin 

(1524-1576)  məşhur  əmirlərindən  olmuş  babası  Əmir  Sultan 

Rumlunun  himayəsində  böyümüşdür.  Həsənbəy  bir  müddət 

Qəzvin şəhərində yaşamış, 1539/40-cı ildə babasının ölümündən 

sonra  ailə  ənənəsinə  sadiq  qalaraq  şah  qvardiyasında  (qorçi 

dəstəsində) xidmətə başlamışdı. O, I Təhmasibin bir neçə hərbi 

yürüşünün iştirakçısı olmuşdur. Həsənbəy Rumlu 1576-cı ilədək 

sarayda  yaşamış,  II  İsmayılın  (1576-1577)  hakimiyyəti  zamanı 

Qum  şəhərinə  köçərək  saray  mühitindən  uzaqlaşmağa 

çalışmışdı. 1578-ci ildə yeni Səfəvi şahı Məhəmməd Xudabəndə 

(1578-1587) onu yenidən saraya cəlb etmişdi. Həsənbəy Rumlu 

şah  tərəfindən  hörmətlə  qarşılanmış  və  «şaha  yaxın  adamlar» 

zümrəsinə daxil olunmuşdu.

65

 Əsərdəki  «hadisələrin təsviri  985 



(1577/78)-ci ili də əhatə  etdikdən sonra qırılır və əsər natamam 

qalır.  Təəssüf  ki,  Həsənbəy  Rumlunun  nə  qədər  yaşaması  və 

salnaməsini  nə  səbəbə  tamamlaya  bilməməsi  barədə  heç  bir 

məlumat yoxdur».

66

 10 cilddən ibarət olan bu əsərin



67

 yalnız son 

2 cildi müasir araşdırıcıların ixtiyarındadır. XVI əsr Azərbaycan 

mədəniyyətinin  yüksəliş  xəttilə  inkişafı  zamanı  olduğuna  görə 

Həsənbəy  Rumlu  da  həmin  gerçəkliyin  fraqmentlərini  öz 

əsərində  əks  etdirmişdir.  «Mənbədə  məşhur  şəxsiyyətlər,  o 

cümlədən  şairlər,  tarixçilər,  alimlər  haqqında  bioqrafik  qeydlər 



 

 

33 



edilmişdir».

68

  Əsərdə  Şirvan,  Şəki  və  Azərbaycanın  cənub 



vilayətləri  başlıca  diqqət  obyektləridir.  «Dünyanın  bir  çox 

şərqşünaslarının «Əhsənüt-təvarüx»ə dönə-dönə müraciət etməsi 

faktı da onun əhəmiyyətini göstərən amillərdən biridir».

69

 



Səfəvilər  sarayında  xidmət  etmiş,  xəttat,  münşi  və  vəzir 

olmuş  İran  tarixçisi  Qazi  Əhməd  Qumi  (1546-təqribən  1606) 

dövrün  Azərbaycan  mədəniyyətinin  araşdırılmasına  yardım  edə 

bilən,  dəyərli  məlumatlar  verən  orta  əsr  müəlliflərindəndir.  O, 

ömrünün  sonunda  Hindistana  köçmüş,  Moqol  hökmdarı 

Cahangirin  sarayında  yaşamışdır.  Qazi  Əhməd  Qumi  «Xülasət 

ət-təvarix», «Gülüstani-hünər», «Məcmə əş-şüəra» kimi məşhur 

əsərlərin müəllifidir. Onun digər əsərləri də vardır. Qazi Əhməd 

Qumi 

«Xülasət  ət-təvarix»  əsərini  6  cilddə  yazmağı 



planlaşdırmışdı,  lakin  VI  cildi  müəllifin  bitirib-bitirmədiyi 

məlum deyildir.

70

 Qazi Əhməd Qumi əsərdə ilk dörd cildin adını 



çəkmir, lakin V cildin yazılmasına 12 il vaxt sərf etdiyini qeyd 

edir.


71

  Əsərin  dövrümüzədək  yalnız  ilk  Səfəvi  şahlarından 

başlamış  1591-ci  ilə  qədərki  hadisələri  əks  etdirən  son  qismi 

gəlib  çatmışdır.  Əsərdə  Azərbaycanın  siyasi,  iqtisadi,  ictimai 

tarixinə,  mədəni  həyatına  dair  məlumatlar  vardır.  Müəllif  Şərq 

tarix  elminin  ənənəsinə  sadiq  qalaraq  əsərini  Səfəvilər 

xanədanının  geneologiyası  (nəsəb  səcərəsi)  ilə  başlayır.  Qazi 

Əhməd  Qumi  sülalənin  banisi  Şeyx  Səfiəddinin  həyat  və 

fəaliyyətini  ətraflı  şəkildə  təsvir  etdikdən  sonra  onun  varisləri 

barəsində  qısa  qeydlər  vermişdir.  Əsərdə  hadisələr  xronoloji 

ardıcıllıqla  təsvir  olunmuşdur.  Qazi  Əhməd  Qumi  bildirir  ki,  o 

«Xülasət ət-təvarix» əsərini Şah II İsmayılın təklifilə yazmış və 

şahın istəyinə uyğun olaraq əsərini Əbdürrəzzaq Səmərqəndinin 

(1413-1482)  «Mətlə  əs-sədeyn…»  üslubunda  tərtib  etmişdir.

72

 

Qazi  Əhməd  Səfəvilər  sarayındakı  çəkişmələr,  fitnə-fəsadlar 



nəticəsində  XVI  əsrin  sonlarına  doğru  artıq  saraydan 

uzaqlaşdırılmış,  Şah  I  Abbasın  «gözündən  düşmüş»,  şahın 

«xoşlamadığı» şəxslərdən birinə çevrilmişdi. O, dövrün tanınmış 

tarixçisi,  xəttatı  olmuş  İsgəndərbəy  Münşinin  müəllimi  idi. 

«Onun  yazdığı  əsərlərdən  məlum  olur  ki,  Qazi  Əhməd 

Azərbaycana xüsusi rəğbət bəsləmiş və Azərbaycan (türk) dilini 




 

 

34 



mükəmməl bilmişdir».

73

 Farsca  yazılmış  «Xülasət ət-təvarix»də 



xeyli  Azərbaycan  sözü,  atalar  sözləri,  türk  dilində  bir  neçə  şeir 

və  məktub  vardır.  Qazi  Əhməd  həm  «Xülasət  ət-təvarix»,  həm 

də  «Gülüstani-hünər»  əsərində  azərbaycanlı  alimlər,  şairlər, 

rəssamlar,  xəttatlar  haqqında  böyük  həvəslə,  ətraflı  surətdə 

məlumat  verir.  Qazi  Əhməd  Qumi  Azərbaycanda  baş  vermiş 

hadisələrə  xüsusi  yer  ayırır.  Onun  Sultan  Məhəmməd,  Mirzə 

Əli,  Mir  Seyid  Əli,  Sadiqbəy  Əfşar,  Mir  Əli  Təbrizi,  Cəfər 

Təbrizi,  Əli  Rza  Təbrizi  haqqındakı  məlumatları  xüsusilə 

diqqətəlayiqdir.  Qazi  Əhmədin  1597-ci  ildə  tamamladığı 

«Gülüstani-hünər»  əsərində  Azərbaycan  mədəniyyət  faktları 

daha çox xatırlanır. Müəllifin ilk əsəri olmuş «Məcmə əş-şüəra» 

6  cilddən  ibarət  idi.  Qazi  Əhmədin  «Xülasət  ət-təvarix»də 

yazdığına görə, həmin traktatın əlyazması hələlik tapılmamışdır. 

Burada  «Azərbaycanın,  İran  və  Ərəbistanın  alim  və  şairlərinin 

həyatı  haqqında  məlumat  verilir».

74

  Qazi  Əhməd  Qumi 



«Gülüstani-hünər» əsərini yazarkən özündən öncə yaşamış XVI 

əsr 


tarixçisi 

Mustafa 


Alinin 

«Mənaqibi-hünərvəran» 

(«İstedadlıların  ləyaqəti»)  adlı  əsərinin  quruluşundan  istifadə 

etmişdir.  «Gülüstani-hünər»də  Qum,  Herat,  Qəzvin  və  Təbriz 

şəhərlərindəki  memarlıq  obyektləri  haqqında  da  məlumatlar 

verilir.  «Burada  Təbrizdəki  Dəməşq  mədrəsəsi,  Süleymaniyyə 

məscidi,  Çahar  minar,  Müzəffəriyyə,  Mir  Məftülbənd  binası, 

Mir  Sabit  məqbərəsi,  Cahanşah  binası,  Nəsriyyə  mədrəsəsi 

haqqında bəhs edilir».

75

 Əsərdə 1555-ci ildən etibarən Səfəvilər 



dövlətinin  paytaxtına  çevrilmiş  Qəzvin  şəhəri  haqqında  geniş 

məlumat vardır. Əsərdən məlum olur ki, Şah I Təhmasib Çehel 

sütun  eyvanını  şəxsən  öz  əli  ilə  işləyib  bəzəmişdir.

76

  Beləliklə, 



Qazi  Əhməd  Quminin  «Xülasət  ət-təvarix»  və  «Gülüstani-

hünər»  əsərlərində  Azərbaycanın  XVI  əsr  mədəniyyətinə  dair 

zəngin materiallar vardır. 

Şərəfxan  ibn  Şəmsəddin  Bidlisi  (1543-cü  ildə  anadan 

olmuşdur,  vəfatı  tarixi  bəlli  deyildir)  fars  dilində  «Şərəfnamə» 

əsərinin müəllifi kimi tanınmışdır. Mənşəcə kürd olmuş bu şəxs 

ana tərəfdən Səfəvi sülaləsi ilə qohum idi və müxtəlif vaxtlarda 

Şirvan  və  Naxçıvan  hakimi  vəzifəsini  icra  etmişdir.  Sonralar 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə