Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Azərbaycandakı şirkət və qurumlarda  

çalışan Türkiyə, Azərbaycan və digər 

ölkə vətəndaşlarının nəzərinə!

Əlavə məlumat və 

müraciət üçün:

Bundan öncə 

Türkiyədə kollec 

(önlisans) və ya 

ali təhsili olanlar 

imtahansız qəbul 

olunurlar.

Sizlərə iş yerinizdən ayrılmadan ali təhsil 

(və ya kollec pilləsində) almaq fürsəti !

Bu imkandan istifadə edərək 

siz  Azərbaycandan Türkiyənin 

Anadolu Dövlət Universitetində 

10 ixtisas üzrə distant formada 

ali təhsil ala bilərsiniz.

Distant təhsilalma forması 

həmçinin sizlərə 



2-ci və ya pa-

ralel ali təhsil almaq şansını da 

verir. 

Distant təhsilalma forma-

sında sizin ildə cəmi  4 dəfə (şən-

bə və bazar günləri) Bakı və ya 

Gəncə şəhərlərində  imtahanlar-

da iştirak etmək zərurətiniz var.  

Qəbul imtahanları isə T.C. Azər-

baycandakı Səfirliyinin və Təhsil 

Müşavirliyinin təşkilati dəstəyi ilə 

20 Noyabr 2015-ci il tarixdə Bakı 

şəhərində keçiriləcəkdir. 

30 ildən artıq

 distant təhsil 

verən Anadolu Dövlət Univer-

siteti bu gün 2 milyona yaxın 

tələbə sayına görə dünyanın 3 ən 

böyük universitetindən biridir. 

Azərbaycandan Anadolu Univer-

sitetində distant formada təhsil 

alan tələbələrə, texniki dəstək 

göstərilməsi və digər əlaqələndi-

rilmə işlərinin aparılması ATİB-in 

təşkilatçılığı ilə həyata keçirilir.

 www.azanadolu.edu.az

www.facebook.com/anadoluaz



Azərbaycan, Gəncə

Gəncə ş., Atatürk pros-

pekti döngə 2, ev 9 

Tel: (022) 256 26 37

Azərbaycan, Bakı 

8-ci mkr., İbrahimpaşa 

Dadaşov küç., 74 V,  

Azadlıq metrosunun 

yaxınlığı 

Tel:  (012) 563 09 09   

 

(012) 563 20 20                             



Mob:  (070) 892 07 07


təhlil

Azərbaycanda biznes 

təhsilinin inkişaf 

perspektivləri

Uzun

 

illərin  təcrübəsi  göstərir 



ki,  elm  və  təhsil  hər  bir 

dövlətin davamlı sosial-iqtisadi və mədəni 

yüksəlişində mühüm rol oynayır. 

Müasir  dövrdə  təbii  sərvətlər  bolluğu 

dövlətin  əsas  göstəricisi  sayılmır.  Dünya 

Bankının  apardığı  araşdırmalar  müəyyən 

etmişdir ki, ABŞ-ın milli sərvətinin 76 fa-

izini  insan  kapitalı,  19  faizini  istehsal,  5 

faizini  təbii  resurslar  təşkil  edir.  Avropa 

ölkələrində insan kapitalı 74, istehsal 24, 

təbii resurslar cəmi 2 faiz təşkil edir. Rusi-

yada isə insan kapitalı 50, istehsal 10, təbii 

sərvətlər 40 faiz səviyyəsindədir.

Qloballaşma şəraitində innovasiya fəaliy-

yətinin keyfiyyətcə yeni müstəvidə genişlən-

məsi ilə bütün dünyada iqtisadi və təsərrüfat 

proseslərinin dəyişmə tempi, innovativ yeni-

liklərin yayılması, onların istehsal sahəsində 

tətbiqi misli görünməmiş şəkildə sürətlənir. 

Sənayenin  innovasiyalar  əsasında  inkişafı 

elm və texnologiya potensialının gücləndiril-

məsi və təhsil imkanlarının genişləndirilmə-

si nəticəsində mümkün olacaqdır. 

“AZƏRBAYCAN-2020: 

GƏLƏCƏYƏ 

BAXIŞ”  İNKİŞAF  KONSEPSİYASInda  indi-

dən  ənənəvi  iqtisadiyyatdan  “bilik  iqtisa-

diyyatı”na keçidin əsasının qoyulması, bu-

nun  üçün  həlledici  olan  insan  kapitalının 

adekvat  inkişafı  ön  plana  çəkilmişdir.  Bu 

isə iqtisadi modelin formalaşdırılmasında 

müvafiq  tələblər  irəli  sürməklə  bərabər, 



RUSLAN ATAKİŞİYEV, 

iqtisad üzrə fəlsəfə doktoru,

İqtisadi Araşdırmalar və 

Tədris Mərkəzinin prezidenti

36

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


təhlil

təhsil  sisteminin  də  kökündən  dəyişdiril-

məsini nəzərdə tutur.

Ölkədə  təhsilin  təşkili  zamanı  müasir 

bazar iqtisadiyyatının tələblərinin, ölkənin 

sosial-iqtisadi  inkişafının  prioritetlərinin, 

sahibkarlığın maraqlarının düzgün nəzərə 

alınmaması hələ də universitetlərin hazır-

ladığı  kadrların  cəmiyyətin  ehtiyaclarına 

cavab verməsi istiqamətində bir sıra çətin-

liklərin yaranması ilə nəticələnir. 

Müasir  dövrdə  Azərbaycanda  biznes 

təhsilinin təşkili prosesi başlıca olaraq aşa-

ğıdakı istiqamətlər üzrə həyata keçirilir:

Birincisi  –  ali  təhsilin  bakalavr  və  ma-

gistr  pillələri  üzrə  iqtisadiyyatın  müxtəlif 

sahələrinə müvafiq kadr hazırlığının ənənə-

vi  üsullarla  həyata  keçirilməsi.  Bu,  təhsilə 

cəlb  olunan  müdavimlərə  sonda  müvafiq 

diplomların verilməsi ilə nəticələnir;

İkincisi  –  ali  təhsildə  ikinci  ixtisasın 

alınması  üzrə  biznes  sahəsində  mütəxəs-

sis hazırlığının həyata keçirilməsi. Bunun 

tətbiqi çox zaman baza təhsili və digər is-

tiqamətlər üzrə olmuş, lakin sonradan iq-

tisadiyyat  sahəsində  çalışan  şəxslər  üçün 

daha çox cəlbedicidir;

Üçüncüsü – biznesin müxtəlif sahələri-

ni və peşələrini əhatə edən qısa və uzun-

müddətli  kadr  hazırlığı  üzrə  treninqlərin 

keçirilməsi. Bu işlər həm ali təhsil ocaqları, 

həm də müxtəlif kurslar, tədris mərkəzləri 

tərəfindən həyata keçirilir. Bu sahədə bey-

nəlxalq səviyyədə tanınan sertifikatlar əsa-

sında tədrisin həyata keçirilməsi daha çox 

yayılmışdır.  Qeyd  edək  ki,  Azərbaycanda 

bu sferanın yeni inkişaf etməsi səbəbi ilə 

hələ də bu sahədə keyfiyyətli təhsilin veril-

məsində bir sıra problemlər qalmaqdadır. 

Amma  belə  treninqlər  peşəkar  mütəxəs-

sislərin  biliklərinin  vaxtaşırı  artırılması 

sahəsində ən yaxşı praktikalardan biridir. 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra 

bazar iqtisadiyyatı başlıca inkişaf strategiyası 

kimi müəyyənləşdirilmişdir. Bu səbəbdən də 

iqtisadiyyatda dövlətin payı ilbəil azaldılaraq 

qeyri-dövlət  sektorunun  tərəqqisinə  daha 

çox diqqət yetirilir. Xüsusən də sahibkarlığın 

inkişafı başlıca prioritet kimi təyin olunmuş-

dur. Ölkədə kadr hazırlığının həyata keçiril-

məsi  zamanı  da  müasir  dövrün  sosial-iqti-

sadi inkişaf hədəflərinin nəzərə alınması ali 

təhsil ocaqları qarşısında başlıca vəzifə kimi 

dayanmaqdadır. Bu səbəbdən keçmiş Sovet 

dövründən fərqli olaraq, hazırda biznes təh-

silinə abituriyentlərin marağı artaraq ixtisas 

seçimində sözügedən istiqamətlərə daha çox 

üstünlük verirlər. 

Bunun əyani sübutu kimi aşağıdakı sta-

tistik məlumatlara nəzər salaq. Belə ki, döv-

lət və qeyri-dövlət ali təhsil müəssisələrinə 

qəbul olunan tələbələrin ixtisas qrupları və 

istiqamətlər  üzrə  bölgüsündə,  cədvəl  1-in 

məlumatlarından  da  göründüyü  kimi,  ali 

təhsilin bakalavr pilləsində iqtisadiyyat və 

idarəetmə ixtisas qrupları üzrə qəbul olu-

nan abituriyentlərin sayı 2000/2001-ci təd-

ris ilində 4.890, 2009/2010-cu tədris ilində 

5.885,  2012/2013-cü  tədris  ilində  6.691, 

2013/2014-cü tədris ilində isə 7.373 nəfər 

olmuşdur. İllər üzrə müqayisəli təhlil apa-

ran zaman görmək olar ki, 2013/2014-cü 

tədris ilində iqtisadiyyat və idarəetmə ixti-

sas qruplarına qəbul olunan abituriyentlə-

rin sayı 2009/2010-cu tədris ilinə nisbətən 

33,7, 2012/2013-cü tədris ilinə nisbətən isə 

9,2  faiz  artmışdır.  Buradan  da  göründüyü 

kimi, biznes təhsili üzrə kadr hazırlığı sahə-

sində tutulan yerlərin sayı ilbəil artır. 

2000/2001

2008/2009

2009/2010

2012/2013

2013/2014

Ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin sayı:

Bakalavriata – cəmi, nəfər

26 403

28 765

29 822

33 327

35 370

o cümlədən:

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu



5 885

6 691


7 373

İqtisadiyyat və idarəetmə

4 890

6 372




magistraturaya – cəmi, nəfər

2 752

3 265

3 934

4 746

5 514

o cümlədən:

İxtisas qrupları üzrə

 

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu





1 628

2 017


İqtisadiyyat və idarəetmə

638


1 227

1 531




Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin ixtisas qrupları və istiqamətlər üzrə 



bölgüsü (tədris ilinin əvvəlinə)

Cədvəl 1


Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları

37

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə