Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

Cədvəl  1-də  ali  təhsilin  magistra-

tura  pilləsinin  iqtisadiyyat  və  idarəet-

mə  ixtisas  qrupları  üzrə  qəbul  olunan 

tələbələr  üzrə  göstəricilərə  baxdığımız 

zaman  görmək  olar  ki,  burada  magistr-

lərin  sayı    2000/2001-ci  tədris  ilində 

638,  2009/2010-cu  tədris  ilində  1.531, 

2012/2013-cü  tədris  ilində  1.628, 

2013/2014-cü tədris ilində isə 2.017 nəfər 

2000/2001

2008/2009

2009/2010

2012/2013

2013/2014

Tələbələrin sayı – сəmi, nəfər

119 683

136 587

139 194

145 584

151 274

o cümlədən:

İxtisas qrupları üzrə: 

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu



5 906



28 501

33 201


İqtisadiyyat və idarəetmə

23 056


33 167

28 031


3 823

800


Dövlət və qeyri-dövlət аli təhsil müəssisələrində ixtisas qrupları və istiqamətlər üzrə təhsil alan tələbələrin sayı 

(tədris ilinin əvvəlinə)

Cədvəl 2


Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatları

Cədvəl 2-də illərə görə trendə baxdıq-

da  bütün  ali  məktəblər  üzrə  iqtisadiyyat 

və  idarəetmə  istiqamətində  oxuyan  tələ-

bələr  2000/2001-ci  tədris  ilində  23056, 

2008/2009-cu  tədris  ilində  33  167, 

2012/2013-cü tədris ilində 32 324 nəfər 

və  2013/2014-cü  tədris  ilində  34  001 

nəfər  təşkil  etmişdir.  Buradan  da  görün-

düyü  kimi,  iqtisadiyyat  sahəsi  üzə  təhsil 

təhlil

olmuşdur. İllər üzrə müqayisəli təhlil apa-



ran zaman görmək olur ki, 2013/2014-cü 

tədris ilində iqtisadiyyat və idarəetmə ixti-

sas qruplarının magistratura pilləsinə qə-

bul olunan tələbələrin sayı 2009/2010-cu 

tədris  ilinə  nisbətən  orta  hesabla  3  dəfə, 

2012/2013-cü  tədris  ilinə  nisbətən  isə 

19,2% artmışdır. Qeyd edək ki, bu artımda 

universitetlər  tərəfindən  ali  təhsilin  ma-

gistratura  pilləsində  biznes  idarəetməsi 

üzrə həyata keçirilən MBA proqramlarının 

da mühüm rolu vardır. 

Cədvəl  2-nin  məlumatları  əsasında 

Azərbaycanda  dövlət  və  qeyri-dövlət  аli 

təhsil müəssisələrində ixtisas qrupları və 

istiqamətlər  üzrə  təhsil  alan  tələbələrin 

sayını təhlil edən zaman görmək olar ki, 

2013/2014-cü  tədris  ilində  iqtisadiyyat 

və idarəetmə üzrə oxuyanların sayı ümu-

mi tələbə kontingentinin 21,94%-ni təşkil 

etmişdir. 

alanların sayı 2013/2014-cü tədris ilində 

2000/2001-ci  tədris  ilinə  nisbətən  32,2, 

2008/2009-cu  tədris  ili  ilə  müqayisədə 

2,45,  2012/2013-cü  tədris  ilinə  nisbətən 

isə  4,93  faiz  artmışdır.  Ümumilikdə  hər 

il bu sahədə təhsil alanların sayının ilbəil 

artması  ölkəmizdə  biznes  münasibətləri-

nin inkişafı ilə yanaşı, bu ixtisas üzrə təhsil 

imkanlarının da artdığını göstərir.

Ölkəmizdə  biznes  təhsilinə  marağın 

artması, iqtisadçı məzunlara əmək baza-

rında ehtiyacın genişlənməsi, o cümlədən 

sahibkarlıq subyektlərinin  sayının çoxal-

ması tələbə və magistrlərin sayında ilbəil 

yüksəlişi  şərtləndriməklə  bərabər,  bu 

sahədə təhsil verən ali məktəblərin qarşı-

sında mühüm məsuliyyətlərin də forma-

laşdığını göstərir.  

Hazırda  ölkəmizdə  biznes  təhsilinin 

həyta keçiilməsində dövlət və özəl ali mək-

təblər içərisində Azərbaycan Dövlət İqtisad 

Universiteti, ADA Universiteti, Azərbaycan 

Turizm və Menecment Universiteti, Azər-

baycan  Kooperasiya  Universiteti,  Xəzər 

Universiteti, Qərb Universiteti, Qafqaz Uni-

versiteti, Bakı Biznes Universiteti və Azər-

baycan Universiteti daha çox fərqlənir.

ADA  Universitetinin  tərkibində  ayrıca 

Biznes  Məktəbi  fəaliyyət  göstərir.  Yaxşı 

təcrübə  kimi  həmin  məktəbin  Məsləhət 

Şurasına  Azərbaycanın  öndə  olan  biznes 

strukturlarının vəzifəli şəxsləri daxil edil-

mişdir.  Bu  da  biznes  nümayəndələrinin 

tədrisin  təşkilində  birbaşa  iştirakına  im-

kan yaradır.

Azərbaycan  Dövlət  İqtisad  Universi-

tetində  (ADİU)  isə  iqtisadiyyatın  bütün 

sahələri üzrə tədris həyata keçirilir. Bura-

da London Universitetinin London İqtisa-

diyyat  Məktəbinin  bakalavr  dərəcə  proq-

ramının  həyata  keçirilməsini,  İnnovativ 

Biznes  İnkubatorunun  təşkilini,  biznes 

strukturlarında  çalışanların  tədris  prose-

sinə cəlb olunmasını və s. göstərmək olar. 

ADİU-da  İnkubator  vasitəsilə  universitet 

tələbələrinin startap layihələri qiymətlən-

dirilərək onların biznesə başlamaları üçün 

də dəstək proqramı həyata keçirilir.

Qafqaz Universitetində isə biznes və sə-

naye ilə əməkdaşlığa kompleks yanaşılaraq 

bu istiqamətdə müasir dövrdə iş dünyasının 

38

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


təhlil

tələblərinə  cavab  verəcək  şəkildə  müxtəlif 

mərkəzlər  yaradılmışdır.  Həmin  mərkəzlər 

vasitəsilə həm universitet əməkdaşları, həm 

də tələbələr biliklərini özəl sektorda reallaş-

dırmaq və artırmaq imkanı əldə edirlər. Bu-

nunla  yanaşı,  praktiki  biliklərin  artırılması 

məqsədilə  laboratoriyalar,  o  cümlədən  tex-

noparklar təşkil olunmuşdur. 

Bütün bunlara baxmayaraq, ölkədə biz-

nes  təhsilinin  inkişafı  qarşısında  hələ  də 

bir  sıra  problemlər  qalmaqdadır.  Bunun 

üçün də beynəlxalq təcrübənin öyrənilmə-

si və ölkəmizdə tətbiqinin genişləndirilmə-

sinə böyük ehtiyac var. 

Qısası, beynəlxalq təcrübəyə nəzər sal-

saq, görmək olar ki, Amerikada sahibkar-

lar və müxtəlif şirkətlərin insan resursları 

departamentlərinin nümayəndələri mobil 

informasiya  portalı  vasitəsilə  universiteti 

bitirməkdə olan tələbələrin və məzunların 

bacarıqları barəsində ətraflı məlumat əldə 

edərək  onları  öz  şirkətlərinə  cəlb  etmək 

imkanı da qazanırlar.

Beynəlxalq  sertifikatlar  proqramı  va-

sitəsilə İstanbul Universiteti həm Türkiyə-

də, həm də müxtəlif xarici ölkələrdə biznes 

strukturları üçün treninqlər təşkil edərək, 

onların  vasitəsilə  müəllim  heyətinin  iş-

güzarlığını  artırır,  məzunlarına  davamlı 

dəstək göstərir və maliyyə vəsaiti cəlb edir.  

Avropa universitetlərinin xarakterik xü-

susiyyətlərindən biri isə onların nəzdində 

reklam  və  marketinq  departamentlərinin 

fəaliyyət göstərməsidir. Bu şöbələrin əsas 

vəzifəsi  təmsil  etdikləri  universitetlərin 

həm  ölkə  daxilində,  həm  də  beynəlxalq 

arenada  müsbət  imicini  formalaşdırmaq, 

tələbə  axınını  çoxaltmaq,  ali  məktəblərin 

mövcud bazara təqdim etdikləri məhsullar 

(tədqiqat işləri, proqramlar, müəllim heyə-

ti və s.) haqqında cəmiyyəti məlumatlandı-

raraq müştəri cəlb etməkdən ibarətdir.

İngiltərədə karyera tərbiyə proqramları 

peşəkar işçilərlə tələbələr arasında həyata 

keçrilir.  Proqram  vasitəsilə  peşəkarlar  öz 

təcrübələrini,  ekspertizalarını  tələbələrlə 

paylaşmaqla onlara karyera ideyalarını in-

kişaf etdirməyə kömək edirlər.

Bu misalları xeyli artırmaq da olar. Son-

da  biznes  təhsilinin  inkişafı  ilə  bağlı  bir 

neçə təklif irəli sürmək üçün İqtisadi Re-

sursların Öyrənilməsi İctimai Birliyi tərə-

findən  aparılmış  tədqiqatdan  irəli  gələn 

bir neçə tövsiyəni aşağıda sadalayaq:

1. 

Universitetlərdə kadr hazırlığı işini şirkət-

lərlə  əməkdaşlıq  çərçivəsində  birgə  təşkil 

etmək; universitetlərin dekanlıqları, müvafiq 

şöbələri  sahibkarlıq  subyektləri  və  biznes 

assosiasiyaları  ilə  qarşılıqlı  əlaqə  qurmalı-

dır. Bunun üçün müştərək “İnsan resursları” 

proqramlarının  təşkili  daha  məqsədəuy-

ğundur. Bu istiqamətdə görüləcək işlər həm 

müəssisələr,  həm  də  ali  təhsil  ocaqları  və 

onların  məzunları  üçün  böyük  əhəmiyyət 

daşıyır. Belə ki, sahibkarlıq subyektləri kadr 

hazırlığı prosesində yaxından iştirak edərək 

aktiv tələbələri seçib işə götürəcəklər. Bu da 

müəssisənin  yeni  işçinin  təkmilləşdirilməsi 

ilə bağlı xərclərinə qənaət olunmasına gəti-

rib  çıxaracaq.  Universitetlər  isə  məzunları-

nın işlə təmin olunmasına nail olacaqlar;  



2. 

Özəl  sektorla  elm  və  təhsil  sferasının 

münasibətlərinin  formalaşdırılması  is-

tiqamətində  qanunvericilikdə  müvafiq  is-

lahatlar aparmaq; 

3. 

Universitetlərdə praktikanın təşkili za-

manı  sahibkarlıq  subyektlərinin  və  tələ-

bələrin rəylərini nəzərə almaq;  



4. 

Universitet-sənaye  əməkdaşlığını  ge-

nişləndirmək. Bu istiqamətdə sənayenin 

müxtəlif  sahələri  üzrə  müvafiq  kafed-

raların  yaradılması,  həmçinin  təcrübə 

bazalarının  formalaşdırılması,  ali  mək-

təblərdə  və  elmi  müəssisələrdə  sənaye 

sahələrində çalışanlar üçün nəzəri-təlim 

mərkəzlərinin  təşkil  olunması  sonda 

universitet-sənaye  əməkdaşlığının  ge-

nişlənməsinə,    yeni  ideyaların  təcrübə 

məkanlarında daha çevik formada sınaq-

dan keçirilməsinə və tətbiqinin sürətlən-

məsinə,  elm  və  təcrübənin  sintezi  üçün 

daha əlverişli mühitin yaranmasına gəti-

rib çıxarar;



5. 

Biznes təhsili sahəsində ölkəmizdə qabaq-

cıl  mövqedə  olan  universitetlərin  ən  yaxşı 

təcrübələrinin Bakı və regionlarda yerləşən 

iqtisadiyyat sahəsində təhsil verən ali təhsil 

ocaqları arasında yayılmasına çalışmaq.

Azərbaycanda  biznes  təhsilinin  inkişafı 

davamlı  olaraq  diqqət  mərkəzində  saxla-

nılmalıdır.  Çünki  dünya  ölkələri  içərisində 

rəqabətədavamlı  ölkə  olmaq  üçün  rəqa-

bətədavamlı sahibkarlıq subyektlərinə ma-

lik olmaq lazımdır. Bunun üçün isə biznes 

strukturlarında ixtisaslı və peşəkar kadrla-

rın olması ən ümdə məsələlərdən biridir. 

39

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə