Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə12/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

İlham  Əliyev
öz  əksini  tapmışdır:  «Qarapapaqlardan  1 0 0  
ailə  və  ayrımlardan  300  ailə  Qarsa,  tanınm ış 
Uluxanlı  tayfasından  600  ailə  Bəyazidə,  m ü - 
səlman  kurdləri-səlallılar  Muşa  köçmüşlər. 
Qarapapaqlılardan  digər  800  ailə  Arazı  keçə- 
rək  İrəvan  xanı  Hüseyn  xanın  qardaşı  Həsən 
xanın  dəstəsinə  qoşulmuşlar.  700  ailə  kürd- 
camədənlilər,  400  ailə  birukinlilər,  400  ailə 
dovşanlılar,  200  ailə  çobankerinlilər,  1000 
ailə  zilani-kürdləri  də  onlarla  birlikdə  Türki- 
yəyə keçmişlər».
“Türkmənçay”  (10  fevral  1828)  müqaviə- 
sindən  sonra  isə  21  mart  1828-ci  ildə  imperator
I  Nikolayın  fərmanı  ilə  əzəli  Azərbaycan  tor- 
paqları  olan  Qarabağ,  Naxçıvan  və  İrəvan  xan- 
lıqlırının  ərazisində  «erməni  vilayəti»  yaradıldı  ki, 
onun da 9700 əhalisinin  7331-i azəri türkləri  idi.
Qafqazda imperiyalar vs ermənilərin Azərbaycart ərazilərinə köçürülməsi
“Türkmənçay”  müqaviləsinin  XV  bəndinə 
uyğun  olaraq  1828-1830-cu  illər ərzində  İrəvan, 
Naxçıvan  və  Qarabağ  xanlıqlarının  ərazisinə 
İrandan  40  min,  Türkiyədən  isə  84600  erməni 
köçürüldü.  Hərbi  müdaxilə zamanı yüzlərlə  kənd 
boşaldıldı  və  minlərlə  insan  qətl  edildi.  Bütün  bu 
soyqırımı  siyasətinə  baxmayaraq,  Rus  imperi- 
yasının  apardığı  siyahıyaalmaya  əsasən  1897-ci 
ildə  İrəvan  quberniyasında  313  178  azəri  türkü 
yaşayırdı.
Erməni  tarixçilərinin  bəzi  əsərlərində  tarixi 
hadisələr,  faktlar  “böyük  Ermənistan”  ideyası 
naminə  bir  tərəfli  qaydada  təhrif  olunur.  Guya 
“böyük  Ermənistan”  adlı  mif yüz  illər boyu  Xəzər 
dənizindən  Qara  dənizədək  olan  sahəni  əhatə


İlham  Əliyev
edirmiş.  Ermənilərə  görə  “Ermənistan  dövləti” 
e.ə  II  -I  əsrlərdə  mövcud  imiş....  Hansı  ki,  Alban 
tarixçisi  M.  Kalankatlının  “Alban  tarixi”  əsərində 
heç  yerdə  erməni  adı  çəkilmədiyi  halda,  ənə- 
rıəvi  olaraq  erməni  tarixçiləri  coğrafi  adları  özlə- 
rinə  məxsus  bir  tərzdə  təhrif  edərək,  Aralıq, 
Qara  və  Xəzər  dənizləri  arasında  yerləşən  əra- 
zini  Ermənistan,  orada  yaşayan  əhalini  isə  er- 
mənilər  adlandırırlar.  Əgər  Albaniya  Ermənista- 
rıın  tərkib  hissəsi  olsaydı,  onda  bütün  qədim  er- 
məni  mənbələrində  bu  ölkənın  adı  “Ağvan” yox, 
“Hayastan” olardı...
Azərbaycanın  Kiçik  Qafqaz  dağlarının  cə- 
rıub-şərq  ətəklərindən  başlayaraq  Kür  və  Araz 
çayları  arasındakı  ərazisini  əhatə  edən  tarixi 
Qarabağ  vilayəti  qədim  dövrlərdə  və  erkən  orta 
əsrlərdə  Qafqaz Albaniyasının tərkibində  olmuş- 
dur.  XX  əsrə  qədər  Dağlıq  Qarabağ  anlayışı 
mövcud  olmayıb.  Artsax  adlanan  yer Albaniya- 
nın  əyaləti  olmuş,  Atabəylər,  Qaraqoyunlu,  Ağ- 
qoyunlu  və  Səfəvi  dövlətləri tərkibində  Qarabağ 
adlanmışdır.  Albaniyanın  Artsax vilayəti  12 kiçik 
inzibati  ərazi vahidindən  ibarət olmuşdur.
14 
may  1805-ci  il  tarixdə  “Kürəkçay”  sülh 
müqaviləsinə  görə  Qarabağ  xanlığı  Rusiyanın 
tabeliyinə  keçmiş,  1822-ci  ildə  isə  rəsmi  olaraq 
ləğv  edilib  Qarabağ  əyalətinə  çevrilmişdir. 
1840-cı  il  islahatı  ilə  Qarabağ  əyaləti  ləğv  olu-
68
Qafqazda imperiyalar va ermənilarin Azərbaycan arazilərinə köçürühnəsi
naraq  əvəzində  Şuşa  qəzası  yaradılmış,  qəza 
əvvəl  Kaspi  vilayətinin,  1868-ci  ildən  isə  Yeliza- 
vetpol  (Gəncə)  quberniyasının  tərkibində olmuş- 
dur.  XIX  əsrin  20-ci  illərində  Yermolovun  tələbi 
və  təkidi  ilə  keçirilən  siyahıyaalmada  Qarabağ 
regionunda  yaşayan  18.563  ailədən  yalnız 
1559-u  (cəmi  18  %-i)  erməni  ailəsi  olmuşdur. 
Bundan  bir neçə  il  sonra  (1832-ci  il) aparılan  ka- 
meral  sayıma  görə,  İran  və  Türkiyədən  köçürü- 
lən  erməni  abidələrinin  hesabına  Qarabağda  er- 
mənilərin  sayı  xeyli  artmışdır.  XIX  əsrin  20-30- 
cu  illərində  Zaqafqaziyaya  o  cümlədən,  Qara- 
bağa  200.000  errnəni  köçürülür.  (N.İ.Şavrov: 
Novaya  uqroza  ru ss k o m u   d elu   v   Zaqafkaz- 
ye;  p redstoyaşaya  rasprodaja  M uqani  i 
narodtsam .  SP-b.1911,  s.59)
Azərbaycanlıların  deportasiya  tarixi  isə  XIX 
əsrin  əvvəlində,  yəni  1801-ci  ildən  başlayır.  İlk 
dəfə  olaraq,  rus  ordusu  indiki  Ermənistan  ərazi- 
sindən-  14  kənddən  azəri  türkünü  deportasiya 
etdilər.  Yəni  azərbaycanlıların  deportasiya  olun- 
masının  tarixi  200  il  əvvələ  gedib  çıxır.  Azər- 
baycanlıların  deportasiya  olunduğu  həmin  əra- 
zilərə ermənilərin  köçürülməsi  həyata  keçirilib.


İllıam   Əliyev
Rusiya  ilə  İran  ara- 
sında  gedən  1804- 
1813 
və 
1826- 
1828-ci  illər  mühari- 
bəsindən  sonra  im- 
zalanan 
Gülüstan 
(1813-cü  il  12  ok- 
tyabr)  və  Türkmən- 
çay  (1828-ci  il  10 
fevral)  müqavilələri 
ilə  Azərbaycan  Ru- 
siya və  İranın  məkrli 
işğalçılıq  siyasətinin 
acı  nəticəsi  olaraq 
faciələr  dolu  həyat  yaşamağa  məhkum  edildi. 
Azərbaycan  xalqı  iki  yerə  bölündü  və  Azər- 
baycanın  şimalı  Rusiyanın,  cənubu  isə  Qacar 
dövlətinin  (1936-cı  ildən  bu  dövlət İran  adlan- 
drıldı-red)  idarəçiliyinə  keçmiş  oldu.  Diqqət- 
çəkən  müdhiş  məqam  ondan  ibarətdir  ki,  Ru- 
siya  çarı  1-ci  Nikolay  21  mart  1828-ci  ildə  Nax- 
çıvan  və  İrəvan  ərazisində  erməni  məhəllələri- 
nin  yaradılması  haqqında  16  maddədən  ibarət 
olan  qərar qəbul etdi.
Eyni  zamanda,  Türkmənçay  müqaviləsinin 
15-ci  bəndinə  əsasən  ermənilərin  İrandan  Nax- 
çıvan,  İrəvan  və  Dağlıq  Qarabağa  köçürülməsi 
prosesi  həyata  keçirilməyə  başladı.  Bunun  da 
-------------------------------------------------------------------------------------------------------------  
70
 
--------------------------------------------------------------------------------------------------—
Qafqazda imperiya/ar və erm ənibrin Azarbaşcan ərazilarina köçürülmasi
nəticəsində  azərbaycanlılar  öz  vətənlərində, 
doğma  yurdlarında  sıxışdırılmağa  başlamışlar. 
Rusiya  ilə  Turkiyə  arasında  1828-1829,  1877- 
1878  müharibələrinin  sonlarında  da  ermənilərin 
Türkiyədən  Azərbaycan  ərazilərinə  köçürülməsi 
siyasəti  həyata  keçirildi.  Ümumilikdə,  1829-
1830-cu  illərdə  İrandan  40  min,  Türkiyədən  isə 
84  min  600  erməni  Azərbaycanın  müxtəlif ərazi- 
lərində yerləşdirilmişdir.
HAYLAR KİM DİR  VƏ BU BÖLGƏYƏ 
HARADAN GƏLİBLƏR?
Qeyd  etmək  istərdik  ki,  hayların  bu  torpaq- 
lara  sonradan  gəlməsi  elmi  cəhətdən  aksio- 
madır.  Hayların  təşəkkülü  haqqındakı  kanonik 
versiya,  erməni  tarixçisi  kimi  tanıdılan  Moisey 
Xorenatsiyə  görə,  ermənilərin  ulu  babası  Hayk 
Nuh  Peyğəmbərin  nəslindəndir.  Amma  nə 
M.Xorenatsi,  nə  də  digər  qədim  tarixçilər  Urartu 
dövlətinin  ermənilərə  aid  olduğu  barədə  hər 
hansı  bir  məlumat  verməmişlər  və  verə  də  bid- 
məzdilər.  Çünki,  bu  heç  bir  bəlli  tarixi,  dəlil- 
sübutu  olmayan,  cəfəngiyyat  idi...  Bəli.  İik  dəfə 
müasir  Türkiyə  ərazisində  «böyük  Ermənistan» 
dövlətinin  olduğunu  «sübut  etmək»  üçün  belə 
gülünc  və  əssassız  cəhdlər  göstərilmişdir.  Bu 
Birinci  Dünya  müharibəsi  zamanı  Qərb  döv-


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə