Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə36/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

 
142
təqəllüsün özü belə  qısamüddətli tetanusdan ibarətdir.  İş 
burasındadır ki, tetanik təqəllüs olmasa idi, biz iş görə bilməzdik, 
belə ki, fəhlə əlində çəkic saxlaya, heç bir yükü daşıya, idmançı 
heç bir statik iş görə bilməzdi (ştanqçı ştanqı sinəsi üzərində və ya 
başı üstündə, ağırlıq qaldıran ağırlığı saxlaya bilməzdi).  İnsanın 
bütün  əzələləri tetanik təqəllüsə qabildir. Yalnız ürək  əzələsi 
tetanus vermir. Ürək  əzələsi ancaq tək  əzələ  təqəllüsü verir. 
Bunun nəticəsində o ritmik surətdə sistola və diastola edir. Əgər 
ürək əzələsi tetanus versə idi, o zaman yığılmış halda qalardı, qanı 
müntəzəm surətdə aortaya verə və qan təzyiqini lazımi səviyyədə 
saxlaya bilməzdi.  
Beləliklə, skelet əzələsi tək qıcığa qarşı  tək təqəllüslə, 
çoxsaylı  qıcığa qarşı isə tetanik təqəllüslə cavab verdiyi halda, 
ürək  əzələsi qıcığın sayından və qüvvəsindən asılı olmayaraq, 
oyanmaya səbəb ola bilən qıcıq qüvvəsinə qarşı maksimum 
yığılmaqla, tək təqəllüs etməklə cavab verir. 
Saya  əzələ hüceyrələrinin morfologiyası.  Saya  əzələ 
hüceyrələrinin quruluşu – uzunsov, iyvari, çox vaxt çıxıntılı olur. 
Uzunluğu 20 mkm – 1 mm qədərdir (məsələn, hamiləlik zamanı 
uşaqlığın saya əzələ hüceyrələri). Mərkəzdə oval nüvə yerləşir 
Sarkoplazmada nüvənin qütblərində mitoxondrilər, azad 
ribosomlar, SR (sarkoplazmatik retikulum) yerləşir. 
Miofiomentlər hüceyrənin uzununa oxu boyunca yerləşir. 
Hər bir saya əzələ hüceyrələri bazal membranla örtülüb. 
Yığılma aparatı. Stabil aktin lifləri  əsasən saya əzələ 
hüceyrələrinin uzununa oxu boyunca yerləşir və  sıx cisimlərə 
bağlanır. Qalın miozin liflərinin və aktin və miozin liflərinin birgə 
təsirini kalsium deposundan (SR) daxil olan Ca
2+
 ionları 
aktivləşdirir. 
Yığılma aparatının mütləq komponentləri – kalmodulin (Ca
2+
 
birləşdirici zülal) kinaza və fosfotazasıdır. 
İnnervasiya. Saya əzələ hüceyrələrini sinapatik və hissəvi 
olaraq parasimpatik (xolinerqik) sinir lifləri innervasiya edir. 
Neyromediatorlar sinir liflərinin varikoz terminal 
genişlənmələrindən hüceyrəarası boşluğa diffuziya edirlər. 
 
143
Plazma molekulundakı neyromediatorlar onların reseptorları 
ilə sonrakı birgə  təsiri saya əzələ hüceyrələrinin yığılmasına ya 
boşalmasına gətirib çıxarır. 
Boşluqlu orqanların çoxu sinsit quruluşlu saya əzələlərdən 
təşkil olunmuşdur və o, fəaliyyət potensialının yavaş dalğalarının 
heç bir maneə olmadan bir lifdən digərinə yayılmasını təmin edir. 
Belə ki, bunlar simpatik və parasimpatik sinir lifləri ilə  təchiz 
olunurlar (şəkil 5.16). Parasimpatik sinirin qıcıqlandırılması boşluqlu 
orqanların sekretor fəaliyyətini artırır, simpatik sinir isə ləngidir. 
 
 
 
Şəkil 5.16. Asetixolin (A) və adrenalinə (B) qarşı saya əzələlərinin 
reaksiyası. 
 
Adrenalinin təsirindən damar divarlarının saya əzələləri 
yığılırsa, mədə-bağırsaqların saya əzələləri,  əksinə, boşalır. 
Asetixolin isə bu qrup əzələlərə əks təsir göstərir. 
Saya  əzələlər uzunmüddətli mütləq refrakter dövrə,  əksinə, 
skelet əzələləri isə qısa refrakter dövrə malikdir. 
Humoral requlyasiya. Müxtəlif saya əzələ hüceyrələri 
membranına asetilxolin, histanin, aqriopeptin, anquotenzin 
reseptorları, adrenoreseptorlar və digərləri daxildir. Aqonistlər 
saya əzələ hüceyrələri membranında öz reseptorları ilə birləşərək 
saya  əzələ hüceyrələrinin yığılmasına və ya boşalmasına səbəb 
olurlar. 
Saya  əzələ hüceyrələrinin yığılması.  Aqonist (adrenalin, 
noradrenalin, anqiotenzin vazopressin) öz reseptoru vasitəsilə C-
zülalı (C
p
) aktivləşdirir, o isə öz növbəsində C fosfolipazanı 
downloaded from KitabYurdu.org


 
144
fəallaşdırır. C-fosfolipaza inozitoetrifosfatın (İTF)  əmələ 
gəlməsini katalizə edir. İTF Ca depolarından Ca
2+
 qovulmasını 
stimullaşdırır. Sarkoplazmada Ca
2+
 konsentrasiyasının yüksəlməsi 
saya əzələ hüceyrələrinin yığılmasına səbəb olur. 
Saya  əzələ hüceyrələrinin boşalması.  Aqonist (atripeptin, 
trudikinin, histamin, VİP) reseptorla birləşib C-zülalı fəallaşdırır, 
o isə öz növbəsində adenilatsiklazanı fəallaşdırır. Adenilatsiklaza 
TsAMF-nin  əmələ  gəlməsini katalizə edir. TsAMF-Ca deposuna 
Ca
2+ 
dolduran kalsium nasosunun işini gücləndirir. 
Sarkoplazmada Ca
2+ 
konsentrasiyası azalır və saya əzələ 
hüceyrələri boşalır. 
Saya əzələ hüceyrəsi iyvarı formada olub, uzunluğu təqribən 
50-400 mkM, diametri 2-10 mkm olub, xüsusi hüceyrəarası 
əlaqələrlə (desmosomlar) birləşmişdir. Onlar kollagen liflər 
sarılmış tor əmələ gətirir. Miozin və aktin liflərinin qeyri-düzgün 
paylanmaması  səbəbindən, bu hüceyrələr ürək və skelet əzələsi 
üçün xarakterik olan eninəzolaqlı deyil, iyvarı formalıdırlar. 
Onlar da həmçinin mifilamentlərin bir-birinə nisbətən sürüşməsi 
hesabına qısalır. Lakin sürüşmə sürəti və ATF-ın parçalanması 
burda eninəzolaqlı  əzələyə nisbətən 100-1000 dəfə  aşağıdır. 
Bununla  əlaqədar olaraq saya əzələ  həm yorulmaya, həm də 
bədənin çox enerji itkisinə səbəb olmayan uzunmüddətli təqəllüsə 
daha yaxşı uyğunlaşmışdı. 
Saya  əzələnin yığılması (dartılması) zamanı onun gərginliyi 
əvvəlcə kəskin artır, sonra isə tədricən enir. 
Saya  əzələ özünün plastikliyi sayəsində  həm qısalmış, həm 
də dartılmış  vəziyyətdə tam boşala bilər (məsələn, sidik kisəsi). 
Arteriyaların, toxum axarlarının, həmçinin kirpikli əzələnin saya 
əzələsinin aktivliyi zəif və ya heç olmur. Bağırsaq  əzələrindən 
fərqli olaraq onların fəallığı miogen təbiətli deyil, neyrogendir, 
başqa sözlə, bu əzələlərə vegetativ sinir sistemini sinirlərilə daxil 
olan impulslara əsaslanır. 
Sinir impulsların daxil olması  nəticəsində xaric olan 
mediatorlar diffuziya yolu ilə effektor hüceyrəyə daxil olur və 
onları  fəallaşdırır – arterial və toxum axarlarında tetanusabənzər 
 
145
yığılmasına səbəb olur. Damarın izolə edilmiş  əzələsinə 
noradrenalin ilə təsir etdikdə düzlənmiş təqəllüsə səbəb olur.  
Saya  əzələnin işinin idarə olunması.  Saya  əzələnin idarə 
olunması da ona ikili şəkildə olan təsirin göstərilməsinə 
(möhkəmləndirici və ya zəiflədici) əsaslanmışdır. Məhz buna görə 
də skeletin hər bir eninə zolaqlı  əzələsindən onun yığılmasına 
təkan verən bir sinir keçdiyi halda, daxili orqanların saya 
əzələlərinə yığılmanı və zəiflədilməni əmələ gətirən iki sinir daxil 
olur. Vegetativ sinir sisteminin simpatik və porasimpatik sinirləri 
ikili  şəkildə olan antoqonistik innervasiyanı  həyata keçirirlər. 
Məsələn, mədə, bağırsaq, bronx və sidik kisəsinin divarlarının 
əzələlərinin yığılması parasimpotik sinirlər vasitəsilə güclənir, 
simpotik sinirlər vasitəsilə isə  zəiflədilir. Qan damarları, uşaqlıq 
borusu, sidik kisəsinin dəri və sfinkterinə isə simpotik sinirlər əks 
təsir göstərərək, onların yığılmasını gücləndirirlər. Saya əzələli 
orqanlar həm sinir idarəetməsinin, həm də humoral 
tənzimləyicilərin təsirinə  məruz qalırlar. Məsələn, adrenalin 
damarların  əzələsinin yığılmasına, mədə  və bağırsaq  əzələsinin 
zəifləməsinə səbəb olur. 
Elektromexaniki yığılma. Saya əzələ hüceyrəsinin oyanması 
ya hüceyrə membranın cərəyandan asılı kalsium kanallarından 
Ca
2+
 daxil olmasının çoxalmasına ya da hüceyrədaxili «ikinci 
vasitəçinin» inozitolfosfatın təsiri ilə Ca
2+
 sarkoplazmatik 
retikulumdan xaric olmasına səbəb olur. Hər iki halda 
sarkoplazmada Ca
2+
 qatılığının artmasına və deməli, yığıcı ürək 
və skelet əzələsində olduğu kimi, saya əzələlərdə də həmişə Ca
2+
 
hüceyrədaxili qatılılığı 10
-7
 M aşağı olduqda boşalır. Lakin 
onların boşalması həddindən artıq tədricən baş verir, ona görə ki, 
Ca
2+
 ionlarının hüceyrə membranından xaric olması  və 
sarkoplazmatik retikulum tərəfindən udulma sürəti burda zəifdir. 
 
5.8. Əzələnin yorulması 
 
Yorulma – fiziki və zehni əmək növlərindən birinin təsiri 
nəticəsində yaranan oyanmanın (fəaliyyət potensialının) MSS-nə 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə