Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə30/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   102

 
118
tensialı generasiya olur. Ancaq təcrübə şəraitində əzələ lifinin bir 
dəfə vasitəsiz stimulyasiyası mümkündür. Məsələn, qurbağanın 
izolə olunmuş əzələsini müddəti 1 ms qədər olan elektrik impulsu 
ilə 1 dəfə  qıcıqlandırdıqda, qıcıqlandırma yerindən  əzələ lifi 
boyunca təqribən 1-2 m/s sürəti ilə  fəaliyyət cərəyanı yayıla-
caqdır, həm də bir neçə milli saniyə sonra o yığılacaqdır (şəkil 
5.6). Beləliklə, yığılma fəaliyyət cərəyanı ilə, başqa sözlə, lifin 
membranının oyanması ilə baş verir. 
 
 
Şəkil 5.6.  Fəaliyyət potensialının müvəqqəti hərəkəti və eninəzolaqlı 
əzələnin izometrik təqəllüsü. 
Sadə üsulla əzələnin təqəllüsünün mioqrammasını qeyd etmək 
və təqəllüsə səbəb olan qıcıq qüvvəsini təyin etmək üçün qurbağa 
bədənində sinir əzələ preparatı hazırlanır, mioqrafdan asılaraq 
qeydedici lingə birləşdirilir və kimoqrafın üzərində olan kağıza 
toxundurulur. Qıcıgın təsiri altında  əzələ lifinin uzunluğu və ya 
gərginliyinin dəyişməsinə təqəllüs deyilir. Əgər qıcıq təsiri altında 
əzələnin uzunluğu dəyişib gərginliyi dəyişmirsə, belə  təqəllüsə 
 
119
izotonik  təqəllüs deyilir, çünki əzələ  qısalır. Gərginlik daima 
verilən yükün təsiri altında dəyişməz qalır.  Əksinə, uzunluğu 
dəyişməyib, gərginliyi dəyişilirsə, belə  təqəllüsə  izometrik 
təqəllüs deyilir. Çünki əzələnin gücü yükünə üstün gəlmək üçün 
kifayət etmir. Məsələn,  əzələ yük qaldırdıqda onun uzunluğu 
dəyişdiyi halda gərginliyi dəyişmir. Lakin statik iş zamanı izo-
metrik təqəllüs müşahidə olunur. Orqanizmdə  təmiz halda 
izotonik və ya izometrik təqəllüs müşahidə edilmir. 
Əgər elektrodları  əzələnin üzərinə toxundurub, qıcıq 
verilməklə təqəllüs əmələ gətirilirsə, vasitəsiz qıcıqlanma, həmin 
əzələni innervasiya edən sinirin üzərinə toxundurub qıcıq 
verməklə törədilən qıcığa vasitəli qıcıqlandırma deyilir.  
Əzələ  təqəllüsünü yazan bu üsul sadə olub, mürəkkəb 
avadanlıqlar tələb etmir (şəkil 5.7). Lakin alınan məlumat dəqiq 
olmur. Bu çatışmazlığı aradan qaldırmaq üçün mexaniki 
dəyişikliyi elektrik cərəyanına çevirən xüsusi cihazlardan 
məsələn, ossilloqrafdan istifadə edilir. İşıq  şüasının köməyilə 
fotokimoqraf üzərində aparılan optik qeyd daha dəqiq üsuldur 
(şəkil 5.8).  
 
 
Şəkil 5.7. Əzələnin izotonik qeydi üçün mioqrafiya üsulu. M-əzələ; 
a-qeydedici link; B-sıxıcı; E-qıcıqlandırıcı elektrodlar; V-yük. 
downloaded from KitabYurdu.org


 
120
 
Əzələyə vasitəsiz və ya vasitəli yolla tək bir qıcıq verdikdə 
əzələ bir dəfə yığılıb-boşalır. Buna əzələnin tək təqəllüsü deyilir. 
Tək təqəllüsün  əyrisi kimoqraf üzərində qeyd olunur. Bu da 
mioqramma adlanır. Hər mioqrammada üç dövr latent və ya gizli 
dövr, yığılma və boşalma dövrləri ayırd edilir (şəkil 5.8). 
Latent dövr qıcığın verildiyi andan əzələnin yığılmasına qədər 
keçən dövrü əhatə edir. Əyridə qalxan qol əzələnin yığılması, 
enən qol isə boşalmasına uyğun gəlir.  Əzələ  təqəllüsünün adi 
mioqrafiyası zamanı latent dövr 0,01 san, yığılma dövrü 0,05 san 
və boşalma dövrü 0,04-0,05 san-yə  bərabər olur. Daha 
təkmilləşmiş üsulda təqəllüsün optik qeydi zamanı latent dövr 
qısa, 0,0025 san-yə çatır. 
Əzələnin təqəllüsünə  səbəb olan qıcıq qüvvəsini təyin etmək 
üçün sinir-əzələ preparatı hazırlanıb mioqrafa bərkidilir. 
Tənzimləyici dəstəyi hərəkət etdirməklə  cərəyanın qüvvəsini 
tədricən artırıb elə həddə çatdırmaq olar ki, bu zaman əzələnin ilk 
və  ən minimum təqəllüsü baş versin. Belə  qıcıq qüvvəsi  qıcıq 
qapısı  adını almışdır. Qıcığın qüvvəsini artırmaqla  əzələnin 
maksimum dərəcədə  yığılmasını almaq olar. Bu qıcıq qüvvəsi 
optimum qıcıq qüvvəsi adlanır.  Əzələnin maksimum təqəllüsünü 
belə izah etmək olar. Qıcığın qüvvəsi nə  qədər çox olarsa, bir o 
qədər çox lif oyanır. Maksimal təqəllüsdə  əzələnin bütün lifləri 
yığılır. 
 
Şəkil 5.8. Skelet  əzələsi tək təqəllüsünün  əyrisi. a-qıcıqlandırma 
anı; a-b-latent dövr; b-v-yığılma dövrü; v-q-boşalma dövrü; əzələ 
təqəllüsü əyrisinin altında vaxtın qeyd edilməsi.  
 
Yuxarıda göstərdiymiz kimi, əzələnin tək təqəllüsü ancaq bir 
qıcıq verdikdə baş verir. Normal şəraitdə tam orqanizmdə  tək 
təqəllüs müşahidə olunmur. Çünki əzələlərə  mərkəzi sinir 
 
121
sistemindən həmişə bir çox qıcıqlar aldıqda buna uzun müddət 
yığılmaqla cavab verir. Belə təqəllüs tetanik təqəllüs və ya tetanus 
adlanır. Tetanik təqəllüs almaq üçün qıcıqlar arasındakı fasilə tək 
təqəllüs müddətindən qısa olmalıdır və ondan əvvəlki qıcığın 
təsirindən əmələ gələn təqəllüs qurtarmamış verilməlidir. 
İki növ tetanik təqəllüs müşahidə edilir (şəkil 5.9): dişli tetanus 
(B) və saya tetanus (V). Növbəti qıcığın təqəllüsün hansı dövrünə 
rast gəlməsindən asılı olaraq ya dişli, ya da saya tetanus müşahidə 
olunur. 
 
Şəkil 5.9. Müxtəlif tezlikli qıcıqlanmalar zamanı əzələnin təqəllüsü. Tək-
tək qıcıqlar – tək təqəllüs (A), nisbətən çoxsaylı – dişli tetanus (B), daha 
çox – saya tetanus (V) verir. 
 
Növbəti qıcıq əzələ boşalmağa başladıqda, lakin hələ tamam boşal-
madıqda verilərsə,  əzələ ona yeni yığılma ilə cavab verir. Beləliklə, 
əzələyə boşalma zamanı  gələn növbəti qıcıqlar tetanus əmələ  gə-
tirəcəkdir. Dişli tetanus saniyədə 20-30 qıcıq verdikdə qeyd olunur. 
Qıcığın tezliyi saniyədə 50-70 olduqda, növbəti qıcıq ondan 
əvvəlki qıcığın törətdiyi yığılma dövrünə düşəcək və nəticədə əzələ 
yığılmış  vəziyyətdə qalacaq, yəni saya tetanus əmələ  gələcəkdir. 
Buradan aydın olur ki, qıcığın tezliyi nisbətən az olduqda dişli, çox 
olduqda isə saya tetanus baş verir. Tetanik təqəllüsün hündürlüyü 
tək təqəllüsün hündürlüyünə nisbətən artıq olur. 
Tək təqəllüs, superpozisiya və tetanusu müşahidə etmək 
üçün başqa təcrübəyə baxaq.   İzometrik  şəraitdə bir dəfə 
qıcıqlandırma gərginliyin tez artmasına, sonra isə yenidən 
düşməsinə  səbəb olur (tək  əzələ  təqəllüsü,  şəkil 5.9 və 5.10). 
Əgər,  əzələni onun tam boşalmasından sonra yenidən 
stimulyasiya etsək, ikinci yığılma birincinin üzərinə  əlavə 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə