DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

 
53 
H
ə
rbi qüvv
ə
l
ə

düşmə
n nüfuzuna diqq
ə
tli 
olsun 
Silahlı  qüvvələr  səhnədədir.  Onlar  bir  xalq,  bir 
məmləkətin  ətrafında  divardır.  Divar  həmişə  möhkəm 
olmalıdır.  Silahlı  qüvvələrin  öz  möhkəmliyini  saxlaması 
zəruridir.  Divar  daxilində  müxtəlif  hadisələr  baş  verir, 
müxtəlif şəraitlər yaranır. Kimsə yatıb, kimsə oyaqdır. Bir 
qrup  davalaşır,  başqa  biri  toy  mərasiminə  məşğuldur. 
Üçüncü  bir  dəstə  əzadarlıq  edir.  Amma  bütün  bunlar 
möhkəm  divarlar  içində  olmalıdır.  Silahlı  qüvvələrə  belə 
bir  divar  kimi  baxın.  Bu  divar  yerində  və  möhkəm 
olmalıdır.  Əgər  bu  qüvvələr  diqqətli  olsalar,  daim 
düşmənin  hərəkətlərini  izləsələr,  divar  daxilində 
təhlükəsizlik və sabitlik qorunar. Xalq yalnız təhlükəsizlik 
şəraitində dünya və axirətinə çata bilər. Sabitlik yoxsa hər 
hansı  sahədə  müvəffəqiyyət  də  yoxdur.  Demək,  silahlı 
qüvvələr  mövzusu  diqqət  kənarında  saxlanılası  mövzu 
deyil. Buna hamı diqqət yetirməlidir. Silahlı qüvvələr özü, 
dövlətlər,  xalq  bu  məsələyə  əhəmiyyət  verməlidir.  Divar 
daxilində  nə  baş  verirsə  baş  versin,  divarlar  yerində  və 
möhkəm  olmalıdır.  Silahlı  qüvvələri  bir  divara  bənzətdik. 
Divar  müxtəlif  mənalar  daşıya  bilər.  Siz  özünüz 
divarsınız. Ordu da bir növ divardır. İnqilab keşikçiləri də, 
bəsic  də  divardır.  Asayiş  keşikçiləri,  polisi  də  divar 
saymaq  olar.  Təhlükəsizlik  qüvvələri  də  nə  mənadasa 
divardır.  Onların  hər  birinin  öz  vəzifəsi  var. 
Sadaladıqlarımın  hər  biri  öz  divar  funksiyasına  diqqətli 
olmalıdır.
1
 
                                                           
1
 Asayiş Keşikçiləri ilə görüş, 2011 


 
54 
Silahlı  Qüvvələrə  düşmən  nüfuzu  bu  qüvvələrin 
müqavimətini  qırmaq  üçündür.  Cihad  inqilabi  cəmiyyətin 
qorunmasında mühüm amildir, cihadsız həyat yoxdur. Bir 
xalqa  müharibələr  qəbul  etdirilir.  Belə  müharibələrdə 
özünüzü  müdafiə  etməyə  məcbursunuz.  Torpağı,  milləti 
qorumaq  zəruridir.  Biz  zalım  güclərin  ayağı  altda  əzilən 
məzlum xalqları da müdafiə etməliyik. Bütün bunlar İslam 
cihadında  nəzərdə  tutulub.  Cihadın  həm  müdafiə,  həm 
hücum  növü  var.  Demək,  cihad  bir  prinsipdir.  Silahlı 
Qüvvələrə  hər  hansı  şəkildə  düşmən  nüfuzu  cihad  əsasını 
süstləşdirmək  məqsədini  daşıyır.  Bəs  İslam  cəmiyyəti 
daxilində  fəsad  törədən  kimdir?  Düşmən  gəlib  ölkə 
daxilində bu işi görə bilərmi? Təbii ki, yox. Düşmən ölkə 
daxilində  daxilən  onunla  eyni  olan  qüvvələr  tapır. 
Münafiqlər  qrupu  bir  misaldır.  Bəs  onlara  kim  deməlidir 
ki, dayanın, fəsada son qoyun?  
Bir  nöqtəyə  diqqət  yetirin.  Daxildəki  düşmən 
qüvvələrdən  bir  qismi  xariclə  əlaqə  saxlayır,  onları 
təcavüzə  təhrik  edir.  İstəyirlər  ki,  ölkəmizə  hücum  olsun. 
Müxtəlif  hiylələrlə  düşməni  buna  həvəsləndirirlər.  Bunu 
müharibə zamanı görmüşük. Səninlə bir cəbhədə olan şəxs 
düşmənlə  əlaqəyə  girir,  cəbhədəki  vəziyyət  barədə 
məlumat  ötürür.  Cəbhədə  nə  baş  verirsə  düşmən  bundan 
xəbər  tutur.  Tehranın  bombalanmasını  yada  salaq. 
Tehranın  harasınasa  mərmi  düşürdü.  Amma  bomba  atan 
düşmən  hansı  nöqtəni  vurduğunu  bilmirdi.  Bunu 
Tehrandan  onlara  çatdırırdılar,  Tehranda  vurulan  hansı 
nöqtədir.  Beləcə  düşmən  öz  zərbələrini  korrektə  edir, 
dəqiqləşdirirdi.  Mən  özüm  cəbhədə  olanda  bunu 
görmüşəm. Əhvazda münafiqlər bu işi görürdülər. Amma 
maraqlı  nöqtə  budur  ki,  bəzən  onların  öz  aralarında 
mübahisəyə  şahid  olursan.  Bir  düşmən  o  biri  düşmənə, 


 
55 
yəni  öz  əqidə  yoldaşına  deyir  ki,  nə  üçün  aranı 
qarışdırırsan?  Nə  üçün  elə  bir  iş  görürsən  ki,  düşmən 
bizim ölkəmizə sahib olsun? Hər ikisi münafiqdir, hər ikisi 
düşməndir,  amma  aralarında  fikir  ayrılığı  var.  Qurani-
Kərimin  Həşr  surəsinin  14-cü  ayəsində  buyurulur  ki, 
onları  bir  görərsən,  hansı  ki,  qəlbləri  ayrıdır.  Yəni 
aralarında  ixtilaf  var.  Bu  gün  İslama  qarşı  dayananlar 
siyasətçi  və  ya  incəsənət  adamı  olmasından  asılı 
olmayaraq bir cəbhədədirlər. Amma aralarında ixtilaf var. 
Bəqərə  surəsinin  11-ci  ayəsində  buyurulur  ki,  onlara  yer 
üzündə  fəsad  törətməyin  deyiləndə,  cavab  verərlər  ki,  biz 
yalnız  islah  edirik.  Onların  arasında  kimsə  dağıdıcılığa 
etiraz edə bilər. Öz cəbhə yoldaşına etiraz edər ki, nə üçün 
düşmənə  kömək  edirsən,  təxribat  törədirsən,  aranı 
qarışdırırsan? Münafiqlərlə hər hansı şəkildə rabitəsi olan 
mömin onların ixtilaflarına diqqət edib kimliklərini tanıya 
bilər.  Bəli,  bir  şəxs    düşmən  olmadığını,  əslində  islahat 
aparmaq  istədiyini  deyir.  Bu  adamla  ünsiyyətdə  olduqda 
onun  əsil  mövqeyini  görürsən.  Münafiqlərlə  ünsiyyətdə 
olduqda  sözdə  islahatçı  olduğunu  deyənlərin  əməldə 
təxribat  törətdiyinə  şahid  oluruq.  Heç  bir  söz  əməli 
pərdələyə bilməz. Onların hərəkətlərini izlədikdə görürsən 
ki, münafiqdir, həqiqi mömin deyil.
1
 
Bəli, 
millət 
və 
ölkənin 
əhatəsindəki  divarları 
süstləşdirməyə  qoymamalıyıq.  Silahlı  qüvvələr  belə  bir 
divardır.  Əvvəla  silahlı  qüvvələr  təhlükəni  ciddi  saysın, 
hərbi qüvvələr siyasi qüvvələr kimi hesabat apara bilməz. 
Siyasilər  deyir  ki,  düşmənin  hücum  ehtimalı  azdır. 
Məsələn  iyirmi  faizdir.  Hərbiçi  deməlidir  ki,  düşmənin 
                                                           
1
 Quran sinfində bəyanat, 1992 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə