DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   37   38   39   40   41   42   43   44   ...   50

 
127 
Neftin milliləşməsi hərəkatında da vəziyyət belə idi. Bu 
mübarizənin  mərkəzində  olan  ruhanilərdən  biri  Ayətullah 
Kaşani  idi.  Xalq  meydanlara  çıxmışdı.  Elə  ki,  rəftarlar 
dəyişdi,  inhisarçılıq  ortaya  çıxdı,  mərhum  Kaşani  kimi 
ziyalı və şücaətli ruhani sıradan çıxarıldı, millət də kənara 
çəkildi.  Milli  hərəkat  dövlətinin  başçıları  tənha  qaldılar. 
Sonra düşmən gəldi, onların başına istədiyi oyunu açdı.  
İranda xalq həmişə dinin çağırışı ilə meydanlara çıxıb. 
Ədaləti  dinin  kölgəsində  görüb.  Ruhanilərə  etimadları 
olduğundan  onların  ardınca  gediblər.  İmam  Xomeyni  (r) 
böyük  din  alimi,  müctəhid  kimi  meydana  daxil  oldu.  Bu 
pak  və  sınaqdan  çıxmış insanın  ardınca  ruhanilər səhnəyə 
gəldi.  Bütün  xalq  meydanlara  axışdı.  Artıq  düşmən 
müqavimət  göstərə  bilmədi.  O  zaman  meydanlara  çıxmış 
xalq istibdadın kökünü qazmağı bacardı.
1
 
Düşmə
n nüfuzu il
ə
 mübariz
ə
d
ə
 alim v
ə
 
ruhanil
ə
rin v
ə
zif
ə
si  
Bu  regiondakı  ölkələrdə  ilk  oyanış  dalğası  məntəqə 
ölkələrinə  hakim  olmaq  istəyən  xaricilərin  gəlişi  ilə  eyni 
vaxta  düşür.  Bu  hərəkatlar  adətən  din  alimləri,  dini 
islahatçılar  tərəfindən  başlanılıb.  Seyyid  Cəmaləddin, 
Məhəmməd Əbdəh, Mirza Ağaye Şirazi, Axund Xorasani, 
Mahmud  Əl-Həsən,  Məhəmmədəli  Şeyx  Fəzlullah,  Hacı 
Ağa Nurullah, Əbuləla Mədudi və onlarla tanınmış ruhani 
və  islahatçı  bu  hərəkatlara  rəhbərlik  edib.  İran,  Misir, 
Hindistan, İraqdan olan bu böyük şəxsiyyətlərin adı tarixə 
həmişəlik yazılıb.  
                                                           
1
 İmam Xomeyninin (r) vəfat ildönümü mərasimi, 2003 


 
128 
Müasir  dövrdə  də  İmam  Xomeyni  (r)  adı  İran  İslam 
İnqilabının lideri olaraq istibdad qaranlıqlarını işıqlandırır. 
Bu  inqilabda  yüzlərlə  tanınmış,    minlərlə  tanımadığımız 
alim  fəaliyyət  göstərib.  Ölkənin  daxilində  və  xaricdə 
böyüklü-kiçikli  islahatlar  həyata  keçib.  Bu  sırada  ruhani 
olmayan  Həsən  Əl-Bənna,  İqbal  Lahuri  kimi  dini 
islahatçılar olub. Ruhanilər və dinşünas mütəfəkkirlər xalq 
üçün  ümid  yeri  olub.  Bu  böyük  insanlar  ehtiyac  duyulan 
anda  xalqın  qarşısında  hərəkət  edib.  Onların  bir  işarəsi 
xalqın doğru yola hərəkətində təsirli olub. Bu şəxsiyyətlər 
İslam  oyanışı  hərəkatına  faydalı  olduğu  kimi  İslamın  və 
dəyərlərin  düşməni  olanlara  problem  yaradıb.  Təlaş 
göstəriblər  ki,  bu  düşüncə  sahiblərini  aradan  götürməklə 
hərəkatların  istiqamətini  dəyişsinlər.  Əgər  başqa  hərəkat 
rəhbərlərini  sövdələşməyə  çəkib  əsas  hədəfdən  yayındıra 
biliblərsə,  təqvalı  və  agah  ruhaniləri  heç  vaxt  sapdıra 
bilməyiblər və bundan sonra da bunu bacarmayacaqlar.  
Xalqın ruhanilərə etimadı onların vəzifəsini ağırlaşdırır. 
Onlar  böyük  diqqət  və  agahlıqla  düşmənin  fitnəkar 
planlarını  ifşa  etməli,  nüfuz  yollarını  bağlamalıdırlar. 
Dünyanın  rəngli  süfrəsi  böyük  bəladır.  Zor  sahiblərinin 
təbəssümünə  aldanmaq,  onlardan  hədiyyə  qəbul  etmək 
xalqdan  ayrılmağın  əsas  amilləridir.  Şəhvət  və  qüdrət 
sahibləri  ilə  yaxınlıq  xalqın  etimadını  itirmək  deməkdir. 
İradəsi  zəif  insanlar  güc  sahiblərinə  tez  aldanır,  onların 
tələsinə  düşür.  Bu  Quran  ayəsini  həmişə  yadınızda 
saxlayın: Bu axirət sarayını o insanlar üçün qərar vermişik 
ki,  yer  üzündə  üstünlük  və  fəsad  ardınca  deyillər;  (ən 
gözəl)  aqibət  təqvalılar  üçündür...
1
  İslam  oyanışı  hərəkatı 
dövründə  bəzi  səhnələrlə  rastlaşırıq.  Amerika  və  sionizm, 
                                                           
1
 Qəsəs surəsi, ayə 83 


 
129 
onların  əlaltıları  həm  də  din  alimləri,  müctəhidlər 
yetişdirməyə başlayıb. Təbii ki, onların emalatxanasından 
çıxan  din  alimi  və  müctəhid  iman  və  təqva  əhlini  zəhərli 
süfrə ətrafına çağıracaq.  Din alimi və dini şəxsiyyətlər bu 
nöqtəyə çox diqqətli olsunlar.
1
 
Etiqadların
 d
əyişdirilmə
sin
ə
 mane olmaq 
düşmə
n nüfuzu il
ə
 mübariz
ə
d
ə
 ruhanil
ə
rin 
işidir
 
Belə görünür ki, bizim ictimai və fərdi rəftarlarımız iki 
amildən 
təsirlənir. 
Bunlardan 
biri 
istedadlar 
və 
imkanlardır.  Bir  fərd  təsəvvür  edin  ki,  onun 
fəaliyyətlərinin bir hissəsi istedad və imkanlarına aid olan 
səhnədə ortaya qoyulub. İkinci təsirli amil düşüncədir. Biz 
mədəniyyət, ideologiya deyəndə həmin düşüncəni nəzərdə 
tuturuq.  Mən  mədəniyyət  deyəndə  həmişə  bu  mənanı 
nəzərdə  tutmuşam.  Yəni  insanın  varlığına  hakim  olan 
düşüncə!  Bu  düşüncə  onun  hərəkətlərinə  istiqamət  verir. 
Bu  bizim  rəftarlarımıza  istiqamət  verən  təsirli  amildir. 
Mövzunu aydınlaşdırmaq üçün bir döyüş səhnəsi təsəvvür 
edin. Bir qrup fədakar döyüşçü qəti iradə ilə vuruşur. Necə 
ki, səkkiz il müharibədə buna şahid olduq. O zaman döyüş 
məntəqəsinə  daxil  olanda  mömin  gənclərin  əzmlə 
vuruşduğunu görürdük. Onlardan soruşsaydıq ki, nə üçün 
vuruşursan,  deyərdilər  ki,  bu  mənim  vəzifəmdir,  imam 
göstəriş  verib,  din  göstəriş  verib.  Deyərdi  ki,  düşmən 
mənim  məmləkətimə  təcavüz  edib,  sərhədlərimiz  və 
namusumuza  əl  uzadıb,  biz  bir  millət  olaraq  özümüzü 
müdafiə  edirik.  O  öz  düşüncəsini  ortaya  qoyur.  Allaha, 
                                                           
1
 İslam oyanışı alimlərinin iclası, 2014 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə