DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

 
124 
şəkilə  salıb?  Heç  vaxt  azad  buraxmaz!  Onları  istismar 
edir, özündən asılı vəziyyətə salır. Düşmən iqtisadi sahədə 
dostları ilə də belə rəftar edir.
1
  
İslam
 v
ə
 ruhaniyy
ə

düşmə
n nüfuzuna 
mane olur 
İran xalqının diqqət  yetirməli olduğu başqa bir  məsələ 
həqiqi 
İslam 
alimlərini, 
fədakar 
ruhaniləri 
dəyərləndirməkdir.  Həmd  olsun  Allaha  ki,  ötən  illərdə 
xalq bu nöqtəyə diqqətli olub.  
Düşmən  gözəl  bilir  ki,  bu  məmləkətin  xilası  İslam 
sayəsində,  İslam  Respublikası  sayəsində  mümkündür. 
Bunu  hamı  bilməlidir,  bu  nöqtəyə  hamı  diqqət 
yetirməlidir.  İnqilab  dövrünü  görməmiş  gənclər  bilsinlər 
ki,  əgər  İslam  İnqilabı  və  İmam  Xomeyni  (r)  olmasaydı 
xalq  Amerikanın  əsarətindən  və  Pəhləvi  diktaturasından 
xilas  ola  bilməzdi.  Bu  ölkədə  milli  qurtuluş  üçün  bütün 
yollar  təcrübədən  keçirilmişdi.  Bütün  cəhdlər  boşa 
çıxmışdı.  Müxtəlif  partiyalar,  şərq  və  qərbə  bağlı 
cərəyanlar 
tarixin 
müəyyən 
dönəmində 
vəziyyəti 
dəyişməyə  cəhd  göstərmişdilər.  Amma  onların  heç  biri 
müvəffəq  olmadı.  Əksinə  ölkədə  zorakılıq  və  ədalətsizlik 
daha  da  gücləndi.  Hətta  İslam  İnqilabından  öncə  gənclər 
silahlı  qiyama  əl  atanda  bu  qiyam  amansızlıqla  yatırıldı. 
Nəticədə  Pəhləvi  rejiminin  təzyiqləri  biraz  da  gücləndi. 
Qəlblərdə  bir  ümidsizlik  yarandı.  Pəhləvi  rejiminin 
qarşısında  duracaq    yeganə  qüvvə  xalq  idi.  Yəni  bütün 
xalq  səhnəyə  çıxmalı  idi.  Zalım  rejimi  devirməyin  başqa 
yolu  yox  idi.  Bu  xalqı  səfərbər  edib  meydana  çıxaracaq 
                                                           
1
 İmam-cümələrlə görüş, 1996 


 
125 
yeganə  qüvvə  ruhanilər  oldu.  Din  bayrağı  altında,  dini 
şüarlarla  xalq  səfərbər  edildi.  Ölkəmizdə  belə  təcrübələr 
var, bu təcrübələrə diqqətli olmaq lazımdır.  
Məşrutədə  din  alimləri  olmasaydı  Məşrutə  olmazdı. 
Məşrutə 
din 
alimləri 
sayəsində 
qələbə 
qazandı. 
Mərutədəki  qərbpərəstlər,  ingilis  nökərləri  din  alimləri  və 
dini  şüarları  kənara  qoyandan  sonra  istibdad  və  xarici 
əsarət yenidən hakim oldu.
1
 
Xaricilərlə, fransızlarla mübarizə yoluna diqqət yetirin. 
Bu  mübarizənin  önündə  alimlər  gedirdi.  Bunun  bir 
nümunəsi  Mirzayi  Şirazidir.  Başqa  bir  nümunəsi 
Məşrutədə  Nəcəf  alimləridir.  Həm  Asid  Məhəmməkazim, 
həm  Axund  Molla  Kazim  Xorasani  ölkədə  xaricilərin 
hökmranlığına  müxalif  idi.  Biganələrin  təsiri  səbəbindən 
Məşrutədən  də  ehtiyatlanırdılar.  Asit  Əbdül-Hüseyn  Lari, 
Asit  Abdullah  Biladi,  Mərhum  Xiyabani,  o  dövrdə 
meydanda  olan  bütün  ruhanilər  azadlıq  eşqi  ilə  yanan 
insanlar  idi.  Xaricilərin  ölkədə  hökmranlığına  nifrət  bu 
insanların  müştərək  istəyi  idi.  Zahirdə  görünən  küfrün 
İslam  qarşısında  dayanması  idi.  Çünki  xaricilər  kafir 
idilər.  Fransızlar  kafir  idilər,  ölkəyə  küfr  gətirirdilər.  Bu 
qarşıdurma  zahirdə  dini  bir  qarşıdurma  idi.  Amma  zahiri 
kənara qoyub məsələnin mahiyyətini araşdıranda görürsən 
ki,  bu  təkcə  dini  qarşıdurma  olmayıb.  Mərhum  Hacı  Ağa 
Nurullahın  məsələsi  bir  misal  ola  bilər.  Yəni  mövzu  o 
deyildi  ki,  ölkəyə  məsihilər  hökmran  olacaq.  O  zaman 
İsfahanda məsihilər yaşayırdı. İsfahanda həmişə məsihilər 
olub  və  problemsiz  yaşayıb.  Demək,  savaş  din  savaşı 
deyildi, mövzu bu gün istiqlal adlandırdığımız müstəqillik 
məsələsi  idi.  Yəni  meydana  girən  insanlar  iqtisadiyyat, 
                                                           
1
 İmam Xomeyninin (r) vəfat il dönümü, 2003 


 
126 
mədəniyyət,  siyasət  sahəsində  əsarətə  qarşı  çıxırdılar. 
Həmin  dövr  qərbin  müxtəlif  məntəqələrə  rahatlıqla  nüfuz 
etdiyi dövr idi. Mərhum Hacı Ağa Nurullahın “Müsafir və 
muqim” kitabında bu məsələlər yetərincə əks olunub. Mən 
o kitabın müəyyən hissələrini nəzərdən keçirmişəm, şübhə 
qalmır  ki,  müəllif  çox  işıqlı  bir  insan  olub.  O  xarici 
əsarətin  mahiyyətini  dərk  edib.  Əgər  İngiltərə  ölkəmizə 
İslam  da  gətirsəydi  yenə  də  işi  istismar  idi.  Yalnız  ad 
dəyişə  bilərdi,  işin  mahiyyəti  dəyişmirdi.  İstər  məsihi 
olsun, istər  müsəlman,  istismarçının işi istismar  etməkdir. 
Yaranmış  vəziyyət  böyük  din  alimlərini  vadar  edirdi  ki, 
müqavimət göstərsinlər.  
Rza Şahla da elə buna  görə baş-başa  gəldilər. Mərhum 
Hacı Ağa Nurullahın mübarizəsi iki hissəyə bölünür. Biri 
istibdadla 
mübarizədir, 
biri 
xaricilərlə 
mübarizə. 
Mərhumun  həyatında  hər  iki  mübarizə  hiss  olunur  və 
onları  bir-birindən  ayırmaq  mümkündür.  Amma  Rza 
Xanla  mübarizəsində  də  belə  görünür  ki,  ona  xaricilərin 
əlaltısı kimi baxır. Bugünkü nəsil üçün bu mövzu aydındır. 
Amma  o  zaman  belə  deyildi.  O  zaman  hətta  Rza  Şaha 
qarşı şüarlarla insanları özlərinə cəzb edirdilər. İnsanlar da 
inanırdı. Amma Rza Şah haqqında çox gözəl təbirləri olan 
və  ad  çəkməyənlər  vardı.  Tam  aydın  idi  ki,  Rza  Şah 
nəzərdə  tutulub.  Bu  insanlar  Rza  Şahın  məhv  etmək 
istədiyi  insanlar  idi.  Hiss  olunur  ki,  mərhum  Hacı  Ağa 
Nurullah  o  zaman  Rza  Şahla  mübarizənin  təkcə  istibdad 
və ya şapka ilə mübarizədən ibarət olmadığını başa düşüb. 
Məsələ  budur  ki,  iş  başına  bir  adam  gətirilmişdi  və  bu 
adam İngiltərənin İrandakı planlarını həyata keçirməli idi.
1
 
                                                           
1
 Hacı Ağa Nurullah İsfahani konfransı üzvləri ilə görüş, 2006 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə