DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   42   43   44   45   46   47   48   49   50

 
151 
düşmənə  müharibə  başlamaq  cürəti  verməməliyik. 
Düşməni, onun xarakterini tanımalıyıq.
1
 
İslam Respublikası Allahın tövfiqi və yardımı ilə nəinki 
ölkə  daxilində,  hətta  ölkə  sərhədlərindən  kənarda 
düşmənin  planlarını  puça  çıxarır.  Bu  Allahın  köməyidir. 
Allahın  qüdrəti  ilə,  sizin  əzm  və  iradənizin  bərəkəti 
sayəsində  buna  müvəffəq  olmuşuq.  Düşmənin  bir  çox 
planları  İslam  Respublikasının  iqtidarı  səbəbindən  puça 
çıxıb.  Onların  əsas  hədəfləri  İslam  Respublikasıdır  və  bu 
respublikaya qarşı  bacardıqlarını edirlər.
2
 
Siz  gənclərin  nəzərinə  bir  məsələni  çatdırmaq 
istəyirəm.  İnqilabdan  ötən  illərdə  müxtəlif  fitnəkarlıqlara 
əl atdılar, təxribatlar törətdilər, çevrilişə cəhd etdilər. Bizi 
səkkiz  illik  müharibəyə  cəlb  etdilər,  əllərindən  gələn 
fitnəkarlığı  törətdilər.  Bu  ötən  illərdə  İslam  Respublikası 
sübuta  yetirdi  ki,  onun  yaşamaq  haqqı  var  və  yaşamağa 
layiqdir.  İqtidarla dayandı,  müqavimət göstərdi.  Bütün  bu 
hadisələrdən  sonra  düşmənlər  bu  gövdəli  ağacı  tərpətmək 
iqtidarında deyil. Bir zaman bu ağac nihal idi. Hətta nihal 
olduğu  zaman  onu  kökündən  qopara  bilmədilər.  Artıq  o 
nihal  dərin  köklü  və  gövdəli  bir  ağac  olub.  Bu  ağacı 
tərpədə bilmirlər. Sadəcə ehtiyatlı olmalıyıq ki, ağac içdən 
çürüməsin. 
Nə 
qədər 
ki, 
mənəvi 
sağlamlığımızı 
qoruyuruq, İslam Respublikasının göstərdiyi yolla gedirik, 
bu  yoldan  çıxmamışıq,  heç  bir  qorxu  yoxdur.  Belə  bir 
şəraitdə bizə heç bir zərbə vura bilməzlər.  
Dünya 
imperializminin, 
Amerikanın, 
sionist 
şəbəkələrin  siyasətlərinin  ilkin  və  aydın  hədəfi  İslam 
Respublikasıdır.  Nə  qədər  çalışırlarsa,  bu  nizamı  sarsıda 
                                                           
1
 İnqilab Keşikçilərinin komandanları ilə görüş, 2016 
2
 İnqilab Keşikçilərinin komandanları ilə görüş, 2016 


 
152 
bilmirlər.  Nəinki  onu  səhnədən  çıxara  bilmirlər,  hətta 
inkişaf  sürətini  əngəlləməkdə  acizdirlər.  Biz  sürətlə 
hərəkətimizi  davam  etdirə  bilərik.  Amma  düşmənin 
təxribatlarına  hazır  olmalıyıq.  Bu  təxribatlar  davam 
edəcək. Nə qədər ki, ölkəmiz hərtərəfli iqtidara  çatmayıb, 
onların fitnəkarlıqları da dayanmayacaq. Ölkəni hər tərəfli 
iqtidara  çatdırmaq  siz  gənc  nəsilin,  tələbələrin  işidir.  Nə 
zaman ölkəni elmi və iqtisadi iqtidara çatdırsanız o zaman 
fitnəkarlıqlar  azalacaq,  ümidləri  qırılacaq.  Nə  qədər  ki,  o 
nöqtəyə  çatmamışıq  təxribatlar  gözlənilir,  təxribatlara 
hazır  olmalıyıq.  İnşallah,  hər  ötən  gün  sizi  gücləndirir. 
Düşmənlər isə zəifləyir. Bu millətin son qələbə qazanacağı 
gün inşallah uzaq deyil.
1
  
Düşmə
n nüfuzuna 
qarşı
 
ə

yaxşı
 yol 
hazırlığı
 b
ə
yan etm
ə
kdir 
Düşmən  qarşısında  hazırlığın  bəyanı  onları  geri 
oturtmağın ən yaxşı yoludur.
2
 Biz həmişə vurğulayırıq ki, 
inqilabi  cəmiyyətin  müdafiəsi  ən  zəruri  məsələlərdəndir. 
Çünki  İslam  Respublikasına  qarşı  təhlükə  daimidir. 
Respublikaya  qarşı  davamlı  bir  təhlükə  mövcuddur. 
Amma  bu  xalqımızın  necə  reaksiya  göstərməsi  ilə 
şərtlənib.  Millət  öz  hazırlığını  ortaya  qoymalıdır.  Əgər 
inqilabi  cəmiyyətimiz  öz  hazırlığını  daim  qorusa,  bəsic  - 
könüllü  gənclərimiz  meydanda  hazır  olsa,  xalqın  müdafiə 
ruhiyyəsi  qorunsa,  cəmiyyətin  ümumi  simasında  müdafiə 
hazırlığı  özünü  göstərsə,  təhlükələr  reallaşmayacaq, 
düşmənin çirkin niyyəti, istəyi gözündə qalacaq.  
                                                           
1
 Elm və Texnologiya Universitetinin müəllim və tələbələri ilə görüş, 
2009
 
2
 Əbərkuh əhalisi ilə görüş, 2008 


 
153 
Cəmiyyətin rəftarlarından anlamaq olur ki, bu cəmiyyət 
müdafiəyə,  öz  ləyaqətini  qorumağa  qadirdir,  yoxsa  yox. 
Bir cəmiyyətdə insanlar şəxsi mənafeyini milli mənafedən 
üstün  tutsa,  bu  cəmiyyətin  gəncləri  günah  ardınca  getsə, 
təsirli  insanlar  ölkənin  taleyinə  biganəlik  göstərsə, 
cəmiyyətdə  siyasi,  dini,  təbəqələrarası  ixtilaflar  zirvəyə 
qalxsa,  qadınlar  və  kişilər  eyş-işrət,  varlı  həyat  eşqində 
olsa,  əmin  olun  ki,  belə  bir  cəmiyyətin  müdafiə  iqtidarı 
olmayacaq.  Belə  bir  cəmiyyət  öz  şərəf  və  ləyaqətini 
qorumaq gücündə deyil.  
Yaşlı  insanlar  şahid  olublar  ki,  son  150  ildə 
imperializm  ölkəmizin  mədəniyyəti,  cəmiyyəti,  təlim-
tərbiyəsi  üzərində  necə  iş  aparıb,  cəmiyyəti  ixtilaf  və 
fəsada  necə  çəkib.  Gənclər  də  bu  barədə  eşidiblər.  Bu  işi 
ona görə ediblər ki, millətin öz şərəf və ləyaqətini müdafiə 
etmək  gücü  olmasın.  Əgər  düşmən  əmin  olsa  ki,  artıq  bu 
cəmiyyətin  müdafiə  imkanları  yüksəkdir  geri  çəkilər. 
Əksinə, görsə ki, xalqın müdafiə qüdrəti yoxdur, bu zaman 
hücuma keçəcək.  
Biz  inqilabdan  sonrakı  çox  çətin  10  ildə  düşmən 
müdaxilələrinin  qarşısında  dayana  bildik.  Bunun  səbəbi 
dinə,  imana,  inqilaba,  İslama,  Qurana,  dəyərlərə  bağlılıq 
idi.  Çünki  cəmiyyətimizdə  inqilabi  ruhiyyə  vardı,  vəhdət 
cəmiyyətə  hakim  idi.
1
  Öz  hazırlığını,  əzm  və  iradəsini 
bütün  meydanlarda  nümayişə  qoyan  xalq  düşmənin 
müdaxilə  planlarını  pozur,  ümidlərini  qırır.  Dünyadakı 
ictimai  fikirdə  İran  xalqı  heç  bir  sahədə  geri  qalmamalı, 
zəiflik 
göstərməməlidir. 
Nüvə 
sənayesi 
dövlət 
məsullarının  israr  etdiyi  kimi  bir  zərurət  idi.  Yəzd 
şəhərində tələbə və gənclərlə görüşdə qeyd etdim ki, bu bir 
                                                           
1
 Cəmiyyətin müxtəlif zümrələri ilə görüş, 1990 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə