DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

 
121 
dayanmaq,  qısa  şəkildə  fikir  bildirmək  istəyirəm. 
Sözlərimi  deyəndən  sonra  özünüz  mühakimə  aparın. 
Mütaliə  əhli  olanlar  bu  barədə  araşdırma  aparsın,  mütaliə 
əhli olmayanlar bu səhvi təkrarlamamaq üçün yol axtarsın.  
Əgər  bu  gün  biz  o  səhvi  təkrarlamağın  qarşısını 
almasaq, 10-15 ildən sonra İmam Hüseynin (ə) dövründəki 
duruma  düşə  bilərik.  Bu  vəziyyətə  düşməmək  üçün 
dərinliyi görən iti gözlərimiz olmalıdır. Əgər sadiq bələdçi 
yol  göstərsə,  düşüncəli  insanlar  işi  düzgün  yola 
istiqamətləndirsə,  bu  hərəkət  arxasında  möhkəm  iradə 
dayansa  möhkəm  bir  sədd  qurulacaq  ki,  bu  səddi  keçə 
bilməyəcəklər.  Amma  bu  işi  taleyin  ümidinə  buraxsaq 
İmam  Hüseynin  (ə)  dövründəki  şərait  təkrarlanacaq.  O 
zaman bütün qanlar boşa gedəcək.
1
  
Mən  bəsirətli  olmağın  əhəmiyyəti  barədə  çox 
danışmışam.  Xalq  baş  verən  hadisələrdən  baş  açmalıdır. 
Xalq  görməlidir  ki,  aranı  qarışdıran  kimdir.  Belə  olsa 
düşmən öz əlaltısını meydanda işə sala bilməz. Düşmənin 
istədiyi xalq arasında öz əlaltılarını fəallaşdırmaqdır.
2
  
Düşmən  təlaşdadır.  Bu  sahədə  kifayət  qədər  təcrübəsi 
var. Lazımi vasitələrə də malikdir. Düşmənə qalib gəlmək 
üçün 
onun 
imkanlarını,  düşmənçilik  imkanlarını 
öyrənməliyik.  
Bəsirətlə addım atılsa insan kütlə arasında xainləri seçə 
bilər.  Fəzanı  bulaşdıran,  insanları  bir-birinə  qarşı  qoyan, 
böhtan  yayan,  saf  adamı  çirkin  adamlara  qatan  addımlar 
bu fəzanı zəhərləyib və belə bir fəza zərərlidir.
3
 
                                                           
1
 Məhəmməd Rəsulullah 27-ci korpusunun komandanları ilə görüş, 
1997
 
2
 Bəsic - könüllülərlə görüş, 2010 
3
 Bəsic - könüllülərlə görüş, 2010 


 
122 
Əlbəttə ki, biz ilahi yardımdan faydalanırıq. Bizə qeybi 
kömək  var,  buna  şəkk  etməyin.  Bunu  müşahidə  edirik. 
Amma  biz  ayıq  olmasaq,  düşüncə  ilə  hərəkət  etməsək, 
lazımi tədbirləri görməsək ilahi yardım da kəsiləcək.
1
 
İran  xalqına  üz  tuturam  ki,  böyük  şücaətlə  düşməni 
ölkədən  çıxaran,  onu  qapı  arxasında  saxlayan,  ona  nüfuz 
etmək imkanı verməyən xalq ayıq olsun. Mən ötən illərdə 
bu  sözləri  çox  təkrarlamışam.  Məsullara  xəbərdarlıq 
etmişəm  ki,  düşmən  nüfuz  etmək  əzmindədir.  Harada  bir 
pəncərə  tapsa  özünü  o  pəncərəyə  vuracaq.  Ayıqlığınızı 
gücləndirin.
2
 
Anı
 
tanımaq
 
düşmə
n nüfuzunu 
ə
ng
ə
ll
ə
m
ə

yollarındandır
 
Özümüzü  döyüş  meydanında  hiss  etməliyik.  Təsəvvür 
edin  ki,  meydandayıq,  qarşımızda  düşmən  olduğunu 
görürük.  Sıralarımızı  möhkəmləndirmişik,  savaşa  hazırıq. 
Topxanalarımız  düşmənə  tuşlanıb.  Bu  zaman  düşmən 
hiylə işlədir və mövqeyini dəyişir. Biz nə etməliyik?  
Biz  deməməliyik  ki,  bu  günə  qədər  hədəfimiz  bu 
istiqamətdə  olub,  yenə  də  həmin  istiqamətdə  atəş 
açmalıyıq. Xeyr, baxmalıyıq  ki, düşmən haradadır. Yaxşı 
ordu  manevr  imkanları  böyük  olan  ordudur.  Yaxşı  ordu 
hərəkətdə 
olan 
ordudur. 
Yaxşı  ordu  düşmənin 
yerdəyişmələrini  vaxtında  dəyərləndirir,  və  lazım  olan 
nöqtəyə  atəş  açır.  Siyasət  və  ideologiya  meydanı  da 
belədir.  Baxmalıyıq  ki,  düşmən  nə  iş  görür.  Təbii  ki, 
düşmən  öz  düşmənçiliyindədir.  Müxtəlif  şəraitlərdə 
müxtəlif  şəkillərdə  mövqe  tutur.  Düşmənin  mövqeyini 
                                                           
1
 Xibrə Məclisi üzvləri ilə görüş, 2010 
2
 Universitet hadisəsi ilə bağlı bəyanat, 2000 


 
123 
müəyyənləşdirmək 
bizim 
işimizdir.  Biz  düşmənin 
hərəkətlərinə  uyğun  olaraq  işimizi  qurmalıyıq.  Məbada 
düşünək  ki,  düşmən  qarşısında  hərəkətsizlik  möhkəm 
mövqe  tutmaqdır.  Kimsə  düşmənin  hərəkətlərinə  uyğun 
olaraq  manevr  edilməsini,  yerdəyişmələri  geri  çəkilmək 
kimi  dəyərləndirməsin.  Bu  geri  çəkilmək  deyil.  Biz 
düşməni  öz  arxamızca  çox  çəkmişik.  Çox  olub  ki,  öz 
manevrlərimizlə düşməni gic etmişik. Düşmən bu inqilabi 
xalqdan,  bu  inqilabdan  çox  əziyyət  çəkib.  Bu  baxımdan 
nigarançılıq  yoxdur.  Düşmənin  hərəkətlərinə  uyğun 
manevrlər  də  işi  kamilləşdirir.  Düşmənin  hərəkətlərinə 
diqqət  yetirməklə  mövqe  tutub  hücumları  dəf  etməliyik. 
Bu  gün  bütün  gücümüzü  zərbə  gözlənilməyən  bir 
istiqamətə  sərf  etməməliyik.  Səngərlərimizi  düşmən 
mövqelərinə uyğun seçməliyik. 
İki  müqəddiməni  diqqətinizə  çatdırdım.  İndi  görək 
düşmən  nə  iş  görür?  Bunu  bilməlisiniz  ki,  düşmən 
haradadır, necə zərbə vurmaq istəyir? Hücum istiqamətini 
müəyyənləşdirməlisiniz. 
Hazırkı  dəqiqədə  vəziyyəti 
müəyyənləşdirmək  lazımdır.  Düşmənin  bu  dəqiqəki  planı 
sabah  təkrarlanmaya  bilər.  Düşmənin  planını  dəqiq 
müəyyənləşdirmək  bu  dəqiqə  üçün  zəruridir.  Dəqiqənin 
problemini  tapıb,  həmin  problemə  uyğun  hərəkət 
etməliyik. 
Yaşamış 
zamanın 
anından 
xəbərsiz 
qalmamalıyıq. Bu an çox mühümdür. Bu an  düşmənin nə 
plan cızması çox əhəmiyyət kəsb edir.  
Hamı  bilir  ki,  düşmənin  iqtisadi  təxribatları  var.  Bu 
onun 
həmişəki 
işidir. 
Düşmən 
hətta 
düşmən 
saymadıqlarını  iqtisadi  cəhətdən  özündən  asılı  etmək 
istəyir.  Baxın  görün  Amerikaya  nökərçilik  edən  məntəqə 
ölkələrinə  münasibət  necədir?  Amerika  iqtisadi  baxımdan 
onlarla  necə  davranır?  Onları  azad  buraxıb,  özündən  asılı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə