12 ❘ Uşaq Hüquqları və Biznes
Prinsipləri
Ön Söz
Bütün uşaqlar hər yerdə və hər zaman hüquqlara sahibdir.
4
Uşaqların bütün hüquqları
eyni dərəcədə önəmli və bir-birləri ilə əlaqəlidir. Uşaq Hüquqları və Biznes Prinsipləri
(Prinsiplər) biznes strukturlarını öz işgüzar fəaliyyətləri və işgüzar münasibətləri
çərçivəsində iş və ticarət yeri, icma və müəyyən mühit də daxil olmaqla, hər yerdə
uşaqların hüquqlarına hörmətlə yanaşmağa və bu hüquqları dəstəkləməyə səsləyir.
Prinsiplər bütün biznes strukturlarının uşaqların insan hüquqlarına istənilən əks təsirin
qarşısını almaq və onu aradan qaldırmaq, eləcə də uşaq hüquqlarını irəliyə götürməyə
kömək etmək üçün tətbiq edə biləcəkləri tədbirləri müəyyən edir. Prinsiplər biznes və
uşaqlarla bağlı mövcud və gələcək könüllülük fəaliyyətləri və digər bu kimi təşəbbüslər
üçün əsas istinad mənbəyi olmağa, eləcə də çoxtərəfl i əməkdaşlığı təşviq etməyə çalışır.
Bu prinsiplər həcmindən, fəaliyyət sahəsindən, yerləşdiyi yerdən, mülkiyyət və struktur
formasından asılı olmayaraq, transmilli və digər biznes növləri də daxil olmaqla, bütün
işgüzar fəaliyyətlər üçün hazırlanmışdır. Bununla yanaşı, prinsiplər, həmçinin, biznes
strukturları ilə münasibətlərində özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti kimi
digər sosial quruluşları da məlumatlandırmağa çalışır.
Sürətli şəkildə baş verən fi ziki və psixoloji inkişafl arı nəticəsində uşaqlar yaşamaq və
inkişafl a bağlı yetkin insanların sahib olduqlarından daha fərqli ehtiyaclara sahib olur-
lar. Uşaqlar, xüsusilə fövqəladə hallar zamanı olmaqla, zorakılıq, istismar və sui-istifadə
hallarına qarşı daha çox həssasdırlar. İqlim dəyişikliyi və çirklənmənin uşaqlar üzərindəki
təsiri də yetkinlərlə müqayisədə daha ciddi və uzun-müddətli ola bilər. Unutmamalıyıq
ki, uşaqlar həm də yaşadıqları ev təsərrüfatlarına, icma və cəmiyyətlərə önəmli töhfələr
verirlər. İstehlakçı, gələcək çalışan və biznes liderləri, o cümlədən biznes strukturlarının
fəaliyyət göstərdiyi icma və quruluşların üzvləri kimi uşaqlar biznesin əsas tərəfl əri
arasında yer alırlar. Uşaqlar, Uşaq Hüquqları Konvensiyasında qeyd edildiyi kimi,
uşaqların iştirakı prinsipinə uyğun olaraq onların həyatlarına təsir edən qərarların qəbul
edilməsində öz sözlərini deyə bilmələri üçün təşviq edilməlidirlər.
Prinsiplər beynəlxalq miqyasda tanınan uşaq hüquqlarını əsas götürür və beynəlxalq
miqyaslı heç bir yeni qanuni öhdəlik yaratmır. Prinsiplər, xüsusilə, Uşaq Hüquqları
Konvensiyası və onun Fakültativ Protokollarına əsasən hazırlanmışdır. Bu Konvensiya isə
indiyədək ən geniş şəkildə ratifi kasiya edilmiş sazişdir və, hal-hazırda, İştirakçı tərəfl ərinin
sayı 193 ölkədir (Konvensiyanı imzalamış və ratifi kasiya etmiş hökumətlər). Bununla
yanaşı, Prinsiplər Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyinin ən Pis Formaları haqqında
182 və Minimum Yaş Həddi haqqında 138 nömrəli Konvensiyalarını da əsas götürür.
5
Prinsiplər, həmçinin, BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq edilmiş BMT-nin
4
Uşaq Hüquqları Konvensiyasına əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tərtib edilə bilən qanuna görə o,
yetkinlik yaşına daha əvvəl çatmamış olsun.
5
Uyğun müddəalara sahib digər beynəlxalq standartlara Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1979), Əlilliyi olan
İnsanların Hüquqları haqqında Konvensiya (2006) və BMT-nin Yerli Əhalinin Hüquqları barəsində Bəyannaməsi (2007) daxildir. BMT-nin Uşaqlara qarşı Zorakılıq
halları ilə bağlı Dünya Hesabatı (2006) da digər əsas istinad sənədidir.
13 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
© S
A
V
E T
H
E C
H
IL
D
R
E
N
Qlobal Sazişinin ‘On Prinsipi
6
’ , eləcə də Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər
kimi biznes strukturları ilə bağlı digər mövcud standartlar üzərində durur.
Bütün səviyyələrdə Hökumətlərin uşaqların hüquqlarını müdafi ə etmək, bu hüqu-
qlara hörmətlə yanaşmaq və onları yerinə yetirmək vəzifəsi vardır. Bununla belə, biznes
strukturları da daxil olmaqla, digər sosial quruluşlar da uşaq hüquqları ilə bağlı müvafi q milli
qanunvericiliklə uyğunluq təşkil etməli və beynəlxalq standartlara hörmətlə yanaşmalıdır.
Beynəlxalq cəmiyyətin uşaqlara uyğun dünyanın qurulmasına kömək edəcək qlobal bir
hərəkatda birləşmək çağırışına cavab olaraq, Prinsiplər uşaqların hüquqlarına hörmətlə
yanaşmaq və bu hüquqları dəstəkləməkdə biznes strukturlarının rolunu dəqiq şəkildə göz
önünə qoymağa çalışır.
7
Prinsiplərdə göstərilən heç bir məqamdan müəyyən bir ölkədə
qüvvədə olan və ya beynəlxalq qanuna əsasən daha aşağı səviyyəli olan standartların
tətbiq edilməsini əsaslandırmaq üçün istifadə edilməməlidir. Prinsiplər uşaqlar, biznes
strukturları, sərmayədarlar, həmkarlar ittifaqları, milli insan hüquqları təsisatları, vətəndaş
cəmiyyəti, hökumətlər, elmi işçilər, BMT-nin təsisatları, eləcə də uşaq hüquqları və biznes
mütəxəssisləri ilə məsləhətləşmələr əsasında hazırlanmışdır.
6
Baxın; www.unglobalcompact.org
7
A World Fit for Children (2002). Həmçinin baxın, A World Fit for Children Plus 5 (2007).
14 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
1
©
U
N
IC
E
F
/NYH
Q
2
0
1
1
-1
1
5
7
/H
O
L
T
“Bizdən istifadə etməyin;
biz sizdən məsuliyyətli
olmağınızı istəyirik. Bizi
bizlərə yazığınız gəldiyi
üçün dəstəkləməyə
çalışmayım; əksinə bizi o
dəstəyə layiq olduğumuz
üçün dəstəkləyin. Biz
sizin məhsullarınızı alır
və xidmətlərinizdən
yararlanırıq, amma biz də
sizdən bizim inkişafımıza
sərmayə yatırmağınızı
istəyirik. Biz sizdən bizə
hədiyyələr verməyinizi
istəmirik; biz sizin
bizlərə qarşı məsuliyyətli
olmağınızı istəyirik.”
Peruda yaşayan gənc,
‘Uşaqların Korporativ Sosial
Məsuliyyətdə (KSM) iştirakı’,
2010, Save the Children
BÜTÜN BİZNES
STRUKTURLARI
Buna əsasən bütün biznes strukturları üçün görülə biləcək tədbirlərə daxildir:
a. Uşaq hüquqlarını dəstəkləyən əsas prinsiplərin tanınması
Uşaq hüquqları Konvensiyası heç bir ayrı-seçkilik olmadan bütün uşaqlara aid edilən
əsas hüquqları və azadlıqları müəyyən edir, və hökumətlər, valideynlər, icma və
ya özəl sektor tərəfi ndən həyata keçirilməsindən asılı olmayaraq, uşaqlarla bağlı
istənilən fəaliyyəti dəstəkləyən 4 əsas prinsipə sahibdir. Bu dörd prinsipə daxildir;
uşaqların ən ümdə maraqları; ayrı-seçkiliyin qarşısının alınması; uşaqların iştirakı;
yaşamaq və inkişaf etmək.
b. Uşaqların hüquqlarına hörmətlə yanaşma məsuliyyətinin yerinə yetirilməsi
Bu uşaq hüquqlarının pozulmasının qarşısının alınması və yaranmasında biznes
strukturunun da rolunun olduğu uşaq hüquqlarına mənfi təsirin aradan qaldırılmasını
tələb edir. Hörmətlə yanaşmaq məqsədilə korporativ məsuliyyət biznes struktu-
runun sonrakı Prinsiplərdə müəyyən edilən işgüzar fəaliyyətlər və münasibətlərlə
məhdudlaşmayan işgüzar fəaliyyətlərini və öz işgüzar münasibətlərini əhatə edir.
Bu məsuliyyətini yerinə yetirmək üçün bütün biznes strukturları BMT-nin İnan
Hüquqları Şurası tərəfi ndən təsdiq edilmiş Biznes və İnsan Hüquqları üzrə Rəhbər
Prinsiplərdə
8
müəyyən edilən uyğun siyasət və prosesləri izləməlidir.
Bunlara daxildir:
i.
yürüdülən siyasətlə bağlı öhdəlik – Biznes və İnsan Hüquqları üzrə Rəhbər
Prinsiplərdə təsvir edildiyi kimi biznes strukturlarının uşaq hüquqları da daxil
olmaqla, insan hüquqlarına hörmətlə yanaşma məsuliyyətini müəyyən edən
bəyanatdır. Yürüdülən siyasətlə bağlı öhdəlik biznes strukturlarının ən yüksək
səviyyəsində təsdiq edilməli və uyğun ekspert rəyini almalıdır. Bu biznes struk-
turunun öz insan resursları, biznes ortaqları və onun fəaliyyəti, məhsul və
xidmətləri ilə əlaqəsi olan digər tərəfl ər qarşısında şərtlər qoymalıdır. Bu öhdəlik
həmçinin ictimaiyyətə açıq olmalı, daxilə və xaricə ötürülməli, eləcə də uyğun
siyasət və prosedurlara daxil edilməlidir. Bununla yanaşı, bu cür öhdəlik biznes
strukturlarının insan hüquqlarını dəstəkləməsi öhdəliyi ilə bağlı bəyanatını da
özündə əks etdirə bilər.
ii.
İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq – biznes strukturunun onun
uşaqların hüquqları da daxil olmaqla, insan hüquqlarına hazırkı və potensial
təsirini qiymətləndirməsini, bunun nəticələrini bir araya gətirərək onlara əsasən
tədbirlər görməsini, cavab tədbirlərini izləməsini və bunun həmin təsirə nə
dərəcədə cavab verməsi haqqında məlumatlandırmasını əhatə edən və davam
etməkdə olan əməliyyatlarını təşkil edir. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq
8
‘Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər: BMT-nin “Qoru, Hörmətlə yanaş et və Bərpa et” Çərçivə Sənədinin icra edilməsi’ - BMT Baş Katibinin
Transmilli Korporasiyaların və digər Biznes Müəssisələrinin İnsan Hüquqları məsələsi üzrə Xüsusi Nümayəndəsinin Hesabatına əlavə edildiyi kimi, A/HRC/17/31,
BMT, 21 mart 2011-ci il, www.ohchr.org/documents/issues/business/A.HRC.17.31.pdf, A/HRC/RES/17/4-də BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq
edilmişdir.