Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

71 

 

Səhərin açılmasıyla Sofi də oyandı. Saata baxdı. 5 idi, 6- ya iki-üç 



dəqiqə işləyirdi, amma onun yuxusu elə qaçmışdı ki, lap cin kimiydi, 

qalxıb çarpayısında oturdu. Bu nədi, bayırlıq  paltarı niyə  əynindədi? 

Birdən hər şey yadına düşdü. 

Kətilin üstünə çıxıb şkafın yuxarı gözünü yoxladı. Hə, ordadı. Video 

kaset arxada idi. Yuxuda görməmişdi. 

Amma  gördükləri  əsl  Platonla  Sokrat  ola  bilməzdi...  ee,  eh!  Onun 

daha bu barədə fikirləşməyə enerjisi qalmamışdı. Bəlkə anası haqlı idi, 

bəlkə bu günlərdə onun başı bir az xarab olmuşdu? 

Hər halda o, yenidən yuxulaya bilməzdi. Bəlkə bayıra çıxıb xəlvəti 

guşəsinə getsin, bəlkə labrador ora təzə məktub 

qoyub?  Sofi  pilləkənlərlə  düşdü,  başmaqlarını  cütlədi,  geyinib  bağa 

çıxdı. 


Bağda  hər  şey  olduqca  gözəl  və  təmiz  idi.  Quşlar  elə  ürəkdən 

oxuyurdular  ki,  Sofi  gülməyini  güclə  saxladı.  Səhər  şehi  otların 

üzərində  büllur  damcıları  kimi  görünürdü.  Dünyanın  inanılmaz 

mənzərəsi onun ruhunu oxşadı. 

Bağın  qocaman  ağaclıq-kolluq  hissəsi  də  nəmişkənlik  idi. 

Filosofdan yeni məktub yox idi, ancaq Sofi yoğun kötüklərdən birini 

silib üstündə oturdu. 

Videodakı Platonun ona verdiyi sualları yada saldı. 

Birincisi beləydi ki, çörəkçi əlli dənə bir-birinin eyni olan çörəyi necə 

bişirir? 

Sofi bu barədə ətraflı düşünməli oldu, çünki bu, asan işə bənzəmirdi. 

Anası  bəzən  bir  tava  peçenye  bişirirdi,  amma  o  peçenyelər  heç  vaxt 

eyni  cür  alınmırdı.  Axı  anası  peşəkar  biş-  düş  ustası  deyildi.  Həmin 

vaxt mətbəx elə hala düşürdü ki, sanki içində bomba partlayıb. Amma 

heç onların dükandan aldıqları bişmişlər də heç vaxt eyni cür olmurdu. 

Adamşəkilli peçenyelərin hərəsi şirniyyatçının əlindən bir cür çıxırdı. 

Birdən Sofinin sifətinə məmnun təbəssüm yayıldı. Yadına düşdü ki, 

anası Yeni il bayramında adamşəkilli peçenye bişirirdi, o isə atasıyla 

bazarlığa  getmişdi.  Onlar  evə  qayıdanda  mətbəx  masasına  çoxlu 

peçenye düzülmüşdü. Hamısı mükəmməl olmasa da, formaları eyni idi. 

downloaded from KitabYurdu.org



72 

 

Doğrudan,  necə  olmuşdu  bu?  Əlbəttə,  anası  onların  hamısını  eyni 



qəlibdən çıxarmışdı. 

Sofi  birinci  sualın  öhdəsindən  gəlməyə  kömək  edən  o  hadisəni 

xatırladığına görə, özündən çox razı qaldı. Əgər şirniyyatçı əlli  ədəd 

bir-birinin eyni olan adamşəkilli peçenye bişirirsə, deməli, onları eyni 

bir xəmir qəlibindən keçirir. Bunun başqa yolu yoxdu! 

Sonra video-Platon kameraya baxaraq sual vermişdi ki, niyə bütün 

atlar eynidir? Amma axı onların hamısı eyni deyil! 

İki  eyni  adam  olmadığı  kimi,  Sofi  iki  eyni  at  da  yada  sala  bilmədi. 

Peçenye  haqda  fikirləşdiyini  atlara  tətbiq  edə  bilərdi.  Amma  onların 

heç biri o birinin eyni deyil. Bəziləri o arıqdır, bəziləri yorğa, bəziləri 

kök.  Lakin  hər  halda  ilk  baxışdan  hamı  görə  bilər  ki,  atların  hamısı 

“eynidi”. 

Platon əslində onu soruşurdu ki, niyə at həmişə atdır, məsələn, atla 

donuzun qarışığı deyil. Çünki bəzi atlar ayılar kimi qəhvəyi, bəziləri 

quzu kimi ağ olsa da, bütün atların ümumi bir cəhəti var. Məsələn, Sofi 

heç vaxt altı, yaxud səkkiz ayaqlı ata rast gəlməyib. 

Yəqin  Platon  elə  düşünmür  ki,  atların  bənzərliyinə  səbəb  onların 

eyni bir qəlibdən çıxmasıdı. 

Platonun  növbəti  sualı  həqiqətən  də  çətin  sual  idi.  İnsanın  ölməz 

ruhu varmı? Sofi bu sualın qarşısında özünü aciz hiss etdi. O, yalnız 

bunu bilirdi ki, ölünü ya yandırırlar, ya da dəfn edirlər, onlar üçün heç 

bir  gələcək  yoxdu.  İnsanın  ölməz  ruhu  olsaydı,  adam  bədəninin  iki 

hissəli olduğuna inanmalıydı. Bir neçə ildən sonra parçalanıb dağılan 

bədən və bədənin başına nə gəlməsindən asılı olmadan, azad yaşayan 

ruh. Nənəsi bir dəfə demişdi ki, elə bil qocalan yalnız bədənimdi, daxili 

aləmimdə isə həmişə gənc qızam. 

“Gənc  qız”  fikri  Sofini  sonuncu  suala  gətirib  çıxardı:  Qadınlarla 

kişilər eyni dərəcədə həssasdırmı? Sofi bunun cavabını 

dəqiq bilmirdi. Baxır, Platon “həssas” deyərkən nəyi nəzərdə tutur? 

Bu  filosofun  Sokrat  haqda  dediyi  bir  söz  Sofinin  yadına  düşdü. 

Sokrat  demişdi  ki,  fəlsəfi  həqiqətləri  sadəcə  öz  mühakiməsindən 

istifadə  etməklə  hər  kəs  dərk  edə  bilər.  Onu  da  demişdi  ki,  qulun  və 

downloaded from KitabYurdu.org



73 

 

əsilzadənin mühakiməsi birdi. Sofi əmin idi ki, Sokrat bununla həm də 



qadınlarla kişilərin eyni mühakiməyə malik olduqlarını deyirmiş. 

Oturub  fikirlərə  qərq  olan  vaxt  kol  çəpərin  içindən  qəfil  xışıltı 

eşidildi, buxar mühərrikinin səsinə bənzər bir nəfəs səsi gəldi. Növbəti 

an qızılı Labrador Sofinin xəlvəti guşəsinə sivişdi. Ağzında böyük bir 

zərf vardı. 

“Hermes! - Sofi çağırdı. - Gəl, at bura, gəl!” İt zərfi ağzından Sofinin 

dizinin üstünə buraxdı. Sofi onun başını sığallamaq üçün əlini uzatdı. 

Sən yaxşı oğlansan, Hermes! - dedi. 

İt yerə uzandı və başının tumarlanmasına razı oldu. Amma bir neçə 

dəqiqədən  sonra  qalxıb  çəpərliyin  ortasıyla,  gəldiyi  yollla  da  geri 

qayıtdı... Sofi əlində qəhvəyi zərflə onun dalınca 

düşdü. Bu sıx ağacların, kolların arasından sivişdi, - az sonra bağın o 

tərəfində idi. 

Hermes  artıq  meşəyə  doğru  götürülmüşdü,  Sofi  onun  dalınca 

qaçırdı.  İt  iki  dəfə  arxaya  dönüb  hürdü,  amma  Sofi  vaz  keçmədi, 

dayanmadı. 

Bu dəfə o, filosofu tapmağa qərarlı  idi, hətta bunun üçün Afinaya 

qədər qaçmaq lazım gəlsə də. 

İt daha sürətlə qaçırdı və qəfildən başqa cığıra dönüb gözdən itdi. 

Sofi  yenə  təslim  olmadı,  qaçmağa  davam  etdi,  amma  bir  neçə 

dəqiqədən sonra it geri dönüb onunla üz-üzə gəldi və bələdçi iti kimi 

ucadan hürməyə başladı. Sofi hələ də təslim olmaq istəmirdi, buna görə 

də vəziyyətdən istifadə edərək aralarındakı məsafəni azaltmağa çalışdı. 

Hermes  dönüb  üzüaşağı  sürət  götürdü.  Sofi  ona  heç  cür  çata 

bilməyəcəyini  anladı,  bununla  barışdı.  Yerində  dayandı,  onun  qaça-

qaça uzaqlaşdığını dinşədi, əbədiyyət qədər vaxt keçdi. Sonra sakitlik 

çökdü. 

Meşənin  içində  bir  ağac  parçasının  üstünü  xəfifcə  təmizləyərək 



oturdu. Qəhvəyi zərf hələ də əlindəydi. Onu açdı, 

içindəki kağızları çıxardı və oxumağa başladı. 

“Platonun Akademiyası 

...ruhlar səltənətinə dönmək həsrəti... 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə