Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə27/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   154

80 

 

aləmində hər şey “axır”, heç nə əbədi deyil. Bu aləmdə şeylər vücuda 



gəlir və ölüb gedir. O biri tərəf isə ideyalar aləmidi, ağıl gücünə onun 

haqqında  həqiqi  bilik  əldə  edə  bilərik.  Bu  ideyalar  aləmi  hislərlə 

qavranıla bilməz, axı ideyalar (yaxud formalar) əbədi və dəyişməzdi. 

Amma bu hələ hamısı deyil, BİTMƏDİ, Sofi! 

Platon  həmçinin  inanırdı  ki,  ruh  bədəndə  məskunlaşmazdan  əvvəl 

mövcud  olur.  (Başqa  peçenye  qəlibləri  ilə  birlikdə  şkafın  gözündə.) 

Ruh insan bədənində oyanan kimi bütün gözəl ideyaları unudur. Hər 

şey sonra başlanır. Əslində xarüquladə proses baş verir. İnsan təbiətdə 

cürbəcür  formalar  kəşf  etməyə  başlayandan  qeyri-müəyyən  yaddaş 

onun  ruhunu  silir.  O  bir  at  görür,  amma  qeyri-  mükəmməl  bir  at. 

(Adamşəkilli peçenye kimi, qəlibdən çıxmış at!) Onu görmək kifayətdi 

ki,  ruhda  bir  vaxt  ideyalar  aləmində  ikən  gördüyü  o  mükəmməl  at 

haqda xatirə oyansın. Və bu 

zaman ruhu həqiqi səltənətinə dönmək üçün həsrət bürüyür. Platon bu 

həsrəti “eros” adlandırır, bununsa mənası sevgidir. Buna görə də ruh - 

“öz həqiqi mənbəyinə dönmək üçün bir ca- natma” təcrübəsidi. Bədən 

və  hisslər  aləmi  qeyri-mükəmməl  və  qeyri-mühümdü.  Ruh  sevgi 

qanadlarında ideyalar aləminə uçmağa can atır. O, bədən zəncirlərindən 

qurtulmaq üçün təşnədi. 

Qoy tez vurğulayım ki, Platona görə, həyatın ideal gedişi ruhların 

azad olaraq ideyalar aləminə doğru səyahətə başlamasıdı. Onlar bir at 

və  başqa  at  görürlər.  Lakin  onlar  bu  atlardan  hansının  yalnız  zəif 

imitasiya  olduğunu  heç  vaxt  görmürlər.  (Onlar  mətbəxə  yüyürürlər, 

qarınlarını  adamşəkilli  peçenyelərlə  doldururlar,  əslində  haradan 

gəldiklərini  fikirlərindən  çıxarırlar.)  Platonun  bu  təsviri  -  filosof 

yoludu. Onun fəlsəfəsi fəlsəfi təcrübənin təsviri kimi oxuna bilər. 

Sofi,  bir  kölgə  görəndə  səndə  elə  bir  təsəvvür  yaranır  ki,  kölgəni 

salan nə isə bir şey var. Bir heyvan kölgəsi görürsən. Fikirləşirsən ki, 

yəqin  bu  atdı,  amma  tam  əmin  deyilsən.  Ona  görə  də  başını  arxaya 

çevirirsən və atın özünü görürsən, əsl 

atın  cizgiləri  dumanlı  kölgə-atın  cizgilərindən  daha  gözəldi.  Platon 

inanırdı  ki,  bütün  təbiət  fenomenləri  beləcə  əbədi  formaların,  yaxud 

downloaded from KitabYurdu.org



81 

 

ideyaların  kölgələridi.  Bir  çox  insanlar  həyatlarını  kölgələrlə  məşğul 



olaraq  keçirirlər,  bunların  nəyin  kölgələri  olduğuna  əhəmiyyət 

vermirlər.  Kölgələri  gerçək  sanırlar.  Beləcə,  öz  ruhlarının  ölməzliyi 

ağıllarının ucundan da keçmir. 

Qaranlıq mağaradan kənarda 

Platon bunu illüstrə etmək üçün bir mifi, Mağara mifini misal çəkir. 

Həmin mifi öz sözlərimlə nəql edəcəyəm. 

Fərz  et  ki,  bir  qrup  adam  dərin  bir  mağarada  yaşayır.  Arxalarını 

mağaranın  girişinə  çevirərək  əyləşiblər,  boyunları,  əlləri-ayaqları 

zəncirlənib, ona görə də yalnız mağaranın arxa divarına baxa bilirlər. 

Onların  arxasında  hündür  divar  var  və  həmin  divarın  arxasından 

insanabənzər  varlıqlar  keçir,  divarda  müxtəlif  surətlər  oynaşır.  Bu 

surətlərin  arxasında  ocaq  olduğundan,  onların  titrəşən  kölgələri 

mağaranın arxa divarına 

düşür.  Beləcə,  mağaradakı  insanlar  yalnız  bu  kölgə  oyununu  görə 

bilirlər.  Onlar  doğulandan  bu vəziyyətdə  oturublar,  buna  görə  də  hər 

şeyin elə bu kölgələr olduğunu zənn edirlər. 

İndi təsəvvür elə ki, bu mağara sakinlərindən biri zəncirlərini qırmaq 

istəyir.  Onun  özünə  verdiyi  ilk  sual  bu  olacaq  ki,  mağara  divarında 

bütün bu kölgələr haradan əmələ gəlir? Səncə, o, divarın o biri tərəfini 

görsə,  nə  olacaq?  Əvvəlcə  gün  işığından,  sonra  onun  parlaqlığından 

gözləri qamaşacaq, axı indiyədək gördüyü yalnız kölgələr olub. Əgər 

divara  dırmaşıb  dışarı  çıxa,  ocağı  keçib  əsl  dünyaya  daxil  ola  bilsə, 

gözləri  daha  da  qamaşacaq.  Gözlərini  ovduqdan  sonra  ətrafındakı 

gözəllikdən  heyrətə  gələcək.  Əvvəlcə  rəngləri  və  aydın  formaları 

görəcək,  sonra  mağarada  quru  kölgələrini  gördüyü  heyvanları  və 

gülləri.  Lakin  yenə  də  bütün  bu  heyvanların  və  güllərin  necə  əmələ 

gəldiyini  soruşacaq  özündən.  Sonra  göydə  günəşi  görəcək  və  ocaq 

kölgələri görünən etdiyi kimi, bu güllərə, heyvanlara da həyatı Günəşin 

verdiyini anlayacaq. 

Şad  olmuş  mağara  sakini  indi  uzaqlara  gedib  yeni  tapdığı 

azadlığından  zövq  ala  bilər.  Amma  o,  mağarada  qalmış  yoldaşlarını 

xatırlayır.  Geri  qayıdır.  Mağara  sakinlərini  inandırmağa  çalışır  ki, 

downloaded from KitabYurdu.org



82 

 

divarlardakı  titrək  kölgələr  “əsl”  şeylərin  surətləridir.  Fəqət  ona  heç 



kim inanmır. Onlar mağara divarına baxırlar və gördüklərinin hər şey 

olduğunu düşünürlər. Axırda bu adamı öldürürlər. 

Platon  Mağara  mifi  ilə  bütün  təbiət  fenomenlərinin  arxasındakı, 

kölgə ideyalardan həqiqi ideyalara gedən filosoflar yolunu göstərməyə 

çalışırdı.  “Mağara  sakinlərinin”  qəbul  olunmuş  ideyalarını  narahat 

etdiyinə  və  həqiqi  dərketmə  yolunu  işıqlandırmağa  çalışdığına  görə 

öldürdükləri  adamı  isə  Sokratın  prototipi  kimi  nəzərdə  tutmuş  ola 

bilərdi. Mağara mifi Sokratın cəsarətini və onun pedaqoji məsuliyyətini 

də təsvir edirdi. 

Platonun  mövqeyi  budu  ki,  qaranlıq  mağara  ilə  ətrafındakı  dünya 

arasındakı  əlaqə  -  şeylər  aləmi  ilə  ideyalar  aləmi  arasındakı  əlaqəyə 

müvafiqdi.  O,  şeylər  aləminin  qaranlıq  və  sıxıcı  olduğunu  demir, 

söyləyirdi ki, bura ideyalar aləminin 

parlaqlığı  və  gözəlliyi  ilə  müqayisədə  qaranlıqdı.  Heç  gözəl  bir 

mənzərə  rəsmi  də  qaranlıq,  kədərli  və  sıxıcı  deyil.  Lakin  bu,  vur-tut 

rəsmdi. 


Fəlsəfi dövlət 

Mağara mifi Sokratın “Respublika” dialoqunda yer alıb. Bu dialoqda 

Platon həm də “ideal dövlət” mənzərəsini təsvir edib, bu, xəyali, ideal, 

utopik adlandıra biləcəyimiz bir dövlətdi. Qısaca desək, Platon dövləti 

filosofların  idarə  etməsinin  düzgünlüyünə  inanırdı.  Bunun  izahını 

verərkən insan bədəninin quruluşuna əsaslanırdı. 

Platona görə, insan bədəni üç hissədən ibarətdi: baş, döş qəfəsi və 

qarın. Bunların hər birinə ruhun bir qabiliyyəti uyğun gəlir. Zəka başa 

aiddi, iradə döş qəfəsinə, iştaha isə qarına. Bu ruhi qabiliyyətlərin hər 

birinin öz idealı və ya “şərəfi” var. Zəka müdrikliyə çatmağa can atır, 

iradə cəsarətə, iştaha isə elə tənzimlənməlidi ki, nəfs gözlənsin. Yalnız 

bədənin bu üç hissəsi birlikdə vahid fəaliyyət göstərəndə biz harmonik, 

yaxud 

fəzilətli insana nail oluruq. Məktəbdə uşaq öncə iştahasını idarə etməyi, 



sonra  cəsarətini  inkişaf  etdirməyi  öyrənməlidi,  sonda  isə  zəka  onu 

müdrikliyə aparıb çıxarır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə