Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

77 

 

yenidən  onları  qarşına  qoyub  at  düzəltməlisən.  Sənin  bunu  edə 



bilməyinə  səbəb  fikrində  atın  necə  olmasını  sənə  göstərən  rəsmin 

olmasıdı. Leqo at - atdan ata dəyişməz qalan at modelindən yaradılır. 

Sən əlli eyni adamşəkilli peçenyeni necə bişirərdin? Gəl fərz edək 

ki, sən yad planetdən gəlmisən və əvvəllər heç vaxt çörəkçi, şirniyyatçı 

görməmisən. Qəşəng bir çörəkçi mətbəxinə düşürsən, orada gözünə əlli 

eyni  cür,  adam  formasında  bişmiş  peçenye  sataşır.  Təsəvvür  edirəm, 

onların necə də bir-birinə oxşaması səni təəccübləndirir. Ola bilər ki, 

bu adamcıqlardan birinin qolu yoxdu, birinin başından bir az qopub, 

üçüncüsünün  qarnında  gülməli  bir  yumru  var.  Amma  yaxşıca 

fikirləşəndən 

sonra sən hər halda nəticə çıxaracaqsan ki, bütün bu adamcıqlara bir 

ümumi cəhət xasdı. Onlar mükəmməl olmasa da, sən şübhələnəcəksən 

ki, onların ümumi bir mənşəyi var. Başa düşəcəksən ki, bütün bunlar 

eyni bir qəlibdə hazırlanıb. Maraqlısı isə odur ki, Sofi, sən indi o qəlibi 

görmək fikrinə düşəcəksən. Çünki aydındı ki, qəlibin özü qüsursuzdu 

və müəyyən mənada, bu qüsurlu surətlərə nisbətdə daha gözəldi. 

Özün  üçün  bu  problemi  həll  etdinsə,  demək,  sən  də  eynilə  Platon 

kimi fəlsəfi çözümə gəlib çatdın. 

Eynilə “yad planetdən gəlmiş” bir çox filosoflar kimi. (O, dovşanın 

xəzində  tüklərdən  birinin  lap  ucuna  gəlib  dayanmışdı.)  Bütün  təbii 

fenomenlərin necə də bənzər olduqlarından heyrətə düşmüşdü və belə 

bir yekun çıxarmışdı ki, ətrafımızda gördüyümüz hər şeyin arxasında 

məhdud  sayda  formalar  mövcuddu.  Platon  bu  formaları  “ideyalar” 

adlandırmışdı. Hər bir atın, donuzun, yaxud insanın arxasında “ideya 

at”,  “ideya  donuz”  və  “ideya  insan”  var.  (Haqqında  danışdığıız 

şirniyyatçının da beləcə, donuz, at şəklində peçenyelər düzəltmək üçün 

qəlibi var. Axı hər bir özünə hörmət edən 

şirniyyatçının birdən artıq qəlibi olur. Lakin bir qəlib bir növdən olan 

çoxlu peçenyeni çıxarmaq üçün kifayətdir.) 

Platon bu qərara gəlmişdi ki, maddi aləmin arxasında bir gerçəklik 

olmalıdı.  O,  bu  gerçəkliyi  “ideyalar  aləmi”  adlandırdı;  təbiətdə 

qarşımıza çıxan müxtəlif fenomenlərin arxasında - o aləmdə əbədi və 

downloaded from KitabYurdu.org



78 

 

dəyişməz “nümunələr” var. Bu diqqətəlayiq baxış Platonun “ideyalar 



aləmi” kimi tanınır. 

Həqiqi bilik 

Əminəm ki, oxuyursan, Sofi, əzizim. Amma ola bilsin, sən Platon 

ciddimi  deyirdi  -  deyə,  maraqla  düşünürsən.  Doğrudanmı,  o,  belə 

formaların tamamilə ayrı gerçəklikdə yerləşdiyinə inanırdı? 

Yəqin  ki,  o,  buna  eynilə  bu  cür  hərfi  mənada  bütün  həyatı  boyu 

inanmayıb,  amma  onun  bəzi  dialoqlarında  məhz,  belə  də  yazır.  Gəl, 

onun fikir qatarını izləyək. 

Gördüyümüz  kimi,  filosoflar  əbədi  və  dəyişməz  olan  şeyləri 

anlamağa çalışırlar. Məsələn, hər hansı sabunun köpüyü haqda fəlsəfi 

traktat yazmaq nəyə lazım ola bilərdi ki? Həm 

ona görə ki, partlamadan kiminsə onu dərinliyilə öyrənməyə çətin vaxtı 

ola, həm də ona görə ki, heç kəsin hələ görmədiyi və beş anlıq mövcud 

olan bir şey haqda fəlsəfi traktat üçün bazar tapmaq kifayət qədər çətin 

ola bilər. 

Platon  inanırdı  ki,  hisslər  aləmindəki  şeylər  daimi  olmadığından, 

ətrafımızda  gördüyümüz  təbiətdəki  bütün  madiyyat  sabun  köpüyü 

kimidi. Biz bilirik ki, gec-tez hər bir insan və heyvan ölüb çürüyəcək. 

Hətta  mərmər parçası da dəyişir və  tədricən parçalara  ayrılır, ovulur. 

(Akropol xarabalığa çevrilib, Sofi! Bu, böyük hadisədi, lakin təbiidi.) 

Platonun mövqeyi bu idi ki, biz daimi dəyişiklik vəziyyətində olan heç 

nəyin  haqqında  həqiqi  biliyə  malik  ola  bilmərik.  Biz  hislər  aləminə 

məxsus olan maddi şeylər haqda yalnız rəyə malik ola bilərik. Həqiqi 

biliyi isə yalnız ağlımızla əldə edə bilərik. 

Qoy bu məsələni daha aydın izah edim, Sofi: adamşəkilli peçenye 

bişdiyi  sobanın  içində  elə  əyri-üyrü  vəziyyətlərə  düşə  bilər  ki,  onun 

bişib  qurtarandan  sonra  nəyə  çevriləcəyini  ehtimal  etmək  çətin  olar. 

Amma yaxşı və pis bişmiş bu peçenyelərdən çox görəndən sonra mən 

tamamilə əmin ola 

bilərəm  ki,  peçenyenin  qəlibi  necədi.  O  qəlibi  görməsəm  də,  onu 

təsəvvürümə  gətirə  bliərəm.  Hətta  heç  qəlibi  öz  gözümüzlə  görmək 

gərək də deyil, zatən bunda bir üstünlük yoxdu, axı öz hiss üzvlərimizin 

downloaded from KitabYurdu.org



79 

 

şahidliyinə həmişə etibar etmirik. Görmə qabiliyyəti insandan insana 



fərqlənə bilir. Ağlımızın dediyinə isə etibar edə bilərik, çünki o, hamı 

üçün eynidi. 

Əgər sən otuz başqa şagirdlə birgə bir sinif otağında oturmusansa və 

müəllim göy qurşağının hansı rənginin daha gözəl olduğunu soruşursa, 

o, çox güman ki, müxtəlif cavablar alacaq. Amma o, səkkiz dəfə üçün 

neçə etdiyini soruşsa, bütün sinif eyni cavabı verəcək. Çünki bu halda 

məntiq danışır, bu isə “məncə”lərin və hisslərin tam əksi deməkdi. Biz 

zəkanın əbədi və universal olduğunu məhz ona görə deyə bilərik ki, o, 

yalnız əbədi və universal halları ifadə edir. 

Platon  riyaziyyatı  çox  cəlbedici  sayırdı,  çünki  riyazi  ifadələr  heç 

vaxt dəyişmir. Riyazi ifadələr haqda biz həqiqi biliyə malik ola bilərik. 

Lakin burada bir misal gətirməyə ehtiyac var. 

Fərz elə ki, meşədə yumru bir qoza tapmısan. Sən “düşünürsən” ki, 

o, tam yumrudu, Coanna isə israr edir ki, yox, 

bir tərəfi əzikdi. (Başlayırsız bu barədə mübahisə etməyə.) Amma axı 

gözlərinlə qavradığın bir şey haqda həqiqi biliyə malik ola bilməzsən. 

Digər tərəfdən, sən tam əminliklə deyə bilərsən ki, çevrə 360 dərəcədi. 

Bu  halda  siz  fiziki  aləmdə  ideal  çevrənin  olmaması,  onu  yalnız 

təsəvvürdə canlandırmağın mümkünlüyü haqda danışa bilərsiniz. (Yəni 

sən  mətbəx  masasındakı  ayrıca  peçenye  ilə  deyil,  gizli  adamşəkilli 

peçenye qəlibilə iş görürsən.) 

Qısası, biz hiss üzvlərimizlə qavradığımız şeylər haqda yalnız qeyri-

dəqiq  anlayışa  malik  ola  bilərik.  Həqiqi  biliyə  isə  ağlımızla  başa 

düşdüyümüz şeylərdə nail ola bilərik. 

Üçbucağın bucaqlarının cəmi həmişə 180 dərəcə olacaq. 

Eləcə də, hisslər aləmindəki bütün atların bir ayağı sınsa da, “ideya” at 

- dörd ayağı üstə gəzəcək. 

Ölməz ruh 

İzah  etdiyim  kimi,  Platon  gerçəkliyin  iki  aləmə  bölündüyünə 

inanırdı. 

Bir  tərəf  hisslər  aləmidi  ki,  biz  beş  (natamam)  hiss  üzvümüz 

vasitəsilə bu aləmə dair təxmini, yaxud natamam bilik alırıq. Bu hislər 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə