Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə32/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   154

95 

 

filosoflarının  sonuncusu  deyil,  həm  də  Avropanın  ilk  böyük  bioloqu 



idi. 

Bir qədər ifrata varsaq, deyə bilərik ki, Platon öz əbədi formalar və 

ya “ideyalar” nəzəriyyəsinə elə aludə olmuşdu ki, 

təbiətdəki  dəyişikliyə  çox  az  diqqət  yetirirdi.  Aristoteli  isə  yalnız  bu 

dəyişikliklər,  yaxud  bugünkü  sözlərlə  desək,  təbii  proseslər  narahat 

edirdi. 


Bir  qədər  də  şişirtsək,  deyə  bilərik  ki,  Platon  hisslər  aləminə  arxa 

çevirmişdi,  ətrafımızda  gördüklərimizə  gözlərini  yummuşdu.  (O, 

mağaradan çıxaraq mütləq əbədi ideyalar aləminə baxmaq istəyirdi!) 

Aristotel  isə  əksinə;  yerə  əyilib  iməkləyə-iməkləyə  qurbağaları  və 

balıqları, lalələri və xaşxaşları öyrənirdi. 

Platon ağılla mühakimə yürütdüyü yerdə, Aristotel həm də hisslərini 

işlədirdi. 

Biz  təkcə  onların  əsərlərində  deyil,  özləri  arasında  da  əhəmiyyətli 

fərqlər  görürük.  Platon  şair  və  mifşünas  idi,  Aristotelin  əsərləri  isə 

ensiklopediya kimi quru və dəqiq idi. Onun bir çox yazıları isə müxtəlif 

sahələrin gündəlik təlimlərinə dair idi. 

Antik  mənbələrdə  onun  yazdığı  ehtimal  olunan  170  adda  əsərə 

istinad  olunur.  Onlardan  47-si  günümüzədək  saxlanılıb.  Bunlar  tam 

kitablar deyil, əksəriyyəti mühazirə qeydləridir. Axı 

onun  vaxtında  filosoflar  hələ  də  əsasən  şifahi  çıxışlar  edir,  şifahi 

fəaliyyət göstərirdilər. 

Aristotelin Avropa mədəniyyətindəki əhəmiyyəti təkcə alimlərin bu 

gün istifadə etdikləri terminologiyanı onun yaratmasıyla bağlı deyil. O, 

müxtəlif elmlərin əsasını qoyub və təsnifatlandırıb. 

Aristotel  bütün  elmlər  haqda  yazdığından,  mən  ən  vacib  sahələr 

haqda danışmaqla sözümü yığcamlaşdıracağam. 

Sənə  Platon  barəsində  bir  çox  şey  yazdığımdan,  Aristotelin  onun 

ideyalar nəzəriyyəsini necə rədd etməsi ilə başlaya bilərsən. Bir azdan 

Aristotelin  təbiət  fəlsəfəsi  haqda  baxışlarına  nəzər  salacağıq,  çünki 

təbiət filosoflarının dünyagörüşləri haqda məlumatları da Aristotel bir 

yerə toplayıb. Aristotelin bizim anlayışlarımızı necə kateqorizə etdiyini 

downloaded from KitabYurdu.org



96 

 

və  Məntiq  elminin  əsasını  qoyduğunu  da  görəcəyik.  Sonda  isə  sənə 



Aristotelin insan və cəmiyyət haqda baxışlarından danışacağam. 

Anadangəlmə ideyalar yoxdur 

Özündən  əvvəlki  filosoflar  kimi,  Platon  da  bütün  dəyişikliklərin 

ortasında əbədi və dəyişməz olan şeyləri axtarırdı. Beləliklə o, hislər 

aləmi  üzərində  üstünlük  təşkil  edən  mükəmməl  ideyaları  üzə 

çıxarmışdı.  Platon  o  fikirdə  idi  ki,  həmin  ideyalar  təbiətin  bütün 

fenomenlərindən daha realdır. Əvvəlcə at “ideyası” olub, ondan sonra 

hislər  aləminin  atları  mağara  divarındakı  kölgələr  kimi  qaçmağa 

başlayıblar. “Cücə” ideyası cücə və yumurtadan əvvəl gəlir. 

Aristotel  düşünürdü  ki,  Platon  bütün  şeyləri  baş-ayaq  çevirib.  O, 

ayrıca  bir  atın  “axması”,  heç  bir  atın  əbədi  yaşamaması  fikrində 

müəllimi  ilə  razı  idi.  Onunla  da  həmfikirdi  ki,  at  forması  əbədi  və 

dəyişməzdi.  Lakin  ideya  “at”  vur-tut  biz  insanların  filan  qədər  at 

görəndən sonra öz beynimizdə formalaşdırdığımız anlayışdı. Beləliklə, 

at “ideya”sı və ya “forma”sı ayrıca mövcud deyil. Aristotelə görə, at 

“ideya”sı  və  ya  “forma”sı  atların  səciyyəvi  xüsusiyyətlərindən 

yaradılıb. Bu gün ona “at növü” demək qəbul olunub. 

Daha dəqiq desək, at “forma”sı deyəndə Aristotel bütün atlar üçün 

ümumi  olan  cəhətlər  toplusunu  nəzərdə  tutur.  Və  burada  adamşəkilli 

peçenye  qəlibi  metaforu  işləmir,  çünki  qəlib  ayrı-ayrı  adamşəkilli 

peçenyelərrdən  asılı  olmadan  mövcuddur.  Aristotel  təbiət  aləmindən 

kənarda öz rəflərində duran belə qəlib və ya formaların mövcudluğuna 

inanmırdı. Əksinə, Aristotel üçün “formalar” şeylərin içində idi, çünki 

onlar bu şeylərin özəl xüsusiyyətləridi. 

Beləcə,  Aristotel  “ideya”  cücənin  əsil  cücədən  əvvəl  gəlməsində 

Platonla razı deyildi. Aristotel dediyi kimi, cücə “forma”sının hər bir 

cücədə  təmsil  olunan  səciyyəvi  xüsusiyyətlərindən  birincisi,  onun 

yumurta qoymasıdı. Əsl cücə ilə “forma” cücə beləcə bədən və ruh kimi 

ayrılmazdı. 

Bu,  Platonun  ideyalar  nəzəriyyəsinə  Aristotelin  verdiyi  tənqidin 

mahiyyətidi.  Diqqətli  ol,  bu,  dramatik  düşüncə  çevrilişidi.  Platonun 

nəzəriyyəsində  ən  yüksək  gerçəklik  bizim  öz  ağlımızla  mühakimə 

downloaded from KitabYurdu.org



97 

 

yürütdüyümüz 



gerçəklikdi. 

Aristoteldə 

isə 

bu, 


hislərimizlə 

qavradığımızdı.  Platonun  fikrincə,  təbii  aləmdə  gördüyümüz  bütün 

şeylər sadəcə ən yüksək gerçəklik olan 

ideyalar aləmində və dolayısıyla, insan ruhunda mövcud olan şeylərin 

surətləridi. Aristotel əksini düşünürdü: insan ruhundakı şeylər sadəcə 

olaraq, təbii obyektlərin surətləridi. Ona görə də təbiət - əsl gerçəklikdi. 

Aristotelə  görə,  Platon  insan  xəyallarıyla  gerçək  dünyanın  bir-birinə 

qarışdığı mifik dünya mənzərəsində ilişib qalıb. 

Aristotel  bəyan  edirdi  ki,  əvvəlcə  hisslərlə  qavranılmayan  heç  bir 

şey  insan  şüurunda  mövcud  ola  bilməz.  Aristotel  bu  fikirdə  idi  ki, 

“Platon şeylərin sayını ikiqat artırır”. Çünki o, atı “ideya” atla izah edir. 

Belə  bir  izah  sənə  necə  görünür,  Sofi?  Sualım  budur  ki,  “ideya”  at 

haradan əmələ gəlir? Ola bilməzmi ki, heç üçüncü bir at yoxdu, “ideya” 

atı süni yaratmışıq? 

Aristotel  bizim  bütün  fikir  və  ideyalarımızın  şüurumuza 

eşitdiklərimiz  və  gördüklərimiz  vasitəsilə  gəldiyini  deyirdi.  Lakin 

bizim həm də anadangəlmə mühakimə gücümüz var. Bizim Platonun 

dediyi  kimi,  anadangəlmə  ideyalarımız  yoxdu,  amma  bütün  hissi 

təəssüratlarımızı kateqorizə etmək, siniflərə bölmək üçün anadangəlmə 

bir təşkilatçılıq qabiliyyətimiz var. Bizdə 

“daş”, “bitki”, “heyvan” və “insan” anlayışları, eləcə də “at”, “böcək”, 

“quş” anlayışları belə yaranır. 

Aristotel  insanlarda  anadangəlmə  əql  olduğunu  inkar  etmirdi. 

Əksinə, Aristotelə görə, insanın ən səciyyəvi xüsusiyyəti məhz ağlıdır. 

Lakin nə isə hiss etməyənə qədər ağlımız tamamilə boş olur. Beləliklə, 

insanın anadangəlmə “ideyaları olmur. 

Şeyin forması onun səciyyəvi xüsusiyyətidir 

Platonun ideyalar aləmi ilə məsələni həll edən Aristotel qərara gəldi 

ki, gerçəklik forma və məzmun vəhdətindən doğan müxtəlif şeylərdən 

ibarətdi.  Məzmun  -  şeyin  əmələ  gəldiyi  materiya,  forma  isə  hər  bir 

şeyin özünəməxsus xüsusiyyətidi. 

Toyuq-cücə  sənin  qarşında  qanad  çırpır,  Sofi.  Toyuğun  forması  - 

məhz onun qanad çırpması, qaqqıldaması və yumurta qoymasıdı. Ona 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə