Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

47 

 

Yaşıdındı? 



Sofi təsdiqlədi. 

Yaxşı,  əminəm  ki,  o,  çox  yaxşı  oğlandı,  mənim  balam.  İndi  isə 

yatmağa çalışmalısan, yat bir az. 

Lakin  Sofi  saatlarla  pəncərənin  qarşısında  oturub  qaldı.  Axırda 

gözlərini güclə açıq saxlayırdı. Saat bir idi. Artıq yatmağa gedəcəkdi 

ki, qəfildən ağaclıqdan bir kölgə çıxdığını gördü. 

Bayırda çox qaranlıq olsa da, Sofi bunun adam olduğunu sezə bildi. 

Kişi idi və Sofi gördü ki, onun yaşı kifayət qədər çoxdur. Heç yaşıdı 

deyildi! Bir cür beret vardı başında. 

Sofi and içə bilərdi ki, o, evə baxdı. Amma Sofinin işığı sönülüydü. 

Kişi düz poçt qutusuna yanaşdı, ora böyük bir zərf uzatdı. Zərfi salanda 

Sofinin məktubunu gördü. Poçt qutusuna tərəf əyildi və onu götürdü. 

Bir dəqiqə keçməmiş sürətlə meşəliyə sarı getdi. Meşə cığırına endi və 

gözdən itdi. 

Sofi  ürəyinin  guppuldadığını  duydu.  Ürəyindən  gecə  paltarındaca 

onun dalınca qaçmaq keçdi, lakin gecəyarısı 

tanımadığı bir adamın dalınca qaçmağa cürət etmədi. Amma nə olursa 

olsun, bayıra çıxıb zərfi götürməliydi. 

Pilləkənlə aşağı yüyürdü, küçə qapısını sakitcə açdı, poçt qutusuna 

yaxınlaşdı.  Bir  anın  içində  zərf  əlində  otağına  qayıtdı.  Çarpayısında 

oturdu,  nəfəsini  içinə  çəkdi.  Bir  neçə  dəqiqə  keçmişdi.  Evdə  sakitlik 

idi. Məktubu açdı. 

Bilirdi ki, bu onun  məktubuna cavab deyil.  O cavab sabaha qədər 

Sofiyə çata bilməzdi. 

“Tale 

Sabahın xeyir, mənim əziz Sofim. İcazə ver bir məsələyə aydınlıq 



gətirim. Sən mənim kim olduğumu bilməyə çalışma. 

Bir gün biz görüşəcəyik, amma bunun nə vaxt və harada olacağına mən 

qərar verəcəyəm. Vəssalam. Sən mənim sözümdən çıxmaq istəmirsən, 

hə, Sofi? 

Qayıdaq  filosoflara.  Biz  gördük  ki,  onlar  təbiətdə  baş  verən 

çevrilmələrə  görə,  təbii  izahlar  tapmağa  çalışırdılar.  Əvvəllər  bu 

downloaded from KitabYurdu.org



48 

 

məsələlər miflərlə izah olunmuşdu. 



Köhnə  xürafatlara  başqa  sahələrdə  də  aydınlıq  gətirilməli  idi. 

Məsələn,  canlılar  niyə  xəstələnir,  niyə  sağlamdır,  müxtəlif  siyasi 

hadisələr  niyə  baş  verir?  Bu  məsələlərdə  yunanlar  fatalizmə  çox 

inanırdılar. 

Fatalizm  hər  bir  şeyin  qabaqcadan  nəzərdə  tutulduğu  kimi  baş 

verəcəyinə  inamdır.  Bu  inama  bütün  dünyada,  özü  də  yalnız  tarixdə 

deyil, günümüzdə də rast gəlirik. Skandinaviya ölkələrində “laqnadan” 

deyilən alın yazısına biz Eddadakı island saqalarında rast gəlirik. 

Bu  inam  qədim  Yunanıstanda  və  dünyanın  başqa  hissələrində  də 

olub.  İnsanlar  öz  talelərini  kahinlərdən  soruşub  öyrənirdilər.  Başqa 

sözlə, insanın, yaxud hər hansı bir ölkənin taleyini cürbəcür üsullarla 

qabaqcadan öyrənmək mümkün sayılırdı. Bu gün də bir çoxları inanır 

ki,  taleyinin  necə  olacağını  ona  kartla,  əllərinin  içini  oxumaqla, 

ulduzlara baxmaqla deyə bilərlər. 

Norveçdə adamlar qəhvə falına baxırlar. Qəhvəni içdikdən sonra boş 

fincanın  dibində  adətən  qəhvə  dənəciklərindən  bir  qədər  qalır.  Bu, 

müəyyən bir rəsm əmələ gətirir, həmin rəsmi 

görməkdən  ötrü  təsəvvürümüzə  qol-qanad  verməliyik.  Dənəciklər 

maşın əmələ gətiribsə, həmin fincandan qəhvə içmiş adam uzaq səfərə 

gedəcək. 

Beləcə,  “tale  oxuyan  adam”  əslində  adamın  gözləmədiyi  sözlər 

deyir.  Bu,  öncəgörmənin  bütün  növlərinə  aiddir.  Onların  “görüb” 

dedikləri elə dumanlı, elə mücərrəd olur ki, həmin falları inkar etmək 

də çətin olur. 

Biz  ulduzlara  nəzər  salanda  titrək  işıqların  nizamsız  düzülüşünü 

görürük. Buna baxmayaraq, əsrlər boyu həmişə ulduzların Yer üzərində 

yaşayan insanlar haqda nə isə deyə bildiyinə inanan insanlar olub. Hətta 

bu gün elə siyasətçilər var ki, hər hansı önəmli qərar qəbul etməzdən 

əvvəl astroloqlara müraciət edir, onların məsləhətlərini soruşurlar. 

Antik yunanlar inanırdılar ki, Delfidəki məşhur tanrılar məbədində 

öz taleləri haqda məlumatları soruşub öyrənə bilərlər. Kahinlik tanrısı 

Apollon  öz  rahibəsi  Pisia  vasitəsilə  insanlarla  danışırdı;  Pisia 

downloaded from KitabYurdu.org



49 

 

torpaqdakı  bir  çatlağın  üzərində  qoyulmuş  stulda  otururdu,  stulun 



altından qalxan hipnotik 

buxar  Pisiyanı  transa  salırdı.  Və  başlayırdı  Apollonun  sözlərini 

deməyə. 

İnsanlar  Delfiyə  gələndə  öz  suallarını  məbədin  rahibələrinə 

verirdilər,  rahibələr  bu  sualları  Pisiyaya  çatdırırdılar.  Pisiyanın 

cavabları elə qaranlıq və ya ikimənalı olurdu ki, rahibələr bu cavabları 

insanlara  çatdıranda  yozmalı  olurdular.  Bu  üsulla  insanlar  Apollon 

müdrikliyindən  pay  alır,  inanırdılar  ki,  o,  hər  şeyi,  hətta  gələcəyi  də 

bilir. 

Çoxlu dövlət başçıları vardı ki, Delfidə tanrılar məbədində olmadan 



müharibəyə  getməyə,  yaxud  başqa  qəti  qərarlar  qəbul  etməyə  cürət 

etmirdilər. Beləcə, Apollonun rahibələri diplomat və ya müşavir kimi 

fəaliyyət  göstərirdilər.  Onlar  insanlar  və  ölkə  haqqında  dərin  biliyə 

malik mütəxəssislər idi. 

Delfidəki  məbədin  girişi  üzərində  belə  bir  məşhur  yazı  vardı: 

“Özünü  dərk  et!”  Bu  yazı  insanlara  xatırladırdı  ki,  insan  heç  vaxt 

özünün  öləri  olduğunu  unutmamalıdır  və  heç  kəs  öz  taleyindən  qaça 

bilməz. 


Yunanlar taleyindən qaça bilməyən insanlar haqda çoxlu hekayətlər 

danışırdılar. Vaxt keçdikcə bu “faciəvi” insanlar 

haqda çoxlu pyeslər - faciələr yazıldı. Ən məşhuru Kral Edipin faciəsi 

idi. 


Tarix və Tibb 

Lakin  Tale  yalnız  fərdlərin  həyatını  idarə  etmir.  Yunanlar  hətta 

dünya  tarixini  Taleyin  idarə  etdiyinə  inanırdılar.  İnanırdılar  ki, 

müharibə qismətinin qarşısı tanrıların müdaxiləsi ilə alına bilər. Bu gün 

də bir çox insan Tanrının və ya başqa sehrli qüvvələrin tarixin gedişini 

idarə etdiyinə inanırlar. 

Amma  qədim  yunan  filosofları  təbiətdə  gedən  proseslərə  təbii 

izahlar tapmağa çalışdıqlarından ilk tarixçilər də tarixin gedişinə dair 

təbii  izahlar  axtarmağa  başladılar.  Ölkə  müharibəni  uduzanda  daha 

tanrıların  intiqamı  kimi  izahları  qəbul  etmirdilər.  Belə  tarixçilərdən 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə