56
Afinada yaşamışdı, amma Günəşin qırmızı qaynar bir daş olduğunu
dediyinə görə, oradan qovulmuşdu. (Sokratın başına heç də bundan
yaxşısı gəlməyib.)
Sokratın dövründən başlayaraq, yunan mədəniyyətinin paytaxtı
Afina idi. Təbiət fəlsəfəsindən Sokrata doğru inkişaf etdiyindən fəlsəfə
layihəsinin özünün xarakterindəki dəyişikliyi vurğulamaq vacibdir.
Amma Sokratla tanış olmazdan əvvəl gəl bir az Sokratın vaxtında Afina
səhnəsində üstünlüyü olan - Sofist adlandırılan insanlar haqda danışaq.
Pərdə qalxır, Sofi! Səhnə dedim, pərdə dedim, çünki fəlsəfi ideyalar
tarixi bir çox cəhətlərinə görə, dram əsərlərinə bənzəyir.
Mərkəzdə insan problemi
Təxminən e.ə. 450-ci ildə Afina Yunan dünyasının mədəniyyət
paytaxtı idi.
O zamandan etibarən fəlsəfə yeni istiqamət götürdü.
Təbiət filosofları əsasən ətrafımızdakı fiziki aləmin təbiəti ilə
maraqlanırdılar. Bu, onlara elm tarixində mərkəzi mövqe tutmağa
imkan verdi. Afinada isə əsas vurğu insan və insanın cəmiyyətdəki yeri
üzərinə salınırdı. Bu, o dövr idi ki, Afinada tədricən öz məşhur
məclisləri və qanunları ilə birlikdə demokratiya inkişaf edirdi.
Demokratiyanın işləməsi üçün insanlara yetərincə təhsil
verilməliydi ki, onlar demokratik proseslərdə iştirak edə bilsinlər. Bu
gün biz çağdaşımız olan dünyaya, müxtəlif ölkələrə nəzər salanda da
gənc demokratiyanın xalqın maarifləndirilməsinə necə böyük ehtiyacı
olduğunu görürük.
Buna görə də afinalılar üçün birinci və başlıca məsələ sözləri inandırıcı
tərzdə demək, bundan ötrü isə ritorika incəsənətinə yiyələnmək idi.
Yunan müstəmləkələrindən olan bir qrup səyyar müəllim və filosof
Afinaya axın etdi. Onlar özlərini “sofist” adlandırırdılar. Bu sözün
mənası vətəndaşlara pul qarşılığında bilik öyrədən həyat tərzi idi.
Sofistlərin təbiət filosofları ilə ortaq bir səciyyəvi xüsusiyyəti vardı:
onlar ənənəvi mifologiyaya tənqidi yanaşırdılar. Lakin eyni zamanda
sofistlər “bəhərsiz fəlsəfi spekulyasiyalar” adlandıraraq, fəlsəfi
axtarışları inkar edirdilər. Onların mövqeyi beləydi ki, fəlsəfi sualların
downloaded from KitabYurdu.org
57
cavabı mövcud ola bilər, lakin insan təbiətin və kainatın bilməcələri
haqda həqiqətdən baş aça bilməz. Fəlsəfədə belə bir baxış skeptisizm
adlanır.
Lakin biz təbiətin bütün bilməcələrinin cavabını bilə bilməsək də,
onu dəqiq bilirik ki, insanlar birgə yaşamağı öyrənməlidirlər. Sofistlər
buna görə də insan və onun cəmiyyətdəki yeri məsələsilə məşğul
olmağı seçmişdilər.
Sofist Protaqor (e.ə. 485 - 410) deyirdi: “İnsan hər şeyin ölçüsüdür”.
Bununla onu nəzərdə tuturdu ki, bir şeyin doğru, yaxud yanlış, pis və
ya yaxşı olduğunu bilmək üçün həmişə o şeyin insan ehtiyacları ilə
münasibəti nəzərə alınmalıdır. Yunan tanrılarına inanıb-inanmadığı
haqda suala o, belə cavab vermişdi: “Sual mürəkkəbdir, həyatsa qısa”.
Tanrının olub- olmadığını deyə bilməyən insana aqnostik deyirlər.
Sofistlər bir qayda olaraq, çox səyahət edirdilər, buna görə də
cürbəcür hökumət formaları görürdülər. Şəhər-dövlətlərdə cürbəcür
konvensiyalar və yerli qanunlar vardı. Bu, sofistləri hansı qanunların
təbii, hansılarınsa sosial təsir altında yarandığı haqda sual qoymağa
vadar edirdi. Bu üsulla onlar Afina şəhər-dövlətində sosial tənqidçilik
yolunu açmışdılar.
Məsələn, onlar bildirirdilər ki, “təbii iffət” ifadəsindən istifadə
olunmasına haqq qazandırmaq olmaz, çünki iffətli olmaq “təbii”
olsaydı, onunla doğulardın, o sənə anadangəlmə xas olardı. Amma bu
anadangəlmədir, Sofi, yoxsa cəmiyyətin təşviqilə yaranır? Dünyanı
gəzmiş adam üçün cavab sadədir: başqalarına çılpaq görünməkdən
qorxmaq “təbii”, yaxud
anadangəlmə hiss deyil. İffət və ya iffətsizlik ictimai müqavilənin
birinci və ən önəmli məsələsidir.
Təsəvvür elə ki, həmişə hər yeri gəzib-dolaşan sofistlər Afina
küçələrində qızğın mübahisələr açırdılar və bu mübahisələrdə nəyin
doğru, nəyin yanlış olduğunu bilmək üçün heç bir mütləq normanın
olmamasına diqqət çəkirdilər.
Sokrat isə göstərməyə çalışırdı ki, mütləq olan bir neçə belə norma
var və həmin normalar dünyəvi dəyərə malikdir.
downloaded from KitabYurdu.org
58
Sokrat kim idi?
Sokrat (e.ə.470 - 399) bəlkə də fəlsəfə tarixinin ən əsrarəngiz
simasıdır. O, heç vaxt bir cümlə belə, yazmamışdı. Bununla belə,
Avropa düşüncəsinə çox böyük təsiri etmiş filosoflardandır. Buna
səbəb təkcə onun dramatik ölümü deyil.
Biz bilirik ki, o, Afinada anadan olmuş, ömrünün çoxunu şəhər
meydanlarında və bazarlarda rastına çıxan insanlarla söhbət etməklə
keçirmişdi. Belə bir deyimi vardı: “Şəhər
kənarındakı üç ağac mənə heç nə öyrədə bilməz”. O, saatlarla ayaq
üstə, fikrə gedərək dayanardı.
Öz sağlığında da əsrarəngiz şəxsiyyət sayılırdı, ölümündən sonra isə
tezliklə bir çox müxtəlif fəlsəfi fikir məktəblərinin banisi hesab olundu.
Məhz əsrarəngizliyinə və hərtərəfliliyinə görə, bir çox fikir
məktəblərinin Sokratı özlərinki elan etməyə əsasları var.
Dəqiq məlumatlara əsasən, o, xarici görünüşcə çirkin olub. Yekə
qarnı, domba gözləri, qısa və dik burnu varmış. Daxili aləmi isə,
deyilənə görə, “xoş və mükəmməl” olub.
Sokrat haqqında belə bir deyim məşhurdur: “Sən onu indi axtara
bilərsən, keçmişdə axtara bilərsən, lakin heç vaxt onun tayını-
bərabərini tapmayacaqsan”. Buna baxmayaraq, fəlsəfi fəaliyyətinə
görə, ölümə məhkum edildi!
Sokratın həyatı bizə əsasən Platonun əsərləri vasitəsilə gəlib çatıb.
Platon onun şagirdlərindən biri idi və sonradan dövrünün ən böyük
filosoflarından oldu. Platon bir sıra dialoqlar yazıb, bunlar fəlsəfə
haqda dramatikləşdirilmiş
müzakirələrdir, həmin mətnlərdə Sokrat Platonun əsas surəti, danışan
simasıdır.
Platon öz fəlsəfəsini Sokratın dililə danışdığına görə, onun
dialoqlarda dediklərinin əslində də Sokratın sözləri olub- olmadığına
əminliyimiz yoxdur. Beləcə, Sokratın dərsləri ilə Platonun fəlsəfəsi
arasındakı sərhədi müəyyənləşdirmək asan məsələ deyil. Eyni problem
yazılı mənbə qoymayan digər bir çox tarixi şəxsiyyətlərə də aiddir.
Bunun klassik nümunəsi, əlbəttə ki, İsa Məsihdir. Biz “tarixi” İsanın
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |