Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18

Təhsil  Mərkəzi,  NİKOİL,  Polşanın  Korporativ  İdarəetmə  Forumu  (PKİF-PFCG),  Beynəlxalq

İctimai Xidmətlər, Malayziyanın Qiymətli Kağızlar Komitəsi, “Syndicat National Autonome des

Personnels de l’Administration Publique” (SNAPAP), Türkiyənin İstehsalçılar və Biznesmenlər

Asosiasiyası (TİBA-TUSAID) və Union Nationale des Syndicates Autonomes (UNSA) təşəkkürümü

bildirirəm.

Həmçinin mən, İƏİT-in Məsləhət Xidməti Orqanlarına, Biznes və Sənaye üzrə Məsləhət Komitəsinə

(BSMK-BIAC) və Həmkarlar İttifaqının Məsləhət Komitəsinə (HİMK-TUAC) və prosesdə iştirak

edən  beynəlxalq  təşkilatlara,  o  cümlədən  Afrika  İnkişaf  Bankına,  Mühasiblərin  Beynəlxalq

Federasiyasına  (MBF-IFAC)  və  Beynəlxaq  Maliyyə  Korporasiyasına  (BMK-IFC)  təşəkkür

edirəm. Qlobal Korporativ İdarəetmə Forumu və Dünya Bankı həmçinin bu işə mühüm dəstək

olmuşdurlar.



Nəhayət mən, İşçi Qrupuna kömək etmək üçün öz vaxtlarını ayıran və təcrübələri və bilikləri

ilə bölüşən İƏİT-in Maliyyə və Şirkət Əlaqələri üzrə Direktoratın Katibliyinin əməkdaşları: Vilyam

Vitrel, Rayner Qeyder, Karolin Ervin, Robert Ley, Mats İsakson, Qrant Kirkpatrik, Matilda Me-

snard və İjeoma İnyamaya öz dərin minnətdarlığımı bildirirəm.

8

TƏŞƏKKÜR  MƏKTUBU




 

Bir çox İƏİT ölkələrində Dövlətə Məxsus Müəssisələr (DMM) hələ də Ümumi 

Daxili Məhsulun (ÜDM), iş yerlərinin və bazarın kapitalının mühüm hissəsini təşkil 

edir.  Bundan  əlavə,  dövlət  müəssisəsələri  enerji,  nəqliyyat  və  telekomunikasiya 

kimi əhalinin geniş kütləsi və biznes sektorunun digər hissələri üçün çox mühüm 

olan komunal və infrastruktur sahələrində adətən üstünlük təşkil edirlər. Beləliklə, 

DM-lərində  korporativ  idarəetmə  onların  ölkənin  ümumi  iqtisadi  səmərəliliyinə 

və rəqabətli olmasına müsbət təsir göstərməsini təmin etmək üçün vacibdir. İƏİT-

in təcrübəsi göstərir ki, DMM-lərdə qabaqcıl korporativ idarəetmə bu müəssisələri 

potensial alıcılar üçün daha cəlbedici etdiyinə və onların dəyərini artırdığına görə 

iqtisadi cəhətdən səmərəli özəlləşdirmə üçün mühüm bir amildir. 

 

İƏİT-in üzvü olmayan bir sıra ölkələr həmçinin iri dövlət sektoruna malikdirlər 



ki, bəzi hallarda bu sektor hətta onların iqtisadiyyatının əsas hissəsini təşkil edir. Bu 

ölkələr bir çox hallarda öz DMM-lərin təşkili və idarə edilməsi üsullarını dəyişdirir 

və dövlət səviyyəsində islahatları dəstəkləmək üçün İƏİT ölkələri ilə təcrübələrini 

bölüşürlər.

 

Məhz  bu  səbəbdən  2002-ci  ilin  iyun  ayında  Korporativ  İdarəetməyə  dair 



İƏİT-in  İşçi  Qrupu  Dövlət  Müəssisəsələrinin  Aktivlərinin  Özəlləşdirilməsinə  və 

Korporativ  İdarəetməsinə  dair  İşçi  Qrupundan  DMM-lərin  qabaqcıl  korporativ 

idarəetmə  təcrübələrinə  dair  məcburi  olmayan  bir  qaydaları  hazırlamağı  xahiş 

etmişdir.  İƏİT-in  üzvü  olan  ölkələrin,  Dünya  Bankının  və  müşahidəçi  qismində 

BVF nümayyəndələrindən ibarət olan İşçi Qrupu bu Qaydaların hazırlanması zaman 

hərtərəfli  məsləhətləşmələr  keçirmişdir.  İşçi  Qrupu  DMM-lərin  şura  üzvləri  və 

baş icraçı direktorları, dövlət audit orqanları, ittifaqlar və qanunverici orqanlarının 

nümayyəndələri kimi geniş maraqlı şəxslər kütləsindən məsləhətlər almış və İƏİT-

in üzvü olmayan ölkələrin nümayyəndələri ilə geniş məsləhətləşmələr aparmışdır. 

Qaydaların ilkin nüsxəsi ictimaiyyətin rəyini bilmək üçün İƏİT-in internet saytında 

yerləşdirilmiş və nəticədə alınmış çoxsaylı faydalı və konstruktiv təkliflər həmçinin 

geniş ictimaiyyət üçün həmin saytda yerləşdirilmişdir. 

 

Bu Qaydalar əsaslandığı və tam uyğun olduğu İƏİT-in Korporativ İdarəetmə 



Prinsiplərinə

1

    əlavə  kimi  qəbul  edilməlidir.  Qaydalar  DMM-lərin  korporativ 



idarəetməsi  üçün  spesifik  olan  məsələlərə  istiqamətləndirilmiş  və  bu  baxımdan 

dövlət mülkiyyətçi qismində götürülərək əsas diqqət qabaqcıl korporativ idarəetməni 

təmin  edəcək  siyasətlərə  yönəldilmişdir.  Lakin,  Qaydalar  İƏİT-in  üzvü  olan  və 

Preambula

9

PREAMBULA




olmayan ölkələri hər hansı özəlləşdirmə siyasətlərinin və ya proqramlarının həyata 

keçirilməsindən çəkindirmək və ya buna mane olmaq məqsədini daşımır.  

 

İllər  boyu  kommersiya  müəssisələrinin  dövlət  mülkiyyətində  olmasının 



səbəbləri  ölkələr  və  sahələr  üzrə  fərqlənir  və  səciyyəvi  olaraq  sosial,  iqtisadi 

və  strateji  maraqları  əhatə  edir.  Buraya  sahə  siyasəti,  regional  inkişaf,  ictimai 

məhsulları n tədarükü və “təbii” inhisarların mövcudluğu daxildir. Lakin, son bir 

neçə onilliklərdə bazarın qloballaşması, texnoloji dəyişikliklər və keçmişdə inhisara 

alınmış  bazarların  dövlət  tərəfindən  tənzimlənməsinin  dayandırılması/azaldılması 

dövlət sektoruna dəyişikliklərin edilməsini və onun yenidən strukturlaşdırılmasını 

tələb edir. Bu faktlar hazırkı qaydalarda istifadə olunan İƏİT-in son iki hesabatlarında 

tədqiq edilmişdir.

2

  

 



Öz mülkiyyət funksiyalarını yerinə yetirmək üçün dövlət özəl sektor üçün 

yararlı  olan  alətlərdən,  o  cümlədən  İƏİT-in  Korporativ  İdarəetmə  Prinsiplərindən 

istifadə  edərək  faydalana  bilər.  Bu  xüsusilə  listinqdən  keçmiş  DMM-lərə  aiddir. 

Lakin, DM-lər həmçinin fərqli idarəetmə problemləri ilə üzləşirlər. Bu problemlərdən 

biri ondan ibarətdir ki, DM-lər dövlətin hədsiz siyasi müdaxiləsindən zərər çəkdiyi 

kimi, onun tamamilə passiv və zəyif mülkiyyətçiliyindən də ziyan görə bilər. Burada 

həmçinin  məsuliyyətin  azalması  baş  verə  bilər. Adətən  DMM-lər  özəl  şirkətlərdə 

menecmentin fəaliyyətinə nəzarət etmək üçün mühüm olan iki əsas təhlükələrdən, 

satın-alınmadan  və  bankrotluqdan  qorunmuşdurlar.  Daha  vacib  isə,  korporativ 

idarəetmə ilə bağlı çətinliklər dövlət müəssisəsinin fəaliyyətinə görə əsas cavabdeh 

şəxs asanlıqla və aydın şəkildə müəyyən edilmədən məsuliyyətin bir sıra agentlər 

(menecment, şura, sahiblik edən təşkilat, nazirliklər və hökumət) tərəfindən daşınması 

faktından  irəli  gəlir.  Effektiv  qərar  qəbulunu  və  qabaqcıl  korporativ  idarəetməni 

təmin etmək üçün bu cür mürəkkəb məsuliyyətlər zəncirini strukturlaşdırmaq çətin 

məsələdir. 

 

Bu  Qaydalar  DMM-lərin  fəaliyyətinin  təkmilləşdirilməsində  hökumələrə 



kömək edəcək ümumi məsləhətlərin verilməsini nəzərdə tutduğu üçün, bu Qaydaların 

müəyyən  bir  dövlət  müəssisəsinin  idarəedilməsində  tətbiq  edilməsinə  dair  qərar 

təcrübə nöqteyi nəzərindən verilməlidir. Hazırkı Qaydalar müəssisələrin həmçinin 

ictimai məqsədlər daşıyıb-daşımamasından asılı olmayaraq, ayrıca hüquqi formaya 

(yəni, dövlət idarəetməsindən ayrı olan) və kommersiya fəaliyyətinə (yəni, gəlirlərin 

əsas  hissəsini  satışdan  və  xidmətlərə  görə  ödənişlərdən  əldə  edən)  malik  DMM-

lərə  istiqamətləndirilmişdir.  Bu  DMM-lər  iqtisadiyyatın  rəqabətli  və  rəqabətsiz 

(rəqabət olan və olmayan) sahələrində fəaliyyət göstərə bilərlər. Lazım olduqda, bu 

Qaydalar listinqdən keçmiş və ya keçməmiş DMM-ləri və yaxud tamamilə, böyük 

və ya kiçik hissəsi dövlətə məxsus olan müəssisələri, onların korporativ idarəetmə 

məsələləri fərqli olduğuna görə fərqləndirir. Hazırkı Qaydalar yuxarıda qeyd edilmiş 

10

PREAMBULA




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə