Dövlətə məxsus müəssisələrin korporativ idarəetmə təcrübələrinə dair İƏİT-in Qaydaları



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix17.09.2018
ölçüsü0,9 Mb.
#69054
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   18

Birinci hissənin şərhi:

I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ 

TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI

DMM-lər üçün hüquqi və tənzimləyici struktur bazar iqtisadiyyatı münasibətlərinin pozulmaması 

məqsədilə dövlət və özəl şirkətlərinin rəqabət apara biləcəyi bazarda  hamı üçün bərabər  şəraitin 

yaradılmasını təmin etməlidir. Bu struktur İƏİT-in Korporativ İdarəetmə Prinsipləri əsasında 

qurulmalı və onlara uyğun olmalıdır.

 

DMM-lərin  fəaliyyət  göstərdiyi  hüquqi  və  tənzimləyici  struktur  adətən  mürəkkəb  olur. 



Həmin struktur yekdil və aydın olmadıqda, bu bazar iqtisadiyyatı münasibətlərinin pozulmasına 

və istər menecmentin, istər də mülkiyyətçi kimi dövlətin cavabdehliyinə mənfi təsir göstərə bilər. 

Rəhbərlik arasında vəzifələrin düzgün bölünməsi, və aydın və yekdil tənzimləyici strukturla birgə 

hüquqi  formaların  sadələşdirilməsi  DMM-lərdə  korporativ  idarəetmənin  təkmilləşdirilməsinə 

kömək edə bilər.      

A. DMM-lər üçün müəyyən edilmiş şərtlərə təsir göstərə biləcək dövlətin mülkiyyət funksiyası 

və bazara təsir göstərə biləcək digər dövlət funksiyaları, xüsusilə də bazarın tənzimlənməsi ilə 

bağlı funksiyaları arasında aydın bölgü aparılmalıdır.

 

Dövlət  çox  zaman  bazar  tənzimləyicisi  və  kommersiya  fəaliyyəti  ilə  məşğul  olan, 



xüsusilə də son zamanlarda dövlət tənzimlənməsindən azad olmuş və çox vaxt müəyyən hissəsi 

özəlləşdirilmiş DMM-lərin sahibi kimi ikili rol oynayır. Belə hallarda dövlət eyni zamanda əsas 

bazar  iştirakçısı  və    arbitr  rolunu  oynayır.  Bu  səbəbdən  mülkiyyətçi  və  bazar  tənzimləyicisi 

kimi dövlətin vəzifələrinin tam inzibati bölünməsi DMM-lər və özəl şirkətlərə bərabər şəraitin 

yaradılması və rəqabətin pozulmaması üçün fundamental şərtdir. Vəzifələrin bu cür bölünməsi 

İƏİT-in Tənzimləyici İslahatlar Prinsipləri ilə də tövsiyyə edilir. 

 

Digər mühüm məsələ DMM-lərdən iqtisadi sahə üzrə siyasəti müəyyən etmək üçün bir 



alət kimi istifadə edilməsidir. Bu, asanlıqla dövlətin iqtisadi sahəsi üzrə siyasəti ilə bağlı vəzifələri 

və mülkiyyət funksiyyaları arasında qarışıqlığa və mənafelərin toqquşmasına gətirib çıxara bilər, 

xüsusilə də iqtisadi sahə üzrə siyasətə görə məsuliyyət və mülkiyyət funksiyaları eyni sahə və ya 

sektor  üzrə  nazirlik  tərəfindən  daşındıqda.  İqtisadi  sahə  üzrə  siyasətin  mülkiyyətdən  ayrılması 

dövlətin  mülkiyyətçi  kimi  müəyyənləşdirilməsini  təkmilləşdirəcək  və  məqsədlərin  müəyyən 

edilməsində və fəaliyyətin nəticələrinə dair monitorinqin aparılmasında şəffaflığı qoruyacaqdır. 

Lakin, bu cür bölgü iki funksiya arasında tələb olunan uzlaşmalara mane olmur. 

 

Mənafelər toqquşmasının qarşısını almaq üçün, mülkiyyət funksiyasının həmçinin DMM-



lərin müştəriləri və ya təchizatçıları ola biləcək hər hansı dövlət idarəçiliyində olan təşkilatlardan 

aydın  şəkildə  ayrılması  tələb  olunur.  Ümumi  təchizat  qaydaları  digər  şirkətlərə  olduğu  kimi 

DMM-lərə  də  aid  edilir.  Ədalətli  təchizata  mane  olan  qanuni  və  ya  qeyri-qanuni  maneələr 

götürülməlidir. 

 

DMM-lərə dair dövlətin müxtəlif rolları arasında effektiv bölgü aparıldıqda həm güman 



edilən həm də mövcud olan mənafelərin toqquşması halları nəzərə alınmalıdır.  

18

Birinci hissənin şərhi: I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI




B.  Hökumətlər  DMM-lərin  fəaliyyət  göstərdiyi  əməliyyat  təcrübələrini  və  hüquqi  formanı 

sadələşdirməli və təkmilləşdirməlidir. Onların hüquqi forması kreditorlara iddialar irəli sürməyə 

və müflisləşmə prosedurlarına başlamağa imkan verməlidir.

 

DMM-lər xüsusi və bəzi hallarda digər şirkətlərin malik olduğu formadan  fərqli təşkilati-



hüquqi formaya malik ola bilərlər. Bu forma xüsusi məqsədləri və ya ictimai maraqları, o cümlədən 

müəyyən  maraqlı  tərəflərin  xüsusi  olaraq  qorunmasını  əks  etdirə  bilər.  Bu  xüsusilə,  muzdları 

tənzimləyici aktlarla/orqanlarla müəyyən edilmiş və pensiya hüquqları və, dövlət qulluqçularına 

verilən  təminatlara  ekvivalent  olaraq,  ixtisarlara  qarşı  qorunma  vasitələri  ilə  təmin  edilmiş 

işçilərə aiddir. Bir çox hallarda, DMM-lər xüsusi hüquqi statuslarına görə müflisləşmə və iflas 

prosedurlarından əhəmiyyətli dərəcədə qorunmuş olurlar. Bəzi hallarda bu, ictimai xidmətlərin 

davamlı göstərilməsinin təmin etmək üçün edilir. 

 

Belə  olan  təqdirdə,  DMM-lər  çox  zaman  məhdud  məsuliyyətli  özəl  şirkətlərdən 



aşağıdakılarla fərqlənirlər: 1) şuranın, menecmentin və nazirliklərin müvafiq səlahiyyətləri ilə; 

2) bu şuraların tərkibi və strukturları ilə; 3) müəyyən maraqlı tərəflərə, xüsusən işçilərə, məsləhət 

vermək və qərar qəbul etmək üçün verilmiş hüquqların dərəcəsi ilə; 4) açıqlamaya dair tələblərlə 

və, yuxarıda qeyd olunduğu kimi, müflisləşmə və iflas prosedurlarının onlara nə dərəcədə şamil 

edilməsi ilə.  DMM-lərin hüquqi forması bu müəssisələrin fəaliyyətlərinin yeni sahələrə və/və 

ya  xarici  ölkələrə  yönəlməsinin  və  ya  genişlənməsinin  qarşısını  almaq  üçün  həmçinin  onların 

fəaliyyətinin  dəqiq  tərifini  daxil  edir.  Bu  məhdudiyyətlər  dövlət  vəsaitlərindən  sui-istifadənin 

qarşısını almaq, həddindən artıq heysiyyətli artım strategiyasına sədd qoymaq və ya DMM-ləri 

gizli texnologiyaları ixrac etməkdən çəkindirmək üçün qanuni şəkildə müəyyənləşdirilmişdir.

 

Son  zamanlar  bəzi  ölkələrdə  DMM-lərin  xüsusi  hüquqi  formaları  dövlət  tərəfindən 



tənzimlənmənin azalmasına, dövlət yardımının daha diqqətli təhlil olunmasına və bir DMM-lərin 

digər DMM-ləri maliyyələşdirməsi faktlarının artmasına bir cavab olaraq inkişaf etmişdir. DMM-

lərə onların hüquqi formasına uyğun olaraq icazə verilmiş fəaliyyət növlərinə dair məhdudiyyətlər 

bir  qədər  azaldılmışdır.  Bəzi  ölkələrdə,  hüquqi  formalarda  dəyişikliklər  işçilərin  hüquqlarının 

qorunmasına,  xüsusilə  da  onların  pensiya  hüquqlarına  dair  dövlət  öhdəliyinin  götürülməsi  ilə 

müşaiyət olunmuşdur.

 

Dövlət  DMM-lərin  hüquqi  formasını  təkmilləşdirdikdə,  dövlət  (hökumət)  mümkün 



qədər  korporativ  qanunvericiliyə  əsaslanmalı  və  müəssisənin  məqsədləri  üçün  qəti  surətdə 

tələb  olunmadıqda  xüsusi  hüquqi  formanın  yaradılmasından  çəkinməlidir.  DMM-lərin  hüquqi 

formasının təkmilləşdirilməsi şəffaflığı artıracaq və effektivliyin qiymətləndirilməsi vasitəsi ilə 

nəzarətin həyata keçirilməsinə kömək edəcəkdir. Bu həmçinin dövlət tərəfindən tənzimlənmənin 

azaldığı və rəqabətli bazarlarda özəl şirkətlər üçün eyni şəraitin yaradılmasına kömək edəcəkdir. 

 

Hüquqi formanın təkmilləşdirilməsi kommersiya fəaliyyəti ilə məşğul olan və rəqabətli, 



açıq  bazarlarda  işləyən  DMM-lərə  tətbiq  edilməlidir.  Bu  özəl  mülkiyyətçilərin  adətən  istifadə 

etdikləri vasitələrdən və alətlərdən həmçinin dövlətin də mülkiyyətçi kimi istifadə edə biləcəyinə 

yönəldilməlidir.  Bu  səbəbdən,  təkmilləşdirmə  işləri  aparıldıqda  əsas  diqqət  şirkətin  idarəetmə 

orqanlarının  roluna  və  səlahiyyətlərinə  və  həmçinin  şəffaflıq  və  açıqlamaya  dair  öhdəliklərə 

verilməlidir.

19

Birinci hissənin şərhi: I. DÖVLƏTƏ MƏXSUS MÜƏSSİSƏLƏR ÜÇÜN EFFEKTİV HÜQUQİ VƏ TƏNZİMLƏYİCİ STRUKTURUN YARADILMASI




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə