Döş qəfəsində ağrının differensial diaqnostika üzrə klinik protokol



Yüklə 244,86 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix29.05.2018
ölçüsü244,86 Kb.
#46567
1   2   3   4   5   6   7   8   9

 24

Mədə-bağırsaq xəstəlikləri 

Mədə-bağırsaq xəstəlikləri bəzən döş  qəfəsində  ağrıya səbəb ola 

bilər. Lakin anamnez toplanması  və fizikal müayinə ciddi 

qastrointestinal xəstəliklərin inkar və ya təsdiq edilməsi üçün qeyri-

dəqiq üsullardır, buna görə  də  ağrıya səbəb ola biləcək həyat üçün 

təhlükəli ÜD və ağ ciyər xəstəlikləri inkar olunmalıdır. 



Mədə və on iki barmaq bağırsağın xora xəstəliyi 

Əksərən anamnezində sinir-psixi gərginlik, tütünçəkmə, qeyri-

müntəzəm və qeyri-rasional qidalanma, alkoqol və tünd qəhvə qəbulu

irsi meyllilik olan nisbətən cavan yaşlı kişilərdə təsadüf olunur. Sorğu 

zamanı yanaşı gedən xəstəliklər, müxtəlif dərman preparatlarının 

(asetilsalisil turşusu, qlükokortikoid və s.) uzun müddət qəbulu faktı da 

nəzərə alınmalıdır. Xəstəliyin inkişafında və residivləşən gedişində 

Helicobacter pylori infeksiyasının da rolu isbat olunmuşdur. 

 

Xora xəstəliyinin klinikasında ağrı əsas simptomdur. 



 

Ritmikdir, qida qəbulu ilə  əlaqədardır (erkən, gecikmiş, 

acqarına və gecə ağrıları) 

 

Lokalizasiyası mədənin kardial şöbəsinin xorasında atipik olub, 



döş sümüyünün arxasında və ya ondan solda, kiçik əyriliyin 

xorasında – epiqastral nahiyədə, pilorik və duodenal xoralarda – 

epiqastaral nahiyədə orta xətdən sağda, postbulbar xoralarda – 

sağ kürəkaltı və kürəkarası nahiyədə 

 

Periodikdir (dövri xarakter daşıyır) – kəskinləşmə (bir neçə 



gündən 6-8 həftəyə qədər) və remissiya dövrləri (bir neçə aydan 

bir neçə ilə qədər) növbələşir: 

 

sutka ərzində dövrilik – ağrı günün ikinci yarısında güclənir,  



 

fəsli dövrilik – mövsümi xarakter daşıyır, payız-qış aylarında 

kəskinləşir 

 

Xarakteri və intensivliyi – küt, sızıldayan, yandırıcı, kəsici, sancı 



tutmaları şəklində, bəzən çox intensiv 

 

Ağrı sindromu ilə yanaşı qıcqırma, gəyirmə, ürəkbulanma, turş 



möhtəviyyatla qusma, iştahanın artması, bəzən azalması, 

sitofobiya, qəbizlik müşahidə edilir 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 25

Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların 

meydana çıxması ilə  təzahür edə bilər. Təcili diaqnostika və tibbi 

müdaxilə tələb edən ağırlaşma xoranın perforasiyasıdır. Bu zaman ağrı 

çox intensiv (“xəncər” ağrısı) olub, qusma, bəzən kollapsla müşayiət 

oluna bilər.  



Fizikal müayinə:  

 



Xəstənin məcburi vəziyyəti – önə  əyilmiş, böyrü üstə uzanmış,  

əlləri ilə epiqastral nahiyəni sıxır 

 

Palpasiyada epiqastral nahiyədə lokal ağrı, mötədil gərginlik 



aşkar olunur 

 



Perforasiya zamanı qarnın ön divarı  əzələlərinin kəskin gərginliyi 

(“taxtavari” qarın), peritonun qıcıqlanma simptomunun meydana 

çıxması, qara ciyər kütlüyünün itməsi təyin olunur 

Laborator-instrumental müayinə: 

 



Nəcisdə gizli qanın aşkar olunması 

 



Mədənin yuxarı  şöbələrinin xoraları zamanı  rentgenoloji üsul 

həmişə informativ olmur. Endoskopiya bu zaman daha informativ 

müayinə üsulu hesab olunur. 

İlk yardım:  

Mədə xorasının perforasiyasında xəstə  dərhal cərrahi klinikaya 

çatdırılmalıdır.  

Kəskin xolesistit 

Kalkulyoz və qeyri-kalkulyoz xolesistitlər  əksərən qadınlar 

arasında rast gəlinir, yaş artdıqca rast gəlmə tezliyi də artır. Bədən 

kütləsinin artması, yanaşı gedən xəstəliklər (ŞD, mədə xorası, 

dislipidemiya) meyllilik yaradan amillərdir. 

Ağrının xüsusiyyətləri: 

 

Qarın nahiyəsində  kəskin ağrılar  əksərən sağ qabırğaaltı 



nahiyədə lokalizasiya edir. Ağrılar  bəzən döş sümüyünün 

arxası və ya döş qəfəsinin sol yarısına irradiasiya edə bilər.  

 

Qida qəbulundan sonra (yağlı, qızarmış qida, alkoqol qəbulu) 



meydana gəlir 

 

Antasidlərin təsirindən keçmir, analgetiklər, spazmolitiklər  



effektivdir 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 26

 

Ödlə (rahatlıq gətirməyən) qusma, hərarətin yüksəlməsi, 



bəzən sarılıqla müşayiət olunur  

Fizikal müayinə: 

 



Ker, Ortner, Merfi, Müssi simptomları müsbətdir 

Laborator-instrumental müayinə: 

 



Neytrofil leykositoz, EÇS artması  

 



Qanda QF, QQT, aminotransferazaların, ümumi bilirubinin 

səviyyəsinin yüksəlməsi 

 

USM diaqnozun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır 



 

Remissiya dövründə  əks-göstərişlər olmadıqda duodenal 



zondlama  və öd fraksiyalarının müayinəsi. 

Kəskin pankreatit 

Pankreasın quyruq hissəsinin zədələnməsi zamanı  ağrı döş 

qəfəsinin sol yarısına irradiasiya edə bilər.  

Ağrının aşağıdakı xüsusiyyətləri vardır: 

 

müxtəlif intensivlikli, kəskin, tutmaşəkilli, bəzən getdikcə artan  



 

sol qabırğaaltı nahiyədə lokalizasiya edir  

 

sol qola, çiyinə, kürəyə irradiasiya edir, kəmərləyici ola bilər  



 

çoxlu miqdarda, yağlı, qızardılmış,  ədviyyatlı qida, alkoqol 

qəbulu ilə əlaqədardır (40-60 dəq sonra baş verir; saatlarla, hətta 

günlərlə davam edir)  

 

önə doğru əyildikdə azalır 



 

gəyirmə, qıcqırma, ürəkbulanma, meteorizm, epiqastral nahiyədə 

ağırlıq hissi, təkrari qusma, xronik gedişdə horrayabənzər, yağ 

parıltılı nəcis ifrazı ilə müşayiət olunur.  

 

anamnezdə öd yolları  xəstəlikləri, alkoqol, bəzi dərman 



preparatlarının uzun müddət qəbulu 

Fizikal müayinə: 

 



Hərarətin yüksəlməsi (37-38

0

C) 



 

Palpasiyada orqanın proyeksiyası nahiyəsində  ağrı, müsbət 



frenikus-simptom 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 244,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə