Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etmək, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat vermək üçün nəzərdə tutulmuşdur.
MNLŞ-a əsasən bu təşkilatlar cəlb edilir:
səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları;
kənd təsərrüfatı və ərzaq nazirliyinin baytarlıq laboratoriyaları;
baytar nəzarəti postları və bitki mühafizəsi stansiyaları;
dövlət hidrometrologiya komitəsinin radiometriya laboratoriyası və qrupları;
.
Daxili İşlər Nazirliyi şəhər və rayon polis şöbələrinin struktur bölmələri;
Müdafiə Nazirliyinin xüsusi bölmələri;
respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası;
nazirliklərin, ərazi icra hakimiyyəti başçılarının və obyektlərinin radiasiya və kimya müşahidəsi postları;
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir:
03
02
01
gündəlik iş rejimi;
yüksək hazırlıq rejimi
fövqəladə rejim.
Gündəlik iş rejimi – həm ekoloji, həm texnogen, həm də
epidemik cəhətdən normal adi iş şəraitini əhatə edir.
Yüksək hazırlıq rejimində – texnogen, epidemik şərait kəskin surətdə pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür
Fövqəladə rejimdə gündəlik rejimdə fəaliyyət göstərən qüvvələrdən əlavə, həmçinin: müşahidə və laboratoriya nəzarəti şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s. idarələrin müvafiq qüvvələri ilə həm müşahidə, həm də laboratoiya nəzarəti aparılır.
Dİqqətİnİzə görə təşəkkürlər
Dostları ilə paylaş: |