|
Dos. Mahmudova Leyla Kəşfiyyat – mm quvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir
|
səhifə | 6/9 | tarix | 31.12.2021 | ölçüsü | 8,94 Mb. | | #81724 |
| Mirzə Ağa 135.19 Mülki MüdafiəMüşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişan qoyulur.
Postun heyəti onun rəisindən və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar.
Bu məqsədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaqölçən, xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır
Dostları ilə paylaş: |
|
|