Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   28   29   30   31   32   33   34   35   36

36

saxlayırlar. Orada guya xüsusi növ meyvələr gətirən başqa ağaclar da var. Massagetlər dəstə ilə bir yerə toplaşıb tonqal

qalayır, sonra onun ətrafında oturaraq həmin meyvələri oda atırlar. Ellinlər çaxırdan necə sərxoş olurlarsa, bunlar da

yanan meyvələrin iyindən sərxoş vəziyyətə düşürlər. Ocağa çox meyvə atdıqca özləri də o qədər artıq sərxoş olurlar ki,

axırda ayağa qalxıb oynamağa və mahnı oxumağa başlayırlar. Bu tayfanın həyat tərzi haqqında belə danışırlar. Aras

çayı başlanğıcını Matiyena dağlarından götürür. Kuruşun 360 kanala böldüyü Gind çayının da öz başlanğıcını eyni

dağdan aldığını xatırlatmışdıq. Aras qıvrılaraq 40 qola ayrılır ki, onun bircə qolundan başqa hamısı bataqlıqlarda itib

batır. Deyilənlərə görə, bu bataqlıqlarda çiy balıq yeyib, adətən, porsuq dərisindən paltar geyən adamlar da yaşayırlar.

Arasın tək bircə qolu açıq yerlərdən keçərək Kaspi dənizinə tökülür. Kaspi dənizi isə heç bir başqa dənizlə əlaqəsi

olmayan qapalı göldür. Axı, ellinlərin üzüb getdikləri Herakl Sütunlarının arxasındakı Atlantik və Qırmızı dəniz

adlanan dənizlər ancaq bircə dənizdir.

203. Bunun əksinə, Kaspi dənizi tamam başqa cürdür. Onun uzunluğu avarlı gəmilər üçün on beş günlük, eni isə ən

geniş yerində səkkiz günlük yol qədərdir. Onun qərb hüdudu-sıra dağların ən genişi və hündürü olan Qafqaza çatır.

Qafqazda müxtəlif tayfalar yaşayır və onların çoxu cır ağac meyvələri ilə dolanır. Belə deyirlər ki, bu ölkədə qəribə

yarpaqları olan ağaclar var. Bu yarpaqlardan rənglər düzəldərək, onu toz halına salır, su ilə qarışdırır, sonra da

paltarlarının üstündə naxışlar salırlar. Bu naxışları su yuyub apara bilmir, onlar guya parçanın özünə əvvəlcədən

hopdurulmuş kimi yun parça ilə birlikdə sürtülüb didilir. Bu tayfalar, heyvanlarda olduğu kimi tam açıq-aşkar cinsi

əlaqəyə girirlər.

204. Beləliklə, Qafqaz Kaspi adı daşıyan dənizin qərb həddini təşkil edir, şərq tərəfdən isə, gündoğana doğru ona

sonu görünməz ucsuz-bucaqsız düzənlik birləşir. Bu böyük düzənliyin mühüm hissəsini Kuruşun müharibə etmək

fikrinə düşdüyü həmin massagetlər tutmuşlar. Kuruşu bu yürüşə qaldıran çox mühüm səbəblər olmuşdur. İlk səbəb

şahın anadan olmasının qəribəliyidir-belə ki, o, özünü fövqəlbəşər hesab edirmiş, ikinci səbəb də bütün müharibələrdə

ona uğur nəsib olması idi. Axı, üstünə qoşun çəkdiyi xalqlardan heç biri acı qismətdən qaça bilməmişdi.

205. Massagetlərin məlaikəsi mərhum hökmdarın arvadı olmuşdur. Onun adı Tomiris idi. Kuruş guya evlənmək

təklifi ilə ona elçilər göndərmişdi. Lakin Tomiris Kuruşun heç də ona evlənmək üçün elçi göndərməyib, bəlkə

massagetlərin hakimiyyətini ələ keçirməyə çalışdığını başa düşərək onu rədd eləyir. Onda hiylə ilə məqsədinə çata

bilməyən Kuruş açıqcasına massagetlərin üzərinə müharibəyə gedir. Şah ordunun Arasdan keçməsi üçün ponton

körpülər düzəldilməsini, körpüləri təşkil edən gəmilər üzərində isə qüllələr ucaltmağı əmr edir.

206. Kuruşun qoşunu həmin işlərlə məşğul olarkən Tomiris Kuruşa bu sözləri çatdırmağı buyurur: "Midiyalıların

şahı! Öz niyyətindən əl çək. Axı düzəltdiyin bu körpülərin sənə xeyri dəyib-dəyməyəcəyini əvvəlcədən bilə bilməzsən.

Burax bunları, öz səltənətində şahlıq elə, bizim də öz taxtımızda hakimiyyət sürməyimizin paxıllığını çəkmə. Amma

sən, yəqin ki, bu məsləhətə qulaq asmayıb, sülhü pozaraq istədiyini etməyi üstün tutacaqsan. Sən massagetlərin üstünə

hücuma keçməyi çox istəyirsənsə, onda çayın üstündə körpü saldırmağı dayandır. Biz üç günlük yol məsafəsində geri

çəkilək, sən rahatca keç bizim torpağa. Yox, sən bizi öz torpağına buraxmağı üstün tutsan, onda sən də bizim kimi

hərəkət edib, geri çəkil". Bundan sonra Kuruş fars nücəbalarını müşavirəyə çağırıb, işi onlara izhar eləyir və necə

hərəkət etmək üçün onlardan məsləhət istəyir. Hamı bir səslə bu fikrə gəlir ki, Tomirisi ordusu ilə birlikdə burada, bu

torpaqda gözləmək lazımdır.

207. Lakin müşavirədə iştirak edən lidiyalı Krez bu qərarı bəyənmir. O, öz etirazını bu sözlərlə bəyan edir: "Şah!

(Zevs məni sənin əlinə verəndə) mən boyun olmuşam ki, sənin evini hədələyən hər cür bəlanın mümkün qədər qarşısını

alım. Çəkdiyim ağır iztirablar mənim üçün biliyə dönmüşdür. Ölməz ordu başında sən özünü ölməz sayırsansa, onda

mənim fikrim, əlbəttə, sənin üçün lüzumsuzdur. Yox, sən özünün ancaq bir insan olduğunu və özün kimi ölümlü

insanlar üzərində hökmdarlıq etdiyini boynuna alırsansa, onda hər şeydən əvvəl bunu başa düş, insanın gördüyü işlərin

belə bir gərdişi var ki, eyni adamların həmişə xoşbəxt olmalarına yol vermir. Belə ki, indiki işinizdə mən sizin

nücəbalarınızın rəyinin əksinə olan bir fikrin üstündə dururam. Axı, sən düşməni bizim torpağımıza buraxsan, onda bizi

belə bir təhlükə gözləyər: məğlubiyyətə uğrasan özünün bütün hökmranlığını məhv edərsən. Axı, tamam aydındır ki,

massagetlər sənə qalib gələndən sonra qaçıb öz tərəflərinə getməyəcəklər, bəlkə sənin mülklərinə soxulacaqlar. Əgər

sən qələbə çalsan, sənin düşmən üzərindəki müvəffəqiyyətin, onları öz ölkəsində məğlub edərək, sonra da qaçanları

izləməyə başlayacağın qədər böyük olmayacaqdır. Mən istəyirəm sənin və onların üstünlüklərini müqayisə edəm: axı,

düşməni sındırmaqla sən birbaşa Tomirisin mülklərinə daxil ola bilərsən. Hələ bundan başqa, bir qadına tabe olmaq və

ona öz ölkəsinə soxulmağa imkan vermək Kambis oğlu Kuruş üçün ayıb olar. Beləliklə, mənə elə gəlir ki, biz çayı

keçib, sonra düşmən geri çəkildikcə ölkənin dərinliklərinə girməliyik, daha sonra da onlara qalib gəlmək üçün belə

hərəkət etməliyik: öyrəndiyimə görə massagetlər farsların bol həyat tərzindən tamam xəbərsizdirlər və bu həyat tərzinin

böyük ləzzətləri onlar üçün əl çatmazdır. Buna görə, belə fikirləşirəm ki, çoxlu qoyun kəsib, ondan əlavə saysız-

hesabsız xalis çaxır tuluqları hazırlamaq, çaxırla birlikdə hər cür xörəklər qoyub öz qərargahımızda bu adamlar üçün

bol bir qonaqlıq düzəltməliyik. Bütün bunları hazırlayıb döyüşçülərin ən əhəmiyyətsiz hissəsindən başqa qoşunun

qalanı ilə birlikdə çaya doğru geri çəkilməliyik. Əgər mən (bütün düşüncələrimdə) yanılmıramsa, onda düşmənlər bu

qədər bol yeməyi görüb oradakı qoşunumuzun üstünə tökülüşərlər və bizim böyük şücaət göstərməyimiz üçün imkan

yaranar".

208. Məsləhətçilərin fikirləri belə haçalanır. Kuruş da birinci mülahizəni rədd edib, Krezin məsləhətini bəyənir. Şah

əmr verir ki, Tomirisin geri çəkilməli olacağı ona xəbər verilsin, çünki şah özü onun torpağına keçmək fikrindədir.

Məlakə sözünün üstündə durub (qoşunu ilə birlikdə) geri çəkilir. Kuruş Krezi özünün vəliəhd elan etdiyi oğlu Kambisə

tapşırır. Şah bununla yanaşı oğluna təkidlə təlqin edir ki, (massaget torpağına keçmək və yürüşə başlamaq uğursuz

olarsa), Krezə hörmət göstərib onu himayə etsin. Kuruş belə tapşırıqlar verib, Kambislə Krezi mürəxxəs edir və onları

Parsaya göndərir, özü isə qoşunla birlikdə çayı keçməyə başlayır.




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə