Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

19

dönməyə tələsir, lakedemonlu Ofriad isə həlak olmuş arğosluların yaraq-əsləhələrini soyundurub spartalıların

qərargahına aparır, sonra da (hərbi cərgədə) öz yerini tuturmuş kimi döyüş meydanında qalır. Ertəsi gün hər iki ordu

vuruşmanın nəticəsini bilmək üçün döyüş meydanına gəlir. Hər iki tərəf əvvəlcə qələbəni öz adına çıxır: bunlardan biri

öz tərəflərindən daha çox adamın sağ qaldığını deyir, o biri isə düşməni qaçqın hesab eləyir; bu tərəf (iqrar edir ki,)

onların döyüşçüsü döyüş meydanını tərk etməmiş, hətta həlak olmuş düşmənlərin yaraq-əsləhələrini soyundurmuşdur.

Çox mübahisələrdən sonra onlar, nəhayət, yenidən əlbəyaxa döyüşə girişirlər, hər iki tərəfdən böyük itkiyə

baxmayaraq, hər halda, lakedemonlular qalib çıxırlar. Bu vaxtdan etibarən arğoslular saçlarını kəsib gödəldirlər

(əvvəllər, adətə görə, onlar uzun saç saxlayırdılar). Onlar hətta belə bir qanun da çıxardırlar və lənət bəyan edirlər ki,

Fokeya geri alınana qədər heç bir arğoslu saç uzatmağa cəsarət göstərməsin, heç bir qadın qızıl bəzək gəzdirməsin.

Lakedemonlular isə, əksinə, qanun qoyurlar ki, bundan sonra uzun saç saxlasınlar (bu hadisəyə qədər onlar saçlarını

gödək kəsdirirdilər). Xəbər verirlər ki, 300 lakedemonludan yeganə sağ qalan Ofriad isə özünün bütün silahdaşlarının

həlak olmasından utanaraq Spartaya qayıtmağa xəcalət, çəkib və öz həyatına qəsd eləyib.

83. Krezə kömək göstərmək xahişi ilə Sardadan elçilər gələn vaxt spartalıların işləri belə olmuşdur. Lakedemonlular

elçiləri dinləyərək, hər halda, hökmdara kömək göndərmək qərarına gəlmişlər. Lakin hər şey hazır edilib, gəmilərin

yola salınmaq vaxtı çatanda lidiyalıların şəhərinin alınması, Krezin özünün də əsir götürülməsi haqqında başqa bir

xəbər gəlir. Bu böyük bədbəxtlik lakedemonluları yürüşü dayandırmağa məcbur edir.

84. Sardanı isə farslar bax belə almışlar. Mühasirənin on dördüncü günündə Kuruş öz qoşununa atlılar göndərib

elan etdiribmiş ki, şəhər hasarının üstünə birinci çıxan adamı səxavətlə mükafatlandıracaqdır. Bütün başqa döyüşçülər

birinci müvəffəqiyyətsiz hücumdan sonra artıq geri çəkiləndə, Hiread adlı bir nəfər mard qalanın qorunmayan yeganə

yerindən hasarın üstünə çıxmağa cəhd göstərir. Burada qalanın söykəndiyi qayanın ətəyinə doğru eniş sıldırım

olduğundan ora tamam əlçatmazmış və bu yerdən heç bir vaxt hücum gözləmək olmazmış (hərçənd, telmesslilər qala

hasarı ətrafına şirlər düzülərsə, Sardanın basılmaz olacağını əvvəlcədən xəbər vermişdilər), lakin Sardanın qədim,

hökmdarı Meles girov (zamin) saxlanan qadından "doğulmuş" şirləri35 hasarın yalnız bircə yerinə düzdürməmişdi və

onları hasarın qalan divarlarının hücum üçün daha asan olan zəif yerlərinə düzülməsini əmr etmişdi. Bu yeri isə o,

müdafiəsiz qoymuşdu, çünki ora (təbii olaraq) uçurum idi və əlçatmazdı. Şəhərin bu hissəsi Tmola tərəf baxır. Hiread

deyilən həmin mard hücum ərəfəsində bir nəfər lidiyalının bayıra düşmüş dəbilqəsini götürmək üçün qaladan necə

endiyini və onu götürüb yuxarıya necə qalxdığını görübmüş, Hiread bu yeri nişanlayıb, sonra hasarın üstünə çıxır, onun

arxasınca da başqa farslar hasara qalxırlar. Böyük döyüşçü dəstəsi hasarın üstünə çıxandan sonra Sarda alınır və bütün

(aşağı) şəhər dağıdılır.

85. Krezin özünün taleyi isə belə olmuşdur: əvvəlcə xatırlatdığım kimi, onun çox istedadlı, amma kar-lal bir oğlu

varmış. Krez əvvəllər, özünün xoşbəxt vaxtlarında uşağın müalicəsi üçün mümkün olan hər şeyi etmişdi. Belə ki,

hökmdar oğluna kömək etməyə çalışaraq, onun haqqında rəmmala sorğu vermək üçün Delfə elçilər göndərmişdi. Pifiya

ona bax belə cavab vermişdi:

Ey, bir çox ulusun ağası olan ağılsız Krez,

Uzun illər sarayında özlədiyin səsi duymağı arzulama.

Oğlunun səsi belə olsa bu, kaş ki, onu heç duymayasan,

Danışacağı ilk sözcüyü ən qiymətli gündə söyləyəcək.36

Qala alınanda bir fars Krezi tanımayaraq hökmdarın üstünə atılıb onu öldürmək istəyir. Krez hücum edəni görsə də,

dərdin ağırlığı onu ölümə qarşı biganə eləmişdi. Krezin lal-kar oğlu isə atasının üstünə cuman farsı görəndə qorxudan

və dərddən dili qəflətən açılır və deyir: "Ey adam, Krezi öldürmə!". Bu, gəncin dilindən çıxan ilk sözlər idi. O, bundan

sonra ömrünün axırına kimi bir daha danışa bilməmişdir.

86. Farslar Sardanı beləcə ələ keçirmiş, Krezi də əsir almışlar.37 Krez 14 il hökmdarlıq eləmiş, (paytaxtın)

mühasirəsi isə 14 gün çəkmiş və o, rəmmalın dediyi kimi, özünün böyük səltənətini tar-mar qoymuşdur. Farslar əsir

alınmış Krezi Kuruşun yanına aparırlar. Kuruş da böyük tonqal qalanmasını, qandallanmış Krezi və onunla birlikdə "iki

yeddi" Lidiya oğlunu tonqalın üstünə qaldırmağı əmr edir.38 Kuruş onları qələbə hədiyyəsi kimi allahlardan birinə

qurban vermək, ya da allaha verdiyi vədi yerinə yetirmək istəyirmiş. Ola bilər ki, Krezin möminliyini bildiyinə görə bu

Lidiya hökmdarını, tonqalın üstünə qaldırtdırıb, hər hansı bir allahın onu diri-diri yanmaqdan qurtara bilib-

bilməyəcəyini yoxlamaq istəyirmiş. (Lidiyalıların dediklərinə görə) Kuruş belə hərəkət eləyir, Krez isə tonqalın

üstündə dayanıb, özünün bu ağır vəziyyətində Solonu yada salır. Axı, Solon ona demişdi ki, heç kəs sağlığında özünün

xoşbəxt adam olduğunu təsdiq edə bilməz. İnsanın xoşbəxtliyi haqqında söz yalnız allah vəhyi ola bilər. Bu fikir Krezin

ağlına batanda o, dərindən ah çəkir, zarıyır, sonra xeyli susub üç dəfə Solonun adını çəkir. Kuruş bunu eşidib

tərcüməçilərə buyurur ki, Krezin kimi köməyə çağırdığını ondan öyrənsinlər, onlar da Krezə yaxınlaşıb bunu

soruşurlar. Krez bir müddət dinmir, amma sonra onu (danışmağa) məcbur edəndə deyir: "Hökmdarlardan hər kəs adını

çəkdiyim adamla; söhbət edə bilsəydi, mən bütün sərvətimi ona verərdim". Krezin cavabı anlaşılmaz olduğu üçün

tərcüməçilər yenidən təkid edirlər (ki, əsir öz sözlərini izah etsin). Nəhayət, Krez təkidlə edilən belə xahişlərə cavab

verərək bir dəfə afinalı Solonun onun ölkəsinə necə gəlib çıxdığını, xəzinələrinə baxıb bu zənginliyə nifrət etdiyini

söylədiyini deyir. Sonra Krez Solonun dediklərinin indi həqiqətə döndüyünü Kuruşa çatdırır. Axı, Solon o sözləri

Krezin özündən daha çox, ümumən, insan həyatı haqqında, məhz özlərini xoşbəxt sayan adamlar haqqında söyləmişdi.

Krez beləcə danışdıqca tonqal alışıb daha da alovlanır. Kuruş isə Krezin danışdığını tərcüməçilərdən eşidib öz qərarını

dəyişir. Şah fikirləşir ki, axı hər halda, o, özü də bir insan ola-ola, tale tərəfindən heç də onun özündən az əzizlənməmiş

başqa bir adamı diri-diri odda yaxmaq istəyir. Kuruş həm bundan ötəri qisas çıxılacağından qorxaraq, həm də insan




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə