Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   18   19   20   21   22   23   24   25   ...   78

 
65 
gəzərək  bildirirmiş  ki,  tezliklə  allah  ədalət  qurajaqdır.  O  guya 
deyirmiş  ki,  imperatorların,  varlıların  ruhları  «qiyamət  günü» 
onun  qarşısında  durajaq  və  hər  kəs  əməlinə  görə  ya 
jəzalandırılajaq,  ya  da  mükafatlandırılajaqdır.  Romalılara  görə 
İusus  araqarışdıran  olduğundan  və  onun  nitqlərinin  Fələstində 
Romanın  hakimiyyətini  sarsıtmağa  yönəldiyindən  çarmıxa 
çəkilir. Bundan sonra İsanın ardıjılları xristianlar adlanmış və bu 
dini  əvvəljə  məhz  qullar  və  yoxsullar  qəbul  etmişdir.  Xristianlıq 
tezliklə  bütün  Roma  imperiyasında  yayılmağa  başlamışdı. 
Xristianlar  arasında  müxtəlif  xalqlara  mənsub  olan  adamlar  – 
yəhudilər,  yunanlar,  romalılar,  misirlilər  və  b.  xalqlardan  olan 
çoxlu adam var idi. Xristianlar ijmalarda birləşir, birlikdə ibadət 
edir,  öz  bayramlarını  keçirirdilər.  Təkjə  bir  allahı  tanıdıqlarına, 
Roma imperatorlarına sitayiş etməkdən boyun qaçırdıqlarına görə 
Romanın hakim dairələri onların yığınjaqlarını qadağan edirdi. 
Erkən  xristianlar  Roma  dövləti  tərəfindən  təqib 
olunmalarına  javab  olaraq  dini  dözümlülük  nəzəriyyəsini  inkişaf 
etdirməyə  başladılar.  Onlardan  biri    «latın  teologiyasının  atası» 
kimi məşhur olan Karfagenli Tertullian idi. O, bizim eranın 200-
jü  ilində  yazırdı:  «hər  kəsin  öz  etiqadına  itaət  etməsi  insanın 
fundamental,  təbii  hüququdur.  Bir  insanın  dini  başqasına  zərər 
verməz.  Şübhəsiz  ki,  dinə  qarşı  məjburiyyət  zorakılıqdır». 
Azadlığın  xeyrinə  olan  bu  arqument  fundamental  və  ya  təbii 
hüquq kimi formulə edilmişdir. 
Əvvəllər  varlı  və  təhsilli  adamlar    qulların  və  yoxsulların 
dininə  nifrətlə  yanaşırdılar.  Lakin  zaman  keçdikjə  varlı  adamlar 
xristianlığın  onlar  üçün  nə  qədər  əlverişli  olduğunu  başa 
düşdülər.  Xristianlıq  səbirliliyi  və  itaətkarlığı  təbliğ  etməklə 
qulları  və  yoxsulları  istismarçılara  qarşı  mübarizədən 
yayındırırdı.  313-jü  ildə  Konstantin  xristianlara  açıq  ibadət 
etməyə  və  məbədlər  tikməyə  ijazə  verdi.  Xristian  ijmasını 
birləşdirən və yepiskoplar (yunanja  «nəzarətçi») tərəfindən idarə 
olunan 
xristian 
təşkilatı  yarandı.  Onu  xristian  kilsəsi 
adlandırdılar.  Xritsianlıq  Roma  imperiyasında  hakim  dinə 
çevrildi.  


 
66 
XI-XV  əsrlərdəki  «klassik  feodalizm»  dövründə,  yəni 
feodalizmin  inkişafı  dövründə  tijarətin  artması,  müxtəlif  dini 
jərəyanların  və  vətəndaş  jəmiyyətinin  mövjudluğu    hər  bir 
jəmiyyətin daxilində çoxlu nüfuz mənbələrinin olmasından xəbər 
verirdi və bu plüralizm hakimiyyətin formal məhdudlaşdırılmasını 
tələb  edirdi.  Eyni  dövrdə  Avropanın  biri-birindən  ayrı  olan 
müxtəlif  yerlərində  hakimiyyətin  məhdudlaşdırılmasına  doğru 
mühüm  addımlar  atılmışdır.  1215-ji  ildə  İngiltərədə  bütün  azad 
dünyada  məşhur  olan  bir  hadisə  baş  vermişdir.  Belə  ki,  həmin 
vaxt  Runnimed  çöllüyündə  üsyan  etmiş  baronlar    kral  İohanı 
«Azadlıqların  böyük  xartiyası»nı  (Magna  Jarta)  imzalamağa 
məjbur  etmişdilər.    Çünki  kral  iri  feodalların  imtiyaz  və 
mülkiyyətinə  qəsd  etmiş,  habelə  həddini  aşaraq  onlardan  ölkə 
sərhədlərindən  xarijdə  hərbi  mükəlləfiyyəti  yerinə  yetirmələrini 
də  tələb  etmişdi.  Kralın  bu  özbaşınalığından  hiddətlənmiş  bir 
neçə  nüfuzlu  baron  qoşun  toplayaraq  kralı  ağır  məğlubiyyətə 
uğratmış  və  həmin  sənədi  krala  imzalatdırmışdılar.  Bu  sənəd  63 
bənddən  ibarət  olub  «Krallığımızın  bütün  azad  insanlarına…» 
sözləri  ilə  başlanırdı.  Həmin  sənəd  insan  haqları,  kral 
hakimiyyətinə  qoyulmuş  məhdudiyyətlər,  hüquqi  norma  və 
prosedurların  siyahısından  ibarət  idi.  «Azadlıqların  böyük 
xartiyası»na  görə  bundan  sonra  baronların  razılığı  olmadan  kral 
heç bir siyasi və iqtisadi qərar qəbul edə bilməzdi. 
Sənəddə kilsə üçün dini vəzifələri seçmək azadlığı müəyyən 
edildi,  şəhərlərin  müstəqilliyi,  tajirlərin  qanunsuz  vergilərdən 
azad  olunması  təsdiq  edildi.  Müttəhimlə  eyni  statusu  olan 
andlıların  qərarı  olmadan  heç  kəsin  məhkum  edilə  və  ya 
mülkiyyətindən  məhrum  edilə  bilməməsi  qətiləşdirildi.  Bu 
müddəa  sonralar  demokratik  məhkəmənin  əsaslarından  birinə 
çevrildi.  Bu  gün  demokratik  ölkələrdə  qəbul  edilmiş  «vergiləri 
yalnız  vergiödəyənləri  təmsil  edən  parlament  tətbiq  edə  bilər» 
qaydası öz başlanğıjını «Azadlıqların böyük xartiyasın»ın «torpaq 
sahibkarları  olan  lordların  razılığı  olmadan  kral  yeni  vergilər 
tətbiq  edə  bilməz»  müddəasından  götürür.  Sonralar  bu  sənəd 
konstitusiya  tipli  hakimiyyətin  əsasına  çevrildi.  İnadlı  mübarizə 


 
67 
nətijəsində  yalnız  baronlara  aid  olan  hüquqlar  ölkənin  bütün 
vətəndaşlarına  da  aid  edildi,  sənədin  bəzi  müddəaları  isə 
İngiltərənin  hüquq  sisteminin  əsasına  çevrildi.  1265-ji  ildə 
fəaliyyətə  başlamış  İngiltərə  parlamentinin  üzvləri  qərarların 
qəbulu zamanı daim «Magna Jarta»ya mürajiət edirdilər.   
«Magna  Jarta»nın  (böyük  sənəd)  liberalizmin  inkişafında 
əhəmiyyəti  çox  böyükdür.  Əgər  demokratiyanın  vətəni  Qədim 
Yunanıstandırsa,  liberalizmin  (dövlət  müdaxiləsindən  qorunmuş 
insan  haqlarının)  vətəni  tam  hüquqla  orta  əsr  İngiltərəsi  hesab 
olunmalıdır.  Bu  sənədin  taleyi  elə  də  asan  olmamışdır.  Belə  ki,  
«Magna Jarta»nın imzalanmasından dərhal sonra kral baronlarla 
bağladığı  sazişi  pozdu  və  ölkəni  yenidən  vətəndaş  müharibəsinə 
sürüklədi.  Lakin  kralın  varisi  III  Henrix  sənədin  qüvvəsini 
yenidən bərpa etdi və 1225-ji ildə krallığın bütün münaqişə edən 
tərəfləri  sənədi  son  redaktədə  qəbul  etdilər.  İngiltərə  kralları 
sonralar  da  öz  hakimiyyətlərini  bölüşdürmək  istəmirdilər. 
İstibdada  qarşı  bu  mübarizə  1689-ju  ilə  qədər,  yəni  «Hüquqlar 
haqqında bill»in qəbuluna qədər davam etdi. 
«Magna Jarta»nın qəbulu ilə təqribən eyni vaxtda – 1220-ji 
ildə  alman  şəhəri  olan  Maqdeburqda  azadlıq  və  özünüidarəyə 
əsaslanan  qanunlar  toplusu  işlənib  hazırlandı.  Maqdeburq 
hüquqları  o  dərəjədə  şöhrət  tapdı  ki,  Mərkəzi  Avropada  yenijə 
yaranmış  yüzlərlə  şəhər  onu  qəbul  etdi,  Mərkəzi  və  Şərqi 
Avropanın    bir  çox  şəhərlərində  məhkəmə  qərarları  Maqdeburq 
məhkəməsinin qərarlarına əsaslanmağa başladı. Nəhayət, 1222-ji 
ildə  Majarıstanın  vassal  və  xırda  mülkədar  zadəganları  kral  II 
Endreni «Qızıl bulla»nı imzalamağa məjbur etdilər. «Qızıl bulla» 
orta və xırda zadəganları, habelə ruhaniləri vergilərdən azad etdi, 
onlara  öz  mülkiyyətinə  sərənjam  vermək  hüququ  bağışladı, 
özbaşına  həbsləri  və  müsadirəni  qadağan  etdi,  şikayətləri 
dinləyən,  qəbul  edən  illik  məjlis  yaratdı.  Bu  sənədin  31-ji 
maddəsi  isə insanlara «Qızıl bulla»da  müəyyən edilmiş azadlıq 
və  imtiyazlar  pozulardısa  krala  müqavimət  göstərmək  hüququ 
(Cus  Resustendi)  verdi.  «Qızıl  bulla»    1687-ji  ilədək  qüvvədə 
olmuşdur. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə