DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə97/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

Təsəvvür edin, Almaniyanı 13-14 il idarə edən Helmut Kol xristian-demokratdır. Biz elə baĢa 
düĢürdük  ki,  Almaniyada  xristian  dini  nəsə  bir  tənəzzülə  uğrayıb,  bu  tərəfdə  də  sosialist 
Almaniyası  var.  Xristian-demokratlığı  götürməklə  dini  dəyərləri  orada  yerinə  oturtmağa 
çalıĢdılar.  
Bizim  milli  dəyərlərimizin  kökünü  qazıblar,  dağıdıblar.  Biz  milli  Ģüura  dayanaraq  onları  öz 
kökünə qaytarmalı, o kökün üstündə də demokratik cəmiyyət uğrunda mübarizə aparmalıyıq. 
Özü də, bunu eyni zamanda etməliyik - milli yolu gedə-gedə, milli müqəddəratı həll edə-edə 
demokratik dəyərlərə də sayğı göstərməliyik.  
Bu gün türk dünyasında demokratiyanın ən çox inkiĢaf etdiyi dövlət Türkiyə Cümhuriyyətidir. 
Türk dünyasında Türkiyənin yerini necə dəyərləndirərdiniz? 
 
Bəlkə də bu, adamlarda qısqanclıq yaradacaq, deyəcəklər ki, qardaĢlıqdır və s. Əgər bu gün 
Azərbaycan  Türkiyə  səviyyəsində  olsaydı  deyərdim  ki,  türk  dünyasının  lideri  Azərbaycan 
olsun.  Yaxud  Türkmənistanı  elə  görsəydim  deyərdim  Türkmənistan  olsun.  Qəbul  etmək 
lazımdır ki, Türkiyə öndədir. Önə çıxan dövlət də türk dünyasında öz sözünü deməli, həm də 
baĢqa dövlətlərə yardım etməlidir.  
Azərbaycan hələ özünü tam formalaĢdırmayıb, birləĢdirməyib, bütövləĢdirməyib. Azərbaycan 
bu  iĢi  necə  görə  bilər?  Türkiyəninsə  buna  imkanları  var.  Məsələn,  hərbi  yardım  edə  bilər, 
çünki onun güclü hərbi mütəxəssisləri var və bütün türk dünyasında hərbçilər yetiĢdirə bilər. 
Avropaya çox yaxın olduğuna görə oraya dəhliz kimi, keçid kimi yollar yarada bilər.  
Bu gün Avropanın Asiyaya inteqrasiyasında körpü Türkiyədir. Ola bilsin ki, gələcəkdə bu cür 
körpü Xəzər olacaq. Vaxtilə Avropa Ġstanbulu "Asiyanın qızıl körpüsü" adlandırıb. Bu gün də 
belə qəbul edilir; axı bunu sonradan dəyiĢdirmək olmaz.  
Bu gün Türkiyənin çox böyük Ģansları, imkanları var. Türk dünyasında aparıcı söz hələlik ona 
məxsusdur.  Türkiyədə  yüzlərcə  radio,  televiziya  kanalı  iĢləyir.  Bizdəsə  cəmi  2-3  kanal  var. 
Türkiyə bu baxımdan önəmlidir. Türkiyənin çox böyük qatqısı, köməyi, imkanı var, olacaq da. 
Ona görə də qısqanmağa dəyməz ki, ay Anadolunu qabağa saldılar - bu artıq cılız yerliçilikdir. 
Öz millətimizçün nə faydalıdırsa məkan nəzərə alınmadan onun üstünə gediləcək.  
Öncə Vətənmi, yoxsa millətmi? Sən məfkurəndə  milləti götür, "Vətən" dedikdəsə hamısını  - 
həm  özünü,  həm  də  o  biriləri.  Hələ  də  o  qəbul  olunmayıb.  Əvvəllər  deyirdim  mən  həm 
təbrizliyəm,  mərəndliyəm,  ərdəbilliyəm,  həm  bakılıyam,  Ģəkiliyəm,  kələkiliyəm  və  s.  Ġndisə 
özümü anadolulu da, türküstanlı da sayıram. Bir sözlə, bütün türk torpaqları mənə Vətəndir.  
Təbii  ki,  Azərbaycan  mənə  çox  əzizdir;  biz  Azərbaycansız  yaĢaya  bilmərik.  Adam  var  ki, 
Azərbaycandan gedib Ġstanbulda çox yaxĢı yaĢayır, bura heç yadına da düĢmür. Adam da var 
ki,  orada  hər  Ģəraitinin  olmasına  baxmayaraq,  Azərbaycandan  ötrü  darıxır,  Azərbaycansız 
yaĢaya  bilmədiyini  deyir.  Rəhmətlik  Qasım  bəy  Zakir’i  Bakıya  sürgünə  göndəriblər,  götürüb 
yazıb  ki,  qəriblikdə  öldüm,  qaldım  burda.  O  zaman  o,  Ağdamdan  Bakıya  gəlməyi  qəriblik 
sayırmıĢ.  Mən  fikir vermiĢəm,  bizdə  qızı  qonĢu kəndə vermirlər ki,  qəribliyə düĢməsin.  Yəni 
insanlar qəribliyi müxtəlif cür qiymətləndirir.  


Ancaq onu da deyim ki, yeni Turan məfkurəsi meydana çıxacaq. SoydaĢlarımız fikirləĢəcək ki, 
Anadoluda  da  yaĢamaq  xoĢdur,  Azərbaycanda  da.  Çünki  bu  türk  bir  yerdə  oturan  deyil  - 
görəcək  ki,  Azərbaycanda  darıxır,  bir  də  gördün  yığıĢıb  getdi  Türkiyəyə,  yaxud  Doğu 
Türküstana. Ona görə fikirləĢəcəklər ki, bu Vətənin adını nə qoyaq? Bax, onda Böyük Turan 
ideyası  ortaya  çıxacaq  ki,  qoy  bu  torpaqların  adı  elə  "Turan"  olsun  (onda  yəqin  ya 
"Türküstan"  deyiləcək,  ya  "Turan",  ancaq  məncə,  "Turan"  adı  qoyulacaq,  çünki  onların 
hamısına uyğun gəlir).  
Ola bilsin ki, Turan məsələsində bir qədər məfkurə dartıĢması olacaq, çünki Turan konkret bir 
məkanın adıdır.  
Azərbaycanın  müəyyən  bir hissəsinin  də daxil olduğu  Turan  Orta  Asiyaya -  ta  Ġssıkkul'adək 
olan yerləri əhatə edir. Sonra deyəcəklər ki, "Turan məkanı" iĢlədiriksə bəs onda Anadolu nə 
olsun, Doğu Türküstan necə adlansın? Bu zaman türklər yaĢayan yerə "Türküstan" da deyilə 
bilər, bunu da hamı belə qəbul edər: "Türküstanın Anadolusu", "Türküstanın Azərbaycanı" və 
sair.  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Üçüncü bölüm 
"BU GÜN XOġBƏXT YAġAMAQÇÜN MÜSƏLMANA CÜMHURĠYYƏT GƏRƏKDĠR" 
Sizcə,  millətçiliklə  din  bir  araya  sığırmı?  Onlar  bir-birini  haradasa  itələyirmi,  yaxud  cəzb 
edirmi?
 
Yox,  qətiyyən.  Bu  məsələyə  məndən  əvvəl  Cəmaləddin  Əfqani  cavab  verib  -  ümmət  nədir, 
millət nədir?  
Bütün  müsəlmanlar  bir  ümmətdir.  Ancaq  bu  ümmət  eyni  zamanda  ayrı-ayrı  millətlərə 
bölünür. Millətsə tamam baĢqa anlayıĢdır - mədəniyyət, tarix baxımından; tarixən baĢqa cür 
formalaĢmıĢ bir cəmiyyətdir. Sən milləti dağıda bilməzsən; heç mümkün də deyil, çünki onun 
dili də, mədəniyyəti  də ayrıdır.  Onun  mədəniyyətiylə  nəyisə  sintez  edə, çulğaĢdıra  bilərsən. 
Buradan xristian mədəniyyəti də meydana çıxa bilər. Ancaq bu, kökdən-binadan ayrıdır. Türk 
milləti hələ bir xalq kimi meydana çıxmamıĢ formalaĢmıĢdı. Sən onu necə dağıdacaqsan? 
Özü də islam dini onu dağıtmağa gəlmir ki. Bunun misalını dəfələrlə çəkmiĢəm. Məhəmməd 
peyğəmbərin bir sözü var; deyir ki, getdiniz bir ölkəyə, gördünüz ki, onları islam qaydalarıyla 
idarə  edə  bilmirsiniz,  onlar  bunu  qəbul  etmək  istəmirlər,  onda  onları  öz  adət-ənənələriylə, 
qanunlarıyla idarə edin. Qoy islamı qəbul etsinlər, ancaq qayda-qanunlarına dəyməyin. Yəni 
Məhəmməd peyğəmbər hiss edib ki, gedib hər yerdə islam qayda-qanunlarını qoyarsan, aləmi 
dağıdarsan. Çünki hələ islam qayda-qanunları gəlməmiĢdən öncə dünyanın qayda-qanunları 
var, eləcə də qaldı.  
Ona  görə  də  bu  məsələni  bu  gün  belə  götürür  və  belə  qiymətləndiririk  ki,  milli  ruh,  milli 
mənlik islam dininə zidd deyil. Ġslam dini də milli mənliyə zidd deyil. Zidd olsaydı millətlər onu 
irticaçı  din  kimi  tanıyardı.  Deyərdilər  ki,  istər  alman  olsun,  istər  ingilis  olsun,  istərsə  də 
baĢqası,  fərqi  yoxdur  -  hamısı  xristiandır,  ancaq  gör  islam  necə  mürtəcedir  ki,  milli  mənliyi 
məhv edir, əridir. Belə olsa biz islam dininin özünə zərbə vurmuĢ olarıq.  
Qətiyyən bu yollara getmək, belə düĢüncəyə imkan vermək olmaz.  
Ümumiyyətlə, Siz dövlətdə dinin yerini necə görürsünüz? 
 
Dövlətdə dinin yerini dünyada artıq təyin ediblər və ən gözəli də odur - nə din dövlətin iĢinə 
qarıĢır, nə də dövlət dinin.  
Bəs siyasətdə din?
 
Din siyasətdə iĢtirak edə bilməz. Dini siyasətə alət eləməzlər.  
Siyasət  gündəlik  həyat  Ģəraitini  təmin  edən,  yaĢam,  davranıĢ  Ģəraitini,  dövlətlər  arasındakı 
münasibətləri,  cəmiyyətlər  arasındakı münasibətləri tənzim edən  bir sistemdir.  Dinsə  ondan 
çox yuxarıdır. Din fərdin, yaxud toplumun özüylə Tanrı arasındakı mənəvi-əxlaqi sistemdir.  


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə