DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə92/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   88   89   90   91   92   93   94   95   ...   99

Bizim belə problemimiz yoxdur. Bunu güclə bizə sırımaq istəyirlər. Azərbaycanda hansı azsaylı 
xalqa  qarĢı  indiyədək  nəsə  bir  xoĢagəlməz  münasibət  olub?!  Azərbaycanda  bu  problem 
çoxdan həllini tapıb. 
BirləĢmə zamanı belə problem yarana bilər. Məsələn, kürdlər, bəluclar müstəqillik istəyirlər.
 
Bəlucların bizə dəxli yoxdur. Biz nə "Ġran"a, nə farslara qarıĢırıq. Təkcə Azərbaycan məkanını 
götürürük.  Məqsədimiz  Azərbaycanın  tarixi  torpaqlarında  yaĢayan  vətəndaĢlarımızın  birləĢib 
böyük dövlət qurmasıdır. 
Əlbəttə, Azərbaycan ərazisində kürdlər də, ərəblər də, baĢqaları da yaĢayır. Onların hamısına 
mədəni  muxtariyyət  verilərsə  narazı  qalmazlar.  Əgər  indiyədək  onlarçün  məktəb  açmıĢıqsa, 
dərs  kitabları  buraxmıĢıqsa,  mədəniyyət  mərkəzləri  yaratmıĢıqsa,  mətbuat  vermiĢiksə  bu 
münasibəti eynilə "güney"də də yaradacağıq. 
"Türk qadını çox güclü insandır. Onun dördünü bir yerdə saxlamaq olmaz" 
Siz birləĢmiĢ Azərbaycan cəmiyyətində qadının mövqeyinə necə baxırsınız?
 
Nədənsə,  bizim  milli  adət-ənənəmiz,  genimiz  bir  çox  hallarda  nəzərə  alınmır.  Nəzərə 
alınmayanda  da  düĢünürük  ki,  müsəlman  olduğumuza  görə  qadına  sırf  islam  ehkamıyla 
yanaĢmalıyıq.  Ancaq  axı  biz  müsəlman  olmamıĢdan  öncə  türkük.  Görünür,  ərəblərin 
ənənəsindən gəlir ki, bir kiĢinin 4 qadını ola bilər. Bunu islamda qəbul etmiĢik. Amma bütün 
türk dünyasında 3-4 qadınlı kiĢi tapa bilməzsiniz, çünki çoxarvadlılıq türk millətinin təbiətinə 
ziddir. 
BaĢqa bir məsələ də var. Görünür, çoxları bunu tuta bilmir - türk qadını çox güclü insandır. 
Onun  dördünü  bir  yerdə  saxlamaq  olmaz.  Bəs  nə  cür  olub  ki,  Azərbaycanda  buna 
baxmayaraq  yenə  müəyyən  yerlərdə,  məsələn,  Ģahların  saraylarında  çoxarvadlılıq  mövcud 
olub?  Bunun  bir  neçə  Ģərti  var.  Birincisi,  həmin  dövrdə  qadınlara  yaxĢı  Ģərait  yaradılmayıb. 
Qadın özü müstəqil yaĢaya bilməyib. Bir kiĢiyə bağlanıb ki, özünü yaĢatsın. 
Deməli,  əsas  Ģərtlərdən  biri  qadınların  maddi  baxımdan  müstəqil  yaĢaya  bilməsidir.  Yəni 
qadın istədiyi vaxt iĢləyə bilsin, çalıĢa bilsin, qazanc götürə bilsin, bununla da özünü maddi 
asılılıqdan  qurtarsın.  Maddi  asılılıq  yoxdursa  o,  sərbəst,  müstəqil  olur  və  ailəsində  daha 
normal  Ģərait  yaratmaqçün  yaĢayır.  Əlbəttə,  mən  demirəm  ki,  qadınların  hamısı  mütləq 
iĢləsin. Məsələn, elə kiĢilər var ki, qazancıyla ailəsini tam təmin edir və qadının iĢləməsinə də 
ehtiyac  yoxdur.  Ancaq  elə  ailələr  var  ki,  orada  ağır  maddi  durum  yarananda  qadın  iĢləsə 
ailəyə kömək edə bilər və özü də müstəqilləĢər. Ümumiyyətlə, türk ailəsi dünyanın ən inkiĢaf 
etmiĢ,  ən  sınaqdan  çıxmıĢ  ailəsidir.  Bizim  Azərbaycan  dövlətində  çoxarvadlılıq  kimi 
məsələlərin qarĢısını almaqçün quruluĢumuz ailənin üstündə dayanmalıdır. 
Mən  millətçiliyin  tərəfindəyəm,  ancaq  geniĢ  millətçilik  totalitarizmə  aparıb  çıxara  bilər.  Mən 
liberalizmin də tərəfdarıyam, ancaq onun geniĢ inkiĢafı bəzən fərdi o qədər sərbəstləĢdirir ki, 
ailə  sistemləri  dağılır.  Buna  görə  də  cəmiyyətimiz  sağlam  olsun  deyə  onu  daha  çox  ailə 


üstündə quracağıq, yəni cəmiyyət və dövlət birbaĢa ailənin sağlamlaĢdırılması, yaĢamasıyçün 
elə Ģərait yaratmalıdır ki, ailə maddi çatıĢmazlıq, pis həyat Ģərtləri üzündən dağılmasın.  
Ailə bizim müqəddəs ocağımız olmalıdır. Ailə üzərində qurulduğuna görə cəmiyyətimiz də çox 
sağlam  olacaq.  Mən  bu  nəzəriyyəyə  söykənirəm,  ancaq  baĢqa  nəzəriyyələrə  də  kinim  və 
nifrətim  yoxdur.  Sadəcə,  onları  Azərbaycan  xalqıyçün,  türklərçün  keçərli,  çox  da  uğurlu 
saymıram. 
Yeri  gəlmiĢkən,  bir  məsələyə  də  toxunum.  Uzun  əsrlər  boyu,  sovetlərin  yetmiĢ  ilində  də 
qadınların  baĢ örtüyü  problem  yaradıb.  Ġndinin  özündə, məsələn,  Türkiyədə ciddi  problemə 
çevrilib.  Azərbaycanda  da  yavaĢ-yavaĢ  problem  kimi  ortaya  çıxmağa  baĢlayır  ki,  qadınlar 
baĢıörtülü  halda  Ģəkil  çəkdirmək  istəyirlər,  ancaq  buna  icazə  verilmir.  Ümumiyyətlə,  qadın 
geyimlərinə, xüsusən baĢ örtüyünə Sizin münasibətiniz necədir?
 
Bu, süni, qondarma, yapma Ģəkildə yaradılmıĢ bir problemdir. Mən onu görürəm və diqqətlə 
izləyirəm.  Onu  kimlərsə  yaradır.  Birincisi,  türk  cəmiyyəti  yenə  də  qayıdır  islamçılığa,  ondan 
sonra da girəcək çadraya. Bəli, bu məhz çadraya doğru birinci addımdır. Bu, özünü "islamçı" 
adlandıraraq meydana atılmıĢ, ancaq islamın özünə zərbə vuran qüvvələrin iĢidir. Bu, Tehran 
rejiminin təbliğatının nəticəsidir. Ola bilsin ki, elə fundamental islamdan da gələn təbliğatdır. 
Dövlət  institutları  var,  dövlətin  özünün  qanunları  var.  O  qanunlara  qarĢı  gedə  bilməzsən. 
Gəlin  fikirləĢək.  Qadını  baĢ  örtüsüz  məscidə  qoymurlar.  Ruhani  deyir  ki,  mənim  dini 
qanunlarım var, o icazə vermir. YaxĢı, mən də dövlətəm, mənim də öz qanunlarım var - qadın 
baĢı açıq gəzə bilər. Niyə sən öz dediyindən əl çəkmirsən, mənisə geri oturtmaq istəyirsən? 
Dinin dövlət institutlarını məhv etməyə haqqı yoxdur. Bu, birinci Ģərt. 
Ġkincisi, pasporta baĢıaçıq Ģəkil çəkdirmək qəbul olunub. Bütün dünyada belə qəbul edilib ki, 
insanın  sifəti  yaxĢı  tanınsın.  Bu  gün  pasporta  Ģəkil  baĢıörtülü,  yaxud  eynəkli  çəkdiriləcəksə 
sabah o insanları tanımaq mümkün olmayacaq. 
Üçüncüsü,  dinin  bu  təklifini  baĢa  düĢdük  -  dini  ehkamlar  belə  tələb  edir.  Bəs,  "islamçı" 
qardaĢlar,  onda  televizorları  evlərdən  niyə  yığıĢdırmırsınız?  Min  illərdir  açıq-saçıq  rəqs  edən 
qadınlara  ailəlikcə  niyə  baxırsınız?  Din  belə  insanlara  niyə  cəza  vermir?  ġahlar,  vəzirlər, 
Ģeyxülislamlar göbək rəqsinə baxırlar. Mənə baĢa salın: məgər din onu kasıb insanlara tətbiq 
etmək üçündürmü? Din Ģüur üçündür, ağıl üçündür. Bunu ya hamıya tətbiq etməlisən, ya da 
fərdlərə, ayrı-ayrı insanlara tətbiq etmək olmaz. 
Küçələrdə  pis  yola  düĢənlərdən  danıĢmır  bu  cəmiyyət.  Nə  üçün?  Birdəfəlik  deyin  ki, 
baĢıaçıqlıq  olmaz,  amma  pozğunluq  olar.  Mən  dəqiq  bilirəm  ki,  bu,  dinin  hökmü  deyil.  Bu, 
iğtiĢaĢ salmaq istəyən müəyyən qrupların hökmüdür.  
Din qanunlarına görə, 8 yaĢından yuxarı qızlar müəyyən etik qaydalara  uyğun geyinməlidir. 
Bəs indi necə geyinirlər? Heç kəs də dinmir. Bilirsiniz, birinə fikir verib digərinə göz yummaq 
o  deməkdir  ki,  bütün  bunlar  müəyyən  qrupun  iĢidir.  Sadəcə  olaraq,  Türkiyənin  zəif  yerini 
tutublar və istəyirlər ki, orada çaĢqınlıq yaratsınlar. Niyə bu məsələni qaldırırlar? BaĢ örtüyü 
üstündə qız uĢaqlarını tutub incidirdi. Sonra islamçılar söz çıxardılar ki, dövlət Ģəriəti pozur, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə