DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə95/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

Stalinin tərifini Sovet məktəblərində hamıya əzbərlədirdilər. Mən də birinci kursda imtahanda 
o  tərifi  deyirdim.  Ġkinci  kursda  bəzi  kitabları  oxuyandan  sonra  o  təriflə  razılaĢmadım. 
FikirləĢdim ki, bəs millətin tərifi nə cür ola bilər?  
Bilirsiniz,  millətə  vahid  bir  tərif  vermək  mümkün  deyil.  Dünyada  elə  Ģeylər  var  ki,  onların 
vahid tərifi olmur. Məsələn, "elm"in vahid tərifi yoxdur, "insan"ın vahid tərifi yoxdur. Ġnsanın 
vahid tərifi yoxdursa millətin də tərifini vermək çətindir.  
Stalin deyirdi ki, millətin millət olmasından ötrü onun ərazi bütövlüyü olmalıdır. Amma Stalin 
o tərifi verəndə Ġsrail dövləti hələ yoxdu, ancaq yəhudi millətisə vardı. Yaxud heç kim deyə 
bilməz ki, qaraçı milləti mövcud deyil, halbuki onun vətəni yoxdur.  
Millət bir insan toplumudur. O toplum bir mədəniyyəti daĢıyır, bir dildə danıĢır, bir əqidə və 
məfkurənin daĢıyıcılarını birləĢdirir. Bəziləri deyir ki, milləti eyni qana mənsub olanlar yaradır. 
Burada bir az həqiqət var, ancaq o, tam deyil - axı insan yalnız bioloji yox, həm də ictimai 
varlıqdır.  Ġctimai  varlıq  olanda  artıq  burada  yalnız  materiya  gücsüzdür.  Ġctimai  varlıqdasa 
mədəniyyət və məfkurə birliyi var.  
Türk kimdir? Ola bilər ki, o, qan baxımından türk olsun, ancaq türkə düĢmən olsun və baĢqa 
millətə xidmət etsin, məfkurə və mədəniyyətcə türk olmasın. Deməli, o, türk deyil. Ancaq ola 
bilər ki, baĢqa xalqın nümayəndəsi olsun, ancaq türkcə danıĢsın, türk mədəniyyətini daĢısın, 
türk  millətinə  xidmət  eləsin,  ictimai  varlıq  olaraq  türk  kimi  fəaliyyət  göstərsin.  O  daha  çox 
türkdür.  
Belə söhbətlər çox gedib. Məsələn, PuĢkin kimdir - rusdurmu, yoxsa ərəb? Qanını götürsəniz 
ərəb qanıdır, ancaq yaradıcılığına görə ona ərəb Ģairi demək olmaz. Deməli, ictimai varlıq kimi 
olub rus Ģairi. Yaxud Drayzer’ə heç zaman alman yazıçısı demirlər; o, milliyyətcə alman olsa 
da Amerika  mədəniyyətinin  daĢıyıcısıdır,  ona  görə  də ictimai varlıq  kimi amerikandır.  BaĢqa 
sözlə, milləti təyin edərkən mədəniyyət daĢıyıcılığının üstünlüyü daha böyükdür. 
Türkçülükdə  də  biz  qanı  əsas  götürsək  onda  materialist  olacağıq,  yox,  məfkurəni  əsas 
götürsək - idealist. Mən nə materializmin əleyhinəyəm, nə də idealizmin. Bunlar mübahisəli 
məsələlərdir.  Ġdealizmin  də,  materializmin  də  bizə  verdiyi  müsbət  və  xoĢ  nə  varsa  ondan 
istifadə etməliyik. Materializmin bu hissəsi var ki, hər Ģeyi Allahın umuduna qoymur. Məsələn, 
yağıĢ yağır, havaya bulud gəlir, külək əsir, deyirlər ki, bunlar Allahın iĢidir. Bu, təbiətin iĢidir, 
niyə Allaha aid edirsən? Yəni materializm deyir ki, təbiəti öyrən; hər Ģeyi Allahın adına yazıb 
tənbəl-tənbəl oturma. Allah insanı yaradıb ki, hər Ģeyi öyrənsin, bilsin.  
Mən  daha  çox  materialist  deyiləm,  mənən  idealistəm.  Ona  görə  də  "türk"  dedikdə,  "millət" 
dedikdə öz millətimi nəzərdə tuturam. MərakeĢdən baĢlamıĢ Ġraqadək, ġimali Afrikadan belə 
ərəb milləti, ərəb dövlətləri olduğu kimi, Ağ dənizdən (Qırmızı dənizdən - Ə.T.) baĢlamıĢ Sakit 
okeanadək,  Uzaq  ġərqə  qədər  hamısı  türk  torpaqlarıdır,  böyük  türk  millətidir.  Sayını  250 
milyon da deyirlər, 270 milyon da. Mən də bu millətin övladıyam. Onların arasında biz birinci 
olaraq Azərbaycanı vəziyyətdən çıxarmalıyıq, çünki Azərbaycan - yaĢadığımız bu torpaq ağır 
durumdadır,  erməni  iĢğalı  altındadır.  Xalqımızın  bir  hissəsi  Rusiyaya  gedib,  bir  hissəsi 
Gürcüstana qaçıb. Böyük, əsas hissəsi də fars rejiminin, fars Ģovinizminin, Tehran rejiminin 


hakimiyyəti  və  iĢğalı  altındadır.  Axı  nə  üçün  40  milyonluq  Azərbaycan  türkü  param-parça 
olsun? Niyə birləĢməsin? Niyə onun vahid dövləti olmasın? 
Ancaq  mən  Doğu  Türküstan  haqqında  da,  Kipr  türkləri  haqqında  da,  Quzey  Ġraqdakı 
soydaĢlarımız  haqqında  da  düĢünürəm,  Çində,  Yaponiyada  yaĢayan  türklərlə  də 
maraqlanıram.  Ruslar  Volqaboyundan,  Moskva  ətrafından  tutmuĢ  ta  uzaq  Sibirədək  200  il 
türkləri  qıra-qıra  o  torpaqları  iĢğal  elədilər.  Məsələ  qaldırıb  beynəlxalq  məhkəməyə  vermək 
lazımdır ki, tarixdə belə bir vəhĢilik olub, bu vəhĢiliyi tarix qınasın.  
Bayrağımızda  müsavat  ideologiyasının  üç  ana  xəttini  əks  etdirən  üç  rəng  var.  O  bayrağın 
çağdaĢ  Azərbaycanın  həyatına  qayıtmasında  Sizin  də  çox  böyük  xidmətləriniz  olub.  Həmin 
bayrağın  ilk  rəngi  göy,  sonrakı  qırmızı,  sonuncusu  yaĢıldır.  Göy  rəng  türkçülüyü  bildirir. 
Əbülfəz Elçibəy anlayıĢında TÜRKÇÜLÜK nədir? 
 
Mən  Məmmədəmin  Rəsulzadə’ni  peyğəmbər  sayıram  -  türkün  peyğəmbərlərindən  biri  də 
Məmmədəmin Rəsulzadədir. Bunu Məhəmməd peyğəmbərin özü deyib ki, məndən sonra elə 
adamlar gələcək ki, onlar keçmiĢ peyğəmbərlərin çoxundan üstün olacaq. Mən Məmmədəmin 
Rəsulzadə’ni, Ġsmayıl bəy Qaspıralı’nı, Mustafa Kamal Atatürk'ü, Əli bəy Hüseynzadə'ni o cür 
Ģəxslərdən  sayıram.  Çünki  bu  adamların  dediyi  sözlər  50,  100  il  sonra  həyata  keçib  və 
keçməkdədir.  Nə  fikir  ortaya  qoyublarsa  hamısı  gerçəkləĢməkdədir.  Ona  görə  də  onları 
peyğəmbər qismində sayıram. Ancaq mən Məmmədəminin də iĢlətdiyi "türkçülük" ifadəsinin 
əleyhinəyəm.  "Türkçülük"  nədir?  Axı  türk  niyə  türkçü  olmalıdır?  Mən  bunu  baĢa  düĢə 
bilmirəm. Bu fikir qeyri-türklər üçün doğrudur. Məsələn, bir rus, ingilis, amerikan türkçü ola 
bilər,  ancaq  mən  türkəm,  necə  türkçü  ola  bilərəm?  Rus  necə  rusçu  ola  bilər?  Elmdə  belə 
termin yoxdur, ona görə də mən özümü türk sayıram.  
Türk kimliyi nədir? Hə, sual buradan çıxa bilər. Türk kimliyinin təqdimatında ciddi yanlıĢlıqlar 
var.  Stalin  dövründə  Orta  Asiyanı  param-parça  ediblər.  Bütün  o  torpaqlara  bir  vaxtlar 
Türküstan  deyilirdi.  Bütün  dünya  qəbul  edirdi  ki,  bura  türk  məkanıdır,  Türküstandır.  Amma 
sonra parçalayıb Özbəkistan, Türkmənistan, Qazaxıstan və s. yaratdılar. Ġndi bizimkilər mahnı 
yaradıblar  ki,  özbək,  azər,  türkmən  -  hamısı  bir  soydur,  yəni  onu  rus  imperiyası  aralayıb, 
parçalayıb.  Hamı  bunu  baĢa  düĢdüyünə  görə  mahnıya  salır  ki,  ay  camaat,  çaĢmayın  ha, 
soyumuz birdir.  
Yəni türk kimliyinin təqdimatı səhvdir. Türkü Avropaya bəzən dağıdıcı, mədəniyyətsiz, vəhĢi 
kimi  tanıdıblar,  türkün  mədəniyyətisə  dünyaya  ya  ərəb,  ya  fars,  ya  iran,  ya  da  Çin 
mədəniyyəti  kimi  təqdim  olunub  və  indi  də  olunmaqdadır.  Fars  və  ərəb  mədəniyyəti 
adlandırmaq  mümkün  olmayanda  adını  qoyurlar  "islam  mədəniyyəti".  1400  il  'islam 
mədəniyyəti' adı altında o böyük irsimizi əridib farsın və ya ərəbin ayağına yazmaq istəyirlər.  
Qur’anda söz var: "qulam", "qılman". Cənnətdəkilərə qulam’lar, qılman’lar və huri’lər xidmət 
edəcəklər. Qılman gözəl oğlan deməkdir, huri isə gözəl qız. Alimlər "qılman" sözünün ərəbcə 
olmadığını yazırlar, deyirlər, çox güman ki, hind sözüdür. Niyə? Axı bu, türk dilindədir, türk 
mədəniyyətidir! 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə