DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə98/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   91   92   93   94   95   96   97   98   99

Dini  siyasətə  niyə  qatırlar?  Dini  siyasətə  qatan  adam  mənim  aləmimdə  namusu  pula  qatan 
adam kimidir. Pul gündəlik lazımdır, istifadə edəcəksən, ancaq namusun pula dəxli yoxdur - 
o,  pulla  ölçülmür.  Axı  demək  olmaz  ki,  kim  pulludursa  o,  namusludur,  kim  pulsuzdursa  - 
namussuz. Namus tamam baĢqa bir anlayıĢdır - mənəvi anlayıĢdır.  
Din də mənəvi anlayıĢdır; onu gətirib maddi həyata - siyasətə, davranıĢa, yaĢayıĢa, orduya, 
nə bilim, vuruĢa, döyüĢə... qatmazlar.  
Təəssüf ki, çox vaxt bizdə siyasətdə də dindən yararlanırlar...
 
Bilirsiniz,  siyasət  də  dinin  iĢinə  qarıĢmamalıdır.  Biz  siyasətçilər  dinin  iĢinə  qarıĢmamalıyıq. 
Ancaq  danıĢanda  islam  dininə  münasibətimizi  siyasətçi  olaraq  bildirməliyik  ki,  ümumən 
dinlərə münasibət budur, islam dininə, xristian dininə isə bu.  
Bizimçün  dinlərin  heç  biri  baĢqasından  üstün  deyil.  Bütün  dinləri  Tanrı  göndərib  və  onlar 
bərabər qəbul edilib. Ancaq müsəlman olan islamı çox sevəcək, xristian olansa xristian dinini.  
Dinlərə  sayğı  göstərilməlidir.  Bu  gün  azərbaycanda  islam  dini  hansısa  məsələyə  qarıĢırsa 
burada yaĢayan xristianlar, yəhudilər də qarıĢacaq, hətta son vaxtlar yaranmıĢ kriĢnaçılar da 
qarıĢacaq. Axı belə olmaz. Məsələn, götürək Amerikanı. Ġslam dininin, eləcə də baĢqa dinlərin 
nə  haqqı  var  Amerika  dövlətinin  iĢinə  qarıĢsın?  Din  mənəvi  dəyərləri  təmin  edir,  dövlətsə 
yaĢam və siyasi dəyərləri. Onları bir-birinə qatanda dünya da bir-birinə qarıĢır.  
Əbülfəz bəy, 1992'ci ildə Sizin "Moskovskiye novosti" qəzetində Dmitri Furmanla müsahibəniz 
vardı.  Orada  belə  bir  məsələ  qoyulmuĢdu  ki,  Avropa  və  ümumən  xristian  dünyası 
müsəlmanların  demokratik  ola  biləcəyinə  inanmırlar.  Siz  də  Furmana  cavab  vermiĢdiniz  ki, 
əslində bunu dinlə izah eləmək doğru deyil, çünki islamın öz mahiyyətində antidemokratiklik 
yoxdur. DemiĢdiniz ki, məsələn, Stalini, Hitleri heç də müsəlmanlar yetirməyib. Ümumiyyətlə, 
islam demokratiyası nədir? 
 
Çox  qəribədir  ki,  islamdakı  demokratik  dəyərlər  sosial-demokratiyaya  yaxındır,  yəni  sosial-
demokratların  istəyiylə  islamın  istəyi  çox  üst-üstə  düĢür.  Ġslamın  tələbləri  sosial-
demokratiyanın tələbləridir. Ġslamda demokratiya sol demokratiyadır.  
Biri  var  kütlə.  Kütlənin  böyük  təbəqəsi  yoxdur.  Burada  sosial-demokratiyanın  təsiri  var. 
Türkiyədə  sosial-demokratiyanın  və  islamın  yeriməsinin  birinci  səbəbi  elə  budur.  Türkiyədə 
yoxsulluğu və iĢsizliyi aradan qaldıracaqsınız, onda islam siyasətə müdaxilə edə bilməyəcək; 
sollar da müdaxilə edə bilməyəcək. Daha çox bu baxımdan onlar uyğundur.  
Ġslam mənəvi dəyər kimi Avropada qəbul olunacaq, ancaq neyləsə də siyasətə müdaxilə edə 
bilməyəcək,  çünki  mümkün  deyil.  Ġslam  nə  istəyir?  Yoxsula  çörək  istəyir,  ona  yardım 
edilməsini  istəyir  və  s.  Yəni  islamın  sosial  tələblərini  xristianlar:  fransızlar,  ingilislər  və  b. 
doxsan doqquz faiz yerinə yetiriblər, bəlkə bir-iki faizi qalıb - məsələn, namaz qılmaq, oruc 
tutmaq kimi. Ġran, ərəblərsə sosial tələbləri yerinə yetirməyib, ona görə də Ġranda da, ərəblər 
arasında  da  sosial-demokratiya  meydan  oxuyacaq,  islam  dini  də  meydan  oxuyacaq,  çünki 


əhalinin ona ehtiyacı var. Amerikadasa əhalinin islam dininə mənəvi dəyər kimi ehtiyacı olsa 
da siyasi həyatda ona ehtiyac duymur. 
Yəni  demokratiya  olan  yerdə  islam  dininin  sosial  tələbləri  elə  yerinə  yetiriləcək  ki,  ancaq 
mənəvi dəyərlər qalacaq. Ona görə də demokratiya gələndə dinin öz yerini gözəl təyin edir - 
din  Allahdan  gələn  nə  təyinatı  varsa  o  iĢlə  məĢğul  olur,  baĢını  siyasətə  qatmır  və  Ġrandakı 
kimi ölkəni gətirib bədbəxt günə qoymur. Orada dövlətə mollalar rəhbərlik edir, bütün ölkəni 
də dağıdıblar. QardaĢ, idarə eləyə bilmirsən də. Onlar məscidi idarə edə bilər, ölkəni, siyasəti, 
tankı,  topu,  Amerikayla  danıĢıqları  yox!  Get  mollalığını  elə  də.  Mən  gəlib  sənin  məscidinə 
qarıĢmıram  ki.  Sən  oturursan  məsciddə, bir dəfə  deyirsən  "lailahəilləllah",  hamı təkrar edir; 
deyirsən  oturun,  hamı  oturur,  salavat  çevirin,  hamı  çevirir.  Bir  sözlə,  hamı  sənə  tabedir.  O 
sən, o məscid, o ruhanilik, o din, o Allah - sənin iĢin budur. Sənin nə iĢin var ki, idarə belə 
olacaq, ordu belə qurulacaq və s.?  
Ona  görə  Türkiyədəki  cümhuriyyət  laiq  cümhuriyyətdir.  Mustafa  Kamal  Atatürk’ün  yaratdığı 
cümhuriyyət çox doğru yoldadır.  
Mən bir millət kimi, bir azərbaycanlı kimi fəxr edirəm ki, Asiyada ilk cümhuriyyəti Azərbaycan 
yaradıb.  1918-20'ci  illərdə  Məmmədəmin  Rəsulzadə’nin  baĢçılığı  altında  biz  cümhuriyyət 
qurduq. Bu, öz peyğəmbərliyiylə yanaĢı, təkcə Məmmədəminin fikri deyildi ki, zorla etsin. Bu, 
millətin iradəsiydi, millətin istəyiydi.  
Üstündən  bir  neçə  il  keçir,  Mustafa  Kamal  bunların  hamısına  baxır,  görür  ki,  cümhuriyyət, 
doğrudan  da,  gözəldir.  Azərbaycanın  təcrübəsindən  öyrənir,  deyir  ki,  mən  də  cümhuriyyət 
yaradacağam.  Cümhuriyyəti  qurandan  sonra  ziyalıları,  müəllimləri  yığır,  deyir  ki,  bu ölkənin 
aydın  insanları,  sizə  cümhuriyyət  yaratdım;  aydın  insanlara,  çağdaĢ  insanlara  respublika, 
cümhuriyyət yaraĢır. Cümhuriyyəti yaratdıq, ancaq sonra qoruyub saxlaya bilmədik. Orası da 
var ki, Rusiya da gələndən sonra onu tam məhv edə bilmədi. Ġndi də cümhuriyyətimizi bərpa 
elədik. 
ĠnĢallah,  bütün  türk  dünyasında  cümhuriyyətlər  yaranacaq,  demokratiya  yürüyəcək.  Ondan 
sonra müsəlman daha xoĢbəxt yaĢayacaq.  
Bu  gün  xoĢbəxt  yaĢamaqçün  müsəlmana  cümhuriyyət  gərəkdir.  Kimsə  müsəlman  xoĢbəxt 
yaĢamasın  deyə  onu  cümhuriyyətdən  qırağa  çəkməyə,  uzaqlaĢdırmağa  çalıĢır,  deyir  ki,  sən 
Allah, sən dövlət quranda öz dininlə get. Axı o, diniylə gedib dövlət qura bilməz; ay canım, 
axı din dövlət quruculuğu deyil!..  
Bir dəfə əlimə biz yazı düĢmüĢdü. Amerika alimləri yazmıĢdı. Yazırdılar ki, biz amerikalılar və 
avropalılar  Asiyaya,  ġərq  ölkələrinə  çox  müdaxilə  etməməliyik.  Qoyun  onlardan  hansı 
monarxiyada yaĢayırsa monarxiyada qalsın, kim respublika yaradırsa yaratsın, kim də krallıq 
qurursa öz iĢidir. Mən bildim ki, bu, düĢmən iĢidir - deyirlər ki, dəyməyin, qoy müsəlmanlar 
orta  əsr  geriliklərində  qalsınlar,  keçmiĢ  zamanlardakı  kimi  yaĢasınlar;  bunlara  niyə  çağdaĢ 
dövlət  mexanizmi,  respublika,  demokratiya  verirsiniz  ki,  inkiĢaf  edib  sabah  bizimlə  bərabər 
olsunlar? Sonra bizdən güclü də ola bilərlər, ona görə də ötürün baĢına; əksinə, heç kömək 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə