DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə16/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   12   13   14   15   16   17   18   19   ...   99

deyildi. Niyə obirilər bunu bacarmadı? Çünki onlar bu yolu getmədi, Azərbaycan xalqısa getdi. 
Buna  görə  də  deyək  ki,  Almaniyadan,  Baltikyanı  ölkədən  rus  qoĢunları  müqavilələrlə 
danıĢaraq, Avropanın böyük təzyiqi altında çıxarılırdısa bizsə bunu öz xalqımızın gücüylə etdik 
və imperiya bir  daha  qayıdıb  üstümüzə gəlməyə  cəsarət  götərmədi  -  Azərbaycan  xalqından 
qorxdu, çünki onu gücünü 20 Yanvarda görmüĢdü. Məsələnin kökü, bax, bundadır!  
Mən  çox  Ģükür  edirəm  ki,  Azərbaycan  türkləri  azadlıq  idealını  bu  gün  bir  sıra  xalqlardan 
yüksək  səviyyədə  mənimsəyib,  əsarətə  heç  cür  təslim  olmaq  istəmirlər.  Baxmayaraq  ki  bu 
gün Azərbaycanda avtoritar rejim var, ancaq xalq onunla razılaĢmır. Ölkəni tərk edirlər ki, bu 
cür  rejimdə  yaĢamaqdan  qəriblik  yaxĢıdır,  həbsxanalara  gedirlər  ki,  belə  rejimdə 
yaĢamaqdansa həbsxana yaxĢıdır. Xalqın ruhu sındırılmayıb - bu, azadlığın gətirdiyi ruhdur.  
ĠĢin  gediĢinin  nəticəsində  nə  baĢ  verdi?  Üstümüzə  gəldilər  ki,  biz  sizə  o  demokratiyadan 
deməmiĢdik; sizə, dediyimiz demokratiyanı verəcəyik. Və 20 Yanvar qırğınından sonra Ayaz 
Mütəllibovu - kommunist partiyasının adamını iĢ baĢına qoydular. Ona göstəriĢ verdilər ki, sən 
bir az yumĢaq ol, ancaq sıx, yığıĢdır. Ölkədə hərbi vəziyyəti saxladılar. Seçkilər keçirdilər və s. 
Bunların hamısı yenə Moskvanın əliylə verilən "demokratiya"ydı - o, bizimki deyildi və biz də 
ona qarĢı çıxırdıq. Seçkilərdə Azərbaycan Xalq Cəbhəsindən və onun tərəfdaĢlarından cəmi 32 
deputat seçildi, ancaq Cəbhə məcbur etdi ki, parlament buraxılsın, hər tərəfdən 25 deputat 
olmaqla  Milli  Məclis  yaradılsın.  Moskvanın  buradakı  əlaltısı  Polyaniçkonun  və  Ayaz 
Mütəllibovun  siyahısıyla  seçilmiĢ  parlamenti  biz  parlamentlikdən  çıxardıq,  25  onlardan,  25 
bizdən etdik və artıq Moskva bunun qarĢısında dayana bilmədi. O zaman biz bildik ki, artıq 
Moskvayla bərabər gücdəyik. Bu, Azərbaycan xalqının, hərəkatın və bizim qələbəmizdi. 
1992-nin baĢlanğıcında... 
 
Bəli.  Biz  bilirdik  ki,  Ayaz  Mütəllibov  geri  getməz,  çünki  Moskva  ona  belə  icazə  verməz. 
Demək,  gücümüzü  görən  Moskva  heç  olmazsa  bərabərliyə  razılaĢdı  ki,  bunları  sonra 
cəzalandıraram. 
Biz  Milli  Məclisi  yaratdıq.  ĠĢimizə  davam  etdik.  Sonra  da  Ayaz  Mütəllibovu  ölkəni  idarə  edə 
bilmədiyinə  görə  hakimiyyətdən  uzaqlaĢdırdıq.  Hətta  Moskva  da  onu  müdafiə  edə  bilmədi. 
Aradan  bir  müddət  keçəndən  sonra  -  14  mayda  Moskva  onu  bir  də  qaytarmaq  istədi.  Bu 
zaman  biz  Ayaz  Mütəllibovla,  Yaqub  Məmmədovla  deyil,  imperiyayla  mübarizə  aparırdıq; 
çünki  onların  hamısı  imperiyanın  xidmətçiləriydi.  Bax,  bu  qələbə  Meydanda  Azərbaycan 
xalqına aĢıladığımız azadlıq ruhunun nəticəsiydi - o ruhu Azərbaycana biz gətirdik. Onu sadə 
fəhlə,  kolxozçu,  iĢçi  gətirə  bilməzdi.  Onu  Azərbaycanın  məhz  ziyalıları,  siyasi  mübarizləri 
gətirməliydilər, onlar da gətirdilər. 
Ayaz  Mütəllibovun  uzaqlaĢdırılmasından  sonra  biz  məcburən  prezident  seçkisinə  qatılmalı 
olduq, halbuki dəfələrlə tələb etmiĢdik ki, gəlin buna getməyək, çünki dövlət quruculuğumuz 
prezidentlik instituna hələ hazır deyildi. Deyirdik ki, prezidenti seçəcəksiniz - o, oyuncaq kimi 
qalacaq,  əlindən  çığırmaqdan  baĢqa  bir  iĢ  gəlməyəcək.  O  ya  hakimiyyətdə  qalmaqçün 
diktatora çevrilməlidir, ya da demokrat olaraq hakimiyyətini itirməlidir.  


Bəy,  25  mart  1992-də  Ali  Sovetdə  deyirdiniz  ki,  üç  aydan  sonra  seçəcəyiniz  prezidenti  bir 
ildən sonra devirəcəksiniz. Sizi düz bir ildən sonra devirdilər...
 
BaĢqa cür ola  da bilməzdi,  çünki  gərək  öncə  elə  güclü  demokratik institutlar yaradılaydı ki, 
seçilən  demokratik  prezident  də  hakimiyyətdə  qalmağı  bacaraydı.  Bu  amil  mövcud  deyilsə 
hakimiyyəti  saxlamaqçün  prezident  hökmən  diktatorlaĢmalıdır  ki,  hakimiyyətdə  qalsın. 
Gözünüzün qabağındakı örnək - bu gün Heydər Əliyev yalnız diktatorluğuna görə hakimiyyəti 
saxlaya  bilir.  Bizsə  diktaturanın  əleyhinəyik  -  söz  vermiĢdik  ki,  xalq  hakimiyyəti,  yəni 
demokratik hakimiyyət quracağıq. O sözümüzün üstündə indi də dururuq və axıra kimi də bu 
yolda mübarizə aparacağıq.  
1992-nin  mayında  Moskvanın  Mütəllibovu  ikinci  dəfə  hakimiyyətə  qaytarmaq  cəhdi  iflasa 
uğrayandan  sonra  demokratik  qüvvələr  hakimiyyətə  gəldi.  Öncə  Ġsa  Qəmbər  parlamentin 
sədri,  iyun  ayındasa  Siz  prezident  seçildiniz.  O  vaxt  hakimiyyətdə  aparıcı  kadrlar  daha  çox 
AXC  və  Müsavatdandı.  Prezident  olaraq  Ģəxsən  özünüzün  və  bütövlükdə  komandanızın 
qarĢısına dövlət quruculuğunda çıxan ən mühüm çətinliklər hansılardı?
 
Hakimiyyətdə  komandamız  əsasən  AXC  və  Müsavatdan  ibarət  deyildi.  Dövlət  aparatında 
əskiyi  7  min  adam  iĢləməlidir.  Onlardan  cəmi  2-3  mini  cəbhəçilər  və  müsavatçılardı,  qalanı 
keçmiĢ  bürokratlar,  sənaye  iĢçiləri  və  baĢqalarıydı.  Mütəxəssis  olduqlarına  görə  onları 
dəyiĢdirmədik  ki,  qalıb  iĢləsinlər.  Əslində  biz  hakimiyyəti  bütövlüklə  ələ  almadıq.  Biz 
hakimiyyətə  xalqa  görə  gəldiyimizçün  hakimiyyəti  xalqın  təmsilçiləri  olan  həmin  adamlarla 
Ģərikli idarə etməyə razılaĢdıq. Çox adam bu addımımızı doğru saymır, ancaq, məncə, bu, çox 
düzgün yoldu. Həmin kadrların xəyanətisə baĢqa söhbətin mövzusudur. 
Sizi kommunistlərlə ittifaqa girmək üstündə tənqid edirdilər...
 
Bu, ittifaq deyildi. O Ģəxslər kommunist olsa da, tutduğu vəzifəyə kommunistliyinə görə yox, 
məhz o sahənin mütəxəssisi olduğuna görə qoyulmuĢdular. Sadəcə, onları nəzarətdə saxlayıb 
yaxĢı iĢlətmək lazımdı ki, bu, tamamilə baĢqa problemdir. 
Hakimiyyətimizin nəticəsi nə oldu?
 
Bəli, xalqa azadlıq idealını aĢıladıq, indisə dövlət quruculuğuna baĢlamaq lazımdı. 
Biz  müharibənin  içərisindəydik.  Gərək  öncə  onu  davam  etdirib  uğur  qazanaydıq,  düĢməni 
torpaqlarımızdan geri ataydıq. Biz bütün gücümüzü dövlət quruculuğunun əsasını təĢkil edən 
qanun  və  qərarların  parlamentdə  qəbul  edilməsinə  yönəltdik,  çünki  onlarsız  yeni  dövlət 
qurmaq  mümkün  deyildi.  Ancaq  bütün  zəruri  qanunları  da  birdən-birə  qəbul  etmək  imkan 
xaricindəydi.  Əvvəlcə  ayrı-ayrı  sahələrə  aid  qanunlar  yazılmalı,  sonra  parlamentdə  qəbul 
edilməli,  xalqa  çatdırılmalı,  onların  icrasına  nəzarət  edilməlidir.  Bu  qanunlar  yetərincə 
yaradıldıqdan  sonrasa  onlar  ümumiləĢdirilərək  Anayasa  hazırlanmalıdır. Birdən-birə  Anayasa 
yazmaq  olmaz  -  sən  öncə  kolxozu  ləğv  etməlisən,  bundan  ötrü  xüsusi  mülkiyyət  haqqında 
qanunları ortaya qoymalısan.  
Əslində biz bir quruluĢdan digərinə, yəni sosializmdən yenidən kapitalizmə qayıdırdıq...
 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə