38
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
(5–12 km) qazın, brekçiyanın yer səthinə
çıxması üçün özünəməxsus aparat rolunu
oynayır.
Palçıq vulkanlarının fəaliyyət məh sul la rı -
nın əsas kütləsi güclü püskürmələr zamanı
dövri olaraq səthə atılır.
Püskürmələr arasında isə vulkanın krater
sahəsi çoxsaylı mikroformalarla fəaliyyət
göstərən qrifon, sopka və salzalarla örtülür.
Onlar qaz, mineral su, əksər hallarda neftli
pərdəciklərlə və müxtəlif konsistensialı lilli
palçıq çıxarır.
Qeyd etmək lazımdır ki, Azərbaycan
ərazisi planetimizdə palçıq vulkanizminin
inkişaf etdiyi unikal və klassik ərazidir. Şərqi
Azərbaycanın quru hissəsində və ona bitişən
Xəzər akvatoriyasında 350-yə qədər palçıq
vulkanı və vulkan təzahürlərinin bütün
növləri (fəaliyyətdə olan, sönmüş, bas dırıl -
mış, neft çıxaran, sualtı, ada vulkanları)
intişar tapmışdır. Demək olar ki, vulkanların
sayına, çoxçeşidliyinə və aktiv fəaliyyətinə
görə dünyada Azərbaycan ərazisinə oxşar
ərazi yoxdur. Məhz buna görə də ölkəmiz
palçıq vulkanları vətəni sayılır.
Palçıq vulkanları, əsasən, Abşeron yarım -
adasında, Şamaxı-Qobustan, Cənub-şərqi
Şirvan rayonlarında və Bakı arxipelağında
yerləşmişlər. Yalnız Qobustanda 100-dən
artıq palçıq vulkanı vardır, 40 vulkan yer
səthinə çoxlu neft çıxarır.
Bakı arxipelağında 8 palçıq vulkanı mən -
şəli adalar var.
Palçıq vulkanları və yer təkinin neft -
qazlılığı
Palçıq vulkanları yerləşdiyi rayonların Yer
təkinin neft və qazlı olduğunu göstərən səth
əlamətdir. Palçıq vulkanları ilə neft-qaz
arasında olan genetik əlaqəni ilk dəfə aka -
demik İvan Mixayloviç Qubkin tapmış və
elmi-nəzəri cəhətdən əsaslandırmışdır.
Hazırda bu fikri dünyanın bütün geoloqları
qəbul edir. Lakin uzun müddət bəzi mü
-
təxəssislər vulkanların yerləşdiyi sahələri
sənaye baxımından perspektivsiz sayırdılar.
Onların fikrincə, palçıq vulkanları yer
təkində neft-qaz yığımlarını dağıdır. Eyni
zamanda geoloqların bəziləri hesab edir ki,
əksinə, vulkanlar neft yataqlarının yaran
-
masına səbəb olur. Hətta vulkanların içə -
risində quyuları qazmaq çağırışları edənləri
də var.
Bu məsələ ilə bağlı uzun illər davam edən
mübahisəli müzakirələr, nəhayət, 1933-cü
ildə sona çatdı. Abşeron yarımadasında
Lökbatan palçıq vulkanı yaxınlığında
qazılmış 45 saylı quyu, debiti 20 min ton ol -
maq la, güclü fontan vurdu və bununla sübut
edildi ki, vulkanlar yerləşdiyi ərazidə neft ya -
taq
larının əmələ gəlməsinə dağıdıcı təsir
etmir. Beləliklə, o illər ilk dəfə olaraq
Lökbatan vulkanı timsalında palçıq vul
-
Torağay palçıq vulkanı. Ümumi görünüş
kanizmi ilə neft yataqları axtarışının məhz
vulkanlara yaxın olan sahələrdə aparılması
zərurəti ortaya çıxdı.
Maraqlıdır ki, Lökbatan yatağından 80 il
ər
zində 28 milyon ton neft və 1 milyard
m
3
-də n çox təbii qaz istehsal olunmuşdur.
Məş hur 45 saylı quyu bu gün də fə aliy yət də -
dir, amma o, indi sutkada bir neçə ton neft
verir.
Palçıq vulkanları və neft-qaz yataqları
çöküntü qatında gedən vahid neft-qaz
əmələgəlmə prosesinin məhsullarıdır. Belə
ki, vulkanlar yerləşdiyi strukturların neft-
qazlılığı, adətən, sənaye əhəmiyyətli olur.
Vulkan palçığı–təbii müalicəvi prepa -
ratdır.
Palçıq vulkanların mövcud olduğu
ölkələrin çoxunda ondan istifadə edilir.
İtaliyada bu palçıqdan hələ XVI əsrdə,
Taman yarımadasında XIX əsrdə yar ar lan -
mış lar. Gürcüstanda isə keçmiş SSRİ döv -
ründə Ümumittifaq “Axtala” kurortu
fəaliyyət göstərmişdir. Krımda və Saxalin
adasında poliklinika və xəstəxanalarda
vulkan palçığı geniş tədbiq edilir.
Son dərəcə yüksək balneoloji xassələrinə
görə vulkan palçığından dayaq-hərəkət
aparatı, oynaqlar, onurğa, periferik əsəb
sistemi, dəri, mədə-bağırsaq traktı, şəkər
diabeti, ateroskleroz və boyun osteoxondrozu
kimi xəstəliklərin müalicəsində, daha sonra
ginekologiya, urologiya və kosmetologiyada
uğurla istifadə edilir.
Hələ ötən əsrin 80-ci illərində biz hə -
kimlərlə birgə tədqiqat işləri aparmış və
Bakının 15 müalicə ocağında vulkan pal -
çığını tətbiq etmişik. Tədqiqat işlərində
onların həm təbii, həm də geokimyəvi xü -
susiyyətləri açıqlanmışdır. Həmin illər
tərkibindəki mikroelementlərdən asılı olaraq,
palçığın tipinə görə xəritəsini də tərtib et -
mişdik. Çox təəssüf ki, hazırda vulkan pal -
çığından geniş miqyasda istifadə olunmur.
Palçıq vulkanları ekoturizm obyektidir.
Palçıq vulkanları olan dövlətlərdə on
-
lardan səyahət marşrutları üçün istifadə edilir.
Azərbaycanda palçıq vulkanlarına, xüsusilə
də Bakıdan cənub istiqamətində çoxlu, sə -
yahət marşrutları təşkil etmək olar. Vulkanlar
burada sanki parada düzülmüş kimi, bütöv
landşaftları əhatə edir. Onlardan vulkan püs -
kürmələrinin sayına görə “dünya re kord çusu”
kimi şöhrət qazanmış, Azər
baycan neft
hasilatı tarixinin səhifələrində özünəməxsus
yeri olan Lökbatan vulkanının, daha sonra
əzəmətli 400 metrlik nəhəng Otmanbozdağ,
Böyük Kənizdağ, Torağay, Xəzər dənizinin
sahil zonasındakı Bahar və Hamamdağ
vulkanlarının adlarını qeyd etmək lazımdır.
Ölkəmizdə mənzərəli yerlərdə qərar tutmuş
vulkanlar da vardır. Buna misal olaraq,
Şamaxı rayonunda Pirqulu rəsədxanasından
şimalda Dəmirçi və ya Qobustan mə də niy -
yət-tarixi qoruğunun yaxınlığındakı Daş gil
vulkanlarını göstərmək olar.
Palçıq vulkanları təkcə geoloqlar üçün de -
yil, həm də təbiətsevərlər, naturalistlər üçün
də maraq doğurur. Ölkəmizə səyahət edən tu -
rist lərin çoxu Azərbaycan vulkanlarına – bu
na dir təbiət fenomenlərinə böyük maraq və
həvəs göstərirlər, onların bəziləri, hətta
39
ELM DÜNYASI
/ Elmi‐kütləvi jurnal / №02 (02) 2013
Lökbatan palçıq vulkanının püskürməsi
(7 oktyabr 1977-ci il)