Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn


 Tanımanın forma və növləri



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə17/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   114

3. Tanımanın forma və növləri 
'ranımanın iki 
forması
  mövcuddur: 
de-fakto
  (de facto  )  və 
de-  yure
 
(dc jurc). Dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun 
sabitliyinə  və  uzun  müddət  qalacağına  tam  əmin  deyildir.  Məsələn, 
Azərbaycan 1919-cu ildə Millətlər Liqası tərəfindən, RSFSR 1921-ci ildə 
Böyük  Britaniya  tərəfindən  de-fakto  tanınmışdı.  De-fakto  tanıma  zamanı 
müvafiq dövlətlər arasında, adətən, yalnız konsulluq münasibətləri qurulur. 
De-yure  tanıma  tam,  qəti  tanımadır.  Bu  halda  tanıyan  dövlət  tanımanın 
obyekti  ilə  diplomatik  münasibətlər  qunnağa  hazır  olduğunu  bəyan  edir; 
istənilən halda, diplomatik münasibətlərin qurulması de-yure tanıma hesab 
olunur.  Beləliklə,  tanımanın  iki  forması  arasında  fərq  onların  doğurduğu 
hüquqi nəticələrin həcmindədir. 
Praktikada  elə  hallara  rast  gəlinir  ki,  bir-birini  tanımayan  iki  dövlət 
konkret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu 
faktik, qeyri-rəsmi tanıma 
ad hoc tanıma
 adlanır (yəni bu hal üçün, bir dəfə 
üçün). 
Tanımanın destinatorundan (obyektindən) asılı olaraq onun aşağıdakı 
növlərim
 ayırırlar: dövlətin tanınması; hökumətin tanınması; milli-azadlıq 
hərəkatının  tanınması;  vuruşan  tərəfin  tanınması,  mühacirətdə  olan 
hökumətin tanınması. 
52 


VII
 FƏSIL
 
DÖVLƏTLƏRIN 
VARİSLİYİ 
1.
 
Dövlətlərin varisliyinin anlayışı 
Dövlətlərin  varisliyi  dedikdə,  müəyyən  beynəlxalq  hüquq  və 
vəzifələrin bir dövlətdən digərinə keçməsi başa düşülür. 
Dövlətlərin varisliyi məsələləri o zaman ortaya çıxır ki, müəyyən bir 
ərazi  üzərində  dövlət  suverenliyi  dəyişir.  Bu  məsələləri  nizama  salan 
normalar uzun müddət beynəlxalq adətlərdən ibarət olmuşdur. Hazırda bu 
normalar  məcəllələşdirilmişdir.  Dövlətlərin  varisliyi  sahəsində  iki 
beynəlxalq konvensiya mövcuddur: 
1.
 
Müqaviləhrə münasibətdə dövlətlərin varisliyi haqqında 1978-ci 
il Vyana Konvensiyası
 (1996-cı il noyabrın 6-da qüvvəyə minmişdir).
 
2.
 
Dövlət  əmlakına,  arxivlərinə  və  borclarına  münasibətdə 
dövlətlərin  varisliyi  haqqında  1983-cü  il  Vyana  Konvensiyası
  (hələ 
qüvvəyə minməmişdir).
 
Bu  konvensiyaların  məğzində  duran 
əsas  ideya
  ondan  ibarətdir  ki, 
dövlətlərin  varisliyi  ilə  bağlı  ortaya  çıxan  bütün  məsələlər  müvafiq 
dövlətlər - əvvəlki dövlətlə varis dövlət (dövlətlər) və ya varis dövlətlərin 
özləri arasında razılaşma yolu ilə həll olunur. Belə bir razılaşma mümkün 
olmadıqda  isə,  müvafiq  tərəflər  göstərilən  konvensiyalann  müddəalarına 
uyğun hərəkət etməlidirlər. 
Dövlətlərin varisliyi aşağıdıkı hallarda ortaya çıxır: 
a)
 
hər  hansı  bir  ərazinin  müstəmləkiçilikdən  azad  olub  müstəqil 
dövlət yaratması («ycni müstəqil dövlət») 
b)
 
bir dövlətin bir neçə yeni dövlətə parçalanması; 
c)
 
bir neçə dövlətin bir dövlətdə birləşməsi
ç)  dövlət  ərazisinin  bir  hissəsinin  ayrılması  və  müstəqil  dövlət 
yaratması; 
53 


d)
 
hor hansı bir ərazinin bir dövlətə birləşməsi. 
Dövlətlərin varisliyinin obyektləri aşağıdakılardır: a) əvvəlki dövlətin 
iştirakçısı olduğu beynəlxalq müqavilələr; b) dövlət mülkiyyəti; e) dövlət 
arxivləri; ç) dövlət borelan. 
2.
 
Beynəlxalq müqavilələrə münasibətdə 
dövlətlərin varisliyi 
Müqavilələrə  münasibətdə  dövlətlərin  varisliyi  haqqında  1978-ci  il 
Vyana  Konvensiyası  beynəbcalq-hüquqi  leksikona  yeni  termin  - 
«ye-  ni 
müstəqil  dövlət»
  terminini  daxil  etmişdir.  «Yeni  müstəqil  döv-  lət» 
dedikdə,  «ərazisi  dövlətlərin  varisliyi  anından  bilavasitə  əvvəl  asılı  ərazi 
olmuş,  beynəlxalq  münasibətlərinə  görə  əvvəlki  dövlətin  məsuliyyət 
daşıdığı  varis  dövlət»  başa  düşülür  (2-ci  maddənin  1(1)  bəndi).  Yeni 
müstəqil  dövlətlərə 
tabula  rasa
  («təmiz  lövhə»)  prinsipi  şamil  olunur. 
Məmin prinsipə görə, yeni müstəqil dövlət əvvəlki dövlətin (yəni bu halda - 
müstəmləkə  asılılığında  olduğu  dövlətin)  iştirakçısı  olduğu  beynəlxalq 
müqavilələrdən 
azaddır, 
daha  doğrusu,  onun  üzərində  bu  müqavilələri 
qüvvədə saxlamaq vəzifəsi yoxdur. Bununla belə, yeni müstəqil dövlət arzu 
etdikdə,  bildiriş  yolu  ilə  əvvəlki  dövlətin  hər  hansı  bir  müqaviləsinin 
iştirakçısı ola bilər. 
İki və ya daha artıq dövlət bir dövlətdə 
birləşdikdə,
 onlann hər hansı 
birinin  iştirakçısı  olduğu  istənilən  müqavilə  varis  dövlət  üçün  qüvvədə 
olmaqda  davam  edir.  Lakin:  a)  müvafiq  tərəflər  arasında  başqa  cür 
razılaşma  olduqda  b)  müqavilənin  varis  dövlətə  şamil  olunması  həmin 
müqavilənin  obyekti  və  məqsədlərinə  uyğun  olmadıqda;  c)  müqavilənin 
bağlandığı  dövrə  nisbətən  vəziyyət  köklü  surətdə  dəyişmişsə  (rcbus  sic 
stantibus  prinsipi),  yuxanda  göstərilən  norma  tətbiq  olunmur.  Məhz  bu 
şərtlərə  əsaslanaraq,  AFR  1990-cı  ildə  Almaniyanın  yenidən 
birləşməsindən sonra ADR-in müqavilələrindən imtina etmişdi. 
Dövlətin ərazisi qismən və ya bütövlükdə 
parçalandıqda
 və nəticədə 
bir və ya bir neçə yeni dövlət yarandıqda: 
54 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə