Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə16/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   114

Lakin  bəzi,  xüsusi  müəyyən  olunmuş  hallarda  bu  hüquqlar  fərdlərə  də 
verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə 
orqanı qarşısında dayanmaq və həUa məhkəmə icraatını başlamaq hüququ 
olur.  Məsələn,  Avropa  İnsan  Hüquqları  Konvensiyası  (34-cü  maddə), 
Avropa İqtisadi Birliyi haqqında müqavilə (173-cü maddə) müvafiq olaraq 
Avropa  İnsan  Hüquqları  Məhkəməsi  və  Avropa  Birlikləri  Məhkəməsi 
qarşısında  şəxsin  bilavasitə  prosesi  başlamaq  və  prosesdə  müstəqil  tərəf 
(iddiaçı) kimi iştirak etmək hüququnu təsbit etmişdir. 
6.
 
Transmilli korporasiyalar 
Dövlətlər öz ticarət və maliyyə münasibətlərini təkcə başqa dövlətlər 
və  ya  müvafiq  beynəlxalq  hökumətlərarası  təşkilatlarla  deyil,  habelə  iri 
xarici şirkətlərlə də qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və 
ya bir neçə dövlətin daxili qanunvericiliyi ilə nizama salınır. Dövlətin hər 
hansı xarici şirkətlə, o cümlədən transmilli korporasiya ilə əlaqəyə girməsi 
faktı  öz-özlüyündə  axırıncıya  beynəlxalq-hüquqi  subycktlik  vermir. 
Bcynəlxalq-hüquqi  subyektlik  o  zaman  mövcuddur  ki,  münasibətlər 
beynəlxalq  hüquqla  nizama  salınır.  Lakin  dövlətlə  xarici  korporasiya 
arasındakı  müqavilə  münasibətinin  beynəlxalq  hüquqla  nizama  salınması 
mümkün haldır. Belə ki, dövlətlər razılaşa bilər ki, xarici şirkətlərlə on- lann 
arasında  ortaya  çıxa  bilən  mübahisələr  beynəlxalq  hüquq  nor-  malannı 
tətbiq  edən  beynəlxalq  arbitraj  tərəfindən  həll  olunacaqdır.  Məsələn, 
1964-cü  ildə  bağlanmış 
İnvestisiya  mübahisələrinin  həll  edilməsi 
haqqında  Konvensiya
  daimi  mexanizm  nəzərdə  tutur  ki,  onun  vasitəsilə 
iştirakçı dövlətlər və müvafiq korporasiyalar investisiya sazişlərindən irəli 
gələn  uyğunsuzluqları  həll  edə  bilər.  Əlbəttə  ki,  şirkətin  hüquq  və 
vəzifələrinin  beynəlxalq  hüquqa  uyğun  nəzərdən  keçirildiyi  bu  cür 
orqanlarda iştirak beynəlxalq hüquq subyektliyi doğurur. Lakin qeyd etmək 
lazımdır  ki,  bu  su-  byektliyin  mövcud  olması  və  həcmi  son  məqamda 
dövlətlərin Razılığından və tanımasından asılıdır. 
49 


VI FƏSİL 
BEYNƏLXALQ HÜQUQDA TANIMA 
1.
 
Tanımanın anlayışı 
l
 
anıma  bir  dövlətin  başqa  bir  dövləti  beynəlxalq  hüququn 
subyekti  kimi  nəzərdən  keçirməsini  və  onunla  rəsmi  münasibətlər 
qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır. Tanıma habelə 
bir dövlətin başqa bir dövlətdə və yaxud onun ərazisinin bir hissəsində 
qeyri-konstitusion  yolla  bərqərar  olmuş,  səmərəli  idarəçilik  həyata 
keçirən,  müvafiq  ərazidə  situasiyaya  tam  nəzarət  edən  hakimiyyəti 
həmin  dövlətin  (və  ya  müvafiq  ərazinin  əhalisinin)  beynəlxalq 
münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə deyilir. 
Əslinə  qaldıqda,  tanıma  bilavasitə  bcynəlxalq-hüquqi  məsələ  deyil, 
çünki  bir  dövlətin  başqa  dövləti  tanımaq  vəzifəsi  və  ya  müvafiq  olaraq, 
ikinci dövlətin tanınmaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam 
öz  ixtiyanndadır  və  onu  heç  kim  məcbur  edə  bilməz  ki,  yeni  yaranmış 
dövləti  və  ya  hökuməti  tanısın.  Bir  dövlət  başqa  bir  dövləti  (və  ya 
hökuməti)  tanıyarkən  öz  siyasi  və  iqtisadi  maraqlannı  əldə  rəhbər  tutur. 
Məsələn,  Mərakeş  Sahara  Ərəb  Demokratik  Respublikasını  (Qərbi 
Şaharam)  tanımır,  çünki  ona  qarşı  ərazi  iddialan  vardır  (baxmayaraq  ki. 
Qərbi  Sahara  Afrika  Birliyi  Təşkilatının  üzvüdür).  Lakin  dövlətin  və  ya 
hökumətin  tanınması  mühüm  beynəlxalq-hüquqi  nəticələr  doğurur. 
Tanıyan  və  tanınan  dövlət  (hökumət)  üçün  tanıma  normal  ikitərəfli 
münasibətlər qurmaq, o cümlədən diplomatik nümayəndəliklər təsis etmək 
və müqavilələr bağlamaq üçün zəruri şərtdir. 
Tamma  birbaşa  və  ya  dolayı  yolla  ifadə  oluna  bilər.  Bir  dövlətin 
tanımadığı  dövlətlə  beynəlxalq  konfransda  iştirak  etməsi  dolayı  tarama 
hesab edilməməlidir. Lakin dövlətin hər hansı bir yeni dövlətin BMT- yə 
qəbul olunmasının lehinə səs verməsi dolayı tanıma sayıla bilər. 
50 


2. Tanıma nəzəriyyələri 
Tanımanın  yeni  dövlət  üçün  hansı  əhəmiyyət  daşıması  ilə  bağlı  iki 
bir-birinə  zidd  nəzəriyyə  mövcuddur:  konstitutiv  nəzəriyyə  və  deklarativ 
nəzəriyyə. 
Konstitutiv nəzəriyyəyə
 görə («təsis etmək», «yaratmaq» sözündən), 
dövlət  yalnız  tanındıqdan  sonra  beynəlxalq  hüququn  subyektinə  çevrilir. 
Tanıma dövlətçiliyin, bcynəlxalq-hüquqi subyekt- liyin ilkin zəruri şərtidir. 
Məsələn,  əgər  İsrail  dövlət  kimi  tanınmayıbsa,  deməli  o,  dövlət  deyildir. 
Beləliklə,  tanıma  dövləti  və  ya  hökuməti  «yaradiD>.  Konstitutiv 
nəzəriyyənin bir sıra mühüm qüsur- lan vardır. Belə çıxır ki, yeni qurumun 
bcynəlxalq-hüquqi subyekt- liyi üçüncü tərəflərin subyektiv mövqeyindən 
asılıdır.  Bcynəlxalq-  hüquqi  subyektlik  obyektiv  fakt  olmalıdır  və  onun 
mövcudluğunu yalnız beynəlxalq hüquq normalarını tətbiq etməklə ortaya 
çıxarmaq olar. İkinci bir tərəfdən, sözügedən nəzəriyyədən aydın deyildir 
ki, hər hansı bir dövlətin beynəlxalq hüququn subyekti sayılması üçün nə 
qədər  dövlət  onu  tanımalıdır:  bir  dövlət,  yoxsa  «apancı»  dövlətlər  və  ya 
dünyanın bütün ölkələri. 
Deklarativ nəzəriyyə
 («bəyan etmək» sözündən) əksinə hesab edir ki
tanıma obyektiv fakt kimi artıq mövcud olan bcynəlxalq- hüquqi subycktliyi 
yalnız  bəyan  edir.  Yeni  yaranmış  dövlətin  beynəlxalq  hüququn  subyekti 
olması  onun  başqa  dövlətlər  tərəfindən  tanınmasından  qətiyyən  asılı 
deyildir.  Deklarativ  nəzəriyyə  beynəlxalq  praktikaya  uyğun  gəlir.  Bu 
nəzəriyyə  Avropa  İttifaqının  Yuqoslaviya  üzrə  Arbitraj  Komissiyasının 
qərarında  (1993-cü  il)  əsas  götürülmüşdür.  Beləliklə,  əgər  hər  hansı  bir 
qurum dövlətçiliyin yuxanda şərh etdiyimiz meyarlarına cavab verirsə, onda 
o, tanınmadan asılı olmayaraq dövlət olacaqdır. 
51 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə