Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə12/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   114

Meç  bir  bcynolxalq  sazişdo,  o  cümlodon  BMT  Nizamnamosində 
beynəlxalq mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə bir neçə dəfə 
bu  məsələ  ilə  qarşılaşmışdır.  Daimi  Beynəlxalq  Ədalət  Məhkəməsi 
Mavromatis  işində
  (1924-cü  il)  qeyd  etmişdi  ki,  «mü-  bahisə  -  iki  şəxs 
arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidin). 
Oxşar tərif 
Cənub-qərbi Afrika işində (ilkin etirazlar mərhələsi, 1962-ci 
il)
 verilmişdi. Sadəcə, belə demək olar ki, mübahisə o zaman mövcuddur ki, 
bir dövlət digər dövlətə qarşı iddia irəli sürür, o biri dövlət isə bu iddianı 
rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək olar: 
1)
 
iki  və  ya  daha  artıq  tərəfin  -  beynəlxalq  hüquq  subyektlərinin 
olması; 
2)
 
mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması; 
3)
 
mübahisə edən tərəflərin qarşılıqlı iddialarının olması; 
4)
 
tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi; 
5)
 
mübahisənin yaranması anının müəyyən edilməsi. 
Mübahisə 
«situasiya»dan
 fərqləndirilməlidir. Doğrudur, çox 
zaman bu iki termin bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 
1-ci  maddəsinin  1-ci  bəndini,  habelə 
Beynəlxalq  sülhə  və  təhlükəsizliyə 
qorxu  yarada  bilən  mübahisə  və  situasiyaların  qarşısının  alınması  və 
aradan qaldırılması və BMT-nin bu sahədə rolu haqqında Bəyannaməni
 
göstərmək olar. Situasiya dövlətlərin maraqlarının toqquşması nəticəsində 
gərginliyin  yaranmasıdır,  lakin  bu  zaman  tərəflər  bir-birinə  qarşı  iddialar 
irəli  sürmürlər. 
Situasiya  zamanı  sanki  tərəjlər  olmw\
  yəni  qarşılıqlı 
iddialar yoxdur. Belə demək olar ki, hər bir mübahisə situasiyadır, lakin heç 
də  hər  bir  situasiya  mübahisə  deyildir.  Mübahisə  və  situasiyanın 
fərqləndirilməsi  nəzəri  məsələ  deyildir;  bunun  olduqca  mühüm  praktik 
əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü 
bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü 
qərar  qəbul  edilərkən  səsvermədə  iştirak  etməməlidir.  Bu  müddəa 
situasiyalara şamil olunmur. BMT Nizamnaməsinin 36-cı maddəsinin 1-ci 
bəndinə əsasən. Təhlükəsizlik Şurası həm mübahisənin, həm də situasiyanın 
istənilən mərhələsində müvafiq nizamlama prosedur və ya metodlan tövsiyə 
edə bilər. 37-ci 
36 


və 38-ci maddələrə görə isə, 'ləhlükəsizlik Şurası tərəflərə situasiyanın yox, 
mübahisənin  həlli  şərtlərini  tövsiyə  edə  bilər.  Nəhayət,  BMT  Beynəlxalq 
Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər. 
Lakin istənilən halda, beynəlxalq mübahisələri dine yolla həll etmək 
prinsipi  həm  beynəlxalq  mübahisələrə,  həm  də  beynəlxalq  situasiyalara 
şamil olunur. 
Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu 
dövlətlərin aşağıdakı hüquq və öhdəliklərində öz ifadəsini tapır: 
1.
 
Dövlətlər öz mübahisələrini, onlann xarakterindən və mənşəyindən 
asılı  olmayaraq,  yalnız  və  yalnız  dinc  vasitələrlə  həll  etməlidirlər.  Lakin 
prinsipin  məzmunundan  belə  alınmır  ki,  dövlətlər  öz  beynəlxalq 
mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq hüquqda dövlətlərdən 
bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn tələb 
etdiyi budur ki, əgər dövlət öz mübahisəsini nİ7.amlamaq qəranna gəlibsə, 
bunu yalnız dinc yolla etməlidir. 
2.
 
Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hansı 
birini  seçmək  hüququna  malikdirlər.  Lakin  dövlətlər qabaqcadan  konkret 
beynəlxalq  müqavilədə  hər  hansı  nizamlama  vasitəsinə  razılaşa  bilərlər. 
Məsələn, 
Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyasında
 
mübahisələrin  nizamlanmasının  dörd  məcburi  proseduru  nəzərdə 
tutulmuşdur  ki,  bunlardan  hər  birini  iştirakçı  dövlət  Konvensiyanı 
imzalayarkən və ya ratifikasiya edərkən yazılı bəyanat vasitəsilə seçə bilər: 
1)  Dəniz  hüququ  üzrə  Beynəlxalq  tribunal;  2)  BMT-nin  Beynəlxalq 
Məhkəməsi;  3)  Konvensiyaya  VII  Əlavəyə  müvafiq  olaraq  yaradılan 
arbitraj və 4) Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi 
arbitraj. 
3.
 
Dövlətlər  öz  aralarında  olan  mübahisəni  həll  olunmaq  üçün  hər 
hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma 
beynəlxalq  sülhə  və  təhlükəsizliyə  qorxu  yarada  bilən  mübahisələrə  aid 
deyildir. 
4.
 
Dövlətlər  aralarında  olan  mübahisənin  kəskinləşməsinə  səbəb  ola 
bilən hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, 
beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada 
37 


bilon, habelo mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən 
hərəkətlər qadağan olunur. 
5.
 
Dövlətlər  öz  mübahisələrini  beynəlxalq  hüquq  və  ədalət əsasında 
həll etməlidirlər. 
6.
 
Sərhədlərin pozulmazlığı prinsipi 
Sərhədlərin  pozulmazlığı  prinsipi  güc  tətbiq  etməmək  və  ya  güclə 
hədələməmək prinsipi və suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. 
Helsinki  Yekun  aktında  o,  müstəqil  prinsip  kimi  təsbit  olunmuşdur. 
Sərhədlərin  pozulmazlığı  prinsipi  digər  regionlarda  -  Afrika  və  Cənubi 
Amerikada da imperativ norma kimi tanınmışdır. Dövlətin razılığı olmadan 
onun  sərhədləri  heç  bir  halda  dəyişdirilə  bilməz.  Azərbaycan 
Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum 
vasitəsilə ifadə oluna bilər. 
Prinsipin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir: 
1)
 
mövcud  sərhədlər  beynəlxalq  hüquqa  müvafiq  olaraq  müəyyən 
olunmuş sayılır; 
2)
 
dövlət  başqa  bir  dövlətə  qarşı  hər  hansı  ərazi  iddiasından  imtina 
etməlidir; 
3)
 
dövlət  başqa  bir  dövlətin  sərhədlərinə  qarşı  istənilən  qəsdlərdən 
imtina etməlidir. 
7.
 
Ərazi bütövlüyü prinsipi 
Bu  prinsip  BMT  Nizamnaməsinin  2-ci  maddəsinin  4-cü  bəndində 
dolayı  yolla  əks  olunmuşdur.  Müstəqil  prinsip  kimi  o,  Helsinki  Yekun 
aktında  təsbit  olunmuşdur.  Göstərilən  prinsipin  başlıca  məzmunu  ondan 
ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər 
bir  dövlət  başqa  bir  dövlətin  ərazi  bütövlüyünün  pozulmasına  yönəlmiş 
hüquqa  zidd  hərəkətlərdən  çəkinməlidir.  Dövlətin  ərazisi  qanunsuz  güc 
tətbiqi nəticəsində 
38 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə