Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə110/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114

c)
 
XII  və  XIII  fəsillərin  şamil  olunduğu  ərazilərdən  başqa,  onların 
müvafiq  olaraq  məsuliyyət  daşıdıqlan  bütün  ərazilərdə  iqtisadi,  sosial  və 
təhsil  şəraitinə  aid  olan  statistik  və  digər  texniki  xarakterli  məlumatı, 
təhlükəsizlik və konstitusiya baxımından zəruri olan məhdudiyyətlər nəzərə 
alınmaqla, müntəzəm olaraq məlumat üçün Baş Katibə versinlər. 
Maddə 74 
Birləşmiş  Millətlərin  Üzvləri  habelə  razılaşırlar  ki,  onların  bu 
Nizamnamənin  şamil  olunduğu  ərazilərə  aid  siyasəti,  sosial,  iqtisadi  və 
ticarət məsələlərində dünyanın qalan hissəsinin maraqları və əmin-amanlığı 
lazımi  ölçüdə  nəzərə  alınmaqla,  metropoliyalara  münasibətdə  heç  də  az 
olmayaraq mehriban qonşuluq ümumi prinsipinə söykənməlidir. 
XII FƏSİL 
BEYNƏLXALQ QƏYYUMLUQ SİSTEMİ 
Maddə 75 
Birləşmiş  Millətlər  Təşkilatı  öz  rəhbərliyi  altında  beynəlxalq 
qəyyumluq  sistemi  yaradır;  beynəlxalq  qəyyumluq  sistemi  sonrakı  fərdi 
sazişlər  əsasında  bu  sistemə  daxil  edilə  biləcək  əraziləri  idarə  etmək  və 
onları nəzarətdə saxlamaq üçün yaradılır. Bu ərazilər bundan sonra «qəy- 
yumluq altında olan orazilor» adlanacaqdır. 
Maddə 76 
Qəyyumluq  sisteminin  əsas  məqsədləri,  bu  Nizamnamənin  1-ci 
maddəsində təsbit olunmuş Birləşmiş Millotlər Təşkilatının Məqsədlərinə 
uyğun olaraq, aşağıdakılardan ibarətdir: 
a)
 
beynəlxalq sülhü və təhlükəsizliyi möhkəmləndirmək
b)
 
qəyyumluq altında olan ərazilərin əhalisinin siyasi, iqtisadi, sosial 
tərəqqisinə və təhsil sahəsində tərəqqisinə və onlann, bunun hər bir əraziyə 
və  onun  xalqlanna  xas  olan  spesifik  hallara  və  bu  xalqların  sərbəst  ifadə 
olunmuş  arzularına  münasib  olduğu  dərəcədə  və  hər  bir  qəyyumluq 
sazişinin  şərtləri  ilə  nəzərdə  tutulduğu  qaydada,  özünüidarəyə  və  ya 
müstəqilliyə doğru tədricən inkişafına dəstək vermək
337 


c)
 
irqino, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan 
bütün  insanlann  əsas  hüquq  və  azadlıqlanna  hörmət  edilməsini 
həvəsləndirmək  və  dünya  xalqlannin  qarşılıqlı  asılılığının  tanınmasını 
həvəsləndirmək və 
d)
 
Birləşmiş Millətlər Təşkilatının bütün Ü/vlərinə və onlann vətən- 
daşlanna sosial, iqtisadi və ticarət məsələlərində bərabər rəftar təmin etmək 
və  vətəndaşlara  habelə,  yuxanda  göstərilmiş  məqsədlərə  nail  olunmasına 
xələl  gətirmədən  və  80-ci  maddənin  göstərişlərini  nəzərə  almaqla,  ədalət 
mühakiməsinin həyala keçirilməsində bərabər rəftar təmin etmək. 
Maddə 77 
1.
 
Qəyyumluq  sistemi,  qəyyumluq  haqqında  sazişlər  vasitəsilə  bu 
sistemə daxil edilə bilən ərazilərin aşağıdakı kateqoriyalanna şamil olunur: 
a)
 
hazırda mandat altında olan ərazilər
b)
 
İkinci  Dünya  müharibəsinin  nəticəsində  düşmən  dövlətlərdən 
qoparıla bilən ərazilər və 
c)
 
idarə  edilməsinə  görə  məsuliyyət  daşıyan  dövlətlərin  könüllü 
olaraq bu sistemə daxil etdiyi ərazilər. 
2.
 
Yuxarıda  sadalanmış  kateqoriyalardan  hansılannın  və  hansı 
şərtlərlə  qəyyumluq  sisteminə  daxil  edilməsi  sonrakı  sazişlərin  predmeti 
olacaqdır. 
Maddə 78 
Qəyyumluq sistemi Birləşmiş Millətlərin Üzvləri olmuş, aralann- dakı 
münasibətlər  suveren  bərabərlik  prinsipinə  hörmət  üzərində  qurulan 
ərazilərə şamil edilmir. 
Maddə 79 
Qəyyumluq  sisteminə  daxil  edilməli  olan  hər  bir  ərazi  üçün 
qəyyumluq şərtləri, bütün dəyişiklik və ya əlavələr daxil olmaqla, birbaşa 
maraqlı olan dövlətlər, o cümlədən Təşkilatın Üzvlərindən birinin mandatı 
altında  olan  ərazilərə  aid  olduqda  mandalari  tərəfindən  razılaşdırılır  və 
83-cü və 85-ci maddələrdə nəzərdə tutulduğu kimi təsdiq edilir. 
Maddə 80 
1.  77-ci,  79-cu  və  81-ci  maddələrə  uyğun  olaraq  bağlanmış,  hər  bir 
ərazini  qəyyumluq  sisteminə  daxil  edən  qəyyumluq  haqqında  fərdi 
sazişlərdə  razılaşdırılan  hallardan  başqa  və  bu  sazişlərin  bağlanmasına 
qədər, 
338 


bu Fəsildo heç no öz-özlüyündə hansısa dövlətin və ya hansısa xalqın hər 
hansı  hüquqlannın  və  ya  Təşkilatın  Üzvlərinin  müvafiq  olaraq  iştirakçısı 
olduqları  mövcud  beynəlxalq  müqavilələrin  şərtlərinin  hər  hansı  qaydada 
dəyişilməsi kimi təfsir edilə bilməz. 
2.  Bu  maddənin  1-ci  bəndi,  mandat  altında  olan  və  digər  ərazilərin 
77-ci maddədə nəzərdə tutulduğu kimi qəyyumluq sisteminə daxil edilməsi 
barədə  sazişlərin  bağlanması  ilə  əlaqədar  danışıqlann  və  sazişlərin 
bağlanmasının  yubadılması  və  ya  təxirə  salınması  üçün  əsas  kimi  təfsir 
oluna bilməz. 
Maddə 81 
Qəyyumluq  haqqında  sazişlər  hər  bir  halda  qəyyumluq  altında  olan 
ərazinin  hansı  şərtlər  əsasında  idarə  olunacağını  və  həmin  ərazi  üzərində 
idarəetməni həyata keçirəcək hakimiyyəti müəyyən etməlidir. Bundan sonra 
«idarə edən hakimiyyət» adlanacaq bu hakimiyyət bir və ya bir neçə dövlət, 
yaxud Təşkilat özü ola bilər. 
Maddə 82 
Qəyyumluq haqqında istənilən sazişdə, həmin sazişin şamil olunduğu 
qəyyumluq altında olan ərazinin bir hissəsini və ya hamısını əhatə edə bilən 
strateji  zona  və  ya  zonalar  müəyyən  oluna  bilər;  bu,  43-cü  maddənin 
əsasında  bağlanmış  hər  hansı  xüsusi  saziş  və  ya  sazişlərə  xələl 
gətirməməlidir. 
Maddə 83 
1.
 
Birləşmiş  Millətlərin  strateji  zonalara  aid  bütün  funksiyaları,  o 
cümlədən  qəyyumluq  haqqında  sazişlərin  şərtlərinin  və  onlara  edilən 
dəyişiklik və ya əlavələrin təsdiq edilməsi, Təhlükəsizlik Şurası tərəfindən 
həyata keçirilir. 
2.
 
76-cı  maddədə  göstərilmiş  əsas  məqsədlər  strateji  zonalardan  hər 
birinin xalqına şamil olunur. 
3.
 
Təhlükəsizlik Şurası, qəyyumluq haqqında sazişlərin müddəalarını 
nəzərə almaqla və təhlükəsizlik mülahizələrinə xələl gətirmədən, Birləşmiş 
Millətlər Təşkilatının qəyyumluq sistemi ilə bağlı strateji zonalarda siyasi, 
iqtisadi,  sosial  və  təhsil  mə.sələlərinə  aid  funksiyalarını  yerinə  yetirmək 
üçün Qəyyumluq Şurasının köməyindən istifadə edir. 
339 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə