Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə108/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

VIII
 
FƏSİL 
REGİONAL SAZİŞLƏR 
Maddo 52 
1.
 
Bu  Nb^mnamənin  heç  bir  müddəası,  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün 
münasib olan məsələlərlə məşğul olmaq moqsədilə regional sazişlərin və ya 
orqanların  mövcud  olmasını  istisna  etmir,  o  şərtlə  ki,  bu  cür  saziş  və  ya 
orqanlar və onlann fəaliyyəti Birləşmiş Millətlərin Məqsəd və Prinsiplərinə 
uyğundur. 
2.
 
Birləşmiş Millətlərin bu cür sazişlər bağlamış və ya bu cür orqanlar 
təsis elmiş Üzvləri bütün səylərini sərf etməlidirlər ki, həmin sazişlərin və 
ya orqanların vasitəsilə yerli mübahisələrin, onlann Təhlükəsizlik Şurasına 
verilməsindən qabaq, dinc yolla həllinə nail olsunlar. 
3.
 
Təhlükəsizlik  Şurası  bu  cür  sazişlərin  və  ya  bu  cür  orqanlann 
vasitəsilə,  ya  maraqlı  dövlətlərin  təşəbbüsü,  ya  da  Şuranın  öz  təşəbbüsü 
əsasında, 
yerli 
mübahisələrin 
dinc 
yolla 
həllinin 
inkişafinı 
həvəsləndirməlidir. 
4.
 
Bu maddə 34 və 35-ci maddələrin tətbiqinə heç cür xələl gətirmir. 
Maddə 53 
1.
 
Təhlükəsizlik Şurası, münasib olan yerdə, bu cür regional saziş və 
orqanlardan öz rəhbərliyi altında məcburiyyət tədbirləri üçün istifadə edir. 
Lakin  Təhlükəsizlik  Şurasının  vəkaləli  olmadan  həmin  regional  sazişlər 
əsasında  və  ya  regional  orqanlar  tərəfindən  heç  bir  məcburiyyət  tədbiri 
görülə  bilməz;  lakin  bu  maddənin  2-ci  bəndindəki  kimi  başa  düşülən 
düşmən  dövlətdən  hər  hansı  birinin  əleyhinə  107-ci  maddədə  və  ya  hər 
hansı belə bir dövlət tərəfindən təcavüzkar siyasətin yenidən başlanmasına 
qarşı yönəlmiş regional sazişlərdə nəzərdə tutulmuş və Təşkilatın üzərinə, 
maraqlı Hökumətlərin xahişi ilə, belə bir dövlət tərəfindən yeni təcavüzün 
qarşısını almaq üçün məsuliyyət qoyulan vaxta qədər görülə bilən tədbirlər 
burada istisna olunur. 
2.
 
Bu  maddənin  1-ci  bəndində  istifadə  olunmuş  «düşmən  dövlət>> 
termini,  bu  Nizamnaməni  imzalamış  dövlətlərdən  hər  hansı  birinə  qarşı 
İkinci Dünya müharibəsi zamanı düşmən olmuş hər bir dövlətə tətbiq edilir. 
Maddə 54 
Təhlükəsizlik  Şurasına  hər  bir  zaman  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin qorunub saxlanması üçün regional sazişlər əsasında və ya re 
331 


gional orqanlar torəfmdon görülən vo ya planlaşdırılan tədbirlər barəsində 
tam məlumat verilməlidir. 
IX
 
FƏSİL 
BEYNƏLXALQ İQTİSADİ VƏ SOSİAL ƏMƏKDAŞLIQ 
Maddə 55 
Millətlər  arasında,  xalqlann  hüquq  bərabərliyi  və  öz  müqəddəratını 
ləyin etməsi prinsipinə hörmət əsasında sülh və dostluq münasibətləri üçün 
zəruri  olan  sabitlik  vo  əmin-amanlıq  şəraitini  yaratmaq  məqsədilə, 
Birləşmiş Millətlər
a)
 
həyat  səviyyəsinin  artınimasına,  əhalinin  tam  məşğulluğuna, 
iqtisadi və sosial tərəqqi vo inkişaf şəraitinə
b)
 
iqtisadi,  sosial,  səhiyyə  və  yanaşı  sahələrdə  beynəlxalq 
problemlərin  həllinə;  mədəniyyət  və  təhsil  sahələrində  beynəlxalq 
əməkdaşlığa və 
e)
 
irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan 
bütün insanlann əsas hüquq vo azadlıqlanna hamılıqla hörmət edilməsinə və 
riayət edilməsinə dəstək verirlər. 
Maddə 56 
Təşkilatın  bütün  Üzvləri  öz  üzərlərinə  öhdəlik  götürürlər  ki,  55-ci 
maddədə göstərilmiş məqsədlərə nail olmaq üçün Təşkilatla əməkdaşlıqda 
birgə və müstəqil hərəkət etsinlər. 
Maddə 57 
1.
 
Dövlotlərarası  sazişlər  əsasında  yaradılmış  və  üzərlərinə,  onların 
təsis  aktlannda  müəyyən  olunduğu  kimi,  iqtisadi,  sosial,  mədəni,  təhsil, 
səhiyyə  və  yanaşı  sahələrdə  geniş  beynəlxalq  məsuliyyət  qoyulmuş 
müxtəlif  ixtisaslaşmış  təsisatlar  63-cü  maddəyə  uyğun  olaraq  Birləşmiş 
Millətlərlə əlaqəyə gətirilir. 
2.
 
Birləşmiş  Millətlərlə  bu  cür  əlaqəyə  gətirilmiş  belə  təsisatlar 
bundan sonra «ixtisaslaşmış təsisatlar» adlanacaqdır. 
Maddo 58 
Təşkilat  ixtisaslaşmış  təsisatlann  siyasətini  və  fəaliyyətini 
əlaqələndirmək üçün tövsiyələr edir. 
332 


Maddə 59 
Təşkilat,  əgər  buna  lüzum  varsa,  55-ci  maddədə  göstərilmiş 
məqsədlərin  həyata  keçirilməsi  üçün  tələb  olunan  hər  hansı  yeni 
ixtisaslaşmış  təsisatlann  yaradılması  barədə  maraqlı  dövlətlər  arasında 
danışıq- lann başlanmasına təşəbbüs edir. 
Maddə 60 
Təşkilatın  bu  fəsildə  göstərilmiş  funksiyalannm  icrasına  görə 
məsuliyyət Baş Məclisin və onun rəhbərliyi altında, bu məqsədlə X fəsildə 
göstərilmiş  səlahiyyətlərə  malik  olan  İqtisadi  vo  Sosial  Şuranın  üzərinə 
qoyulur, 
X
 
FƏSİL 
İQTİSADİ VƏ SOSİAL ŞURA 
Tərkibi 
Maddə 61 
1.
 
İqtisadi və Sosial Şura Birləşmiş Millətlərin Baş Məclis tərəfindən 
seçilən əlli dörd Üzvündən ibarətdir. 
2.
 
3-cü  hissənin  müddəalarını  nəzərə  almaqla,  İqtisadi  vo  Sosial 
Şuranın on səkkiz üzvü hər il üç il müddətinə seçilir. Şuranın üzvlüyündən 
çıxan dövlətin dərhal yenidən seçilmək hüququ vardır. 
3.
 
İqtisadi və Sosial Şuranın üzvlərinin sayı iyirmi yeddidən əlli dördə 
artdıqdan sonra keçirilən ilk seçkidə, səlahiyyət müddəti həmin ilin axırında 
bitən doqquz üzvün yerinə seçilən üzvlərə əlavə olaraq, daha iyirmi yeddi 
üzv  seçilir.  Həmin  əlavə  iyirmi  yeddi  üzvdən  bu  yolla  seçilmiş  doqquz 
üzvün səlahiyyət müddəti, Baş Məclisin qərarına müvafiq olaraq, bir ildən 
sonra, daha doqquz üzvün səlahiyyət müddəti isə iki ildən sonra bitir. 
4.
 
İqtisadi və Sosial Şuranın hər bir üzvünün bir nümayəndəsi olur. 
Funksiyaları və səlahiyyətləri 
Maddə 62 
1.  İqtisadi  və  Sosial  Şura  iqtisadi,  sosial,  mədəni,  təhsil,  səhiyyə  və 
yanaşı  sahələrdə  beynəlxalq  məsələlərə  aid  tədqiqatlar  və  məruzələr  edə 
bilər 
333 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə