Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

də  akad.  V.İ.Vernadski  haqlı  olaraq  biosferin  əhatəsinə  müasir 
canlıların  mövcud  olduğu  sahələrlə  kifayətlənməyib,  Yerin 
keçmiş  dövrlərində  canlı  aləmi  olan  sahələri  də  daxil  etmişdir. 
Başqa sözlə desək, biosfer mövcud canlıların yayıldığı ərazilərlə 
yanaşı, palentoloji qalıq əldə edilən yerləri də nəzərdə tutur. 
Beləliklə, biosfer dedikdə, planetdə canlı aləmin yaşaması 
mümkün olan su, hava və quru (torpaq) mühiti başa düşülür. 
Əslində Yer kürəsinin hər  yeri,  canlı aləmin  hamısı  üçün 
əlverişli deyildir. Məs.qütblərdə, 
yüksək dağ 
zirvələrində  bitkilərə  rast  gəlinmir.  Çox  vaxt  bu  yerlərdə  adi 
canlılara təsadüf olunur. Lakin onlar həmin ərazilərin müvəqqəti 
sakinləri sayılırlar. Məs. köçəri quşlar. V.İ.Vernadski bu ərazilərə 
parabiosfer adı verilmişdir. 
J Fiziki xüsusiyyətləri ilə bir-birindən kəskin dərəcədə 
fərqlənən üç mühüm təbəqə biosferin əsasını təşkil edir. 
1.
 
Litosfer - mühit kimi dərk edilməklə, yer səthinin üst təbəqəsi 
və yaxud da yer qabığının bərk hissəsindən ibarətdir. 
2.
 
Hidrosfer  -  yer  kürəsinin  su  ilə  əhatə  olunan  sahəsi. 
Hidrosferin  əsasını,  planetin  7/10  hissələrinə  bərabər  olan 
Dünya okeanı təşkil edir. 
3.
 
Atmosfer  -  Yer  kürəsinin,  o  cümlədən  biosferin  əvvəlki  iki 
təbəqəsi də daxil olmaqla, onu hər tərəfdən idarə edən hava 
qatıdır. 
Qeyd  etmək  lazımdır  ki,  ekologiya  elminə  aid  əsərlərdə 
«ekosfer»  sözünə  çox  rast  gəlinir.  Ekosfer  dedikdə  biosferin 
tərkib  hissəsi  sayılan  və  parabiosfer  sisteminə  daxil  olan 
atmosferlə litosferin yuxarı qatları nəzərdə tutulur. 
Atmosferə  nisbətən  biosferin  həyat  üçün  yararlı  təbəqəsi 
çox nazik dir. Bununla belə həmin nazik təbəqə, təbiətdə mövcud 
olan  canlı,  üzvü  və  qeyri-üzvü  maddələrin  milyon  illərdən  bəri 
yaşama və dövretmə sahəsidir. Məhz planetin müasir görkəmi üç 
milyard il əvvəl yaranan ilkin 
99 


canlı  varlığın  bu  günə  qədər  təbii  idarə  olunan  nəhəng  bioloji, 
fıziki-kimyəvi proseslərin sayəsində formalaşmışdır. 
Ehtimal  olunur  ki,  biosferdə  əmələ  gələn  əsaslı  təkamül 
prosesləri üçüncü dövrün başlanğıcında, yəni 600 milyon il qabaq 
baş  vermişdir.  Materiklərdə  canlı  məxluqun  bəsit  formalarının 
yayılması  da  bu  dövrə  aid  edilir.  Maraqlıdır  ki,  biosferin  əsaslı 
təkamülünə 350 milyon il qabaq devon dövründə yaranan çılpaq 
toxumlu  və  yura  dövrünün  axırlarına  (100  milyon  il)  təsadüf 
edilən  çiçəkli  və  yaxud  da  örtülütoxumlu  bitkilər  güclü  təsir 
etmişdir. 
Müasir  biosfer  uzun  sürən  təkamül  sayəsində  -  kosmos, 
geofiziki  və  geokimyəvi  amillərin  qarşılıqlı  əlaqələrinin 
nəticəsində  formalaşmışdır.  Lakin  biosferin  bərqərar  olmasının 
əsas amili bioloji təməldir. Əgər günəş enerjisindən istifadə edib 
karbon qazını mənimsəyə bilən ilkin fotosintetik hüceyrələr, bəsit 
bitkilər  olmasaydı,  çox  güman  ki,  müasir  biosfer  də  olmazdı. 
Deməli biosferdə enerji mənbəyi oksigen mənşəli günəş enerjisini 
biokimyəvi  enerjiyə  çevirən  fotosintezdir.  Günəş  enerjisi,  su, 
karbon qazı və məlum mineral maddələrin (azot, fosfor, silisium. 
kalsium  və  s.)  mövcud  olduğu  şəraitdə  xlorofıll  və  başqa 
piqmetlərlə təchiz olunan varhq fotosintez prosesinin icraçılarıdır. 
Təbiətdə üzvi maddə yaradan bitki aləmi çoxlarına bəllidir. 
3.2.
 
Ekoloji sistemlər 
Maddələrin  dövranı  baş  verən,  üzvi  və  qeyri-üzvi 
komponentlərin birliyi olan ərazilər ekosistem adlanır. Bu termin 
1935-ci  ildə  yuxarıda  qeyd  olunduğu  kimi  A.Tensli  tərəfindən 
elmə  daxil  etmişdir.  O  qeyd  edirdi  ki,  belə  halda  qeyri-üzvi  və 
üzvi amillər eyni hüquqlu komponent kimi təzahür edirlər və biz 
orqanizmləri konkret onları əhatə edən mühitdən ayıra bilmərik. 
A.Tensli  ekosistemə  Yer  üzərindəki  təbiətin  əsas  vahidi  kimi 
baxırdı, baxmayaraq ki, 
100 


 
Şəkil 8. Tensli ekosistemə biotop və biosenozun tam 
vabidi kimi baxır 
 
10] 


onlar  müəyyən  həcmə  malik  deyillər  və  böyük  ərazilərdəki 
sahələri əhatə edə bilirlər. 
Ekosistemdə maddələr dövranının idarə olunması təmin 
etmək üçün mənimsənilən formada qeyri-üzvi molekul ehtiyatının 
olması  və  üç  qrup  funksiyaca  müxtəlif  ekoloji  orqanizm 
qruplarının:  produsentlər,  konsumentlər  və  redusentlərin  olması 
lazımdır. 
Belə də ifadə etmək olar ki, biosferdə maddələr mübadiləsi gedən 
üzvi və qeyri-üzvi komponentlərin istənilən məcmusu ekosistem 
adlanır (şəkil 8). 
Ekoloji  sistem  (ekosistem)  canlılar  aləmini  əhatə  edən 
müvafiq  fiziki-kimyəvi  mühitlə  onların  qarşılıqlı  əlaqəsinin 
vəhdətidir. 1935-ci ildə A.Tensli ekosistemi aşağıdakı sxem üzrə 
dərk etməyi təklif edir. 
Ekosistem = Bitop+Biosenoz Biomon - oxşar 
mühitə alışan canlı orqanizmlərin quru və su hövzələrinin 
müəyyən ərazisində yaşaması, yaxud da yaşayış yeri deməkdir. 
Beosenoz  -  eyni  biotopda  məskən  salan  orqanizmlərin 
vəhdətidir  (bitkilər,  mikroblar,  heyvanlar).  Ekosistenin  əsasını 
təşkil  edən  biosenozla  biotop  bir-birinə  həm  ümumi  enerji 
mübadiləsinə  görə,  həm  də  onları  təşkil  edən  ayrı-ayrı  fərdlərin 
qarşılıqlı münasibəti üzrə təsir göstərirlər (şəkil 9). 
«Ekosistem»  anlayışı  «biotop»  anlayışından  ayrılmaz 
surətdə bağlıdır. Biotop şəraiti yekcins olan müxtəlif ölçülü və ya 
həcmli coğrafi rayondur. Biotop və ya ekotor eyni relyef, iqlim, 
torpaq və digər abiotik amillərə malik olan su hövzəsində və ya 
quruda  müəyyən  biosenozun  məskən  saldığı  sahədir.  Aşağıdakı 
biotoplar  ayrılır:  Polipedor,  yəni  torpaq  su  dibi  məskəni; 
Klimator,  yəni  fitosenozun  yerüstü  hissəsi  məskəni.  Bunlardan 
asılı  olmayaraq  müxtəlif  mikro  populyasiyalar  məskən  salan 
mikrotoplar da ayrılır. Biotor bəzən üzvi təbiətli ola bilər. 
102 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə