Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

134
• 
Biosferə mənfi təsir göstərən antropogen amillər;
• 
Elmi-texniki tərəqqinin canlılar aləminə təsiri;
• 
Təbiət hadisələrinin biosferə təsiri;
• 
Biosferin qorunmasının əsas strategiyası;
• 
Regional ekoloji problemlərin qarşısının alınması.
Müzakirə  zamanı  əyani  vəsaitlərə,  şəkillərə,  elektron  təqdimatlara  istinad  oluna 
bilər. Tədqiqat məqsədilə B1 blokundakı və F blokundakı tapşırıqlara əsaslanmaq olar. 
Standartın tələbi çərçivəsində tapşırıqlar  hazırlamaqda sərbəstsiniz.
Özünümaarifləndirmə  məqsədilə  Azərbaycan  Respublikasının  qoşulduğu  bey-
nəlxalq konvensiyalar haqqında məlumatı aşağıdakı linkdən istifadə etməklə əldə edə 
bilərsiniz: 
http://files.preslib.az/projects/azereco/az/eco_m4_7.pdf
Ümumiləşdirmə  və  nəticə  mərhələsində  tədqiqat  sualına  qayıdılmalıdır.  Bu  mər-
hələdə ekoloji tarazlığın pozulmasının nəticələri və bu sahədə görülən tədbirləri sistem-
li əks etdirən slayd da təqdim oluna bilər. 
Qiymətləndirmə meyarları: 
• 
dəyərləndirmə
• 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Ekoloji problemlərin 
qlobal xarakterini 
dəyərləndirməkdə 
çətinlik çəkir.
Ekoloji problemləri  
sadalayır, qlobal 
xarakterini dəyər-
ləndirməkdə çətinlik 
çəkir.
Ekoloji problemlə-
rin qlobal xarak-
terini müəllimin 
sualları əsasında 
dəyərləndirir.
Ekoloji problemlə-
rin qlobal xarakteri-
ni müxtəlif faktlara 
əsasən  dəyərlən-
dirir.
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


135
 35.  Qlobal ekoloji problemlər
Alt standart: 
4.2.2.  Regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
Müasir  dövrün  qlobal  ekoloji  problemlərini  regional  problemlərlə  əlaqələndirir, 
referat və təqdimatlar hazırlayır.
Motivasiyanı  yaratmaq  məqsədilə  şagirdlərə  müxtəlif  şəkillər  nümayiş  etdirmək 
olar.  Şəkillərdə  ekoloji  problemlər  əks  olunur  (torpağın  zibillə  çirklənməsi,  Xəzərin 
neftlə çirklənməsi, meşə yanğını, ozon qatının deşilməsi, səhralaşma və s.). 
• 
Bu problemlər hansını regional ekoloji problem adlandırmaq olar? Niyə? 
• 
Nə üçün digərlərini bu qrupa aid etmədiniz?
• 
Xəzər dənizində neft-qaz hasilatının aparılması, dəniz nəqliyyatı, məişət-sənaye 
tullantıları onun həddən artıq çirklənməsinə səbəb olmuşdur. Ölkənin hansı sahilboyu 
ərazilərində  ekoloji  vəziyyət  daha  gərgindir?  (Dənizdə  ən  çox  çirklənmiş  areal  Bakı 
buxtasıdır. Burada suyun çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yer-
lərdə isə dib faunasının yox olmasına gətirib çıxarır.)
• 
Motivasiyanı  yönəldici  suallardan  istifadə  edərək  klaster  qurmaqla  da  yarada 
bilərsiniz:
Respub-
likamızın əsas 
ekoloji 
problemləri
Yönəldici suallar: 
Respublikamızın əsas ekoloji problemləri hansılardır? 
Bu problemlər daha çox hansı regionlardadır?
Problemlərin qarşısını hansı yollarla almaq olar?
Tədqiqat sualı: 
Tədqiqat “Müasir dövrdə hansı qlobal problemlər var? Onlar öz həllini necə tapa 
bilər?” sualı ətrafında aparılmalıdır. Şagirdlərin cavablarının lövhədə və yaxud flipçart-
da qeyd olunması məqsədəuyğundur. 
  LAYİHƏ


136
Şagirdlərin fikirləri dinlənildikdən sonra C blokundakı mətnin fasiləli oxu üsulun-
dan  istifadə  olunmaqla  oxunması  və  müzakirəsi  təşkil  olunmalıdır.  Müzakirə  zamanı 
əyani vəsaitlərə, şəkillərə, elektron təqdimatlara (“Yaşıl paket” CD disk) istinad oluna 
bilər. 
https://www.youtube.com/watch?v=jhiejbJZH2Y
https://www.youtube.com/watch?v=ekso09TdXjI
Tədqiqat məqsədilə B blokundakı tapşırıq ayrı-ayrı cütlərdə və yaxud kollektivdə 
müzakirə oluna bilər. Şagirdlər öz fikirlərini faktlar əsasında izah edə bilərlər. 
Tədqiqat mərhələsinin əvvəlində şagirdlər dərslikdəki mətni oxumalıdırlar.  Bunun 
üçün “Açar sözlərin tapılması” strategiyasından istifadə etmək olar. Şagirdlər öyrənilə-
cək mətni oxuyarkən onun mənasını açan, öyrənməyə kömək edən sözü və ya cümlələ-
ri taparaq dəftərlərində qeyd edirlər. Beləliklə, qeyd olunmuş açar sözlər və mahiyyət 
daşıyan cümlələr mətni qavramaqda şagirdə kömək edir. 
Qruplarda karusel üsulundan istifadə etməklə aşağıdakı tapşırıqların həllinə nail ol-
maq mümkündür:
• 
Ekoloji böhran vəziyyətinin yaranması Yerdə biomüxtəlifliyin mövcud olmasına 
və  insanların  sağlamlığına  ciddi  təsir  göstərir.  Onların  qarşısını  hansı  yollarla  almaq 
olar?
• 
Dünyanın hansı regionları və ölkələri səhralaşmaya daha çox məruz qalır?
• 
Qlobal səviyyədə ekoloji problemlərə meşələrin qırılması, torpaqların pozulması, 
səhralaşma,  ozon  qatının  seyrəlməsi  aiddir.  Onların  yaranmasına  hansı  təsərrüfat 
sahələri təsir göstərir?
QEYD:
 Şagirdlər bu mövzuları Coğrafiya fənninin tədrisindən bildikləri üçün bu 
istiqamətdə tapşırıqlar verilmişdir.
Qiymətləndirmə meyarı: 
• 
əlaqələndirmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Müasir dövrün qlobal 
ekoloji problemlərini 
regional problemlərlə 
əlaqələndirməkdə 
çətinlik çəkir.
Müasir dövrün 
qlobal ekoloji prob-
lemlərini regional 
problemlərlə qismən 
əlaqələndirir. 
Müasir dövrün 
qlobal ekoloji prob-
lemlərini regional 
problemlərlə əsasən 
əlaqələndirir. 
Müasir dövrün 
qlobal ekoloji prob-
lemlərini regional 
problemlərlə düz-
gün əlaqələndirir. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə