Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə17/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

E L E K T R O N   B İ Z N E S  
dayandırması ilə kəsilir. Hərracın bu növü böyük miqdarda eyni 
məhsul, məsələn, kənd təsərrüfatı məhsulları satışı üçün tətbiq 
edilir. Alıcı hərracı dayandıraraq münasib bildiyi qiymətlə həmin 
məhsuldan lazım bildiyi qədər satın alır. Bundan sonra hərrac bu 
qiymətdən başlayaraq davam etdirilir. Beləliklə, məhsulun qalan 
hissəsi  daha  ucuz  satılır.  Bu  halda  iştirakçı-alıcı  düşünür  ki, 
geciksə, ona mal çatmaya bilər. 
Auditoriyanın  xüsusiyyətini  nəzərə  alaraq,  düşünmək  olar  ki, 
aşağıdakı üfqi bazarlarda hərrac ticarəti stabil inkişaf edəcəkdir: 
l.Kompüter  malları.  Bu  malların  bütün  potensial  istehlakçıları 
İnternetdə  aktiv  fəaliyyət  göstərirlər.  Yeni  məhsullar  üçün  hərrac 
tələbi  qiymətləndirməkdən  və  optimal  bazar  qiyməti  müəyyən 
etməkdən ötrü alət kimi çıxış edə bilər. 
Z.Bazar  üçün  yen!  olan  yüksək  texnologiyalı  məhsullar.  İnternet 
auditoriyası, bir qayda olaraq, yeni texnika və texnologiyalara meylli 
olur. 
3.
 
Yaxın  keçmişdəki  satış  liderləri.  Bunların  yeni  liderlər  tərəfindən 
sıxışdırılmasından  sonra  malın  anbarlarda  yığılıb  qalmasından 
müvəffəqiyyətlə yaxa qurtarmaq üçün imkan vardır. Bu istiqamət 
xüsusən  iti  sürətlə  dəyişən  kompüter  və  telekommunikasiya 
texnologiyaları bazarı üçün xarakterikdir. 
Bundan  əlavə,  qeyd  edək  ki,  ənənəvi  hərraclar  bir  sıra  qüsurlu, 
tələbata uyğun olmayan köhnə malların satışı üçün keçirilir. 
6 5  


E L E K T R O N   B İ Z N E S  
ELEKTRON HƏRRACLARA NÜMUNƏLƏR 
ABŞ poladəritmə sənayesinə aid 3 iri şirkət - Weirton Steel, LTV Steel 
Со.  və  /?/ш/77/с5  metallurgiya  şirkətləri  polad  və  digər  metallurgiya 
məhsullarının  şaquli  bazarında  elektron  hərracların  keçirilməsinə  yönəlik 
MetalSite adlı informasiya serverinin ilk investorları olmuşlar. 
İlk mərhələdə satıcılar hər ay bu elektron hərraca 50 milyon dollar 
dəyərində mal çıxarırdılar. Hərraclar qapalı keçirilirdi, sifarişlərdə göstərilən 
qiymətlər barədə informasiya gizli saxlanırdı. Elektron hərrac mal ehtiyatları 
artıqlığını  ləğv  etmək  funksiyasını  icra  edirdi.  Bu  hərraclara,  bir  qayda 
olaraq, ən yüksək kateqoriyalara aid olmayan polad və digər metallurgiya 
məhsulu çıxarılırdı. 
İki illik uğurlu fəaliyyətdən sonra hərracın MetalSite adlı informasiya 
serveri öz iştirakçılarına sorğu kitablarının köməyi ilə bütün metal sortlarının 
onlayn  alqı-satqısını  gerçəkləşdirdi.  Onlayn  preyskurantında  böyük  mal 
partiyaları  üzrə  təcili  saziş  bağlayanlara  satıcılar  tərəfindən  güzəştli 
qiymətlər  təklif  edilirdi.  Bu  hərrac  serveri  əlavə  olaraq,  potensial 
partnyorlarla  saziş  bağlamaq  üçün  onlayn  danışıqları  (sövdələşmələri) 
aparmaq üzrə xidmət də göstərirdi. 
Az ixtisaslaşdırılmış bazara yönəlik elektron hərraca nümunə olaraq 
TradeOutcom göstərilə bilər. Bu hərraca artıqlıq edən avadanlıqlar çıxarılır. 
Rusiyada Ставка.ov (
www.stavka.ru
^i adlı elektron hərrac fəaliyyət 
göstərir. Bu hərraca qeydiyyata düşmək sadə, interfeys cəlbedicidir. Burada 
əsas mübarizə İlk növbədə İnternet və telekommunikasiya xidmətlərinin 
qiymətləri ətrafında baş verir. Digər nümunə kimi, mm.dostavka.ru adlı 
66 


E L E K T R O N   B İ Z N E S  
internet-mağazadakı hərrac göstərilə bilər. Bu hərracda arzu edən İxtiyari 
satıcı iştirak edə bilsə də, əsasən, mağazanın öz malları hərraca çıxarılır. Bu 
hərracda İlkin qiymət 1 dollar olsa da, satış qiyməti mağaza qiymətindən 
demək olar ki, fərqlənmir. 
6 7  


E L E K T R O N   B İ Z N E S  
 


E L E K T R O N   B İ Z N E S  
ELEKTRON
 BIRJALAR
 
Elektron birja informasion vasitəçiliyin daha mürəkkəb və 
mükəmməl formasıdır. Çünki birjalarda 
informasiya 
mübadiləsinin və sazişlərin dəstəklənməsi 
ilə yanaşı, 
iştirakçılara sazişin gerçəkləşməsi üçün zəmanət də verilir. Hal- hazırda həm 
sahəvi,  həm  də  sahələrarası  elektron  biıjalar  fəaliyyət  göstərir.  Elektron 
birjanın bütün iştirakçıları, bir qayda olaraq, ilkin seçimdən keçir. Elektron 
birjadakı  alver  adətən  anonim  olur.  Lakin  treyderlər  kiminlə  iş  qurmağı 
istəyib-  istəmədiklərini  göstərə  bilirlər.  Elektron 
birjanm 
imkanlarından 
İstifadə  satıcılar  üçün  ona  görə  cəlbedicidir  ki,  ayrı-ayrı  treyderlər  və 
brokerlərlə əlaqə yaratmaq zərurətindən azad edir. 
QEYD-. Bitjanın yaranması XIII-XV əsrlərə təsadüf edir. Biija ilk 
dəfe  Venesiyada,  Qenyuda,  Florensiyada,  Şampanldə,  Bryuqqedə 
veksel yarmarkalarında yaranmışdır. Bryuqqedə veksel sövdələşmələri 
meydançada həyata keçirilirdi. Sövdələşməyə əsil-nəcabəti olan bir ailə 
başçılıq edirdi. Meydançada biija keçirilən ev "van der Burse" adlanırdı və 
onun  qerbi  üzərinə  "üç  dəri  pul  kisəsi"  həkk  edilmişdi.  Tacirlərin 
toplaşdığı meydança "Borsa" (birja) adlanırdı, bu da "pul kisəsi" anlamını 
verir.  Həmin  yerdə,  indiki  zamanda  müasir  Belçikanın  ərazisində  XV 
əsrdə (1406-cı ildə) ilk birjanın əsası qoyulur. 
Birja (niderland dilində Beurs, alman dilində Börse, fransız dilində 
Bourse, italyan dilində Borsa, ispan dilində Bolsa, ingilis dilində Exchange 
anlamını verir) dedikdə birja 
6 9  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə