Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

E L E K T R O N
  B I Z N E S
 
saxladığı  öz  informasiya  serverinə  müraciət  iqtibasını  həmin  serverdə 
yerləşdirir. Hərracda iştirak etmək üçün malın sözlə təsviri və zəruri formal 
rəsmiləşdirmələr birbaşa informasiya serverində həyata keçirilir. Dünyanın 
istənilən ölkəsindən olan istənilən şirkət və ya ayrıca fərd öz məhsulunu 
vasitəsilə  sata  bilər.  Bununla  yanaşı,  hərracın  bütün  İştirakçıları,  həm 
alıcılar, həm də satıcılar hərracın qaydalarına riayət etməyə borcludur və 
qayda pozuntusuna görə maliyyə məsuliyyəti daşıyırlar. Bu o deməkdir ki, 
məsələn, əgər satıcı malı hərracdakı son qiymətə satmazsa, cərimələnir. 
Əgər  alıcı  hərracda  qazandığı  malın  haqqını  ödəməzsə,  cərimə  edilir  və 
növbəti  alqı-satqıya  buraxılmır.  Ayrı-ayrı  fərdlər  qeydiyyata  götürülərkən 
maliyyə zəmanəti olaraq kredit kartının rekvizitlərini göstərir. 
Kateqoriyalara  bölünmüş  kataloqlar  üzrə  satışa  çıxarılmış  mal  və 
xidmətlər  informasiya  serverinin  əsas  səhifələrində  təqdim  edilir. 
İstifadəçinin seçdiyi hər bir bölmədə ayrı-ayrı malların konkret siyahıları ilə, 
hər bir lot (Lot - dənizin dərinliyini ölçmək üçün cihaz və ya 12,8 qrama 
bərabər  çəki  ölçüsü)  daxilində  isə  malın  sözlə  təsiviri  ilə,  ilkin  və  cari 
qiymətləri ilə, hərracın sonuna qalan müddətlə tanış ola bilərlər. 
Bəzi  hərraclar  qoyulan  pullara  aid  dinamikanı  da  təqdim  edirlər. 
Qoyulan pul malı təqdim edən səhifədə qeydiyyata alınır. Pul qoymaq üçün 
əvvəlcə  qeydiyyata  düşmək  lazımdır.  Qeydiyyat  proseduru,  bir  qayda 
olaraq,  istifadəçinin  adının  (login)  və  elektron  poçtnun  ünvanının 
göstərilməsindən ibarətdir.  Bu  ünvana  avtomatik  olaraq  parol  göndərilir. 
Hərracda qeydiyyatdan keçdikdən sonra seçilmiş mala pul qoymaq olar. Pul 
qoymaq üçün iştirakçının adını, parolunu və 
6 1  


E L E K T R O N
  B I Z N E S
 
qoyduğu pul məbləğini daxil etmək üçün müvafiq sahələr (içliklər) olmalıdır. 
Pul qoyuluşu zamanı, adətən, öz kredit kartının rekvizitlərini daxil etmək 
tələb olunur. Bu rekvizitlər hər bir iştirakçı və elektron poçt ünvanı üçün bir 
dəfə daxil edilir. 
QEYl>.  Rekvizit  (latınca  requisitum)  sözü  bizim  dilimizə  latın 
dilindən  gəlmədir,  "tələb  edilən",  "lazım  olan"  anlamını  verir.  Rekvizit 
sözü çoxmənailıdır və harada istifadə edilməsindən asılı olaraq mənasını 
dəyişir. 
Qədim 
zamanlarda rekvizit kəlməsi küçələrdə təşkil 
edilmiş 
tamaşaların gedişi zamanı aktyorlara lazım olan butafor əşyalarını (səhnə 
ləvazimatı  hazırlayan  usta  butafor  adlanır)  işarə  etmək  üçün  istifadə 
olunurdu.  İndiki  zamanda  kino  çəkilən  meydançalarda  istifadə  edilən 
ləvazimatları da rekvizit adlandırırlar. 
Biznes  sahəsində  rekvizit  vacib  olan  sənədlərin  tərtib  olunması 
üçün  hazırlanmış  qanunlar  və  qaydalar  toplumu  kimi  başa  düşülür. 
Bəzən  isə  köhnə  sənəd  qüvvəsini  itirdikdə  onun  yerinə  yeni  sənəd 
hazırlandıqda həyata keçirilən əməliyyatı rekvizit adlandırırlar. Biznes ilə 
bağlı bəzi ədəbiyyatlarda rekvizit dedikdə sənədin rekviziti, fiziki və ya 
hüququ şəxsin rekviziti, fərdi təşəbbüskarın və ya fərdi şirkətin rekviziti, 
bankın,  dövlət  təşkilatının  rekviziti  başa  düşülür.  Məsələn,  dövlət 
müəssisəsi  olan  notariusun  rekviziti  onun  tam  adı,  hüququ  ünvanı, 
statusu, banka olan hesab nömrəsidir (bank rekvizitləri). 
Hərracın keçirilməsi müddəti (Hərracın sonuna qalan müddət ekranda daim 
göstərilir) başa çatdıqdan sonra hərraca 
6 2  


E L E K T R O N   B İ Z N E S  
yekun vurulur və qaydalara müvafiq olaraq qalib müəyyən edilir. Qalibin 
elektron  poçtuna  bildiriş,  malın  alınması  və  haqqının  ödənilməsi  barədə 
lazımi təlimatlar, hərrac iştirakçısı olan satıcının elektron ünvanına isə qalib 
gələn alıcı ilə kontakt yaradılması üçün lazım olan informasiya göndərilir. 
ELEKTRON HƏRRACLARIN TİPLƏRİ 
Elektron  biznes  modeli  olaraq  hərracın  əsas  xüsusiyyəti  yarışma 
tipində olmasıdır. Buna görə də tamamilə yeni istehlak keyfiyyətlərinə malik 
olan yeni, yüksək texnoloji məhsullar məhz hərraclarda satışa çıxarılır. Yeni 
məhsula  tələb  və  onun  gerçək  dəyəri  məhz  hərracda  təyin  edilir.  Bu 
baxımdan, hərrac marketinq aləti kimi çıxış edir. 
Bütün hərraclar 2 iri sinfə bölünür: 
1.
 
Pul qoyuluşlarının artması qaydası ilə aparılan hərraclar; 
2.
 
Pul qoyuluşlarının azalması qaydası ilə aparılan 
hərraclar. 
Hərracın  keçirilməsi  gedişində  alıcı  və  satıcıların  məlumatlılığı 
dərəcəsi və hərracın dayandırılması şərtləri üzrə hərraclar aşağıdakı təşkilat! 
növlərə bölünür: 
l.
 
Açq hərraclar. Burada bütün İştirakçılar (və müştərilər) həm 
pul  qoyuluşlarının  dinamikasını,  həm  də  cari  maksimal  pul 
qoyuluşunu görürlər. İştirakçılara heç bir məhdudiyyət qoyulmur 
(tədiyyə  qabiliyyəti  barədə  zəmanət  verməkdən  başqa). 
Sadəliyinə  baxmayaraq,  bu  tip  ən  baxımlı  və  ehtiraslı  hərrac 
variantıdır. 
6 3  


E L E K T R O N   B İ Z N E S  
2.
 
Mütləq hərraclar. Burada mala ehtiyatda saxlanmış və minimal 
qiymətlər qoymaq qadağandır. Mal alıcıya təklif edilən maksimal 
qiymətə satılır. 
3.
 
XÜSUSİ 
(qeyrhməcburi) 
hərraclar 
(sealted-bıd). 
Burada  pul  qoyuluşu  ciddi  məhdud  vaxt 
ərzində  qəbul  edilir  və  iştirakçı  digər  iştirakçıların  sayı,  pul 
qoyuluşlarının  ölçüsü  barədə  heç  bir  informasiya  ala  bilmir. 
İştirakçı  yalnız  1  məbləğ  qoya  bilir.  Razılaşdırılmış  müddətin 
sonunda qalib və ya qaliblər müəyyən edilir. 
4.Sakit hərraclar. Bu xüsusi hərracın bir növüdür. Burada iştirakçı 
pul  qoyuluşunun  kim  tərəfindən  edildiyini  bilməsə  də,  cari 
maksimal qoyuluşun nə qədər olduğunu bilir. Bəzən iştirakçının 
edə biləcəyi pul qoyuluşlarının sayına məhdudiyyət qoyula bilər. 
5.Minimal  qiymətli  hərradar.  Satıcı  hərraca  çıxardığı  mal  üçün 
minimal  qiymət  təyin  edir  və  alverə  bu  qiymətdən  başlayır. 
İştirakçı-alıcı da alverə minimal qiymətin ölçüsünü bilərək girişir. 
ö.Ehtiyatda saxianmış qiymətii hərradar. Minimal qiymətli hərracdan 
fərqli olaraq bu hərracın iştirakçıları minimal qiymətin olduğunu 
bilirlər,  lakin  həmin  qiymətin  ölçüsünü  bilmirlər.  Əgər  alver 
prosesində minimal qiymət əldə edilməyibsə, mal satılmır. 
7. Danimarka hərraa. Bu, qiymətin azalması qaydasında aparılan 
geniş yayılmış hərrac növüdür. Malın start qiyməti çox yüksək 
səviyyədə təyin edilir və hərracın gedişində avtomatik qaydada 
azaldılır. Qiymətin azalması iştirakçı-alıcının hərracı 
6 4  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə