Dərslik kimi tövsiyyə edilmişdir. B a k I 1 Redaktoru: Rəy verənlər Dizayner: Naşir



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix17.09.2018
ölçüsü2,26 Mb.
#69028
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

E L E K T R O N   B İ Z N E S  
reallaşdırılan malların təqdimatı və alıcılarla qarşılıqlı fəaliyyət prosesləri ilə 
müəssisənin  biznes-proseslərinin  inteqrasiyasından  yaranan  bütöv 
sistemdir. 
RUSİYADA ELEKTRON TİCARƏTİN 
XÜSUSİYYƏTLƏRİ 
Hal-hazırda  son  istifadəçiyə  yönəlik  elektron  biznes  bazarında 
Amerika və Avropanın iri firmalarının göstəriciləri ilə müqayisə edilə biləcək 
Rusiyalı  iştirakçılar  yoxdur.  Rusiyada  orta  elektron  mağazasının  illik 
dövrüyyəsl 120-180 min dollar təşkil edir. Bununla belə, Rusiyada artım 
tempi olduqca yüksəkdir. 
Belə  ki,  eMarketer  (
www.emarketer.com
)  xəbər  verir  ki,  Rusiyada 
B2C  (Əmtəə  və  xidmətlərin  son  İstifadəçilərinə  yönəlik  elektron  biznes 
modelidir) sektorunda elektron ticarətin həcmi 1999-cu ildə 40 mln dollar, 
2000-ci ildə 65 mln dollar, 2001-ci ildə 135 mln dollar olmuşdur. 
İnternet vasitəsilə ödəmələr sisteminin ləng inkişaf etməsi elektron 
mağazaların  fəaliyyətinin  genişləndirilməsinə  mənfi  təsir  göstərir. 
Hal-hazırda ödəmələrin əsas üsulu nağd ödəmə sistemidir ki, bu da sifarişin 
kuryer  vasitəsilə  alıcıya  çatdırılması  məqamında  həyata  keçirilir.  Bu, 
mağazaların işinin səmərəliliyini əhəmiyyətli dərəcədə aşağı salır, məhsul 
uçotuna  çəkilən  xərcləri  artırır,  iri  məbləğlərin  yığılması  və  onların  əsas 
kapitala  qoyuluşları  hesabına  intensivləşdirmənin  artımına  mane  olur, 
www.e-commerce.ru
 -da verilən məlumata görə. İnternet vasitəsilə alınmış 
qida məhsullarının haqqının ödənməsinin 98%-i nağd ödəmə olmuşdur. Bu 
ödəmələrin heç biri bank köçürmələri şəklində də olmamışdır. 
9 7  


E L E K T R O N   B İ Z N E S  
Qərarlaşan  situasiyaya  baxmayaraq,  son  istifadəçiyə  yönəlik 
elektron biznesin Rusiya bazarında bütün iqtisadi fəaliyyət subyektlərinin 
tədricən dərk etdiyi güclü potensial mövcuddur. Elektron mağaza vasitəsilə 
aparılan ticarət alıcının sərf etdiyi vaxtı əhəmiyyətli dərəcədə ixtisar edir. 
Beləliklə,  alıcının  real  gəlirinin  artması  üçün  ilkin  şərt  yaranır.  İnternet 
mühitindən  istifadə  etməklə  müəssisələrin  marketinq  və  mal  yeridilişinə 
nəzarət imkanları genişlənir. 
Beləliklə,  satıcının  və  alıcının  xərclərinin  azalması  tələb  və  təklif 
əyrilərini elə kəsişdirir ki, ya bazardakı malların həcmi artır, ya qiymət aşağı 
düşür, ya da hər ikİ meyl eyni zamanda baş verir. Dövrüyyənin və real 
gəlirin  həcminin  artması  və  bunun  başqa  məhsulların  istehsalına  sərf 
edilməsi makroiqtisadi miqyasda istehsalın inkişafına səbəb olur. 
Hal-hazırda  İnternetin  Rusiya  seqmentində  700-800  elektron 
mağaza  mövcuddur  ki,  bunların  da  əksəriyyəti  son  illərdə  yaradılmışdır. 
Lakin bu mağazaların yalnız 50-si ciddi biznes kimi işləyir və yalnız 20-si 
təsərrüfat fəaliyyətinin nəticələrinə görə mənfəət gətirə biləndir. 
Elektron  mağazalarda  təqdim  edilən  nisbətən  populyar  mallara: 
kitab, video, CD, DVD, kompüter və komplektləşdirici hissələr, məhsullar, 
məişət  malları  aiddir.  Kompüter  assortimenti  dövrüyyənin  50%-ni  təşkil 
edir. Halbuki, bu mal qrupu üzrə bağlanan sazişlər 10%-dən çox deyildir. 
Kitab, video, CD üzrə bağlanan sazişlər 70% olmaqla, dövrüyyənin 30%-ni 
təşkil edir. Malların İnternetdə mükəmməl təqdimatı son istifadəçiyə yönəlik 
elektron  biznesin  Rusiya  bazarının  inkişafının  əsas  istiqamətlərindən  biri 
olmalıdır. 
Rusiya elektron mağazalarındakı assortlmentin spesifikliyinin səbəbi 
odur ki, şəbəkə ticarətinin indiki inkişaf 
9 8  


E L E K T R O N
  B I Z N E S
 
mərhələsində alıcı, əsasən, ucuz, standart və tamamilə təsvir edildiyi kimi 
olan məhsula meyl edir. Elektron mağazalarla ünsiyyət qurmaq sahəsində 
təcrübə  topladıqca  alıcılar  bir  tərəfdən,  daha  baha  məhsullara,  digər 
tərəfdən də gündəlik tələbat mallarına meyl etməyə başlayırlar. 
Ödəmə üsuluna görə, alıcı ünvanına çatdırılma zamanı nağd ödəmə 
daha geniş yayılmışdır. Bu, onlayn ödəmə sisteminin kifayət qədər inkişaf 
etməməsinin nəticəsidir. Bu növ ünvana çatdırma xidməti adətən böyük 
olmayan  ərazidə  həyata  keçirilir.  Böyük  ərazilərdə  ünvana  çatdırma  isə 
poçtla və ya beynəlxalq yükdaşıma xidmətləri vasitəsilə reallaşdırılır. 
2001-ci ildə İnternetin Rusiya bazarında elektron mağazalardan mal 
almağa hazır olan tədiyyə qabiliyyətli 500 min istifadəçi mövcud idi. Buna 
baxmayaraq  həmin  dövrdə  son  İstifadəçiyə  yönəlik  elektron  biznes 
infrastrukturu  tam  formalaşmamışdı.  Belə  ki,  ünvana  çatdırma  səmərəli 
deyildi, mikro ödəmələr sistemi kütləvi surətdə tətbiq tapmamışdı, alıcıların 
əksəriyyəti elektron ticarət sisteminə inanmırdı. 
Bazarın  daha  bir  vacib  cəhəti  aydın  seçilməkdə  idi:  elektron 
mağazalar  kooperasiya  yolu  ilə  öz  xərclərini  minimumlaşdırmağa 
başlamışdılar.  Ənənəvi  reklam  elektron  ticarət  üçün  tamamilə  yaramaz 
olmuşdu, buna görə də mağazaların tanıdılmasına sərf edilən investisiyalar 
artıq bir qayda olaraq elektron reklama yönəldilirdi. 
Rusiyada  elektron  ticarətdə  yalnız  piştaxta  virtualdır.  Çünki  bu 
piştaxta arxasında, adi ticarətdə olduğu kimi, real əməkdaşlar işləyir, real 
anbarlar fəaliyyət göstərir, real daşımalar baş verir və s. 
Ənənəvi ticarətdə işləmək təcrübəsi olan şirkət bu fəaliyyətinə əlavə 
olaraq şəbəkədə işləməyə başladıqda 
9 9  


E L E K T R O N   B İ Z N E S  
kiberfəzada  iqtisadi  fəaliyyət  göstərməklə  rəqibləri  üzərində  üstünlük 
qazanır. 
ELEKTRON TİCARƏTİN ƏSAS MODELLƏRİ 
Hal-hazırda İnternetin Rusiya seqmentində inkişaf tapmış, 3 əsas 
elektron ticarət modeli mövcuddur: 
1.
 
Adi mağazanın internet-nümayəndəliyi modeli; 
2.
 
İnformasion vasitəçilik (dəllallıq) modeli; 
3.
 
Ticarət meydançası modeli. 
Birinci  model  gerçək  mal  ehtiyatına  malik  olan  ənənəvi  satıcıya 
İnternet-nümayəndəlik  təşkil  etməyə  əsaslanır.  Bu,  pərakəndə  elektron 
ticarət  təşkilinin  nisbətən  geniş  yayılmış  sxemidir.  Elektron  ticarətin  bu 
modelinin aşağıdakı variantları vardır: 

 
Pərakəndə ticarət mağazası və ya firma mağazaları şəbəkəsi. Bu 
variant ərzaq, kitab, dəftərxana ləvazimatı və s. satışı ilə məşğul 
olan mağazalara tətbiq edilir. 

 
Müəyyən mal qrupları üzrə ixtisaslaşan topdan ticarət bazaları. Bu 
variant  kompüter,  təşkilat  texnikası,  mobil  rabitə  vasitələri 
satışında istifadə edilir. 

 
İxtisaslaşdırılmış  istehsal  strukturu.  Bu  variant  adətən  nəşriyyat 
bazasında fəaliyyət göstərən adi kitab mağazalarında tətbiq edilir. 
Bu  modelin  üstün  cəhəti  ondadır  ki,  elektron  ticarətin  verdiyi 
üstünlükdən istifadə  etməklə  assortimenti  və  qiyməti  çevik idarə  etmək 
mümkündür. Maliyyə axınları tamamilə İnternet-mağazadan keçir. Nöqsanı 
odur ki, bu model üzrə yaradılan elektron ticarət baha başa gəlir. 
100 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə