Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   51

1920-90-CI İLLƏRDƏ RUSİYA  

VƏ AZƏRBAYCANDA TƏHSİL SİSTEMİ 

 

Təhsil  sistemi  dedikdə  ölkə  daxilində  movcud  olan  bütün  təlim  və  tərbiyə  müəssisələrinin  məcmuu 

nəzərdə  tutulur.  Bura  məktəbəqədər  tərbiyə  müəssisələri,  ümümtəhsil  məktəbləri,  orta  və  ali  ixtisas 

məktəbləri, məktəbdənkənar tərbiyə ocaqları daxildir.  

Təhsil  sistemi  üstqruma  daxil  olub  ölkənin  ictimai  və  iqtisadi  quruluşuna  müvafiq  şəkildə,  həm  də 

dövlət  tərəfindən  müəyyən  edilmiş  prinsiplər  əsasında  qurulur.  Ona  görə  də  aydındır  ki,  ictimai-iqtisadi 

quruluşu  müxtəlif  olan  ölkələrdə  təhsil  sistemlərinin  və  eləcədə  sosialist  ölkələrinin  xalq  maarifi 

sistemlərinin özlərinə məxsus spesifik xüsusiyyətləri vardır.  

Oktyabr  sosialist  inqilabınadək  Çar  Rusiyası  xalq  maarifinin  inkişafına  görə  Avropanın  bir  çox 

ölkələrindən geridə qalırdı, Çar höküməti də digər kapitalist ölkələri kimi varlı balalarının təlim və tərbiyəsi 

qeydinə qalır, xalq kütlələrini, xalq balalarını isə cəhalətdə saxlamağa çalışırdı. Bütün məktəblər pullu idi. 

Bu isə hamıya eyni səviyyədə təhsil alma imkanı vermirdi. 

Digər  tərəfdən  o  dövrdə  istehsalın,  sənayenin  inkişaf  səviyyəsi  də  aşağı  olduğundan  savadlı  fəhlə 

hazırlığına ciddi tələb də yox idi. Ona görə də zehni əməklə fiziki əmək kəskin şəkildə ayrılırdı. 

 Çar  Rusiyasında  aşağı  təbəqənin  uşaqları  dövlət  və  ictimai  təşkilatların  açdığı  məhəllə  ibtidai  və 

məhəllə kilsə məktəblərində təhsil ala bilirdilər.  İbtidai məktəblərə 4 sinifli yüksək tipli ibtidai məktəblər 

daxil  idi.  Bu  məktəblərdə  də,  əsasən,  xırda  burjuaziya  və  varlı  kəndlilərin  uşaqları  oxuyurdular.  Məktəbi 

bitirinlər  xırda  məmur  və  idarə  işçisi  vəzifələrində  işləyə  bilərdilər.  İbtidia  məktəblərdə  təhsilin  əsas 

məzmunu  din,  hesab,  yazı  və  oxu  təşkil  edirdi.  Burada  şagirdlərə  coğrafiya,  tarix  və  təbiətə  aid  bəzi 

məlumatlar  də  verirdilər.  Məhəllə-kilsə  məktəblərində  is  əəsasən  din  və  dini  mahnılar  öyrədilirdi.  Savad 

təlimi və hesaba çox az vaxt verilirdi.  Orta təhsil başlıca olaraq oğlan və qız gimnaziyalarında və habelə 

realni  məktəblərdə  verilirdi.  Gimnaziyada  oxumaq  üçün  evdə  xüsusi  hazırlıq  keçirilirdi.  Bu  hazırlıqdan 

sonra gimnaziyada 8 il təhsil alırdılar.  

Gimnaziyada  hümanitar  fənlərin  tədrisinə  daha  geniş  yer  verilirdi.  Oğlan  gimnaziyalarını  bitirinlərə 

universitetə girmə, hüququ verilirdi. Qız gimnaziyalarında təhsil bir qədər aşağı səviyyədə olduğundan, bu 

gimnaziyanı  bitirənlərə  universtitetə  girmə  hüququ  verilmirdi.  Qızlar  yalnız  axırıncı  kurslarda  pedaqoji 

hazırlıq verən ali ixtisas kurslarına girə bilərdilər. 

Realnı məktəblərdə isə şagirdləri ali texniki məktəblərə hazırlayıdılar. Bu məktəblərdə dəqiq elmlərin 

tədrisinə daha geniş yer verilirdi. Realnı məktəblərə ibtidai təhsili olanlar daxil edilirdi və təhsil müddəti 6-7 

il  idi.  Realnı  məktəblərlə  yanaşı  tiçarət  məktəbləri  də  mövçud  idi.  Bu  məktəblərdə  də  orta  təhsil  verilirdi. 

Tiçarət  məktəblərində  ümümtəhsil  fənləri  ilə  yanaşı  mal  dövriyyəsi,  hesabdarlıq,  mühasiblik  kimi  xüsusi 

fənlər də keçirilirdi. Məktəbi bitirənlərə ticarət institutlarına daxil olma və ticarət, sənaye müəssisələrində 

işləmə hüququ verilirdi.  

Gimnaziyalarda  dvoryan  uşaqları  təhsil  aldığı  halda  realnı  və  ticarət  məktəblərində  isə  iri  və  xırda 

burjuaziyanın uşaqlaı təhsil alırdı.  

Yuxarıda qeyd edilən məktəblərdən başqa əsilzadə balaları üçün 8 sinifli hərbi orat məktəblər (kadet 

korpusu), 8 sinifli «nəcabətli» qızlar institutu, «paj orta məktəbi», «ruhani seminariyaları» və silki məktəblər 

də var idi.  

Ali  təhsil  əsas  etibarı  ilə  universtitetlərdə,  texniki,  ticarət  və  kənd  təsərrüfatı  institutlarında  verilirdi. 

Bunlardan başqa baş rühani idarəsinin ixtiyarında olan rühani akademiyası da vardır.  

Rus  olmayan  xalqrlar  üçün  açılmış  məktəblərdə  təhsil,  başlıca  olaraq,  rus  dilində  aparılırdı.  Bu 

məktəblərdə də yerli dövlətlərin uşaqları oxuyurdular. 

Bu  dövrdə  Azərbaycanda  da  məktəblər  açıldı.  Bu  məktəblər  Azərbaycanda  müəyyən  qrup  ziyalılar 

yetişməsində müsbət rol oynadı. Amma əhalinin 90%-i savadsız idi. Belə halda Çar höküməti mollaxana və 

mədrəsələrdə dərs deyilməsini daha da genişləndirdi. Molla məktəblərində təlimin məzmunu başlıca olaraq 

din təşkil edirdi. Həftəlik dərsin 4 saatı şəriətə, dördü moizəyə, altısı namaz-dəstəmaza, üçü mərsiyəyə və s. 

verilirdi. Dünyavi təhsil verən ibtidai məktəblərin sayı son dərəcədə az idi. Məsələn, 18 30-cu ildən 1914-cü 

ilə  dək  Çar  höküməti  Azərbaycanda  cəmi  943  ibtidai  məktəb  açmışdır.  Bunlarda  oxuyan  61249  uşaqdan 

yalnız  22161  nəfəri  Azərbaycanlı  idi.  Cəmi  15  orat  məktəb  vardı  ki,  bunlardan  7-9  Bakıda  idi.  Orta 

məktəbdə təhsil alan 7158 nəfər uşağın çoxu yerli dövlətlərin balaları idi.  

İnqilabdan əvvəl Azərbaycanda ali məktəb yox idi. Rusiyada təhsil almış az miqdarda azərbaycanlılar 

isə  varlı  uşaqları  idi.  1920-ci  illərdən  başlayaraq  əhali  arasında  savadsızlığı  ləğv  etmək,  ölkədə  məktəb 

şəbəkəsini genişləndirmək, ümumi icbari təhsilə kemək, yeni mütəxəssislər hazırlamaq məqsədilə məktəblər 

açılmağa başlandı. 




1920-90-cı  illərdə  Azərbaycanda  5000-dən  artıq  gündüz  orta  məktəbləri  100-dən  çox  orta  ixtisas 

məktəbləri,  15-dən  çox  ali  məktəb  fəaliyyət  göstərirdi.  İlk  dəfə  SSRİ-də  xalq  maarifinin  əsasları  1919-cu 

ildə qəbul edilmiş Partiya proqramında müəyyənləşmişdir. Həmin əsasalar sosializm quruculuğu dövründə 

möhkəmlənib  inkişaf  etmiş,  daha  da  təkmilləşdirilmiş  və  SSRİ  Konstitusiyasında  təsdiq  olunmuşdur.  Bu 

əsaslar  məktəbin  həyatla  əlaqəsini  möhkəmlətmək  və  SSRİ-də  xalq  maarifi  sistemini  daha  da  inkişaf 

etdirmək  haqqında  kı  qanunda,  «Ümümtəhsil  və  peşə  məktəbi  islahatı  haqqında»kı,  qanunda  əks 

olunmuşdur. Həmin əsaslar aşağıdakılardan ibarətdir: 

SSRİ-də bütün təhsil sistemi həyatla, kommunizm quruculuğu işləri ilə sıx əlaqədar qurulur. 

SSRİ-də maarif müəssisələri dövlətin ixtiyarındadır. 

SSRİ-də məktəb ümumidir. 

Bütün xalqların istədiyi dildə təhsil almaqda bərabər hüququ vardır. 

SSRİ-nin xalq maarifi sistemində vahidlik vardır. 

Tənsil dünyəvidir. 

Qadınlar və kişilər bərabər təhsil hüququna  malikdir. 

Uşaq və gənclərlə yanaşı yaşlıların da təhsil hüququ vardır. 

O cümlədən Azərbaycanda da təhsil bu müddəalar əsasında qurulmuşdur. 

SSRİ-də və Azərbaycanda xalq maarifi aşağıdakı quruluşda idi: 

- körpələr evi, uşaq bağçaları (1-6 yaş) 

- ibtidai məktəblər (1-4 sinif) 

- natamam orta məktəblər (1-9 siniflər) 

- orta məktəblər (1-11 siniflər) 

- xüsusi və yardımçı məktəblər  (fiziki və əqli cəhətdən nöqsanlı olan uşaqlar üçün internat məktəblər)  

- fəhlə və kəndli gənclər üçün axşam  növbəli qiyabi orta məktəblər (VI-  

VII, VIII-XI). 

- ixtisaslı fəhlə kadrları hazırlayan texniki-peşə məktəbləri  

- 9 illik təhsil texniki-peşə məktəbləri üzərində qurulmuş 1 və 2 il təhsil müddəti olan  

- 9 illik təhsil üzərində qurulan və təhsil müddəti 2,5-3 il olan texnikumlar

orta ixtisas məktəbləri 

- XI illik təhsil üzərində qurulan və təhsil müddəti 1,5-2 il olan texnikumlar,  

-  orta  XI  illik  təhsil  üzərində  qurulan  və  təhsil  müddəti  4-6  il  olan  ali  məktəblər,  bura  daxildir: 

universitetlər,  institutlar,  konservatoriyalar,  akadameyilar.  Akademiyalar  dedikdə  burada  ali  təhsil  verən, 

məsələn: kənd təsərrüfat akademiyası, hərbi akademiyalar, tibb akademiyaları və s. nəzərdə tuturlur.  

-  elmi  kadrların  hazırlanması  üçün  ali  məktəblər  və  elmi  tədqiqat  institututları  nəzdində  3  illik 

aspirantura: buranı bitirənlər elmlər namizədi alimlik dərəcəsi almaq üçün disertasiya müdafiə etməlidir. 

Xalq  demokratiyası  ölkələrində  maarif  demokratik  əsaslar  üzərində  quruludu.  Bu  ölkələrdə  məktəb 

kilsədən ayrılaraq  dünyavi  xarakter  aldı.  Qadınlara  da  kişilərlə  bərabər  təhsil  hüquq  verildi. Məktəb  yaşlı 

uşaqların hamısı üçün 7-8 illik icbari təhsil həyata keçirildi. Yaşlılar arasında savadsızlıq ləğv etmək üçün 

axşam  məktəbləri  təşkil  edildi.  Hamının  orta  və  ali  ixtisas  məktəblərinə  daxil  olma  hüququ  verildi. 

Məktəblərdə təlim-tərbiyə işində vahidlik prinsipi həyata keçirildi və s. Bütün bu ümumi cəhətləri ilə yanaşı 

xalq  demokratiyası  ölkələrində  maarif  sisteminin  bəzi  fərqli  cəhətləri  də  mövcud  olmuşdur.  Məsələn, 

Polşada şagirdlər 7 sinifli əsas məktəbi bitirdəkdən sonra ya işə daxil olaraq sənət məktəblərində oxuyur, ya 

da 4 illik letseydə təhsil alırdılar.  

Rumıniya xalq demokratik ölkəsində təhsil sistemi 4 illik ibtidai məktəbdən başlayırdı: onun üzərində 

3  illik  gimnaziyalar  qurulur,  bu  7  illik  təhsil  üzərində  isə  2  illlik  və  ya  4  illik  litsey  qurulurdu.  Litseyin 

sonuncu 2 ili gələcək ixtisasa görə ya humanitar, ya da real şöbələr kimi təşkil olunurdu. litseyi bitirinlər 

müvafiq ali məktəblərə daxil ola bilərdilər. Başqa bir misal. Bolqarıstanda ibtidai təhsil 8 il, orta təhsil isə 12 

illik idi.  

Çexoslavakiyada ibtidai təhsil 5 illik, 3 illik orta siniflər, 3 illik yuxarı siniflər mövcud idi və s.  

          

 Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.

 

Azərbaycanda tarixən mövcud olmuş məktəblər. 



        2.Müasir dövrdə məktəb tipləri. 

 

 

 

 

 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə