Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

XVIII-XIX  əsrdə  rus  pedaqoji  fikrinin  inkişafında  N.  İ.  Novikovun  da  əhəmiyyətli  rolu  olmuşdur 

(1744-1818).  Novikov  ilk  dəfə  olaraq  uşaqlar  üçün  “Detskoye  çteniye  dlya  serdça  i  razuma”  jurnalının 

nəşrinə  başlayır.  Sonralar  bu  jurnalın  nəşrini  Karamzin  (tarixçi  və  yazıçı)  davam  etdirir.  Novikov 

təhkimçilik köləliyinin əleyhinə olmuşdur. O, kəndliləri yüksək əxlaqi keyfiyyətə malik olan adamlar hesab 

etmişdir. Novikova görə tərbiyənin vəzifəsi fəaliyyətini vətəninə və vətəndaşlarına fayda verməyə həsr edən 

fəal, xeyirxah şəxslərin formalaşmaqdır. O,  maarifi və əxlaqı nəsihətləri həddindən artıq qiymətləndirirdi. 

Ona görə uşaqlar yoxsullara və kölələrə mərhəmət etmək ruhunda tərbiyə edilməlidir.  

Novikov əqli təhsildə, biliklərə yiyələnmədə xarici hiss üzvlərinin inkişafına üstünlük verirdi. 

A.  N.  Radişevin  (1749-1802)  XVIII  əsrin  2-ci  yarısında  pedaqoji  fikrin  inkişafında  mühüm  rolu 

olmuşdur.  O,  qeyd  edirdi  ki,  insan  həmişə  gözəlliyə,  böyüklyüyə,  yüksəkliyə  can  atır.  Radişev  xalqın 

qüdrətinə  inanmış  və  «Ey  böyüklük  və  şərəf  üçün  doğulmuş  xalq»  deyə  rus  xalqına  müraciət  etmişdir. 

«Peterburqdan  Moskvaya  səyahət»  adlı  əsərində  yaşadığı  dövrün  ictimai,  siyasi  təhlilini  vermişdir.  O, 

biliyin,  maarifin,  elmin,  tərbiyənin    roluna  qiymət  vermiş  ,  öz  dövrünün  məktəb  və  ailə  tərbiyə  sistemini 

tənqid etmişdir. Radişev insanı təbiətin bir hissəsi kimi qiymətləndirmiş, Rusoonun təbii və fərdi tərbiyəsi 

əleyhinə çıxmışdır. Maarif sahəsindəki bərabərsizliyi kəkəskin tənqid etmişdir. “Vətən oğlu necə olmalıdır 

haqqında müsahibə” əsərində tərbiyənin məqsəd və vəzifələrini müəyyən etməyə çalışmışdır. Onun fikrincə 

tərbiyənin vəzifəsi vətəndaşlıq şüuruna malik olan yüksək əxlaqi keyfiyyətli və vətəni hər şeydən artıq sevən 

vətəndaşlar  yetişdirməkdən  ibarətdir.  Onun  fikrincə  “İnsan  nə  rəhmli,  nə  də  rəhmsiz  doğulur”,  onlar 

yaşadıqları şəraitdən asılı olaraq formalaşırlar.  

Təbiətə müvafiqliyi (tərbiyədə) müdafiə, fərdiyyətçiliyi tənqid etmişdir.  

Radişevə  görə  insanın  formalaşmasında  əxlaq  tərbiyəsi  kimi  əqli  tərbiyə  də  əhəmiyyətli  yer  tutur.  

İnsanın  hərtərəfli və ahəngdar inkişafını müdaffiə edirdi. 

Əqli tərbiyədə əldə edilən biliyin mənbəyini həyatda və təcrübədə görürdü. 

Həm humanitar, həm də dəqiq elmlərin tədrisi tərafdarı olmuş təlimin ana dilində aparılmasına yüksək 

qiymət vermişdir. O, sxolastik təlimi, əzbərçiliyi kəskin tənqid etmişdir. 

Radişev  əmək,  hərbi  və  fiziki  tərbiyənin  də  əhəmiyyətli  rolunu  qeyd  etmişdir.  İncəsənətin,  bədii 

tərbiyənin əhmiyyətindən danışaraq göstərirdi  ki, musiqi, nəğmə, ədəbiyyat və  s. insan qəlbini yumşaldır, 

həyatın  dərk  olunmasında  ona  kömək  edir.  Onun    pedaqoji  fikirləri  öz  dövründə  Rusiyada  mövcud  olan 

pedaqoji fikrin zirvəsi səviyyəsinə qalxmışdır.  

Rus  pedaqoji  fikrin  inkişafı  və  zənginləşdirilməsində  V.  Q.  Belinskinin,  A.  İ.  Gertsenin,  N.  İ. 

Piroqovun, N. Q. Çernışevski və N. A. Dobrolyubovun rolu böyük olmuşdur.  

XIX  əsrdə  yaşayıb  yaratmış  görkəmli  rus  pedaqoqlarından  biri  də  K.  D.  Uşinski  (1824-1870) 

olmuşdur. Uşinskinin fəlsəfi görüşləri idealizmdən materializmə doğru inkişaf etmiş,  lakin bu materializmin 

tam  zirvəsinə  yüksəlməmişdir.  O,  pedaqoji  görüşlərini  fəlsəfə  ilə  sıx  əlaqələndirməyə  çalışmışdır. 

Uşinskinin pedaqoji fəaliyyətində xəlqilik əsas yer tutur. “İctimai tərbiyədə xəlqilik haqqında”, “Tərbiyədə 

əxlaqi  ünsürlər  haqqında”,  “Vətən  dilinə  rəhbərlik”  ,  “Pedaqoji  antropologiya  və  ya  insan  tərbiyənin 

obyektidir” və s. məqalə və əsərlərində xəlqiliyə yüksək qiymət vermiş, xalqı tarixin böyük qüvvəsi, böyük 

mədəni sərvətlərin, dilin, incəsənətin və s. yaradıcısı kimi qiymətləndirmişdir. O, “İctimai tərbiyədə xəlqilik 

haqqında” əsərində qeyd edir : “hamı üçün ümumi olan tək bircə fitri meyl var ki, tərbiyə ona hər zaman 

arxalana bilər, buna biz xəlqilik adı veririk”. 

Uşinski xəlqiliyi hər bir xalqın öz tarixinə və həmin xalqın səciyyəvi xüsusiyyətlərinə müvafiqlik kimi 

başa düşürdü. Gənc nəslin tərbiyəsi xəlqilik üzərində qurulmalı və onlarda milli iftixar hissi yaratmalıdır. O, 

rus xalqının yaradıcı qüvvəsinə inamını xəlqiliyin xüsusi əlaməti hesab edirdi. 

Uşinski  tərbiyə  haqqında  qiymətli  fikirlər  söyləmiş,  tərbiyədə  insanın  özünə  arxalanmağı  əsas 

götürmüşdü. Onun fikrincə insanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır. O, qeyd 

edirdi ki, insan kamil olmalı, fiziki, əqli, əxlaqi cəhətdən ahəngdar  inkişaf etməlidir.  

Uşinski  öz  dövründəki  mülkədar  tərbiyəsində  olan  nöqsanları,  avaraçılığı,  acgözlüyü,  ikiüzlülüyü, 

mənsəbpərəstliyi və bu kimi çirkin sifətləri tənqid etmişdir. O, gənc nəsldən vətənpərvərlik, xalqa bağlılıq, 

ictimai vəzifə hissi, insanpərvərlik, əqidədə möhkəmlik, işgüzarlıq, yüksək iradə və əzm kimi müasir dövrdə 

də aktuallıq kəsb edən sifətlər tərbiyə etməyi irəli sürürdü.  

Uşinskiyə  görə  tərbiyənin  məqsədi  ictimai  və  xalq  mənafeyini  üstün  tutan  həqiqətə,  doğruluğa, 

xeyirxahlığa can atan bütün insanlığın mənafeyini xalqıqının və özünün mənafeyi ilə birləşdirməyi bacaran 

həqiqi insan yetişdirməkdir.  

O,  əxlaq  tərbiyəsi  üçün  aşağıdakı  vasitələri  götürürdü:  1.  Təlim.  2.  Müəllimin  şəxsi  nümunəsi.  3. 

İnandırma. 4. Düzgün pedaqoji rəftar. 5. Xəbərdarlıq. 6. Rəğbətləndirmə və cəza. 7. Rejim. 8. Yaxşı rəftar, 

adətlər. 




XVIII-XIX əsrlərdə yaşamış Azərbaycan ədibi A. Bakıxanovun da (1794-1847) tərbiyəyə və təhsilə aid  

mütərəqqi, qiymətli fikirlər söyləmişdir. O, xoşbəxtliyin yolunu elmdə görürdü. “Gülistani İrəm”, “Qanuni 

Qüdsi”,  “Fars  dilinin  qrammatikası”,  “Tənzibul  əxlaq”,  (Əxlaqın  təmizliyi),  “Nəsihətnamə”,  “Kəşfül 

Qərayib” (Amerikanın kəşfinə dair) əsərlərində əhəmiyyətli  pedaqoji fikirlər irəli sürmüşdür. O, tərbiyənin 

məqsədini müəyyənləşdirməyə çalışaraq qeyd etmişdir ki, tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. 

Onun fikrincə insan orqanizmində başlıca üzv ürək olduğu kimi kainatda da insan ən yüksək varlıqdır. O, 

bilmədiklərini öyrənməyə qadirdir.  

İnsanın  yetişməisndə  tərbiyənin  böyük  rolu  olduğunu  qeyd  edən  Bakıxanov  tərbiyəyə  lap  kiçik 

yaşlarından  başlamağı  tələb  edirdi.  Onun  fikrincə  uşaqlıqda  verilən  təlim  iti  alətlə  daş  üzərində  salınmış 

nəqş kimi möhkəm olur. 

Bakıxanovun  tərbiyəyə  aid  ideyaları  içərisində  əxlaq  tərbiyəsi  əsas  yer  tutur.  Cəmiyyətdə  olan  qeyri 

insani  vəziyyəti  görən  Bakıxanov  bütün  insanları  dostluğa  çağırırdı.  Onun  fikrincə  varlılar  və  yoxsullar 

ancaq əxlaqlarındakı çatışmamazlığa görə yola getmirlər. 

Bakıxanov  uşaqlarda  ancaq  arzu  olunan  keyfiyyətlər  –  nəzakətlilik,  təvazökarlık,  səmimiyyət, 

doğruçuluq,  düzlük,  diqqətlilik,  dostluq,  dəqiqlik,  həssaslıq,  səlistlik,  özünütənqid,  dözümlülük, 

düşüncəlilik, ehtiyatlılıq, əməksevərlik və s. kimi keyfiyyətləri  tərbiyə etməyi irəli sürürdü.  

 Bakıxanov  elmi  məlumatların  öyrədilməsini  yüksək  qiymətləndirmiş,  elmi  elm  xatirinə  öyrənməyin 

əleyhinə  olmuşdur.  Bakıxanov  deyirdi  ki,  təbiətin  və  bəşəriyyətin  qanunu  hər  bir  şəxsdən  öz  vaxtını  və 

qiymətli  həyatını  bəşəriyyətin  xeyrinə  sərf  etməyi  tələb  edir.  O,  elmin  öyrənilməsində  obyektiv  olmağı 

məsləhət görürdü.  

Bakıxanov müəllimlərdən yüksək dözümlülük və həssaslıq tələb edirdi. Hər hansı məsələnin həllində 

adamlara taktla yanaşmağı lazım bilirdi. 

Ümumiyyətlə  Bakıxanov  XIX  əsrin  başlanğıcında  Azərbaycanın  böyük  alimi,  öz  dövrünün  

nəzəriyyəçisi, maarifpərvəri, hərtərəfli inkişaf etmiş zəkaya və tükənməz enerjiyə malik olan sözü işindən 

ayrılmayan görkəmli bir alimi  olmuşdur. 

Müstəqil  iş üçün sual və tapşırıqlar: 

1.

 

Quldarlıq dövründə pedaqoji fikir. 



2.

 

Tusinin pedoqoji  görüşləri. 



3.Komenskinin təhsil sistemi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə