Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə168/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   164   165   166   167   168   169   170   171   ...   175
Ulu Öndər Heydər Əliyev Bakıda keçirilən 
“Müasirlik və dini-mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda və 
Qafqaz Müsəlmanlarının X Qurultayında. 30 sentyabr 1998-ci il.


415
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
mərhələlərin reallaşmasında əsas rol dövlətə məxsus olsa da, Azərbaycan xalqının 
milli xüsusiyyətindən irəli gələn cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə xalqın 
tolerant münasibəti burada multikulturalizmin dövlət siyasəti kimi bərqərar 
olmasında əhəmiyyətli rol oynamışdır. Multikulturalizmin Azərbaycanda dövlət 
siyasəti olması isə öz növbəsində onun xalqın həyat tərzi kimi möhkəmlənməsinə 
xidmət edir. Başqa sözlə desək, Azərbaycanda multikulturalizmin dövlət 
siyasətinə və xalqın həyat tərzinə çevrilməsi bir-birinə qarşılıqlı təsir göstərir. Hər 
ikisi Azərbaycan multikulturalizminin meydana gəlməsinin, formalaşmasının və 
inkişafının subyektiv səbəbləri olaraq bir-birilə sıx bağlıdır.
Beləliklə, tarixi və coğrafi faktorlar Azərbaycan multikulturalizminin 
meydana gəlməsi prosesinin obyektiv səbəblərini, dövlət başçılarının, eləcə də 
Azərbaycan xalqının cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına və 
bu müxtəlifliyin əsasını təşkil edən etnik-mədəni dəyərlərə göstərdikləri tolerant 
münasibət isə subyektiv səbəblərini təşkil edir. 
11.2. Azərbaycan multikulturalizminin 
əsas xüsusiyyətləri
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni 
zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər 
toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət 
qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib 
özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli 
özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan 
insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər 
xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm 
də bu gün kifayət qədər görümlü və təsiredicidir.
«Kitabi-Dədə Qorqud» dastanından, şifahi və yazılı ədəbiyyatımızdan 
keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural 
ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir 
dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə 
multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev 


MULTİKULTURALİZMƏ GİRİŞ
416
etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və 
öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik 
ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ 
siyasi mərhələ idi.
Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi 
modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən 
üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Akademik Ramiz Mehdiyev 
qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 
etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid 
Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa 
başladı. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə