Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


«Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə169/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   165   166   167   168   169   170   171   172   ...   175
«Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir
üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq»
deyən Ulu Öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olması 
istiqamətinə yönəltdi.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunması 
işində ən vacib olanı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi 
ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən 
Azərbaycan Respublikasının 
Konstitusiyasında
əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin 
əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası 
Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir:
 “Din və 
dövlət” (Maddə 18, bənd 1); “Dövlət dili” (Maddə 21, bənd 2); “Bərabərlik 
hüququ” (Maddə 25, bənd 3); “Milli mənsubiyyət hüququ” (Maddə 44, bəndlər 
1, 2); “Ana dilindən istifadə hüququ” (Maddə 45, bəndlər 1, 2); “Fikir və söz 
azadlığı” (Maddə 47, bəndlər 1, 2, 3); “Vicdan azadlı
ğı” (Mad
də 48, bəndlər 1, 
2); “Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas 
prinsipləri və şərtləri” (Maddə 127, bənd 10).
Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini
 
ölkənin demokratik 
inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli 
azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin 
qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və 
azadlıqları kontekstində görürdü. Ulu öndərin rəhbərliyi ilə, nəhayət ki, dönüşü 
olmayan demokratik inkişaf yoluna çıxmış Azərbaycan Respublikası, onun qeyd 
etdiyi kimi 
«dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün 
vətəndaşlarının eyni hüquqlara malik»
olmalarını təmin etməli idi.


417
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə 
Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin 
yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan 
Azərbaycançılıq
prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi 
ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında 
münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, 
irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu 
öndərin dediyi kimi, həqiqətən də 
«Azərbaycan onun ərazisində yaşayan bütün 
millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi 
də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı 
azərbaycanlıdır».
Beləliklə, Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq 
ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkədə multikulturalizm 
siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi 
olmuşdur. Ulu öndərin multikulturalizm sahəsində həyata keçirdiyi bu böyük iş 
müasir dövrdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyevin adı ilə bağlıdır. O, multikulturalizm siyasətinə nikbin qütbü 
formalaşdırmışdır.
Müasir dünyada multikulturalizm siyasətinə ikili baxış, iki qütb 
formalaşmışdır – bədbin və nikbin. Bədbin qütbü Kameron, nikbin qütbü isə 
Azərbaycan Prezidenti İlham Əliyev formalaşdırmışdır. Prezident İlham Əliyev 
Kameronun bədbin nəticəsinə qarşı duran optimist baxışı və siyasi iradəni 
nümayiş etdirir. O, Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərə 
malik olması ideyasına arxalanaraq belə bir siyasi bəyanatla çıxış edir: 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə