MüSTƏQİLLİk döVRÜMÜZDƏ naxçivan məmməd MƏMMƏdov



Yüklə 275,47 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü275,47 Kb.
#52395


«Dirçəliş XXI əsr».–2010.-№141-142.–S.164-176.

MÜSTƏQİLLİK DÖVRÜMÜZDƏ NAXÇIVAN

Məmməd MƏMMƏDOV, 

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix elmləri namizədi

Qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı əsrlərdən bəri

Şərq  aləminin  qabaqcıl  elmi-mədəni  mərkəzlərindən  biri  kimi  şöhrət  qazanıb.  Milli  dövlətçiliyimizin  müstəqil

inkişaf  tarixində  də  Naxçıvan  ağır  sınaqlarla  üzləşərək  mürəkkəb,  eyni  zamanda  Şərəfli  yol  keçib,  xalqımızın

istiqlal  uğrunda  mübarizəsində,  dövlət  müstəqilliyinin  əldə  edilməsində  və  qorunmasında,  demokratik  cəmiyyətin

qurulmasında  fəal  və  əhəmiyyətli  rol  oynayıb.  Prezident  İlham  Əliyevin  "Naxçıvan  Muxtar  Respublikasının  85

illiyinin keçirilməsi haqqında" imzaladığı sərəncamda deyildiyi kimi, milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı

cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi

proseslərə müsbət və həlledici təsir göstərmişdir.

Ötən  əsrin  80-ci  illərinin  ortalarından  başlayaraq  keçmiş  SSRİ-də  və  bütün  dünyada  gedən  ictimai-siyasi

proseslərin  labüd  nəticəsində  Azərbaycan  xalqı öz  müstəqillik  arzusunu  reallaşdırdı.  Lakin  bu,  xalqımıza  heç  də

asan başa gəlmədi. Yaranmış şəraiti özlərinin bədnam planlarının gerçəkləşməsi üçün əlverişli hesab edən bədxah

qonşularımız  olan  ermənilər  Azərbaycan  torpaqlarını,  o  cümlədən  Naxçıvanı  da  silah  gücünə  ilhaq  etmək  üçün

təcavüzlərə başladılar. Bir çox hallarda isə bu təcavüzlər elan olunmamış müharibə səviyyəsinə yüksəldi.

Ermənistanda  və  Dağlıq  Qarabağda  ermənilərin  azərbaycanlılara  qarşı  azğın  hərəkətlərinin  cavabsız

qalması, öz yurd-yuvalarından didərgin düşərək Naxçıvana pənah gətirmiş qaçqınların acı taleyi, muxtar respublika

əhalisinin  də  dərin  hiddətinə  səbəb  olmuş,  1988-ci  il  may  ayının  20-də  Naxçıvan  şəhərində  ermənilərin

özbaşınalıqlarına  və  cinayətlərinə  son  qoyulması  tələbi  ilə  muxtar  respublika  ictimaiyyatının  ilk  böyük  mitinqi

keçirilmişdi.  Mitinq  iştirakçıları  SSRİ,  Azərbaycan  SSR  və  Naxçıvan  MSSR  rəhbərliyindən  qəti  tədbirlər

görülməsini, Azərbaycan xalqının suveren hüquqlarının qorunmasını təkidlə tələb etdilər. Belə bır şəraitdə xalq öz

sözünü deməkdən, haqqını tələb etməkdən ötrü meydanlara doğru axışırdı.

Əslində Naxçıvandakı xalq hərəkatı erməni təcavüzünə qarşı müqavimət hərəkatı olmaqla yanaşı, imperiya

buxovlarından xilas olmaq və milli müstəqilliyə nail olmaq üçün geniş vüsət alan Azərbaycan xalqının milli-azadlıq

hərəkatının  tərkib  hissəsi  idi.  Bu  hərəkatın  ilkin  dövründə  əsas  etiraz  vasitə  və  formaları mitinqlər,  nümayişlər,

tətillər  və  sair  idi.  Naxçıvandakı  hərəkat  həm  də  Mərkəz  və  Respublika  hökuməti  qarşısında  mütilik  göstərən,

əhalinin haqlı tələblərini qulaqardına vuran, ermənilərin hücum təhlükəsinə qarşı təsirli tədbirlər görməkdən imtina

edən,  hətta  əhalinin  əlindəki  ov  silahlarmı  almağa  çalışan  və  son  nəticədə  muxtar  respublikada  ictimai-siyasi

vəziyyəti daha da gərginləşdirən yerli partiya və sovet rəhbərlərinə qarşı yönəlmişdi.

Sərhədyanı kəndləri  erməni  yaraqlıları tərəfindən  işğal  və  qarət  olunan,  dincliyi  əlindən  alınan  Naxçıvan

torpağı o dövrdə Heydər Əliyevin təbirincə desək, "taleyin ümidinə buraxılmış tənha bir ada"nı xatırladırdı.  Milli

müstəqillik  uğrunda  Naxçıvanda  vüsət  alan  bu  hərəkat  həm  də  Azərbaycan  xalqının  milli-azadlıq  uğrunda

hərəkatının  tərkib  hissəsi  idi.  Ümummilli  liderimiz  Heydər  Əliyevin  sözləri  ilə  desək,  "o  dövrdə  müstəqillik

uğrunda  mübarizə  aparan  adamlar  Naxçıvan  əhalisinin  demək  olar  ki,  əksəriyyətini  təşkil  edirdi.  Naxçıvanın

müstəqillik. milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi."

1990-cı illərin  əvvəllərində  muxtar  respublikanın  nəqliyyat-kommunikasiya,  elektrik  enerjisi,  rabitə,  təbii

qaz  xətləri  və  dəmir  yolunda  qatarların  hərəkəti  mənfur  qonşularımız  tərəfindən  kəsiləndən,  bölgə  tam  iqtisadi

blokadaya alınandan sonra burada iqtisadi və siyasi böhran daha da dərinləşdi.

Azərbaycanda milli-azadlıq hərəkatının mühüm mərhələsini təşkil edən sərhəd hərəkatı da  məhz  o  dövrdə

Naxçıvanda  başlanmışdır.  Azadlıq  hərəkatının  ilk  günlərindən  başlayaraq  Azərbaycan  SSR-in  suverenliyi,  ərazi

bütövlüyünün  təmin  edilməsi,  demokratik  islahatların  həyata  keçirilməsi  ilə  yanaşı,  Cənubi  Azərbaycanla

gediş-gəlişin təmin edilməsi tələbləri irəli sürülməyə başlanmışdı.

1989-cu  il  dekabrın  əvvəllərində  Naxçıvan  MSSR-də  Ordubaddan  Sədərəyədək  bütün  sərhəd  boyu  on

minlərlə  adam  toplaşaraq  kütləvi  mitinqlər  keçirməyə  başladılar.  Dekabr  ayının  5-də  Naxçıvan  MSSR  Ali  Soveti

Rəyasət  Heyətinin  sədri  S.Əliyeva  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyətinə  müraciət  edərək  Naxçıvan

MSSR-in sərhədyanı torpaqlarından istifadə edilməsi məsələsinin həll olunması zəruriliyini bildirmişdi. Məktubda,

həmçinin  sərhədyanı ərazilərdə  yaşayan  əhalinin  qarşılıqlı əlaqələrinin  bərpa  edilməsi  məsələsinə  toxunulmuşdu.

Lakin  vəziyyəti  düzgün  qiymətləndirə  bilməyən  rəsmi  dairələrin  tədbir  görmək  istəməmələri  ehtirasları daha  da

coşdurur,  əhalini  radikal  addımlara  atmağa  sövq  edirdi.  Sərhəd  zolağının  bir  sıra  hissəsində  Ordubad,  Culfa  və

Şahtaxtıda  insanlar  sərhəd  məftillərini  sökərək,  Arazın o  tayında  toplaşmış  həmvətənləri  ilə  görüşürdülər.  Sərhəd

hərəkatının qarşısını almaq  üçün  ciddi  cəhdlər  göstərilsə  də,  bu,  heç  bir  nəticə  vermədi.  1989-cu  il  dekabrın 31-i

Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramına çevrildi. 1990-cı ildən isə həmin günün ildönümü respublikanın

demokratik qüvvələri tərəfindən geniş qeyd edildi.

Naxçıvanın  mütərəqqi  qüvvələri  tərəfindən  həyata  keçirilən  "Sərhəd  hərəkatı"  rəsmi  səviyyədə  siyasi  və



tarixi  qiymətini  də  birinci  dəfə  məhz  Naxçıvanda,  Heydər  Əliyevin  rəhbərlik  etdiyi  Muxtar  Respublika  Ali

Məclisinin  16  dekabr  1991-ci  il  tarixli  sessiyasında  almışdır.  Heydər  Əliyev  Dünya  Azərbaycanlılarının  Milli

Həmrəylik və Birlik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə

olunmasına, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsinə böyük qiymət vermişdir.

Azərbaycan xalqının azadlıq və istiqlaliyyət  hərəkatını yerindəcə  boğmaq  üçün  imperiya  dairələri  1990-cı

ilin yanvarında xalqımıza  qanlı divan tutdular. Yanvarın 19-dan 20-nə keçən gecə  erməni-rus  birləşmələri  Bakıda

qanlı  qırğın  törətdilər.  Xalqımız  azadlıq  və  istiqlaliyyət  uğrunda  mübarizədə  ilk  şəhid  oğullarını  qurban  verdi.

Həmin  faciə  təkcə  xalqımıza  qarşı  yox,  həm  də  bəşəriyyətə,  humanizmə,  insanlığa  qarşı  yönəldilmiş  soyqırımı

siyasəti oldu. Çünki müasir silahlarla silahlanmış ordu silahsız, əliyalın, günahı olmayan insanların üzərinə hücuma

keçmiş,  dinc  əhaliyə  ağır  divan  tutmuş  və  yalnız  cinayət  başa  çatandan  sonra  -  ertəsi  gün  paytaxtda  fövqəladə

vəziyyət  elan  edilmişdi.  Xalqımızın  böyük  oğlu  Heydər  Əliyev  törədilən  bu  böyük  faciə  ilə  bağlı  sonralar  belə

deyəcəkdi:  "O,  ayrı-ayrı insanlara  qarşı  törədilən  qəsd,  təcavüz  deyildir.  Bütün  Azərbaycan  xalqına,  Azərbaycan

millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi..."

Qanlı  Bakı faciəsindən  8  saat  əvvəl  erməni  -  rus  birləşmələri  Sədərəyə  təcavüz  etmiş,  Kərki  kəndini  ələ

keçirmişdilər. Mərkəz Bakıda olduğu kimi, Naxçıvanda da milli azadlıq hərəkatının qarşısını almaq üçün fövqəladə

vəziyyət  elan  olunmasına,  muxtar  respublikada  cəza  dəstələri  yerləşdirməsinə  çalışırdı.  Kərki  kəndini  ələ

keçirdikdən sonra ermənilər sovet qoşunlarına arxalanaraq Sədərək kəndində sərhəddə yerləşən mebel sexi və şərab

zavoduna hücuma keçdilər. Lakin Naxçıvanın igid müdafiəçiləri qeyri-bərabər döyüşdə düşmənin qabağını almağa

və onları çoxlu itki verərək geri çəkilməyə məcbur etdilər. Düşmən Sədərəyi raket, top, pulemyot, avtomat atəşinə

tutmaqla  yenidən  ələ  keçirməyə  çalışırdı.  Qırğınların  qarşısını  almaq  məqsədilə  əhali  kənddən  təhlükəsiz  yerə

çıxarılmış,  kənddə  yalnız  əli  silah  tutanlar  qalmışdı.  Sədərəyə  hücum  zamanı 9  nəfər  şəhid  olmuş,  onlarca  adam

yaralanmışdı.

Azərbaycanın  və  Naxçıvanın  ərazi  bütövlüyünün  pozulması,  Kərki  kəndinin  işğalı,  bütün  sərhədboyu

ermənilərin hücuma keçmələri,  muxtar  respublika  əhalisinin  dinc  yaşayışı üçün  real  təhlükənin  artması, nəqliyyat

və kommunikasiya blokadası və bütün bunların müqabilində ittifaq və respublika hakimiyyət dairələrinin cinayətkar

fəaliyyətsizliyi  muxtar  respublika  əhalisini  və  rəhbərliyini  ən  kəskin  addımlar  atmağa  sövq  edirdi.  Naxçıvan

şəhərində Ali Sovetin binası qarşısında toplaşmış 20 mindən çox əhali Muxtar Respublika Ali Sovetinin fövqəladə

sessiyasının  çağırılmasını tələb  etdi.  Xalqın  tələbi  və  təzyiqi  altında  yanvarın  19-da  çağırılmış  sessiya  Naxçıvan

Muxtar Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında məsələni müzakirə etdi. Qərarda Azərbaycan SSR

və onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyünün müdafiə edilmədiyi, Azərbaycan

SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarının İttifaq orqanlarına  dəfələrlə etdikləri  müraciətlərin nəticəsiz

qaldığı Türkiyə, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında RSFSR-in iştirakı ilə bağlanan Qars

müqaviləsinin şərtləri kobud surətdə pozulduğu qeyd edilmiş və 6 bənddən ıbarət tarixi qərar qəbul edilmişdi.

Təbii  ki,  Naxçıvan  parlamentinin  qəbul  etdiyi  bu  qərarın  hüquqi  əsası  yox  idi.  Bu  səbəbdən  onun  çox

yaşaması mümkün  deyildi.  Yanvarın  27-də  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyəti  Naxçıvan  MSSR  Ali

Sovetinin həmin qərarım ləğv etdi. Amma buna baxmayaraq sonralar həmin qərarın Naxçıvanın taleyi üçün böyük

əhəmiyyəti  oldu.  SSRİ  tarixində  ilk  dəfə  olaraq  muxtar  qurumun  özünü  müstəqil  elan  etməsi  faktı  dünya

ictimaiyyətinin diqqətini Sovet imperiyasının və onun əlaltısı olan Ermənistanın Azərbaycana, onun tərkib hissəsi

olan Naxçıvana qarşı təcavüzkarlıq hərəkətlərinə yönəltməyə məcbur etdi.

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  də  sonralar  Naxçıvan  MSSR  Ali  Sovetinin  həmin  tarixi

qərarını yüksək qiymətləndirərək deyəcək idi: "Mən Moskvada olarkən Azərbaycana qarşı edilən bu cinayətə qarşı

etiraz  səsimi  qaldırdım,  xalqımla,  millətimlə  həmrəy  olduğumu  bildirdim...  Orada  eşitdim  ki,  naxçıvanlılar  bu

dəhşətli faciə ilə əlaqədar ayağa  qalxıblar, hətta o vaxt cəsarətli bir qərar qəbul ediblər: Azərbaycana qarşı edilən

cinayətə, təcavüzə görə Naxçıvan Muxtar Respublikası Sovet İttifaqının tərkibindən çıxmaq haqqında qərar qəbul

ediblər... Naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovet İttifaqında yeganə bir addım idi... Bu, naxçıvanlıların nə

qədər  cəsarətli,  qeyrətli,  nə  qədər  azadlıqsevər  və  müstəqilliyə  nə  qədər  bağlı  olduqlarını  dünyaya  sübut  etdi,

nümayiş etdirdi"

1990-1993-cü  illər  Naxçıvanın  müasir  tarixinin  ən  gərgin  və  maraqlı səhifələrini  təşkil  edir.  Naxçıvanın

muxtariyyət statusu Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixində də mühüm mərhələ təşkil edir. Bu status

imkan  verirdi  ki,  ulu  öndər  Heydər  Əliyevin  bu  dövrü  əhatə  edən  siyasi  fəaliyyət  dövründə  Naxçıvan  xalqımızın

suveren  hüquqlarının  təmin  edilməsi  uğrunda  mübarizənin  mərkəzinə  çevrilsin.  Bu  dövrdə  ölkəmizin  müstəqilliyi

ilə bağlı qanunvericilik təşəbbüsü istisnasız olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məxsus olmuşdur.

Böyük öndər  yorulmaz  və  titanit  fəaliyyəti  nəticəsində  muxtar  respublikanın  başı üzərində  dolanan  siyasi

oyunlardan, ərazisini erməni işğalından,  muxtariyyətini  isə  ləğv olunmaq  təhlükəsindən  xilas  etdi.  Böyük  öndərin

böyük  siyasətə  qayıdışı  imperiya  qüvvələri  ilə  mübarizənin  daha  da  kəskinləşməsinə  səbəb  oldu.  Naxçıvandan

başlanan  milli  dirçəliş  prosesi  bütün  Azərbaycan  siyasi  mühitində  aparıcı  qüvvəyə  çevrildi,  milli  dövlətçiliyin

bərpası istiqamətində qəti addımların atılmasına başlandı.

17  noyabr  1990-cı  ildə  keçirilən  Muxtar  Respublika  Ali  Sovetinin  birinci  sessiyası  milli  dövlətçilik

ənənələrimizin  bərpasında  mühüm  rol  oynadı.  Sessiyada  ilk  növbədə  Naxçıvan  Muxtar  Respublikası  adından

"sovet",  "sosialist"  sözləri  çıxarıldı,  onun  "Naxçıvan  Muxtar  Respublikası"  adlandırılması  haqqında  qərar  qəbul




edildi.  Həmin  sessiyada  Naxçıvan  MSSR  Ali  Sovetinin  də  adı dəyişdirildi,  bundan  sonra  onun  Naxçıvan  Muxtar

Respublikasının  Ali  Məclisi  adlandırılması  haqqında  qərar  qəbul  edildi.  Sovetlər  Birlıyinın  yaşadığı.  onun  iti

qılıncının  kəsdiyi bir dövrdə muxtar respublikanın adından "sovet", "sosialist" sözlərinin çıxarılması həqiqətən də

böyük uzaqgörənlik tələb edirdi. Bu addımı atmaq ilk növbədə kommunist rejiminin qatı və kəskin qəzəbinə düçar

olmaq demək idi.

Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən  Naxçıvan  parlamentinin  həmin  sessiyasında  muxtar  respublikanın

dövlət  rəmzləri  haqqında  məsələ  də  geniş  müzakirə  olundu.  Azərbaycan  Demokratik  Respublikasının  rəmzi  olan

üçrəngli  dövlət  bayrağının  bərpa  edilməsi,  onun  Naxçıvan  Muxtar  Respublikasının  dövlət  bayrağı  kimi  qəbul

edilməsi adi məsələ olmadı.

Bununla  bərabər,  Naxçıvan  parlamenti  qanunvericilik  təşəbbüsü  ilə  Azərbaycanın  ali  hakimiyyət  orqanı

qarşısında məsələ qaldıraraq Azərbaycan Respublikasının dövlət rəmzlərinə yenidən baxılmasını təklif etdi.

O zamankı Azərbaycan rəhbərliyinin SSRİ-nin qorunub saxlanılmasına dair göstərdiyi təşəbbüslərin əksinə

olaraq  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  1991-ci  il  14  mart  tarixli  qərarı ilə  ittifaqın  saxlanılmasına

dair  Ümumittifaq  referendumunda  iştirakın  yolverilməz  olduğunu  bəyan  etdi.  1991-ci  ilin  oktyabrında  "Keçid

dövründə SSR İttifaqının dövlət hakimiyyət və idarəetmə orqanları haqqında" SSRİ Qanunun müzakirəsi zamanı da

Naxçıvan parlamenti Azərbaycan dövlət hakimiyyət orqanlarından fərqli mövqe tutaraq SSRİ-nin yenidən bərpasına

və  unitar  ittifaq  dövlətinin  möhkəmləndirilməsinə  bu  qanunu  rədd  etmiş, Azərbaycan  Ali  Sovetindən  də  müvafiq

qərarın qəbul edilməsini xahiş etmişdir.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-in ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək

mühüm  hadisələr  baş  verdi.  Naxçıvan  əhalisinin  müdrikliyi  və  uzaqgörənliyi  həm  də  onda  oldu  ki,  ümumi

Azərbaycan  evimizin  divarından  hər  gün  onlarca  kərpicin  düşdüyü  bır  dövrdə  böyük  uzaqgörənlik  nümunəsi

göstərərək  düzgün  rəhbər  seçimi  edə  bildilər.  Sentyabrın  3-də  xalqın  təkidli  tələbindən  sonra  Heydər  Əliyev

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Heydər Əliyev həmin sessiyadakı çıxışında da bir daha

hakimiyyət  arzusunda  olmadığını,  bu  niyyətlə  Azərbaycana  qayıtmadığını  bəyan  etdi.  Amma  bununla  birlikdə

böyük  siyasətçi  bölgənin  ağır  sosial-iqtisadi  vəziyyətində,  xüsusən  də  torpaqlarına  düşmən  təcavüzünün

genişləndiyi  bir  dövrdə  onun  taleyinə  də  biganə  qala  bilməzdi:  "Mən  bu  zamanın,  bu  dəqiqələrin,  bu  saatın

hökmünü  nəzərə  almaya  bilməzdim...  Mən  öz  prinsiplərimə  sadiq  qalaraq  Azərbaycanın,  Naxçıvanın  belə

vəziyyətində,  çətin  dövründə  üzərimə  düşən  vəzifənin  icrasından  geri  çəkilə  bilməzdim.  Mən  öz  taleyimi  xalqa

tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".

Əlbəttə,  Heydər  Əliyevin  Naxçıvan Muxtar  Respublikasının  Ali  Məclisinə  Sədr  seçilməsi  milli  miqyasda

böyük  hadisə  oldu.  Məsələ  heç  də  keçmiş  Sovet  İttifaqının  Siyasi  Bürosuna  mənsub  nüfuzlu  simalardan  birinin  -

SSRİ Nazirlər Soveti Sədrinin birinci müavininin Azərbaycanın ərazisinin bır hissəsində - muxtar respublikada Ali

Məclisə Sədr vəzifəsinə seçilməsində deyildi. Heydər Əliyev ilk növbədə Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə

milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi

fəaliyyəti  dövründə  Azərbaycanın  müstəqil,  demokratik  və  dünyəvi  dövlət  kimi  fəaliyyət  göstərməsi  üçün  əməli

addımlar  atıldı.  Azərbaycanın  müstəqil  dövlət  olaraq  sonrakı inkişafının  bir  sıra  konseptual  istiqamətləri  məhz  o

zaman Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrdə işlənib hazırlandı.

Sonralar  dahi  öndər  bunlarla  bağlı  belə  deyəcəkdi:  "Naxçıvanda  doğulmağım,  ərsəyə  gəlməyim,  təhsil

almağım  mənim  üçün  əzizdir.  Azərbaycana  rəhbərlik  etdiyim  zaman  Naxçıvanda  quruculuq  işlərinin

görülməsindəki  fəaliyyətim  də  mənim  üçün  əzizdir.  Ancaq  mənim  üçün  bunların  hamısından  əziz  1990-cı  ildən

1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur."

Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində erməni işğalının aradan qaldırılması, ağır blokada

şəraitində adamların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul olunmasına şərait yaratmış,

Naxçıvan  Muxtar  Respublikasının  rəhbəri  kimi  ümummilli  lider  Heydər  Əliyev  qonşu  İran  və  Türkiyə

respublikaları ilə əlaqələr yaradaraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar

imzalanmışdır.

Bu  illərdə  ümummilli  liderimizin  muxtar  respublika  parlamentində  xüsusi  bəyanatla  çıxış  etməsi,  1992-ci

ilin mart ayında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək

dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna

ikinci  ömür  verdi.  Məhz  o  ağır  və  məşəqqətli  illərdə  müdrik  siyasəti  böyük  uzaqgörənliklə  deyirdi:  "Naxçıvanın

bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim

üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Naxçıvan  üçün  ağır  bir  zamanda  qardaş  Türkiyənin  birmənalı  mövqeyi  də  Ermənistana  öz  təcavüzkar

hərəkətlərini həyata keçirməyə mane oldu. 

1992-ci  ilin  may  ayında  -  Şuşa  və  Laçın  şəhərlərinin  işğalı  dövründə  Naxçıvana  qarşı  məkrli  planların

alt-üst  olunmasında  məhz  bu  amil  önəmli  rol  oynadı.  Məhz  həmin  ilin  may  günlərində  dünyanın  57  dövləti

Ermənistanın Naxçıvana qarşı təcavüzkarlığını pisləmiş, NATO isə bu barədə xüsusi bəyanatla çıxış etmişdir.

Böyük  öndərin  muxtar  respublikada  milli  birliyin,  həmrəyliyin  təmin  olunması  istiqamətində  həyata

keçirdiyi  tədbirlər  xalqın  mütləq  əksəriyyəti  tərəfindən  dəstəklənir  və  müdafiə  edilirdi.  Lakin  bununla  bərabər

muxtar  respublikada  həyata  keçirilən  bu  siyasət  Azərbaycanın  bəzi  siyasi  qüvvələri  tərəfindən  qısqanclıqla




qarşılanır və separatçılıq kimi qiymətləndirilirdi. AXC hakimiyyətinin bəzi nümayəndələri Naxçıvanın muxtariyyət

statusunu  ləğv  etmək,  muxtar  respublikanın  qanuni  hakimiyyətini  devirmək  məqsədilə  1992-ci  il  oktyabrın  24-də

çevriliş  cəhdi etsələr də, Heydər  Əliyevin  naxçıvanlıların mütləq  əksəriyyəti  tərəfindən  müdafiə  olunan  prinsipial

mövqeyi bu çevriliş cəhdinin qarşısını aldı.

Baş  vermiş  dövlət  çevrilişi  cəhdi  haqqında  Ali  Məclisin  qəbul  etdiyi  qərarda  qeyd  edilirdi  ki,  bu

hərəkətlərdə  Xalq  Cəbhəsinin  əsas  məqsədi  muxtar  respublikada  dövlət  çevrilişi etmək  və  silah  gücü  ilə  Heydər

Əliyevi  Ali  Məclisin  Sədri  vəzifəsindən  kənarlaşdırmaq  idi  və  bu  qanunazidd  hərəkətlər  Azərbaycanın  rəhbər

dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiya hüquqlarının tapdalanmasına yönəldilmiş böyük

tədbirlərinin  bir  hissəsi  idi.  Ondan  bir  il  əvvəl  isə  Naxçıvanı Azərbaycan  üçün  "kor  bağırsaq"  hesab  edən  Ayaz

Mütəllibov  hakimiyyəti  əldə  saxlamaq  üçün  antikonstitusion  tədbirlərə  əl  atmışdı.  Bunun  üçün  də  ilk  növbədə

Naxçıvanın muxtariyyət statusunun ləğv olunmasına çalışırdılar. Amma dərk etmək istəmirdilər ki, indiki şəraitdə

Naxçıvanın  statusunun  saxlanması onun  erməni  təcavüzündən,  işğalından  qorunmasının  mümkün  variantlarından

biridir.

Xalqın  və  respublikanın  hakim  dairələrinin  təkidli  dəvətindən  sonra  1993-cü  ilin  iyununda  respublikanın

siyasi  rəhbərliyinə  qayıtması  ilə  Heydər  Əliyev  Azərbaycanı  real  məhv  olmaq  təhlükəsindən  xilas  etdi,  milli

qurtuluşumuzun,  gələcək  uğurlarımızın  əsasmı qoydu.  Vətəndaş  müharibəsi,  etnik  separatçılıq,  dövlət  çevrilişləri

cəhdlərinin  qarşısı  alındı.  Ordu  quruculuğuna  başlanıldı.  düşmənin  yeni  hücumlarının  qarşısı  alındı.

Tarazlaşdırılmış xarici siyasət yeridilməyə, informasiya blokadası yaradılmağa başlandı. Ölkədə müasir demokratik

dəyərlərə, bazar iqtisadiyyatına əsaslanan vətəndaş cəmiyyəti formalaşdırılmağa başlandı.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən Azərbaycan Respublikasının

Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilir. Buradan

isə  belə  bır  məntiqi  həqiqət  doğur  ki,  əgər  1921-ci  ildə  bağlanmış  Moskva  və  Qars  müqavilələri  Naxçıvanın

tarixi-hüququ  statusunu  müəyyənləşdirmişsə,  ölkəmizin  müstəqilliyi  dövründə  qəbul  olunan  Əsas  Qanunumuz  ilə

Naxçıvanın  statusu  ali  hüquqi  qüvvəyə  qaldırılır.  Yeni  Konstitusiyanın  8-ci  fəsli  bütövlükdə  "Naxçıvan  Muxtar

Respublikası"  adlanır.  Naxçıvan  Muxtar  Respublikasının  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olması  barədə

müddəanın  muxtar  respublikanın  statusunu  müəyyən  edən  maddəyə  daxil  edilməsi  mühüm  əhəmiyyət  daşımaqla

bərabər dünya təcrübəsinə də uyğunlaşdırılır.

1998-ci ilin dekabr ayında isə Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası qəbul olunur. Həmin il

yanvarın  14-də  ölkə  başçısı  Heydər  Əliyevin  sədrliyi  ilə  keçirilən  Azərbaycan  Respublikası  Konstitusiya

Komissiyasının  iclasında  muxtar  respublikanın  Konstitusiya  layihəsi  geniş  müzakirə  olunur.  Həmin  iclasda  dahi

rəhbər  qəbul  olunacaq  konstitusiyanın  ölkəmizin  ictimai-siyasi  həyatı  və  muxtar  respublikanın  taleyi  üçün

oynayacağı  rola  toxunaraq  demişdi:  "Naxçıvanın  muxtariyyəti  tarixi  nailiyyətdir,  onu  qoruyub  saxlamalıyıq.

Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa  torpaqlarının  qaytarılması  üçün  ona  xidmət  edən  çox

böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

Ali  Məclisin  Sədri  Vasif  Talıbovun  təbirincə  desək,  muxtar  respublikanın  qanunvericilik  təcrübəsi  də

Avropa  qanunvericiliyinin  tərkib  hissəsinə  çevrilməkdədir.  Hələ  1997-ci  ildə  Avropa  Şurasının  Qanun  vasitəsilə

Demokratiya  Komissiyasının  (Venesiya  Komissiyası)  hüquqi  ekspertizasından  keçirilən  Naxçıvan  Muxtar

Respublikasının  Konstitusiyası barədə  bu  mötəbər  qurum  belə  yüksək  fikir  ifadə  etmişdir  ki,  "Naxçıvan  Muxtar

Respublikası digər Avropa muxtariyyətləri arasında geniş muxtariyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının

Konstitusiyası bütövlükdə  muxtariyyətin  idarə  edilməsi  qaydalarını şərtləndirən  normal  əsaslar  yaradır  və  qitənin

digər muxtariyyətlərinin səlahiyyətlərinin və əsaslarının möhkəmləndirilməsində model kimi çıxış edə bilər".

Lakin Azərbaycanın bəzi siyasi dairələri, xüsusən də müxalifət liderləri 1992-1993-cü illərdə olduğu kimi,

bu dövrdə də muxtar respublikanın statusu  ilə  bağlı əsassız iddialar,  bu  statusu  ləğv etməyə  çağıran  təkliflər  irəli

sürməyə  başladılar.  Naxçıvanın  muxtariyyət  statusunun  beynəlxalq  müqavilələrə  əsaslandığını  unudan  müxalifət

liderləri  bəyanatlar  verərək  bölgənin  yeni  konstitusiya  layihəsinin  Azərbaycan  Respublikasının  Konstitusiyasına

uyğun gəlmədiyini iddia edirdilər. Onların əsas bəhanəsi də bu idi ki, guya unitar dövlətdə muxtariyyət ola bilməz.

Halbuki bu etnik muxtariyyət təşkil etmədiyi üçün heç vədə Azərbaycanın bütövlüyünə təhlükə törədə də bilməz.

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  Naxçıvan  Muxtar  Respublikasının  75  illik  yubileyi  ilə  bağlı

yaradılan  dövlət  komissiyasının  iclasında  böyük  yanğı  və  narahatçılıqla  həmin  hadisələri  xatırladaraq  demişdir:

"Təəssüflər  olsun  ki,  bizim  daxilimizdə  də  müxalifətə  mənsub  olan,  "Naxçıvana  muxtariyyət  verilməməlidir",

"muxtariyyət  ləğv  olunmalıdır"  fikirləri  söyləyən  bəzi  şəxslər,  yaxud  Naxçıvanın  Konstitusiyasının  qəbul

olunmasına  mənfi münasibət  göstərənlər istər-istəməz Azərbaycana düşmən mövqeyində duran ermənilərin həmin

iddialarına kömək edirlər".

Dahi siyasətçi onu da dönə-dönə deyirdi ki, "Naxçıvanın muxtariyyət statusu alması da çox ağır, gərgin bir

dövrdə, yəni gərgin mübarizələr nəticəsində mümkün olub".

Təməli  Heydər  Əliyev  tərəfındən  qoyulan,  Naxçıvanın  xilasına  və  inkişafına  istiqamətlənən  yeni  həyat

quruculuğu  xətti  1995-ci  il  12  noyabr  tarixindən  -  "Heydər  Əliyev  Konstitusiyası"  adlandırılan  ilk  müstəqil

Konstitusiyamızın  qəbulundan  sonra  dönmədən  və  ardıcıllıqla  həyata  keçirilməyə  başlanıb.  Bu  dövr  müstəqil

dövlətçilik  tariximizdə  olduğu  kimi,  Naxçıvanın  müasir  tarixində  də  yeni  mərhələnin  başlanğıcını qoyub.  Həmin

ilin 16 dekabr günü qədim  diyarın sakinləri  üçün  həm də  onunla  əlamətdar  və  yaddaqalan  olub  ki,  onlar  özlərinə




yenidən  düzgün  rəhbər  seçimi  imkanı əldə  ediblər,  bu  şansdan  da  doğru  istifadə  edə  biliblər.  Məhz  bu  tarixdən

bölgədə yeni həyat quruculuğu xətti böyük istək və məhəbbətlə, coşqun enerji ilə davam etdirilməyə başlanılıb. Son

on beş ildə istər sosial, istərsə də iqtisadı inkişaf sahəsində qazanılan uğurlar da ilk növbədə bu amillə bağlı olub.

Üçüncü  çağırış  Muxtar  Respublika  Ali  Məclisinin  səkkizinci  sessiyasında  muxtar  respublikanın

sosial-iqtisadi inkişafının yekunları barədə geniş təhlilli məruzə ilə çıxış edən Ali Məclisin Sədri Vasif Talıbov qısa

zaman kəsiyi ərzində ötülən yola ötəri nəzər salmaqla belə bir tarixi gerçəkliyi də xüsusi vurğulamışdır ki, ölkəmiz

qısa  müddətdə durğunluq və dağıdıcılıq mərhələsindən dirçəliş  və quruculuq mərhələsinədək şərəfli bir yol keçib:

"Əgər 1990-1993-cü illərdə Azərbaycanda xaos hökm sürürdüsə, bu gün sabitlikdir. O vaxt hərc-mərclik vardı, bu

gün insanlar əmin-amanlıq içərisində yaşayırlar. O vaxt siyasi mühitdə və iqtisadiyyatda dərin böhran yaranmışdır,

xalq təsərrüfatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan iqtisadi artım sürətinə görə lider dövlətə çevrilmişdir".

Azərbaycan  Prezidenti  İlham  Əliyev  ötən  ilin  avqustunda  Naxçıvan  Muxtar  Respublikasının  85  illik

yubileyi təntənəsində həmin dövrün mürəkkəb hadisələrini qiymətləndirərək demişdir: "O illərdə  ancaq  ulu  öndər

Heydər  Əliyevin  əzmkarlığı.  qətiyyəti  və  siyasi  bacarığı  Naxçıvanı  böyük  bəlalardan  qorudu...  Naxçıvanlılar

Heydər Əliyevi qorudular. Heydər Əliyev isə Naxçıvanı qorudu".

Muxtar  respublika  iqtisadiyyatının  inkişafı  istiqamətində  aparılan  məqsədyönlü  siyasət  hər  il  məhsul

istehsalının  və  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinə  gətirib  çıxarıb.  Son  on  beş  ilin  makroiqtisadi

göstəriciləri  də  deyilənləri  sübut  edir.  Bunun  üçün  bir  neçə  statistik  rəqəmə  nəzər  yetirmək  kifayət  edər.  Ümumi

daxili  məhsul  1994-cü  ildəki  37287,7  min  manatlıqdan  2009-cu  ilin  yanvar  -  noyabr  aylarında  850526,6  min

manatlığa yüksələrək 22,8 dəfə artıb. Həmin dövrdə adambaşına ümumi daxili məhsul isə 18,8 dəfə çoxalaraq 113,4

manatdan  2128,4  manata  çatıb.  Bu  müddətdə  muxtar  respublikanın  şəhər  və  kəndlərində  188  təhsil  ocağı,  158

səhiyyə müəssisəsi, 143 mədəniyyət obyekti, 355 inzibati bina tikilib istifadəyə verilmişdir. Ötən dövrdə 105 yeni

körpü salınmış, 52 tarixi abidə və dini bina əsaslı təmir və bərpa olunmuşdur.

Bu  inkişaf  bölgədə  əhalinin  artımına  və  məskunlaşmasına  da  öz  təsirini  göstərib.  Son  on  ildə  muxtar

respublikanın əhalisi 40 min nəfərə yaxın artaraq 400 min nəfəri ötüb.

Ötən ilin iqtisadi göstəriciləri daha yüksək artım sürəti ilə müşayiət olunub. Əvvəlki ilin müvafiq dövrü ilə

müqayisədə  iqtisadi  inkişafın  əsas  ümumiləşdirilmiş  göstəricisi  olan  ÜDM  istehsalının  həcmi  20,5  faiz  artıb.

Muxtar  respublikada  ilk  dəfə  olaraq  2009-cu  ilin  11  ayı ərzində  ümumi  daxili  məhsulun  həcmi  1  milyard  ABŞ

dolları səviyyəsini  üstələyib.  Əgər  ötən  ilin  yanvar  -  noyabr  aylarında  ümumi  daxili  məhsul  istehsalı 696  milyon

manat  təşkil  edirdisə,  2009-cu  ilin  müvafiq  dövründə  bu  rəqəm  851  milyon  manata  çatmışdır.  Ümumi  daxili

məhsulun adambaşına düşən həcmi isə 18 faiz artaraq 1801 manatdan 2128 manata çatıb. Təbii ki, dünyanın əksər

ölkələrində iqtisadi böhranın sürətlə tüğyan etdiyi bir dövrdə məmləkətimizin ayrılmaz bir parçası olan Naxçıvanda

qazanılan uğurlar həqiqətən də ürəkaçan olub.

Son  illər  iqtisadi  inkişafda  diqqəti  cəlb  edən  əsas  amillərdən  biri  də  ümumi  daxili  məhsulda

tikinti-quraşdırma  işlərinin  xüsusi  çəkisinin  davamlı  olaraq  yüksəlməsidir.  Tikinti-quraşdırma  tədbirlərinin

həcminin  artması bir  tərəfdən  yeni  iş  yerlərinin  açılmasına,  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsinə  və

maddi rifah halının  yaxşılaşmasına şərait yaradırsa, digər tərəfdən bu yolla muxtar respublikada mövcud şəhər və

kəndlərin sosial simaları ildən-ilə yeniləşir, infrastruktur potensialı hərəkətə gətirilir.

2009-cu ilin 11 ayı ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 367 milyon

139 min manat həcmində investisiya yönəldilib. Bu isə 2008-ci ilin müvafiq dövründə istifadə olunan 271 milyon

manatlıq  investisiyadan  96  milyon  manat  çox  olub.  İnvestisiya  qoyuluş-larının  326  milyon  manatı və  ya  89  faizi

tikinti-quraşdırma işlərində istifadə edilib.

Mövcud  istehsal  müəssisələrinin  fəaliyyətini  bərpa  etməsi,  yaxud  onların  yenidən  qurulması,  yeni  emal

sahələrinin yaradılması hesabına bu gün muxtar respublikada 280 növdə məhsul, o cümlədən 106 növdə ərzaq  və

174 növdə qeyri-ərzaq məhsulları istehsal olunur.

Yeni  istehsal  sahələrinin  fəaliyyətə  başlaması  əhalinin  işlə  təmin  olunmasına,  gəlirlərin  səviyyəsinin

yüksəlməsinə də səbəb olmuşdur. 2009-cu ilin ötən 11 ayı ərzində muxtar respublika-da əhalinin gəlirləri  2008-ci

ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artaraq 800 milyon manatdan çox olmuşdur. 2009-cu ilin 11 ayı ərzində

muxtar respublikada 4 min 481 yeni iş yeri açılmışdır ki, onun da 3 min 211-i və ya 72 faizi daimi iş yerləridir.

Naxçıvanın muxtariyyət statusu bu gün də ərazicə Azərbaycandan ayrı düşmüş, blokada şəraitində yaşayan

regionda  dövlət  hakimiyyət  orqanlarının  ahəngdar  fəaliyyətini  təmin  edən  mühüm  amildir.  Əsası  ümummilli

liderimiz tərəfindən qoyulan qonşu xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq siyasəti də uğurla davam etdirilir.

Muxtar respublika həm də Avropa Şurası ilə geniş  əməkdaşlıq edir, onun səlahiyyətli  nümayəndələri  bu qurumun

Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasında layiqincə təmsil olunurlar.

Naxçıvan  məmləkətimiz  üçün  həmişə  strateji  əhəmiyyətli  bir  bölgə  olub.  Dünyanın  görkəmli  dövlət

xadimlərindən biri olan Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub.

Bəlkə  də  elə  bu  mənada  müdrik  insan,  dahi  rəhbər  siyasi  fəaliyyətinin  ayrı-ayrı  dövrlərində  bu  diyarın

möhkəmlənməsinə və inkişafına xüsusi qayğı və diqqət göstərib. Söz düşəndə də dönə-dönə deyib ki, "Naxçıvanın

muxtariyyəti tarixi hadisə olubdur. Bu çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur."

Prezident  İlham  Əliyev  də  bu  ənənəni,  siyasi  xətti  uğurla  davam  etdirməyə  çalışır.  Naxçıvan  Muxtar

Respublikasında  həyata  keçirilən  siyasət  də  bölgənin  Azərbaycan  tərkibində  ərazi  bütövlüyünün  qorunub




saxlanılmasına, onun statusunun möhkəmlənməsinə xidmət edir. Naxçıvana səfəri çərçivəsində çıxışlarının birində

dövlət başçımız bir daha bölgənin möhkəmləndirilməsinin vacibliyindən danışaraq deyib: "Naxçıvana daim xüsusi

diqqət  göstərilməlidir.  Naxçıvan  Azərbaycanın  qədim  diyarıdır,  qədim  torpağıdır,  strateji  əhəmiyyətə  malikdir..."

Qarşıda  duran  həlli  vacib  vəzifələrdən  danışan  dövlət  başçımız  onu  da  deyib  ki,  "...Naxçıvanın  tarixinin  hələ  də

tədqiq  edilməyə  ehtiyacı olan  səhifələri  açılmalı, bu  diyarın  tam  dolğun,  obyektiv  tarixi  xalqımıza,  habelə  dünya

ictimaiyyətinə  olduğu  kimi  çatdırılmalı,  erməni  siyasətçilərinin  tarixi  saxtalaşdırmaq  cəhdlərinə  tutarlı  cavab

verilməlidir".  Bu  ilin  aprel  ayında  bir  sıra  xarici  ölkələrin  tədqiqatçı alimlərinin  birgə  iştirakı ilə  keçirilən  "Nuh

peyğəmbər:  dünya  tufanı  və  Naxçıvan"  mövzusunda  beynəlxalq  simpozium  da  bu  istiqamətdə  həyata  keçirilən

tədbirlərdən biri olub. Həmin günlərdə Naxçıvan şəhərində Nuh peyğəmbərin məzarüstü türbəsinin açılış mərasimi

də olub.


Dünənə  qədər  əyalət  mərkəzini  xatırladan,  bu  gün  isə  ölkəmizin  mühüm  ictimai-siyasi  mərkəzlərindən

birinə  çevrilən  bu  şəhər  həm də  dünyanın  kütləvi  informasiya  vasitələrinin  diqqətini  cəlb  edən  böyük  və  nüfuzlu

toplantılara,  tədbirlərə,  mərasimlərə  - ev  sahibliyi"  edir.  Aparılan quruculuq  tədbirləri  nəinki  ölkə  miqyaslı, hətta

beynəlxalq  səviyyəli  tədbirlərin  də  burada  keçirilməsinə  zəmin  yaradıb.  Ötən  il  oktyabr  ayının  2-də  və  3-də

Türkdilli Ölkələrin Dövlət Başçılarının Doqquzuncu Zirvə görüşünün Naxçıvanda keçirilməsi muxtar respublikanın

dünya  miqyasında  tanıdılmasında  mühüm  rol  oynayıb.  Türk  dünyasının  böyük  siyasi  xadimləri  olan  Türkiyə

Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev

də muxtar respublikanın bugünkü sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.

"Naxçıvanın Türkiyə üçün çox böyük əhəmiyyəti vardır... Bu sərhədimiz Türkiyənin türk respublikaları ilə

coğrafi  birliyini  də  əlaqələndirən  çox  rəmzi  bir  keçiddir.  İkinci  tərəfdən,  Azərbaycanın  digər  torpaqlarından  ayrı

olması nəticəsində  Naxçıvan ilə  qonşuluq  və  qardaşlıq  münasibətlərindən  əlavə,  sıx əlaqələrimiz  vardır", -  deyən

Abdullah Gül regionun geostrateji məkanda oynadığı rolu yüksək qiymətləndirib.

Bir  sözlə,  son  on  beş  il  ərzində  Naxçıvanda  dəyişən  təkcə  regionun  statusu  olmayıb.  Muxtar  Respublika

həqiqətən  inkişaf  və  tərəqqi  dövrünə  daxil  olub.  Təbii  ki,  bu  inkişafda  Muxtar  Respublika  Ali  Məclisinin  Sədri

Vasif Talıbovun böyük xidmətləri var.

Dövlətimizin başçısı cənab İlham Əliyev də muxtar respublikanın 85 illik yubiley mərasimindəki nitqində

son  illərdə  görülən  işləri,  həyata  keçirilən  tədbirləri  yüksək  qiymətləndirib:  "Naxçıvanda  çox  geniş  quruculuq,

abadlıq  işləri  aparılır, şəhər  gözəlləşir, yeni  binalar  tikilir,  köhnə  binalar  təmir  edilir.  Bir  sözlə,  hər  bir  Naxçıvan

sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə

təbrik etmək istəyirəm. Naxçıvan rəhbərliyinə və Naxçıvanın rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək

istəyirəm".

Naxçıvan  Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi kimi ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni

həyatı ilə həmahəng şəkildə özünün tarixi inkişaf yolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin sözləri ilə

desək,  "Muxtar  respublika  bu  gün  də  milli  dövlət  quruculuğu  prosesinin  fəal  iştirakçısıdır,  ölkəmizin  iqtisadi

qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir".

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Qayıdış (1990-1993) Sənədlər toplusu. Bakı: Azərbaycan, 2008, 840 s.

2.  Məmmədov  M.  Naxcıvan  Muxtar  Respublikasında  ictimai-siyasi  proseslər  (1988  2005-ci  illər).  Bakı:

Şirvannəşr, 2005, 208 s.

3. Məmmədov M Milli istiqlal mücadiləsinin Naxçıvan mərhələsi // Dirçəliş XXI əsr, 2008, 116-117

4. Məmmədov M. Naxçıvanın iqtisadi potensialı daha da güclənəcək // Azərbaycan, 24 iyun 2008

5.  Məmmədov  M.  Naxçıvan  inkişaf  edir,  çiçəklənir  (Üçüncü  çağırış  Naxçıvan  MR  Ali  Məclisinin

səkkizinci sessiyasından qeydlər) // Azərbaycan, 30 dekabr 2009

6. Məmmədov M. Naxçıvan inkişafının sürətli mərhələsinə qədəm qoyur // Azərbaycan, 16 yanvar 2010

7. "Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı // Azərbaycan. 7 fevral 2009

8.  Naxçıvan  Muxtar  Respublikasının  85  illik  yubileyinə  həsr  edilmiş  təntənəli  yubiley  mərasimində

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi // Azərbaycan, 5 avqust 2009

9.  Naxçıvan  Muxtar  Respublikasının  85  illik  yubileyinə  həsr  edilmiş  təntənəli  yubiley  mərasimində  //

Naxçıvan, 5 avqust 2009

10.  Naxçıvan  Muxtar  Respublikasının  85  illik  yubileyi  ilə  bağlı  keçirilən  tədbirdə  Naxçıvan  MR  Ali

Məclisinin Sədri Vasif Talıbovun çıxışı // Azərbaycan, 5 avqust 2009

NAKHCHIVAN IN THE PERIOD OF INDEPENDENCE.

Mamed Mamedov

.

The  work  makes  analysis  of  main  historical  stages  and  results  of  social-political  and  social-economic




development  of  Nakhchivan  as  the  region  that  played  a  special  role  in  the  80-90s  of  the  last  century  in  starting

national  movement  for  freedom  in  Azerbaijan  with  the  aim  to  get  state  independence,  to  ensure  sovereignty  and

territorial integrity of the Republic.  Underlying  vital  character  of  election  of  the  nationwide  leader  of  Azerbaijan

Heydar  Aliyev  as  Chairman  of  the  Supreme  Council  of  Nakhchivan,  the  author  analyzes  the  key  aspects  of

conducting  democratic  reforms,  strategic  trends  in  boosting  economy,  implementation  of  social  programs  in

Autonomy.



НАХЧЫВАН В ПЕРИОД НЕЗАВИСИМОСТИ.

Мамед Мамедов.

В работе прово дится анализ основных исторических этапов и итогов общественно-политического и

социально-экономического  развития  Нахчывана  как  региона,  сыгравшего  особую  роль  в  80-90-х  гг.

прошлого  века  в  развертывании  национально-освободительного  движения  в  Азербайджане  с  целью

обретения  государственной  независимости,  обес печения  суверенитета  и  территориальной  целостности

республики.  Особо  отмечая  судьбоносный  характер  избрания  общенационального  лидера  Азербайджана

Гейдара  Алиева  председателем  Верховного  Совета  Нахчывана,  автор  исследует  важнейшие  аспекты

проведения  демократических  реформ,  стратегических  направлений  подъема  экономики,  реализации



социальных программ в автономии.

Yüklə 275,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə