Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   71

207 
olan xəstələrdə cərrahi müalicə yerinə istifadə olunmamalıdır.  
Semptomatik xəstələrdə tək müalicə aort qapaq replasmanıdır (AVR). Cərrahi müalicəni qəbul etməyən və 
ya komorbiditələri olduğu üçün inoperabel dəyərləndirilən xəstələrdə xroniki medikal müalicə lazımdır. Bu 
xəstələr angiotenzin çevirici ferment inhibitorları, digoksin, diuretiklər və duz məhdudlaşması ilə birlikdə 
aqressviv medikal müalicə almalıdır. Nitroqliserin və digər nitratlar anginal ağrıya koronar arteriya 
xəstələrindəki qədər təsirli olmasa da bu xəstələrdə də istifadə olunur.  
Aort yetərsizliyinin gedişatı 
Normal Sol mədəcik funksiyaları olan asemptomatik xəstələr 
Semptom və/və ya sol mədəcik disfunksiyasına proqress                              ildə < 6%  
Asemptomatik səl mədəcik disfunksiyasına proqres                                  ildə < 3.5%   
Ani ölüm                                                                   ildə < 0.2%                        
Sol mədəcik disfunksiyaları olan asemptomatik xəstələr 
Kardiak semptomlara proqres                                                   ildə > 25% 
Semptomatik xəstələr 
Mortalitə nisbəti                                                             ildə > 10% 
 
Cərrahi müalicə  
Aort yetərsizliyinin cərrahi müalicəsi ümumi olaraq aort qapaq replasmanıdır. Aort kökü anevrizması olan 
xəstələrdə əsas müalicə aort ilə qapağın birgə replasmanı və koronar arteriyaların reimplantasiyasıdır. Aort 
qapağın pulmonar otoqreft ilə replasmanı az istifadə olunur, daha çox gənc xəstələrdə (< 30 yaş) edilir. Son 
illərdə ixtisaslaşmış mərkəzlərdə aort qapaq təmiri əməliyyatı artmaqdadır. Kalsifikasiya və kuspis 
retraksiyası aort qapaq təmiri üçün mənfi faktorlardır. İzolə aort cərrahiyyəsində həm aort qapaq replasmanı 
həm də təmiri üçün mortalitə aşağıdır (1-4 %). Əməliyyat mortalitəsinə təsir edən faktorlar – irəli yaş, 
funksional sinifinn yüksək olması, sol mədəcik atım fraksiyası < 50% və sol mədəcik sistol sonu ölçüsü > 
50mm olmasıdır. Koronar arteriyaların reimplantasiyası ilə birlikdə aort kökünün cərrahiyyəsi, tək aort 
qapaq cərrahiyyəsinə görə daha yüksək mortalitəyə sahibdir. Xroniki ağır asemptomatik aort yetərisizliyi 
olan və fiziki dözümlülüyü yaxşı olan və sol mədəcik dilatasiyası olmayan ( yəni diastolik ölçü < 70mm və 
sistolik ölçü < 50mm) atım fraksiyası 50%-dən çox olan xəstələrdə qısa və orta müddətdə proqnoz 
yaxşıdır,və bu xəstələrdə cərrahi müalicə gecikdirilməməlidir. Əhəmiyyətli əks-göstəriş və ya ciddi 
komorbiditələr olmayan ağır semptomatik aort yetməzlikli, atım fraksiyası 50%-dən az olan və ağır sol 
mədəcik dilatasiyası  (diastolik ölçü > 75mm və sistolik ölçü > 55mm ) olan xəstələrə cərrahi müalicə 
tövsiyyə olunur. Ağır semptomlar (NYHA III-IV sinif ) və sol mədəcik disfunksiyası ilə birlikdə atım 
fraksiyasının 50%-dən az olması postoperativ sağqalım üçün risk faktorları olduğundan, cərrahi müalicənin 
NYHA II sinif xəstələrdə və ağır sol mədəcik disfunksiyası yaranmamışdan əvvəl həyata keçirilməsi 
lazımdır. Asemptomatik ağır aort yetməzlikli xəstələrdə sol mədəcik ölçü və funksiyasındakı dəyişiklikləri 
təsbit etmək üçün ardıcıl exokardiqrafiyalar və ya radionuklid ventrikuloqrafiyalar edilməlidir. Hər iki üsul 
həm istirahətdə həm də fiziki yük zamanıatım fraksiyası və sistola sonu həcmin (ölçü ) təkrari 
dəyərləndirməsinə şərait yaradır. İstirahətdə sol mədəcik funksiyalarının pozulması cərrahi müalicə üçün 
təməl kirteriyadır; istirahətdə normal sol mədəcik funksiyası olan və fiziki yük zamanı atım fraksiyasında 
gözlənilən yüksəlmənin olmaması cərrahi müalicəyə göstəriş olmasa da, bu əlamət istirahət funksiyalarının 
pozulacağının erkən xəbərçisidir. Ağır aort yetməzlikli asemptomatik və normal sol mədəcik funksiyası olan 
xəstələrin proqnozu mükəmməldir və profilaktik əməliyyat lazım deyil. Xəstələrin illik 6%-indən daha az bir 
qismində sol mədəcik disfunksiyası yaranması səbəbindən cərrahi əməliyyata ehtiyac yaranır. Ağır aort 
yetməzliyi olan və sistolik ölçüsü 40 mm-dən az olan xəstələr stabil gedişatlı olurlar və cərrahi müalicə 
olmadan təqib olunurlar. Ancaq sistolik ölçüsü 50 mm –dən çox olan xəstələrin illik 19%-ində sol mədəcik 


208 
disfunksiyası semptomları yaranır və sistolik ölçüsü 55 mm – dən böyük olan xəstələr cərrahi müalicə 
olunmazsa sol mədəcik yetməzliyi riski yaranır. Nəticə olaraq, asemptomatik və normal və stabil sol 
mədəcik funksiyaları olan xəstələr üçün cərrahi müalicə gecikdirilməli və semptomatik xəstələr üçün isə 
erkən cərrahi müalicə tövsiyyə olunur. Sol mədəcik disfunksiyası ilə birlikdə asemptomatik xəstələrdə qərar  
sadəcə tək bir ölçümə dayanmamalıdır, 2-4 aylıq fasilələr ilə bir neçə ölçümdə fiziki yük tolerantlığının 
pozulduğu göstərilməlidir. Sol mədəcik disfunksiyası əlamətləri sərhəddədirsə bu zaman xəstələr yaxın 
təqibə alınır. Əgər disfunksiya əlamətlərii proqressiv və tutarlıdırsa  (yəni sol mədəcik atım fraksiyası 50-
55%, sol mədəcik sistolik ölçüsü 55mm və daha yüksəkdirsə və ya sol mədəcik diastolik ölçüsü 75mm və 
daha yüksəkdirsə) asemptomatik olsa da xəstələr cərrahi müalicə düşünülməlidir. Normal, az və ya orta 
dərəcədə sol mədəcik disfunksiyası olan semptomatik ağır aort yetməzlikli xəstələr əməliyyat edilməlidir. 
Sol mədəcik funksiyaları ciddi pozulmuş xəstələr ( atım fraksiyası < 25%) yüksək cərrahi risklidirlər və 
proqnoz uğurlu aort qapaq replasmanı sonrası belə pisdir. Ancaq bu xəstələr medikal müalicə ilə də yüksək 
riskli olduqlarında müalicə seçimi hər xəstəyə spesifik olaraq  düşünülməlidir.  
Aort kökü xəstəliyinə bağlı aort yetməzliyi olan xəstələrdə cərrahi müalicəyə göstəriş primer qapaq 
xəstəliyinə bağlı aort yetməzliyi olan xəstələr ilə eynidir. Exokardioqrafiya ilə aort kökünün 50 mm –dən 
çox ölçülməsi aort yetərsizliyi dərəcəsi nə qədər olursa olsun cərrahi müalicə üçün göstərişdir. Bütün qapaq 
xəstələrində olduğu kimi, cərrahi əməliyyat olunacaq xəstələr semptomlara, yaşa, cinsiyyətə və risk 
faktorlarına dayanaraq koronar arteriya xəstəliyi ehtimalı olan xəstələr əməliyyatdan əvvəl koronar 
angioqrafiya olunmalıdırlar. Koronar arteriya stenozu olan xəstələr aort qapaq replasmanı (AVR) zamanı 
revaskulyarizasiya edilməlidir.  
Kəskin aort yetərsizliyi etiologiyası infeksion endokardit, aort disseksiyası, və ya travmadır.  
Xəstəlik kəskin başladığından sol mədəcik artmış həcm yükünü kompensə edə bilmir, və nəticədə Sol 
mədəcik dolumu ani olaraq artdığından sol mədəciyin təzyiqi erkən diastolada sol qulaqcıq təzyiqindən 
yüksək olur və nəticədə mitral qapaq erkən diastolada qapanır.Bu, pulmonar venoz yatağı aşırı dərəcədə 
yüksəlmiş diastolik təzyiqdən qoruyur. 
Aort yetərsizliyində fiziki müayinədə diastolik küy eşidilir. Kəskin aort yetərsizliyində periferik əlamətlər 
demək olar ki, görünmür. Xəstələrdə taxikardiya, sianoz və bəzən pulmonar durğunluq və pulmonar ödem 
olur. Xəstələr halsızlıq, döyüntü arterial təzyiqin enməsindən (kollaps ) şikayət edir. 
Elektrokardioqrammada : Kəskin aort yetərsizliyinin şiddətinə və müddətinə bağlı olaraq sol mədəcik 
hipertrofiyası ola bilər. Qeyri-spesifik ST seqment dəyişikliyi və T dalğa dəyişikliyi daha çox rast gəlinir. 
Ağciyər Rentgen : Əsasən Pulmonar venoz hipertenziya və ödem əlamətləri görünür.  
Exokardioqrafiya : Dəqiq diaqnoz exokardioqrafiya müayinəsi ilə qoyulur. Aort yetməzliyinin jeti rəngli 
dopler exokardioqrafiya, sürəkli dalğa dopler və pulsed dopler ilə müəyyən edilir. Pulsed dopler aort jetinin  
mərkəzi yəni apeksə doğru olduğunda əhəmiyyəti vardır. Əksinə eksentrik, mitral qapağın ön tayına yönələn 
yetməzlik jetində pulsed dopler yetməzlik dərəcəsini daha az göstərir. Aort yetməzliyi dəyərləndirmədə hər 
zaman sürəkli dalğa dopler gərəklidir. Sürəkli dalğa dopler xüsusilə axımın aort yetməzliyi və ya mitral 
darlıqdan qaynaqlandığını ayırd etməkdə kömək edir. Aort yetməzliyini dəyərləndirmədə daha üstün olan 
rəngli dopler görüntüləmədir. Axın bütün diastola boyu davam edir. Yalançı neqativ görüntü nadirdir, ürək 
döyüntülərinin sayı çox olduqda ola bilər(diastolanı qısaltdığı üçün).Bu halda sürəkli dalğa dopler 
müayinədən istifadə olunur. Rəngli dopler ilə aort yetməzliyini dəyərləndirdikdə axının 3 boyutlu olması 
nəzərə alınmalıdır. Bu səbəbdəndir ki,axın apikal pəncərədə parasternal pəncərəyə nisbətən daha qalın 
görüntü yaradır. Aort yetməzliyinin ciddiyyəti sürəkli dalğa dopler ilə dəyərləndirilir. Axının sürəti aorta ilə 
sol ventrikul arasındakı təzyiq fərqini göstərir. Yüngül aort yetməzliyində sol mədəcik təzyiqində yavaş və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə