Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 84,86 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix26.09.2017
ölçüsü84,86 Kb.
#1800
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------234------------------------------------ 
 
Biliklər  bazasının  intellektual  redaktoru  – 
biliklər  üzrə  mühəndisin  dialoq  rejimində  biliklər  bazası 
yaratmağa  imkan  verən  proqram.  Özündə,  baza  ilə 
işləməyi  asanlaşdıran  menyu  sistemini,  biliklərin 
təqdimolunma  dili  şablonunu,  kömək  rejimini  (“help”)  və 
digər xidmət vasitələrini birləşdirir.  
Ekspert  sistemlərinin  hazırlanmasını  gerçəkləşdirən 
kollektivdə azı bu 4 nəfər olmalıdır: 

 
Ekspert;  

 
Biliklər üzrə mühəndis;  

 
Proqramçı;  

 
İstifadəçi.  
Sistemin  hazırlanmasında  əsas  fiqur  biliklər  üzrə 
mühəndisdir. 
Ekspert 
sistemlərinin 
hazırlanması 
mərhələləri  digər  proqram  məhsullarından  əhəmiyyətli 
dərəcədə  fərqlənir.  Ekspert  sistemlərinin  yaradılması 
təcrübəsi  göstərdi  ki,  onların  hazırlanmasında  ənənəvi 
proqramlaşdırmada qəbul olunan medotologiyanın istifadə 
edilməsi  ekspert  sistemlərin  hazırlanması  prosesini  ya 
həddindən  artıq  uzadır,  ya  da  ümumiyyətlə,  mənfi 
nəticələrə gətirib çıxarır. 
Ekspert sistemlərinin istifadəsi o zaman mümkündür 
ki,  ekspert  sistemlərinin  hazırlanması 
mümkünlüyü  və 
biliklər  mühəndisliyi  metodlarının  həll  edilən  məsələyə 
uyğunluğu təsdiq olunsun.  
Ekspert  sisteminin  hazırlanmasının 
mümkünlüyü 
üçün  ən  azından  həll  ediləcək  məsələ  eyni  vaxtda 
aşağıdakı bir neçə tələbə cavab verməlidir: 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------235------------------------------------ 
 

 
Predmet 
oblastında 
məsələləri yeni 
mütəxəssislərdən daha yaxşı həll edən ekspertlər vardır;  

 
Ekspertlər təqdim olunan məsələnin 
qiymətləndirilməsində  eyni fikirdədirlərsə, məsələyə 
ekspert sisteminin qiymət verməsindən  başqa  bir  yol 
qalmır;  

 
Ekspertlər istifadə etdikləri metodları adi dillə deyə 
və izah etmə qabiliyyətinə malikdirlər, əks halda, ekspert 
biliklərini  “çıxarmaq”  və  onları  ekspert  sistemlərinə  daxil 
etmək çətin olur;  

 
Məsələnin həlli hərəkət  deyil,  yalnız  mühakimə  və 
fikir tələb edir;  

 
Qarşıya  qoyulan  məsələ  çox çətin  olmamalıdır 
(yəni, ekspertin bu məsələni həll etməsi imkanı həftələrlə 
deyil, bir neçə saat və ya gün olmalıdır);  

 
Məsələlərin rəsmi  şəkildə  ifadə  olunması  zərurəti 
olmasa da, bu sahədə  çalışanlar üçün  (heç olmazsa, 
ekspert üçün)  aydın  olan  ümumi  anlayış  və məfhumlarla 
ifadə olunmalıdır.  
Verilən  məsələdə  ekspert  sistemlərinin  istifadəsi 
mümkün ola bilər, lakin təsdiq olunmaya bilər. 
Ekspert  sistemlərin  tətbiqi  aşağıdakı  faktorlarla 
təsdiqlənə bilir: 

 
Məsələnin həlli  əhəmiyyətli dərəcədə  səmərə 
(məsələn, iqtisadi səmərə) verir;  

 
İnsan-ekspertin istifadə 
olunmaması 
ya 
ekspertlərin  sayının  azlığından,  ya  da  ekspertizanın  eyni 
zamanda müxtəlif yerlərdə  yerinə  yetirilməsinin 
vacibliyindən asılıdır;  



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------236------------------------------------ 
 

 
Ekspert sistemlərinin istifadəsi o zaman 
məqsədəuyğundur  ki,  informasiyanın  ötürülməsi  anında 
ekspert informasiya və ya vaxt itirir.  
Əgər həll edilən məsələ aşağıdakı xarakteristikaların 
məcmusuna 
malikdirsə, 
onda 
məsələ 
ekspert 
sistemlərinin metodlarına 
uyğundur: 

 
Məsələ 
riyazi 
metodlar və 
ənənəvi 
proqramlaşdırmada 
qəbul olunan rəqəmlərlə 
manipulyasiya etməklə deyil, təbii yol olan simvollar (yəni, 
simvolik mühakimələrin köməyilə) 
vasitəsilə 
manipulyasiya etməklə həll edilə bilər;  

 
Qoyulan məsələ  alqoritmik yox, evristik təbiətə 
malik olmalıdır, yəni onun həlli evristik qaydaların tətbiqini 
tələb etməlidir.  

 
Qoyulan məsələ 
ekspert sistemlərinin 
hazırlanmasına  çəkilən xərcləri ödəmək üçün kifayət 
qədər çətin  olmalıdır.  Lakin  məsələnin çətinliyi elə 
olmalıdır ki, ekspert sistemi onu həll edə bilsin.  
Ekspert sistemlərinin 
yaradılması 
prosesində 
aşağıdakı  6  mərhələni özündə  birləşdirən texnologiyalar 
verilmişdir:  

 
İdentifikasiya,  

 
Konseptuallaşdırma,  

 
Formalaşdırma,  

 
İcra,  

 
Yoxlama,  

 
Təcrübi istismar.  
İdentifikasiya  mərhələsində  həllə  lazım  olan 
məsələlər,  işin  məqsədi,  ekspert  və  istifadəçi  tipləri 
müəyyən edilir. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------237------------------------------------ 
 
Konseptuallaşdırma  mərhələsində  alət  vasitələri 
seçilir  və  bütün  növ  biliklərin  təqdim  olunma  üsulları 
müəyyən  edilir,  əsas  anlayışlar  formalaşdırılır,  biliklərin 
təsvir 
üsulları 
müəyyənləşdirilir, 
sistemin 
işi 
modelləşdirilir,  fiksə  olunmuş  anlayış,  systemlərin 
məqsədinin  adekvatlılığının,  həll  metodlarının,  biliklərin 
təqdimi və manipulyasiyası vasitələrinin qiymətləndirilməsi 
həyata keçirilir. 
İcra  mərhələsində  biliklər  bazasının  ekspert 
tərəfindən  doldurulması  həyata  keçirilir.  Nəzərə  alsaq  ki, 
ekspert sistemlərin əsasını biliklər təşkil edir, onda biz bu 
mərhələni ən vacib və ən çox zəhmət tələb edən mərhələ 
adlandıra  bilərik.  Biliklərin  əldə  olunması  prosesi  biliklər 
üzrə  mühəndis  tərəfindən  real  məsələnin  həlli  üzrə 
ekspert fəaliyyətinin əsasında həyata keçirilir. 
 
 
 
 


Yüklə 84,86 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə